Afaq şixli



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə15/19
tarix01.07.2018
ölçüsü0,85 Mb.
#52564
1   ...   11   12   13   14   15   16   17   18   19

_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
92
 ~ 
 
 
 
YEL QANADLI OLUR ZAMAN 
 
Yel qanadlı olur zaman, 
Göz açmağa vermir aman. 
İllər yaman ötür, yaman... 
İllərə kəmənd ataydım! 
 
Fikir-xəyal başdan aşıb, 
Duyğularım coşub-daşıb. 
Səadətlə qoşalaşıb 
Qəm-qüssəyə bənd ataydım! 
 
İncəlibdi könül simi, 
Kimə açım ürəyimi?! 
Ömür acı şərab kimi... 
İçinə bir qənd ataydım! 
 
 
 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
93
 ~ 
 
 
 
            KAŞ... 
 
Kaş, gələydi elə bir gün
   ayrılanlar qovuşaydı... 
O ağlayan boz buludlar 
   üstümüzdən sovuşaydı... 
 
Kaş, gələydi elə bir gün, 
   qalmayaydı nisgilimiz... 
Bu sevginin qiymətini 
   anlayaydıq hər ikimiz... 
 
Kaş, gələydi elə bir gün, 
   taleyimiz dəyişəydi... 
Bizi ayrı salan yollar 
   gec də olsa birləşəydi... 
 
Eşqimizin qüdrətindən 
   çəkiləydi bu dərd, bu qəm. 
Gəl, sevgilim, apar məni
   bizim olsun bütün aləm! 
 
 


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
94
 ~ 
 
 
 
               GƏL! 
 
Gozləyirdim, - gəldi bahar! 
Çağladıqca xoş arzular, 
Ürək kimi coşan, yanan 
Gunəşin hər zərrəsini, 
Eyvanlara qoşa qonan 
qaranquşların səsini  
duyduqca mən, 
sən kecirsən urəyimdən! 
Amma, nədən 
uzaqdasan bu qədər sən? 
 
Küsülülər barışacaq, 
ayrılanlar qovuşacaq. 
“Can” deyib, “can” eşidənlər, 
sevgini məbəd bilənlər 
qovuşacaq bundan belə. 
Gəzəcəklər deyə-gülə... 
Nur yağacaq üzlərindən, 
eşq baxacaq gozlərindən. 
Görürsənmi  
hər şey gozəl!  
Nə olar, gəl! 
 
 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
95
 ~ 
 
 
 
      
YANASAN, GÖRÜM! 
 
Göylərdən enəsən, yerə, yanıma, 
“Mələk” olduğunu danasan, görüm! 
Sevgisiz dünyanın qaranlığında 
Özünü tək-tənha sanasan, görüm! 
 
Sən mənə biganə qaldın, deməli... 
Qəlbimi daşlara çaldın, deməli... 
Görüb, görməzliyə saldın, deməli... 
Həsrətin əlində donasan, görüm! 
 
Əhdə xilaf çıxmaq necə də asan... 
Daş nədi, ondan da betər olasan! 
Məni od-alovsuz yandıran insan, 
Yanasan, yanasan, yanasan, görüm! 
 
 


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
96
 ~ 
 
 
 
O SEVDİYİM SƏNMİ İDİN? 
 
Bir sual var, ürəyimdə daş olub - 
O sevdiyim sənmi idin, yoxsa, yox? 
Duyğularım pərən düşüb, çaş olub... 
O sevdiyim sənmi idin, yoxsa, yox? 
 
İnanırdım..., safdın, gülərüz idin, 
Öz əhdinə, ilqarına düz idin. 
Buz deyildin, atəş idin, köz idin... 
O sevdiyim sənmi idin, yoxsa, yox? 
 
Əllərimi buraxmazdın əlindən, 
Xoş kəlmələr süzülərdi dilindən. 
Necə keçim bu həsrətin selindən? 
O sevdiyim sənmi idin, yoxsa, yox? 
 
Mən eşqimdə yanılmışam, deyəsən... 
Vəfalılar dura-dura niyə sən? 
Ay insafsız, bəlkə özün deyəsən - 
O sevdiyim sənmi idin, yoxsa, yox? 
 
 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
97
 ~ 
 
 
      
               HƏLƏ 
 
Ürəyim atəşə, oda qalandı, 
Cəlladım tey günah qazanır, hələ... 
Bu həsrət deyil ki, həsrət yalandı! 
Bu - ölüm anıdır, uzanır hələ. 
 
Ağlayıb sızlamaq mənə ar gəlir, 
İnsanlar gözümə biqərar gəlir, 
Yerdən üzülənə göy də dar gəlir, 
Şükr etmir olana, usanır hələ. 
 
Kim olsa yerimə, tükənər, bitər! 
Bu qürbət acısı hər dərddən betər! 
Deyirəm, amandı, deyirəm, yetər! 
Qismətsə qışımı yaz anır hələ. 
 


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
98
 ~ 
 
 
 
MƏHƏBBƏTİMDİR! 
 
Öyrəşdim həyatın əyri-düzünə, 
Dözümlü olmağım – qəbahətimdi. 
Özüm görünmürəm tez-tez gözünə, 
Qəlbimdə danışmaq bir adətimdir. 
 
Sevgi ömürlükdür, həvəs bir anlıq, 
Sevgisiz bir həyat – zülmət, qaranlıq. 
Vurduğun yaralar oldu zamanlıq, 
Təbibim - əbədi məhəbbətimdir! 
 
Şairəm, şeirdir dövlətim, varım. 
Dolaşır aləmi xoş xəyallarım. 
Eşqin qüdrətilə yaratdıqlarım 
Həm hissim, həm ruhum, həm sənətimdi! 
 
 
 
 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
99
 ~ 
 
 
 
SƏN DƏ  
HƏR KƏS KİMİSƏNMİŞ 
 
Sən də hər kəs kimisənmiş... 
Mənsə səni canım bildim. 
Bunca böyük bir dünyada 
Səni seçdim, sənə gəldim. 
 
Sən də hər kəs kimisənmiş... 
Mənsə tacım bildim səni. 
Dünyalara dəyişməzdim 
Bir sözünü, bir kəlməni. 
 
Duyğularım yerlə-yeksan, 
Qəlbim sanki güllələnmiş... 
Mən inanmaq istəmirdim  
Sən də hər kəs kimisənmiş. 
 
 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə