Afaq şixli



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə13/19
tarix01.07.2018
ölçüsü0,85 Mb.
#52564
1   ...   9   10   11   12   13   14   15   16   ...   19

_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
79
 ~ 
 
Unutdunmu yoxsa, canım, 
Bizim şirin nəğməmizi? 
Bəs, ölümsüz edəcəkdin 
Səninlə hər kəlməmizi? 
 
Bəs, deyirdin, mən ölərəm 
Bir an qalsam səndən ayrı! 
Gör nə qədər zaman keçdi, 
Sən də ayrı, mən də ayrı... 
 
Çıxırsanmı dağ başına, 
Yenə sərin axşamlarda? 
Yenə məni anırsanmı 
Oxuduğun dualarda? 
 
Yox, düşünmə! Qayıtmaram! 
Buna bir də dözməz canım. 
Amma qəlbim istəyir ki
Səni sevim, səni anım. 
 
Onsuz, hər gün danışıram 
Şəkildəki surətinlə... 
Barışmıram mən hələ də 
Nisgilinlə, həsrətinlə... 
 
Bax, yoruram yenə səni... 
Günəş üzlüm, sağ ol daha! 
Mən çəkilim təkliyimə, 
Lap az qalıbdır sabaha. 
 
Yenə mən və soyuq otaq... 
Necə uzun bir gecədir! 
Hər gecəyə bənzəmir, yox, 
Bu bir ayrı cür gecədir! 


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
80
 ~ 
 
         
 
       YETİM QALIBDI 
 
Sən məni tək qoyub gedəndən bəri, 
Sevgimiz beləcə yetim qalıbdı! 
Bürüyüb özünə qəmi, kədəri, 
Sevgimiz beləcə yetim qalıbdı! 
 
Eşqini əşyatək alıb-satalı, 
Vüsalın payına həsrət qatalı... 
Necə ki, yetim var ana-atalı - 
Sevgimiz beləcə yetim qalıbdı! 
 
Xəyallar, duyğular azıbdı yolu, 
Qəlbimiz şübhəylə, yalanla dolu. 
Kəsilib qanadı, qırılıb qolu, 
Sevgimiz beləcə yetim qalıbdı! 
 
Yay günü qəlbimə yağan qardımı? 
Sənə də mənimtək dünya dardımı? 
Görən, bu həsrətə gərək vardımı, 
Sevgimiz beləcə yetim qalıbdı? 
 
 
 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
81
 ~ 
 
 
 
 
 
       BİLƏ-BİLƏ 
 
Kimi namus, ar eylədi,  
Kimi ömrü xar eylədi, 
Kimi ahu-zar eylədi, 
Elə susdum bilə-bilə! 
 
Dünya onsuz dar bir qəfəs, 
Sinə dolu, çatmır nəfəs. 
Yalvarmağa yoxdu həvəs, 
Mən də küsdüm bilə-bilə!  
 
Ümidlərim bir toz oldu, 
Nə etdimsə, çox az oldu. 
Mənə qalan bu naz oldu, 
Getdi dostum, bilə-bilə! 
 
 
 


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
82
 ~ 
 
 
BİR GÜL BAĞIM OLAYDI...  
 
"Yenə o bağ olaydı..." 
                  M. Müşfiq 
 
Kaş, pəncərəm önündə  
bir gül bağım olaydı... 
Mən də hey yorulmadan  
sabah erkən duraydım,  
Bizim bu gül bağından  
təzə-tər güllər dərib 
sənə dəstə yığaydım... 
 
Kaş, evin arxasında  
uca dağım olaydı... 
Mən də axşam olunca 
zirvəsinə çıxaydım, 
Nəfəs alıb dərindən 
Qayalar silkələnib 
qopunca məhvərindən, 
təkrar-təkrar, doyunca 
adını çağıraydım... 
 
Kaş, elə mələk kimi 
çüt qanadım olaydı, 
Görünmədən gözünə 
düz yanına uçaydım. 
Danışmadan, dinmədən, 
sən özün də bilmədən, 
sakit-sakit... gizlicə 
elə sənə baxaydım... 
 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
83
 ~ 
 
 
Kaş, yenilmək bilməyən 
bir inadım olaydı. 
Sənin dediklərinə, 
qəsdən etdiklərinə 
mən biganə qalaydım. 
Aləm yığılsa belə, 
dünya dağılsa belə, 
səni getdiyin yoldan, 
geriyə qaytaraydım! 
 
Səni xatırladıqca, 
düşüncələr baş alır.. 
Beləcə öz-özümlə 
səssizcə danışdıqca 
ürəyim də boşalır. 
Nə qədər zaman keçib... 
Unutmuram mən səni. 
Hələ də bölüşürəm  
xəyalımdan keçəni. 
Hər gün olduğu kimi 
bax, bu gün də qəlbimin 
arzuları dil açır, 
məsum bir körpə kimi... 
Hər zaman gözlədiyim,  
sevib əzizlədiyim 
ilahi töhfə kimi 
çiçək açır yenidən. 
Yanımda olmasan da, 
hələ ürəyimdədi 
o arzular indi də... 
 
 


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
84
 ~ 
 
 
 
              SƏNSİZ 
 
Bu gün yada salıb ötən günləri 
Nakam arzulara bir badə qaldır! 
Canlandır mürgülü xatirələri, 
Burda tənha qalan bir dünya vardır. 
 
Eşqin ürəyimdə yanan bir ocaq 
Sənsiz ömür sürmək mənə çətindi. 
Gəlməsən, sevgimiz yetim qalacaq 
İsti nəfəsinə möhtacam indi. 
 
Həsrət gözlərimin silib nəmini, 
Qəlbimi ovundur nəvazişinlə. 
Sənsiz günlərimin qüssə-qəmini 
Sən mənə unutdur öz gəlişinlə. 
 
Söylə, nə etmədim səninçün daha? 
Qürurum məhəbbət önündə aciz... 
Gecələr sevgidən dönsə sabaha 
Nurlu şəfəqlərə qərq olarıq biz. 
 
Qayıt, gəl, “əlvida” söyləmə bir də! 
Son qoymaq bu qədər asanmı məgər? 
Sevgilim, məhəbbət olduğu yerdə 
Hər dərdə-əzaba dözməyə dəyər. 
 
Gəl, mənim həyatım, barışaq bu gün! 
Kədəri, nisgili ürəyindən at! 
Bu fani dünyada ikimiz üçün 
Sevincdən əbədi bir dünya yarat! 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə