_________________________ Afaq Şıxlı _________________________
~
121
~
SEVƏNLƏR AYRILANDA
Aləm yasa bürünər,
Qəm kölgətək sürünər,
Şər qüvvələr öyünər -
Sevənlər ayrılanda.
Ömrün dadı kəm olar,
Sevinc dönər qəm olar,
Zil də batar bəm olar -
Sevənlər ayrılanda.
Göyün üzü qaralar,
Hər söz ürək yaralar,
Gen dünya da daralar -
Sevənlər ayrılanda.
Ömrə-günə çən düşər,
Qara telə dən düşər,
Nəğmə dildən gen düşər -
Sevənlər ayrılanda.
Uçub gedər mələklər,
Sönər arzu, diləklər,
Susar sevən ürəklər –
Sevənlər ayrılanda.
_____________________ Səni düşünürəm... _____________________
~
122
~
MƏN TƏNHA DEYİLƏM!
Mən tənha deyiləm, sən mənimləsən!
Uzaqda, yaxında - fərq eləyərmi?
Mən tənha deyiləm, sən mənimləsən!
Sevgi də həsrətə boyun əyərmi?
Mən tənha deyiləm, əzizim mənim!
Fikrimdə, qəlbimdə sən yaşayırsan.
Həsrətin buzunda donsa da tənim,
Ruhumu od kimi qorsalayırsan.
Qəlbim sığışmayır bu dar məcraya,
Eşqin qoyarmı ki, sınam, əyiləm?!
Söyləmək istərəm bütün dünyaya:
Mən tənha deyiləm! Tənha deyiləm!
_________________________ Afaq Şıxlı _________________________
~
123
~
SEVGINƏ INANDIR MƏNI!
Mən səni sevirəm!
Sevməmək üçün
min səbəb, min sərhəd, min maneə var.
Amma, bu kəlməni söyləmək üçün
Çoşub ürəyimdə daşır arzular!
Mən səni sevirəm!
Nə deyim özgə...
İnanmaq istəsən gözlərimə bax.
Bu sevgi doğulub mənimlə birgə,
Bizi ayrı salmaq deyilmi günah?
Şübhələr dolmasın qəlbinə sənin,
Gəl, belə sızlatma yaralarımı.
Bir daha sevginə inandır məni,
Qaytar, mənə qaytar xəyallarımı!
_____________________ Səni düşünürəm... _____________________
~
124
~
O SƏN DEYİLSƏN
Bir ömür uzaqsan, bir ürək yaxın,
Mənim ki dərdimi bilən deyilsən...
Artıq nə dost kimi məni dinləyən,
Nə sevib eşqimdən ölən deyilsən.
Ömrümə qış gəlib, getməz bir daha,
Gözümdən bu həsrət itməz bir daha,
Qəlbimin nisgili bitməz bir daha,
Sözümü, sirrimi bölən deyilsən.
Bitib tükənməzdi, söz- söhbətimiz,
Doymazdıq sevgidən danışanda biz.
İndi o günlərdən qaldı nəyimiz?
Sən daha ayrısan, o Sən deyilsən.
_________________________ Afaq Şıxlı _________________________
~
125
~
SORUŞ HARDAYAM!
Nə olar, bir dəfə soruş hardayam!
Bəlkə ürəyimdə sözüm var elə?!
Bəlkə çətindəyəm, bəlkə dardayam,
Bəlkə yollarında gözüm var elə?!
Nə olar, bir dəfə soruş necəyəm!
Ağır bir yükdürmü bu iltifatın?
Açılmaz sabaham, soyuq gecəyəm,
Çıxılmaz yoluyam mən bu həyatın...
Sənsə... möcüzəsən, gözümün nuru,
Bircə gülüşün də şad edir məni.
Dünəndə buraxıb hirsi, qüruru,
Gəl, ovut qəlbimin incikliyini!
Nə olar, bir dəfə soruş hardayam!
Bəlkə ürəyimdə sözüm var elə?!
Nə olsun yanından uzaqlardayam,
Məni bir sözünlə bəxtiyar elə!
_____________________ Səni düşünürəm... _____________________
~
126
~
MEHRİBANIM OL MƏNİM!
Gəl qınama, gözlərimin qarası,
Çox təzədir hələ könül yarası.
Varmı, yoxmu, dərdlərimin çarası?!
Ya uzaq dur, ya loğmanım ol mənim!
Yol gedirəm, bilməm hara çatmağa...
Ümid varmı görən yara çatmağa?
Əl üzmüşəm bir bahara çatmağa,
Hər fəsildə xoş zamanım ol mənim!
Kaş, bəxtimə sevinc düşə bir dilim!
Ver əlini, qoy çəkilsin nisgilim!
Kimim var ki, səndən özgə, sevgilim?
Başım üstə asimanım ol mənim!
Dualarım yetər bir gün sənə də,
Qol qoymaram həsrət adlı sənədə!
Gəl yanıma bircə dəfə sənədə,
Sabahlara bir gümanım ol mənim!
Hey səslərəm, bəxtim deyən sağırdı...
Bir ürəyə iki həsrət ağırdı!
Bu dünyada tanrım bizi ayırdı,
O dünyada mehribanım ol mənim!
_________________________ Afaq Şıxlı _________________________
~
127
~
DOSTLARIM,
MƏNƏ DƏ BAHAR GÖNDƏRİN!
Dostlarım, mənə də bahar göndərin,
Çiçəkli, günəşli bir bahar olsun!
Kəsilsin arası soyuq günlərin,
Nə boran, nə sazaq, nə də qar olsun!
Çox uzaq düşmüşəm isti yuvadan,
Danışın siz mənə eldən-obadan.
Qurtulsun yurdumuz qandan-qadadan,
Evlərdə səadət bərqərar olsun!
Doğmalar görüm mən hər an yanımda,
Nəğmələr qaynasın yenə qanımda.
Yığılın süfrəmə ən xoş anımda,
Hər əziz nemətdən bir nübar olsun!
Qürbətdə ömürdən ömür azalar,
Bənizin açılmaz, canın sozalar.
Yazanda qisməti elə yazalar -
Hər insan elində bəxtiyar olsun!
Bülbüllər verəndə yenə səs-səsə
Qayıda biləydim lap son nəfəsə!
Salamlar söyləyin məndən hər kəsə,
Afaqın sevdiyi Vətən var olsun!
_____________________ Səni düşünürəm... _____________________
~
128
~
TƏLƏS DAHA
Zaman ötür, bir keçmişə dönür bu gün,
Sabahımız gələcəyin dumanıdır...
Yolda qalan diləyimiz sönür bu gün,
Ümidimiz bir arzunun gümanıdır...
Mizanı var bu dunyanın - iki gözlü,
Yolları var - daş-kəsəkli, əyri-düzlü.
İnsanları bəd niyyətli, gülər üzlü,
Hər bir şəri bir yaxşının yamanıdır.
Afaq Shıxlı, gör nə qədər dad görmüsən,
Ətrafında dost yerinə yad görmüsən.
Axır, bu gün ürəyini şad görmüsən,
Tələs, daha sevinməyin zamanıdır!
_________________________ Afaq Şıxlı _________________________
~
129
~
K i t a b ı n i ç i n d ə k i l ə r
Duyğuların dili ilə yazılanlar ...................................... 3
Salam .......................................................................... 9
Bu gecə ...................................................................... 10
Amin! ......................................................................... 11
Olmasın! .................................................................... 12
Uzat əllərini mənə bir daha ........................................ 13
Yetərmi, dostum? ....................................................... 14
Qayıtma! .................................................................... 15
Hardasan? .................................................................. 16
Özün söylə ................................................................. 17
Minnətdaram .............................................................. 18
Sən getdin .................................................................. 19
Yaman darıxıram ....................................................... 21
Yollar uzaq ................................................................ 22
Qəlbimin səsini dinləyirəm mən ............................... 24
Məni itirmə! .............................................................. 25
Bu gecə sənsiz qalmışam .......................................... 26
Nə oldu bəs? ............................................................. 27
Kaş ki ........................................................................ 28
Bəlkə də .................................................................... 29
Qoyma gedəm! .......................................................... 30
Mənə “sevgilim” demə! ............................................ 31
Sədası gəlməyən nəğməyəm daha ............................ 32
Səni düşünürəm ........................................................ 33
Gözlərindən gül daha! .............................................. 34
Çixin yaddaşımdan xatirələrim! ............................... 35
Sənsiz yaşamağı öyrənirəm mən .............................. 36
Səni nəyə bənzədim? ............................................... 37
Mənim kimi sevməzdi ............................................. 38
_____________________ Səni düşünürəm... _____________________
~
130
~
Durna qatarıdır xatirələrim ...................................... 39
Gülümsə dünyaya! ................................................... 40
Pianom ..................................................................... 41
Kaş ki, sən olaydın .................................................. 42
Yığılın başıma, xoş xəyallarım ................................ 43
Məndə bir ürək var .................................................. 44
Sən yaşa! .................................................................. 45
Sənə deməyəcəm! .................................................... 46
Məni məndən alacaqsan ........................................... 47
Bəlalı ........................................................................ 48
Zamana buraxma hisslərimizi! ................................. 49
Sevgilim olarsanmı? ................................................. 50
Demə! ....................................................................... 51
Gəl, gələ bilsən! ........................................................ 52
Məni çox sev! ........................................................... 53
Bir gün görüşəcəyik .................................................. 54
Gözlərin ki var! ......................................................... 56
Mənim üçün .............................................................. 57
Gözlərim ................................................................... 58
Sən heç kimə bənzəmə! ............................................ 59
Uzaqdan-uzağa sevməyə nə var ................................ 60
Sevgilin oluram ......................................................... 61
Hardasan? .................................................................. 62
Bağişla! ...................................................................... 63
Sən olmayanda ........................................................... 64
Bir yuxu bilək ............................................................ 65
Gülüm ........................................................................ 66
Həsrətim ..................................................................... 67
Tək səni istərəm bu yer üzündə! ................................ 68
Cəzaliyam, cəzalisan .................................................. 69
Ovuc-ovuc .................................................................. 70
_________________________ Afaq Şıxlı _________________________
~
131
~
Düşübdü .................................................................... 71
Sevirsənsə ................................................................. 72
Bu məhəbbət deyilmiş! ............................................. 73
Pay eylə .................................................................... 74
İstərəm, dəyişim sənlə yerimi ................................... 75
Gələcəm! ................................................................... 76
Sözlərin olsun! .......................................................... 77
Necə uzun bir gecədir! .............................................. 78
Yetim qalıbdı ............................................................ 80
Bilə-bilə .................................................................... 81
Bir gül bağim olaydı ................................................. 82
Sənsiz ........................................................................ 84
Sənin izlərin .............................................................. 85
Başqa bir dünya da varmı, görəsən? ......................... 86
Sən elə bilirsən .......................................................... 87
Necə də qəribədir ...................................................... 88
Oyana bilsin .............................................................. 89
Unutma məni! ........................................................... 90
Getmişəm ki, darıxasan ............................................ 91
Yel qanadlı olur zaman ............................................. 92
Kaş ............................................................................ 93
Gəl! ........................................................................... 94
Yanasan, görüm! ....................................................... 95
O sevdiyim sənmi idin? ............................................ 96
Hələ ........................................................................... 97
Məhəbbətimdir! ........................................................ 98
Sən də hər kəs kimisənmiş ....................................... 99
Sənin nömrən öldü bu gün! ..................................... 100
Bilmirəm ................................................................. 101
İnan, sevgilim! ........................................................ 102
Bir bəhanə de! ......................................................... 103
_____________________ Səni düşünürəm... _____________________
~
132
~
Gəlsin! ................................................................... 104
Nə yaxşı ki, yanimdasan ........................................ 105
Bilsəydim! ............................................................. 106
Hər şey keçib gedər................................................ 107
Demək ki .............................................................. 108
Bir gün elə susaram ki ........................................... 109
Səndən gələn hər şey gözəl! .................................. 110
Gecədir .................................................................. 111
Unudacaqsan! ........................................................ 112
Hiss edə bildinmi? ................................................. 113
Qəlbim ................................................................... 114
Mən sevgimə əyilmişdim ...................................... 115
Gərəksə .................................................................. 116
Hava da bir bəhanədir ............................................ 117
Sənin bu lal məhəbbətin ........................................ 118
Nə fərq edər ki? ..................................................... 119
Sevmə onu! ............................................................ 120
Sevənlər ayrılanda ................................................. 121
Mən tənha deyiləm! ............................................... 122
Sevginə inandır məni! ............................................ 123
O sən deyilsən ........................................................ 124
Soruş hardayam! .................................................... 125
Mehribanım ol mənim! .......................................... 126
Dostlarım, mənə də bahar göndərin! .......................127
Tələs daha ............................................................... 128
Kitabın içindəkilər .................................................. 129
Dostları ilə paylaş: |