Afaq şixli



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə5/19
tarix01.07.2018
ölçüsü0,85 Mb.
#52564
1   2   3   4   5   6   7   8   9   ...   19

_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
23
 ~ 
 
 
      
 
     Bəzən olur
yay günündə üşünürəm. 
Yadımdasan, 
elə səni, elə səni düşünürəm... 
Sanıram ki, 
ürəyimə bağlamısan ürəyini. 
Bəlkə elə, 
sinəmdəki yatıb qalan 
bir daş kimi sevim səni? 
 
Omür qısa... 
Dünya bizə qalmasa da, 
Həyat bizi  
eyni bərkə, eyni boşa salmasa da, 
Bir atamız, 
bir anamız olmasa da, 
Yenə də mən 
bir əzizim, can-ciyərim bilim səni! 
İstəyirəm, 
doğmadan da doğma olan 
qardaş kimi sevim səni! 
 
 
 
 
 
 
 
 
 


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
24
 ~ 
 
 
 
QƏLBİMİN SƏSİNİ  
DİNLƏYİRƏM MƏN... 
 
Qəlbimin səsini dinləyirəm mən, 
Ağlımın səsini duya bilmirəm... 
Bir qara köynəyə çökübdü ətrin
Mən də əlim gəlib yuya bilmirəm... 
 
Saxlamaq olmayır uçan zamanı, 
Günlər səni məndən qoparıb gedir. 
Sənsiz ötüb keçən hər saat, hər an 
Sanki ürəyimi aparıb gedir. 
 
Kədərmi olmalı yükümüz bizim? 
Bir vüsal sevinci daşımadıq ki… 
Kim deyir biz ömrün payızındayıq? 
Hələ heç  baharı yaşamadıq ki… 
 
Məni duyursanmı, könül həmdəmim? 
Mən safam, təmizəm etibarımda. 
Qayıdıb tutunca əlimdən mənim, 
Səninçün olacaq dualarım da! 
 
 
 
 
 
 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
25
 ~ 
 
 
 
          MƏNİ İTİRMƏ! 
 
Diləklərim yetmir sənə deyəsən
Gedişinə səbəb varmı, - deyəsən?! 
Dönüb yada uzaqlaşdın niyə sən? 
Yalvarıram, bu sevdanı bitirmə! 
 
Xəyallarım səni məndən soruşar, 
Etibarım nisgilimlə vuruşar. 
Fəsillər də bir-birinə qarışar, 
Yaz günümə soyuq həsrət gətirmə! 
 
Ayrı düşsək dünyamız da daralar, 
Qəlbimizi boran alar, qar alar. 
Kədər bizi ayrılıqda yaralar, 
Xoş günləri puç eyləyib ötürmə! 
 
Sözlərimi bir də düşün, bir də an
Gözləyəcəm, bil ki, səni hər zaman. 
Daş qəlbini oyadacaq bu üsyan! 
Qayıt geri, qayıt, məni itirmə! 
 


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
26
 ~ 
 
 
 
 
...BU GECƏ SƏNSİZ QALMIŞAM 
 
Sevgilim, bu gecə sənsiz qalmışam... 
Gün batıb, göylərə yenə Ay gəlib. 
Elə kövrəlmişəm, elə dolmuşam, 
Elə bil səhraya qəfil çay gəlib. 
 
Sən ey saf ürəyim, ey şirindilim, 
Ölürəm..., səni də sıxır nisgilim. 
Tezcə ötüşəydi bu ayım, ilim, 
Bir də gorəydik ki, yenə yay gəlib. 
 
Əzəldən bu dünya ulu səhnədir
Havası yenidir, dəmi köhnədir. 
Ay Afaq, soruşma bu həsrət nədir,  
Bu həsrət taledən sənə pay gəlib! 
 
 
 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
27
 ~ 
 
 
 
NƏ OLDU BƏS? 
 
Ay sevgilim, nə oldu bəs, 
Hey deyirdin durma, tələs. 
Duaların bir quru səs?! 
Güvənirdin bəxtə ki sən! 
 
Səadəti dada-dada, 
Kim həsrəti salar yada? 
Xoşbəxtlər var bu dünyada, 
Bəs neyləsin bəxti küsən? 
 
Kim alışıb, kim yanası, 
Nə qaldı ki inanası? 
Qismət imiş qınanası... 
Qınanmasın bəxtə küsən. 
 
 


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
28
 ~ 
 
 
 
                  KAŞ Kİ... 
 
Sənsiz yaşamışam bunca zamanı... 
Kaş ki, sən bu qədər gecikməyəydin! 
Məndən uzaq düşüb sevinc limanı... 
Kaş ki, sən bu qədər gecikməyəydin! 
 
Solmuşam alaqlar arasında mən, 
Batmışam həyatın qarasında mən. 
Bir közəm qəlbimin yarasında mən, 
Kaş ki, sən bu qədər gecikməyəydin! 
 
Səndə ola-ola könlün açarı, 
Gizlədim qəlbimdə çox arzuları... 
Tələsib oduma düşəydin, barı! 
Kaş ki, sən bu qədər gecikməyəydin! 
 
Sönən ümidlərin göynəyir yeri
Nə irəli yol var, nə də ki, geri. 
Kim bizə qaytarar ötən illəri?! 
Kaş ki, sən bu qədər gecikməyəydin! 
 
 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
29
 ~ 
 
 
 
               BƏLKƏ DƏ... 
 
Sənin ürəyindən mən keçməsəydim, 
Bəlkə də başqa cür olardı hər şey. 
Bu eşq şərbətini heç içməsəydim, 
Bəlkə də başqa cür olardı hər şey. 
 
Telimi oxşayan əl olmasaydı, 
"Sevirəm" söyləyən dil olmasaydı, 
Arada bu qədər il olmasaydı, 
Bəlkə də başqa cür olardı hər şey. 
 
O gecə tərk edib sən getməsəydin
Məni sözlərinlə incitməsəydin, 
Qəlbində gizlicə dəfn etməsəydin, 
Bəlkə də başqa cür olardı hər şey. 
 
Yox indi nə dostum, nə də həmdəmim, 
Dənizə, dəryaya sığmayır qəmim! 
Bu dərdli dünyaya mən gəlməsəydim
Bəlkə də başqa cür olardı hər şey. 
Yəqin ki, başqa cür olardı hər şey... 
 
 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə