Afaq şixli



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə11/19
tarix01.07.2018
ölçüsü0,85 Mb.
#52564
1   ...   7   8   9   10   11   12   13   14   ...   19

_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
64
 ~ 
 
 
 
SƏN OLMAYANDA 
 
Günəş ha başıma çəkə əlləri 
Boranlı bir qışam sən olmayanda. 
Ömürdən saymıram sənsiz illəri, 
Sanki olmamışam sən olmayanda... 
 
Sevib-sevilməli dünyada hər kəs, 
Hər sözdən incimək əbəsdir, əbəs. 
Mən vuran ürəyəm, sən gələn nəfəs
Quruca bir daşam sən olmayanda... 
 
Səni çox sevirəm!  
Soruşma “niyə?” 
Min şükür Tanrıya sən varsan deyə! 
Ruhumuz bir yerdə uçacaq göyə, 
Mənə də yox yaşam sən olmayanda! 
 
 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
65
 ~ 
 
 
 
BİR YUXU BİLƏK! 
 
Nə vaxtdır duymuram sənin səsini... 
Belə susa-susa biz yadlaşırıq. 
Xəbərin varmı ki, əzizim mənim, 
Bayramdan-bayrama salamlaşırıq? 
 
Biz idik sevgini əbədi sanan!  
Bəs niyə, bəs kimə üsyan edirik? 
Qaranlıq aləmə doğru uzanan 
Qarışıq yollarla çıxıb gedirik... 
 
Təbəssüm qonmayır dodaqlarına... 
Bilirəm... Mənin də acılmır kefim. 
Sən vida dedikcə arzularına, 
Mənim şəkillərdir burda hədəfim... 
 
Deyirəm, bitəydi sənsizlik daha, 
Sönməmiş qəlbimdə son ümid yeri. 
Axı, həsrətinlə çıxıb sabaha, 
Hər gün mən bir ömür düşürəm geri. 
 
Gömməyək qəlblərin dərinliyinə, 
Bitməsin bizimçün bu arzu, dilək. 
Nə sən mənə yad ol, nə də mən sənə, 
Gəl, umu-küsünü bir yuxu bilək! 
 
 


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
66
 ~ 
 
 
 
        GÜLÜM 
 
Neçə vaxtdır arzularım 
Qəlbindən su içdi, gülüm. 
Bu bayramdı tək gümanım 
O da gəldi keçdi, gülüm. 
 
Duman aldı dağlarımı, 
Dəyişdirdi gülzarımı. 
Fələk mənim paltarımı 
Ayrılıqdan biçdi, gülüm. 
 
Dedim:  Tanrı mənə yardı, 
Günlərimə həsrət sardı. 
Götürəydi nəyim vardı, 
Niyə səni seçdi, gülüm? 
 
Xəyal oldu səadətim, 
Mənə qaldı əziyyətim. 
Yoxsa, eşqim-məhəbbətim 
Sənin üçün heçdi, gülüm? 
 
 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
67
 ~ 
 
 
 
                 HƏSRƏTİM 
 
Sən məndən aralı, mən səndən uzaq
Mən səni sevmişəm belə, həsrətim! 
Zalım ayrılıqdan nə qədər yazaq?! 
Dönmüşəm bir susuz gülə, həsrətim! 
 
Arzular yaralı, könül tarimar, 
Dünya elə yaddır, zaman elə dar... 
Hər kəsin qəlbində bir niskili var
Kaş, Tanrı dərdimi bilə, həsrətim! 
 
Sevgimiz əzizdir, qəlbində bəslə, 
Pəncərən önündə dur, məni səslə! 
Gələrəm yanına xoş bir nəfəslə
Qarışıb bir xəfif yelə, həsrətim! 
 
 


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
68
 ~ 
 
 
 
     TƏK SƏNİ İSTƏRƏM  
BU YER ÜZÜNDƏ 
 
Tək səni istərəm bu yer üzündə, 
Min arzu, diləyə dəyişmə məni! 
Gözələm, göyçəyəm - sənin gözündə, 
Bu yerə, bu göyə dəyişmə məni. 
 
Dağ olsan, dolanım dumanın olum, 
Xoş günə ümidin, gümanın olum. 
Tar olsan, yanında kamanın olum 
Hər ötən nəğməyə dəyişmə məni! 
 
Versələr aləmin varını sənə, 
Min bağın-bağçanın barını sənə, 
Dünyanın ən gözəl yarını sənə, 
Heç kimə, heç nəyə dəyişmə məni! 
 
 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
69
 ~ 
 
 
 
CƏZALIYAM, CƏZALISAN 
 
Qismətimiz yerdə, - düşüb... 
Qaldırmışıq, bir də düşüb. 
Ürəyimiz dərdə düşüb, 
Yaralıyam, yaralısan. 
 
Fələk bizi işə salıb - 
Sevda verib, vüsal alıb. 
Gözüm qalıb, gözün qalıb, 
Bəlalıyam, bəlalısan. 
 
Bu eşq şirin nağıldımı? 
Çaşıb qalan ağıldımı? 
Qurduğumuz dağıldımı - 
Qəzalıyam, qəzalısan. 
 
Ayrı düşdük nəyin üstə? 
Darıxıram hər nəfəsdə... 
Sən də darıx, məni istə! 
Cəzalıyam, cəzalısan! 
 
 


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
70
 ~ 
 
 
 
              OVUC-OVUC 
 
Susma, qurban olum, hayıma hay ver! 
Öz qızıl vaxtından mənə də pay ver. 
Bu xoşbəxt anları sən mənə say ver, 
Mən sənə qaytarım, yar, ovuc-ovuc. 
 
Yanıram, üzünə göz düşən zaman, 
Uçuram, hər səndən söz düşən zaman! 
Bağrımın başına köz düşən zaman 
Nə ola, verəsən qar ovuc-ovuc. 
 
Bu həyat gah yoxuş, gah da enişdi, 
Yerimiz bəzən dar, bəzən genişdi. 
Heç belə deyildim, bilməm nə işdi, 
İcimdə bir atəş var – ovuc-ovuc... 
 
 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə