Afaq şixli



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə2/19
tarix01.07.2018
ölçüsü0,85 Mb.
#52564
1   2   3   4   5   6   7   8   9   ...   19

_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
6
 ~ 
 
yaşamasını elə-belə xatırlatmadım, uzun müddət dilimizdən
adət-ənənəmizdən uzaq düşən bir yazarın şeirindəki milli 
kolorit, işlənən sözün məna çaları və poetik yükü məni 
heyran etdi: 
 
Həyatın mənası tox olmaq deyil! 
Fərasət - dövləti çox olmaq deyil! 
Ölmək - bu dünyadan yox olmaq deyil, 
Qəlbimdə qalacaq izlərin ki var! 
 
        Afaq Şıxlı şeirlərinin mayasını ən ali hiss hesab edilən 
sevgi təşkil edir. Yolu yerdən - göyə, insandan - Allaha doğru 
uzanan ilahi bir sevgi. Müəllif bu səpkidə özünəməxsusluğu 
və bədii tərənnüm xarakterinə görə seçilən rəngarəng şeir 
nümunələri yaratmışdır: 
 
Hər işini çözdüyün,  
Ədasına dözdüyün, 
Arxasınca gəzdiyin 
Mənim kmi sevməzdi. 
 
Atəşinə yandığın, 
Hər nəfəsdə andığın,  
Bir məleykə sandığın 
Mənim kimi sevməzdi. 
 
         Məni valeh edən cəhətlərdən biri də şairin ən qəmli-
kədərli anlarında belə qələmə aldığı, adına “həsrət nəğmələri” 
dediyimiz şeirlərində qəribə bir ümid işığının olması, 
təəssüfün içərisindən baş qaldıran cücərtilərdə sabaha nikbin 
baxışdır. Mübarizlik, əzmkarlıq, dözüm və bunlarla yanaşı, 
haqqı çatdığı yerdə verdiyi dəyərli məsləhət, ərki çatdığı 
yerdə deyə bildikləri şairin əlindən tutan ilk köməkdaşıdır: 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
7
 ~ 
 
Eşqini unutma, qəlbində gizlə, 
Həyat sınasa da hər zaman bizi. 
Bu təmiz sevgini qoru, əzizlə, 
Zamana buraxma hisslərimizi! 
 
      Şairə görə sevgi o qədər müqəddəs bir hissdir ki, hətta 
yeri gələndə, o, Tanrı çiçəyi qədər təmiz və pak eşqə 
əyilməyi şərəf sayır: 
 
Sevgimə əyildim, anlamadın sən, 
Allah bağışlamaz bu eşqə gülsən. 
 
       Afaq Şıxlı sərbəst vəzndə də qələmini sınamış və gözəl 
şeir nümunələri yarada bilmişdir. Onun bu qəbildən olan 
“Özün söylə...”, “Qoyma gedəm”, “Mənə sevgilim demə!”, 
“Yollar uzaq...” və s şeirləri xüsusilə maraqlı və 
oxunaqlıdır. Müəllifin “Minnətdaram” şeiri artıq dillər 
əzbərinə çevrilmişdir. Şeirdən bir parça:  
 
Sağ ol, canım! 
Ey məhəbbət xanimanım! 
Yalnız mənə bəxş etdiyin bu an üçün, 
Səninlə bir keçirdiyim zaman üçün! 
Sevgi dolu  
sətir-sətir sözlər üçün, 
Şəfqət dolu  
od baxışlı gözlər üçün! 
Sən olduqca ürəyimdə mən də varam. 
Varlığınçün 
bir özünə, 
bir də səni Yaradana minnətdaram! 
 


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
8
 ~ 
 
       Diqqətlə oxuyanda görürsən ki, bəzilərinin dediyinin 
əksinə olaraq, sərbəst vəzndə yazılan şeirlərin də bir ayrı 
ahəngi və ritmi var. Oxuduqca oxuyursan, yüklənmirsən, 
əksinə sözün poetik yükü səni ovsunlayır. Şeirlərdəki 
axıcılığı, dilin saflığının qorunmasını, hər bir sözə 
həssaslıqla yanaşma tərzini və s. bu kimi məziyyətləri də  
əlavə etdikdə, şeiri də sevirsən, şairi də! Onu da deyim ki, 
uca Allaha minnətdarlıq şairin, nəinki, şeirlərində səslənir, 
hər zaman dilinin əzbəridir. Bu isə, Afaq xanımın hər 
şeydən əvvəl qəlbi Allah eşqi ilə dolu olan bir insan olaraq 
Yaradana sədaqətindən və həm də dilimiz qədər dinimizə də 
sonsuz ehtiramından xəbər verir.  
        Beləliklə, həyatın keşməkeşli yollarında ətrafdakıları 
və onlara münasibəti müşahidə etmək qabiliyyəti, həyata və 
təbiətə özəl prizmadan baxış və olanlara, öz fəlsəfi 
düşüncələrinə söykənməklə, ədəbi nəfəs vermək bacarığı 
bütün yaradıcılığı boyu müəllifli müşaət edir.  
        İxtisasca həkim olan Afaq xanım olduqca həssas, 
duyğusal, son dərəcə nəcib, humanist bir insandır. O, həm 
də gözəl pianoçudur. Özünü heç vaxt bəstəkar hesab etməsə 
də  bəstələdiyi mahnılar populyar müğənnilər tərəfindən  
sevilə-sevilə ifa olunmaqdadır.  
        Əziz oxucular! Mən işıqlı insan və gözəl şairə Afaq 
Şıxlının bu kitabda toplanmış dəyərli şeirləri haqqında 
fikirlərimi qısa da olsa sizinlə bölüşməyə çalışdım.  
İndi isə, söz sizindir.  
       Sözümün sonunda Afaq xanıma yeni yaradıcılıq 
uğurları arzulayır, ona, “Hər zaman addımın mətin, fikrin 
qəti, qələmin iti olsun, əsiz dost!” – deyirəm. 
 
                                                                    Elman Tovuz 
                                                                    şair 
 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
9
 ~ 
 
 
 
                 SALAM! 
 
Vətən, qayıtmışam qoynuna yenə, 
Qurbanlar kəsərəm bu gözəl günə, 
Öpüm torpağını mən dönə-dönə, 
Saflığım, paklığım, iffətim, salam! 
 
Al məni bağrına, ovut, əzizlə! 
Bir gəzim doyunca çəmənlə, düzlə. 
Bölüşüm dərdimi yenə dənizlə... 
Sonsuz məhəbbətim, ülfətim, salam! 
 
Necə də doğmadır mənə bu yollar, 
Çağlayan ləpələr, durulan sular. 
Ürəyim hər zaman səni arzular, 
Nisgilim, kədərim, xiffətim, salam! 
 
Sübh çağı dağları bürüsün duman, 
Yatmayım gecəni, itməsin zaman. 
Yaman darıxmışam, mən sənsiz, yaman... 
Mənim Vətən adlı sərvətim, salam! 
 
 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə