Afaq şixli



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə12/19
tarix01.07.2018
ölçüsü0,85 Mb.
#52564
1   ...   8   9   10   11   12   13   14   15   ...   19

_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
71
 ~ 
 
 
 
           DÜŞÜBDÜ 
 
Yenə duman çöküb yaşıl çöllərə, 
Güllərin üzünə jalə düşübdü. 
Qəfildən tuş gəlib zalım əllərə, 
Yerə boynu bükük lalə düşübdü. 
 
Görən sevgilimin varmı xəbəri  
Qəlbimə yük edib bunca kədəri? 
Gözlərim yol çəkir nə vaxtdan bəri, 
İçimə bir qərib nalə düşübdü. 
 
Bu eşqin taleyi zamana bənddi
Sevincim ümidə, gümana bənddi, 
Ürəyim sınmağa amana bənddi, 
Gör, canım nə haldan-hala düşübdü?! 
 
 
 


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
72
 ~ 
 
   
 
         SEVİRSƏNSƏ 
 
Sevirsənsə - uzaq durma, 
İçinə çək nəfəsimi. 
Mən də sənə peşkəş edim 
Bütün olan həvəsimi. 
 
Sevirsənsə - uzaq durma, 
Yar, ürəyim qubar eylər. 
Əllərini ver əlimə
Könlüm eşqi nübar eylər. 
 
Sevirsənsə - uzaq durma! 
Ruhum sənlə şad olacaq. 
Sən kömlümə həmdəm olsan, 
Kədər mənə yad olacaq. 
 
Səsləyərək səni ansam, 
Eşit məni, duy səsimi! 
Əgər məni sevirsənsə - 
Gəl, sındır bu qəfəsimi! 
 
 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
73
 ~ 
 
 
 
BU MƏHƏBBƏT DEYİLMİŞ! 
 
Gözümüzdə gecələrin zülməti,  
Qəlbimizdə ötən eşqin həsrəti. 
Alnımızda bir ayrılıq yazısı, 
İçimizdə son sözlərin acısı. 
Görüşmək də bizə qismət deyilmiş... 
Unut məni, bu məhəbbət deyilmiş! 
 
Nə sən mənə, nə mən sənə inandım, 
Sən od oldun, alov oldun, mən yandım. 
Səhvlərini bir bilirsən, - yüz oldu, 
Ürək dondu, sənə qarşı buz oldu. 
Hər sevda da xoş səadət deyilmiş... 
Unut məni, bu məhəbbət deyilmiş! 
 
 


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
74
 ~ 
 
 
 
              PAY EYLƏ! 
 
Mən nə bilim, darıxırsan, yoxsa yox? 
Ay insafsız, bircə dəfə hay eylə! 
Uzaqda ol, yaxında ol - fərqi yox, 
Qəlbimə dol, qış ömrümü yay eylə! 
 
Ürək, deyən, tənhalıqla barışır... 
Fikir, xəyal bir-biriylə yarışır. 
İtirirəm, sağım-solum qarışır, 
Öz yarını yarım ilə tay eylə! 
 
Qəlbimizə birgə qulaq asaqmı? 
Yoxsa, daha bu duyğular yasaqmı? 
Mən burada, sən orada... susaqmı? 
Bir xoş söz de, bircə kəlmə pay eylə! 
 
 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
75
 ~ 
 
 
 
İSTƏRƏM, DƏYIŞIM SƏNLƏ YERIMI 
 
İstərəm, dəyişim sənlə yerimi, 
Nigaran ruh sən ol, bədən mən olum! 
Bunca həsrət ilə, intizar ilə 
Qəlbini incidən, didən mən olum! 
 
Bir görüm, vicdanın oyanacaqmı? 
Ürəyin al qana boyanacaqmı? 
Canın bu dərdlərə dayanacaqmı?  
Bu dəfə imtahan edən mən olum! 
 
Sən də gör, sən də bil istəmək nədir! 
Hər gecə adını səsləmək nədir! 
Yalançı ümidlər bəsləmək nədir! 
Gözləyənim sən ol, gedən mən olum! 
 
 


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
76
 ~ 
 
 
 
           GƏLƏCƏM! 
 
Yollar özü məni sənə gətirir, 
Bu yollarda olsa da çən, gələcəm! 
Niyə qəlbin ümidini itirir? 
Saçlarıma düşsə də dən, gələcəm! 
 
Qara yellər azdırammaz izimi, 
Tüstü, duman tuta bilməz gözümü. 
Bu sevgiyə qurban edib özümü
Qarşı qoyub hər nə desən - gələcəm! 
 
Ayazlara verməyəcəm aman da, 
Gül acacaq, inan, arzu, güman da. 
Nə yorulmaq, tez ötəcək zaman da, 
Görəcəksən, gələcəm mən, gələcəm! 
 
Hər bir kəsin Tanrı yazır baxtını! 
Ucaldacaq endirdiyi taxtını! 
Daha mənə sərf edərsən vaxtını, 
Əl üzmərəm axı səndən, gələcəm! 
 
Ömrüm-günüm, daha sondan danışma! 
İnamımı sarsıtmağa çalışma! 
Demirəm ki, həsrətimdən alışma, 
Deyirəm ki, həsrətə tən gələcəm! 
 
 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
77
 ~ 
 
 
 
      SÖZLƏRİN OLSUN! 
 
Sevgimin ünvanı – sənin ürəyin, 
Qəlbimin aynası gözlərin olsun! 
Ümidim, gümanım bircə gülüşün, 
Dərdimin dərmanı sözlərin olsun! 
 
Mənimlə başa vur hər günü, ayı, 
Nəşəli anların olmasın sayı. 
Məhəbbət çiçəyi - ömrümün payı, 
Lalələr, nərgizlər düzlərin olsun! 
 
Varlığın sükuta kəsilsin qənim... 
Odlu baxışından titrəsin tənim. 
Sevgidən nə desən, qoy bircə mənim, 
Başqa nə söyləsən yüzlərin olsun! 
 
 


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
78
 ~ 
 
 
     NECƏ UZUN BİR GECƏDİR! 
 
Yatırsanmı, ay ürəyim? 
Gecə keçib yarısından. 
Mənsə yata bilməmişəm 
Bu hicranın yarasından. 
 
Gündüz-gecə, nə fəqri var, 
Günüm qaradan qaradır. 
Xəbərin yox, həsrətindən 
Ürəyim para-paradır. 
 
Yəqin şirin yuxudasan,  
Elə sakit..., elə incə.... 
Seyr edəydim bu lövhəni 
Yorulmadan mən hər gecə. 
 
Əsrarəngiz o Ay kimi 
Süsləyəydim otağını. 
Ya da zərif bir nur olub 
Oxşayaydım yanağını. 
 
Eh, nə qədər sözlərim var... 
Danışımmı uyuyarkən? 
Ürəyimdə qoyub getdin 
Duyğuların soyuyarkən. 
 
Kövrəldinmi az da olsa, 
Məndən ayrı, söylə, mənə, 
Toxunduqca barmaqların 
Pianonun dillərinə? 
 
 
 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə