Afaq şixli



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə3/19
tarix01.07.2018
ölçüsü0,85 Mb.
#52564
1   2   3   4   5   6   7   8   9   ...   19

_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
10
 ~ 
 
 
 
                BU GECƏ 
 
Gözəl bir hava var, yazdı, meh əsir...  
Dolanır ətrafda bir sehir, bir sirr.... 
Intizar xəyalım elə tələsir - 
Ruhum da Bakımı gəzər bu gecə!  
 
Əzəldən vurğunam mən bu fəsilə,  
Sular pıçıldaşır min ahəng ilə. 
Qarışıb yaşılı mavi rəng ilə,  
Necə füsünkardır Xəzər bu gecə!  
 
Şəhrimiz gözəldir - min bir naxşı var! 
Tanrıdan bizlərə “Vətən” bəxşi var, - 
Qorusun hər zaman, yaman-yaxşı var, 
Dəyməsin yurduma nəzər bu gecə! 
 
Üz tutub yollara, getsəm də uzaq, 
 Könlümə dan gəlir o qar, o sazaq. 
 Mənim həsrətimə bir nəğmə yazaq... 
 Həzər qəm-kədərdən, həzər bu gecə! 
 
 
 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
11
 ~ 
 
 
 
 
 
                    AMİN! 
 
Silinsin göz yaşı gözlərimizdən, 
Gülüş silinməsin gözlərdən! Amin! 
Küsüb incisək də bir-birimizdən, 
Qəlblər qırılmasın sözlərdən! Amin! 
 
Güc versin ruhlara sevgi, məhəbbət, 
İnsanı insana bağlasın ülfət, 
Üzlərə nur gəlsin, qollara qüvvət
Təpər azalmasın dizlərdən! Amin! 
 
Tikanlar, alaqlar solub saralsın, 
Yamanın başına dünya daralsın, 
Qoy yarın könlünü elə yar alsın, 
Baxışlar itməsin izlərdən! Amin! 
 
Zaman qanadlıdır, dönsə də yelə, 
Neçə ki, var ümid, verək əl-ələ. 
Sevgidir dünyanı yaşadan hələ, 
Kaş, o da bezməsin bizlərdən! Amin! 
 
 


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
12
 ~ 
 
 
               OLMASIN! 
 
İstərəm hamını gülərüz görüm, 
Sevincə, şadlığa xərac olmasın! 
Yox olan qarğalar-quzğunlar olsun, 
Yaralı bir kəklik, turac olmasın! 
 
Durulsun səmanın qaranlıq üzü, 
Silinsin dünyadan “qan”, ”dava” sözü. 
Özünə şah olsun hər insan özü
Bir əl o birinə möhtac olmasın! 
 
Hər kəsin balası öz qucağında, 
Hər insan yurdunun bir bucağında, 
Hər evin qazanı düz ocaqında, 
Nə səfil, nə qərib, nə ac olmasın! 
 
Pak adı, kaş, çoxu daşıya bilsin! 
İki can bir ruhu daşıya bilsin! 
Sevənlər bəxtiyar yaşaya bilsin, 
Arzular, ümidlər tarac olmasın! 
 
 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
13
 ~ 
 
 
 
UZAT ƏLLƏRİNİ MƏNƏ BİR DAHA! 
                   
Bax..., tənha qalmışam səndən aralı... 
Uzat əllərini mənə bir daha! 
Hisslərim qarışıq,  
könlüm yaralı... 
Uzat əllərini mənə bir daha! 
 
Susuram..., susursan... 
Açılmır düyün. 
Yetməzmi bu qədər yad göründüyün? 
Unut bu inadı, eşqinlə öyün, 
Uzat əllərini mənə bir daha! 
 
Yaşaram gümanla - "qayıdar, gələr..." 
Ünvanı "sən" olan nələr var, nələr... 
Sənsizəm!  
Qorxudur məni "bəlkə"lər, 
Uzat əllərini mənə bir daha! 
 
Zəng elə!  
Xəbər et günün birində, 
De ki, gözləyirəm görüş yerində. 
Sevdiyim gülləri tut əllərində, 
Qoyma bu həsrəti dönə bir daha! 
Uzat əllərini mənə bir daha! 
 
 
 
 
 


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
14
 ~ 
 
 
 
 
YETƏRMİ, DOSTUM? 
 
Sən mənim canımsan, mənim özümsən, 
Döyünən ürəyim, görən gözümsən,  
Eşqimsən, ruhumsan, şirin sözümsən
Bu qədər məhəbbət yetərmi, dostum? 
 
Mən sənə biganə qala bilmirəm, 
Yadlaşıb uzaq da ola bilmirəm. 
Neyləsəm könlünü ala bilmirəm, 
Bu küsü, bu həsrət yetərmi, dostum? 
 
Qəlbimdə bir eşq var - alovlu, titrək, 
Söndürməz bu odu nə qar, nə külək. 
Kim səni sevər ki, mən sevdiyimtək, 
Bu sevgi, bu ülfət yetərmi, dostum? 
 
 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
15
 ~ 
 
 
 
               QAYITMA! 
 
Əllərimi göylərə hey açıram gümanla,  
Bəlkə unudam səni yavaş-yavaş, zamanla. 
Sən onsuz da getmisən o çiskinlə, dumanla, 
Tapmaq üçün dərdinə bir də çara, qayıtma! 
 
Biganəlik əzəldən səninlə yoldaş olub, 
İnanmıram sevginə, hisslərim çaşbaş olub. 
Sənin soyuqluğundan ürəyim də daş olub, 
Özün çıxmısan xilaf düz ilqara, qayıtma! 
 
Həyat bizə dost deyil, verdiyini alası... 
Yox olsan da, xatirən ürəyimdə qalası. 
Taleyimə asiyəm, ay Allahın bəlası, 
Salma məni bir daha intizara, qayıtma! 
 
Görəmmirəm üzünü, necə vaxtdır uzağam, 
Ürəyimi qış alıb, bir boranam, sazağam. 
Bir diyardan deyilik, el-obası Qazağam, 
Düşsə belə güzarın o diyara, qayıtma! 
 
 
 
 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə