Afaq şixli



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə16/19
tarix01.07.2018
ölçüsü0,85 Mb.
#52564
1   ...   11   12   13   14   15   16   17   18   19

_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
100
 ~ 
 
 
 
SƏNİN NÖMRƏN ÖLDÜ BU GÜN! 
 
Sənin nömrən öldü bu gün! 
Qəribədir, amma, yaman - 
Nömrələr ölə bilirmiş! 
Çoxdan bəri  
ilk dəfəydi güldüm bu gün 
göz yaşları arasından... 
Ruhlar da gülə bilirmiş! 
Öldü daha sənlə bağlı 
hər bir tarix, hər bir rəqəm. 
Amma nə qəm... 
Saymayacam bundan belə 
günləri mən, anları mən. 
Ayıracam gözlərimi saatlardan,  
təqvimlərdən. 
Necə də tez gəldik sona... 
Çox heyif  ki, sənə görə 
nifrət etdim  
bu günahsız telefona! 
 
 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
101
 ~ 
 
 
 
            BİLMİRƏM 
 
Ürək sızladıqca bir ümid sönür
Çağlayan arzular dumana dönür, 
Qəlbimə yük olur mənasız ömür - 
Nə aça, nə də ki, sola bilmirəm. 
 
Demək ki, bu imiş alın yazısı, 
Mənə qismət oldu qürbət acısı. 
Hər kəsə doğmadır qardaş-bacısı, 
Mən nə yad, nə doğma ola bilmirəm. 
 
Qorxuram sınayam yarı, yoldaşı, 
Bitib tükənməyir fikir savaşı. 
Bəzən selə dönür gözümün yaşı, 
Bəzən daş oluram, dola bilmirəm. 
 
Qarışıb içimdə yaxşı-yamanım, 
Bilmirəm heç varmı, yoxmu zamanım?! 
Qəlbləri dindirən tarım, kamanım, 
Toz tutub nə vaxtdır, çala bilmirəm. 
 
Səhv etmək insanda bir adət imiş, 
Sevgini öldürən qəbahət imiş. 
Mənim aradığım səadət imiş,  
Heyif, satan yoxdur, ala bilmirəm. 
 
 
 


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
102
 ~ 
 
 
 
İNAN, SEVGİLİM! 
 
Göylərin tağları qırılsa, ensə, 
Günəş nur saçmasa, səmada sönsə, 
Dünya özü boyda yalana dönsə 
Səni sevdiyimə inan, sevgilim! 
 
Hay salan küləklər dursa, dayansa, 
Al-əlvan sabahlar qara boyansa, 
Qəlbində hər kəsə şübhə oyansa 
Səni sevdiyinə inan, sevgilim! 
 
Bu gündən sabaha olmasa güman, 
Başının üstünü alsa sis, duman, 
Bütün ümidlərin bitdiyi zaman 
Səni sevdiyimə inan, sevgilim! 
 
Xəzana çevrilsə isti baharın, 
Getsə də əlindən dövlətin, varın, 
Səninlə olacaq vəfalı yarın! 
Səni sevdiyimə inan, sevgilim! 
 
 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
103
 ~ 
 
 
 
         BİR BƏHANƏ DE! 
 
Mən sənə bənzəyən görmədim ki heç
Səni sevməməyə bir bəhanə de! 
Səndən başqasını sevmədim ki heç, 
Səni sevməməyə bir bəhanə de! 
 
Dünyada kimsəyə salmaram nəzər, 
Yoxluğun, həsrətin qəlbimi üzər. 
Sözlərin dilimdə dolaşıb-gəzər, 
Səni sevməməyə bir bəhanə de! 
 
Günahım – vədəsiz gəlməyim oldu,  
Ruhumu, könlümü verməyim oldu, 
Gözündə Tanrını görməyim oldu, 
Səni sevməməyə bir bəhanə de! 
 
Hər şeyi anlayıb duyaydın indi, 
Yalanlar mənimdi, doğru sənindi. 
Ürəyim susmadı, min dəfə dindi: 
"Səni sevməməyə bir bəhanə de!" 
 
 


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
104
 ~ 
 
 
 
               GƏLSİN!  
 
Üz tutum göylərə fəryadı-ahla, 
Qoy, gendən dolanan insafa gəlsin! 
Sevirəm zalımı bunca günahla, 
Yoxmudur qəlbində bir vəfa, gəlsin?! 
 
Görəsən duydumu xəstədi halım, 
Tükənib qərarım, solub camalım? 
Loğmanım neyləsin, eşqdi məlalım, 
Söyləyin dərdimi, bivəfa gəlsin! 
 
Mən bircə baxışdan sevmişəm onu, 
Görən gələcəkmi bu hicrin sonu? 
Nə vaxt açılacaq qəlbinin donu? 
Verməsin könlümə min cəfa, gəlsin! 
 
 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
105
 ~ 
 
 
 
NƏ YAXŞI Kİ, YANIMDASAN 
 
Əllərini buraxacam gülə-gülə, 
Qəm baxacaq bu gülüşün arxasından. 
Sənsizliyin zülümünü bilə-bilə, 
Yapışacam qürurumun yaxasından. 
 
Gedəcəksən, bir də səni görməyəcəm, 
Xəyallarda yaradacam surətini. 
Haradasan, kiminləsən - bilməyəcəm, 
Ömür boyu çəkəcəyəm həsrətini. 
 
Yaşayacam hər bir anın əzabını, 
Qurtuluşa olmayacaq xilas yolu. 
Yazacağam yazılmamış kitabını 
Qalan ömrün... - nisgil dolu, xiffət dolu. 
 
Aman Allah, ağrı qopdu ürəyimdən
Bircə anda düşündüyüm yetər mənə! 
Sənin üçün vaz keçərəm hər şeyimdən, 
Bax, öpürəm əllərini dönə-dönə... 
 
Nə yaxşı ki, yanımdasan, ey həyatım, 
Hələ vardır sevgimizin ümid yeri! 
Küsüləri yaddaşımdan silim, atım, 
O bəxtəvər zamanlara dönək geri! 
 
 
 
 


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
106
 ~ 
 
 
 
    BİLSƏYDİM! 
 
Bir aşiq sən, bir aşiq mən, 
Divanəyik əvvəlindən. 
Ürəyimi dərd əlindən 
Qoparıb ala bilsəydim! 
 
Mən könlümü verdim sənə
Vurğun oldum dönə-dönə. 
Damla-damla axıb yenə 
Qəlbinə dola bilsəydim! 
 
Sorma məndən kədərimi, 
İnləməsin qəlbin simi. 
Dərdiyin bir çiçək kimi 
Əlində sola bilsəydim! 
 
Keçdik ömür karvanında, 
Anlamadıq zamanında... 
Həyatımın son anında  
Yanında ola bilsəydim! 
 
 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə