Afaq şixli



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə17/19
tarix01.07.2018
ölçüsü0,85 Mb.
#52564
1   ...   11   12   13   14   15   16   17   18   19

_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
107
 ~ 
 
 
 
HƏR ŞEY KEÇİB GEDƏR... 
 
Hər şey keçib gedər, alışacaqsan... 
Bu qədər nigaran qalma, əzizim! 
Mən də bir yuxuyam, ayılacaqsan... 
Sonsuz xəyallara dalma, əzizim! 
  
Sanma ki, eşqinə vermirəm dəyər, 
Sanma ki, mənsizlik qəddini əyər. 
Səndən uzaq olmaq lazımsa, əgər, 
Bir daha qapımı çalma, əzizim! 
  
İndi biganəsən sanki hər şeyə... 
Bir gün üz tutarsan ayrı sevgiyə! 
Dilimiz məcburdu "əlvida" deyə, 
Bunu ürəyinə salma, əzizim! 
  
Uzaqdan-uzağa sənə yoldaşam, 
Düşüncəm qoyarmı düz yoldan çaşam?! 
Afaqam, sanma ki, soyuğam, daşam... 
Mənim günahımı alma, əzizim! 
 
 
 
 
 
 
 


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
108
 ~ 
 
 
 
DEMƏK Kİ... 
 
Demək ki, belə də sevmək olarmış - 
Ruhunla, canınla, hərarətinlə. 
Bütün varlığından keçmək olarmış, 
Min qürur duyaraq məhəbbətinlə. 
 
Demək ki, belə də sevmək olarmış -  
Yemədən, içmədən, yuxu yatmadan. 
Qəlbinin odunu vermək olarmış, 
Üzünü görmədən, əlin çatmadan. 
 
Demək ki, belə də sevmək olarmış -  
Alışa-alışa, köz ola-ola. 
Dünyada tək onu görmək olarmış, 
Ətrafda bu qədər göz ola-ola. 
 
 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
109
 ~ 
 
 
 
BİR GÜN 
ELƏ SUSARAM Kİ 
 
Bəlkə mən çox danışıram, 
Usanırsan sözlərimdən? 
Onda niyə oxumursan 
Hisslərimi gözlərimdən? 
 
Bəlkə mən çox danışıram, 
Sən bezirsən, darılırsan? 
Bəlkə elə xəyalında 
Bir özgəyə sarılırsan? 
  
Sevirəmsə, necə susum? 
Sən susduğun yetər mənə! 
İçimdəki duyğularım 
Dilə gəlir dönə-dönə. 
 
Uzaqlaşma! Dəniz səbrim 
Bir gün qalar damla qədər. 
Bir gün sənə şirin gələr 
Xor baxdığın o kəlmələr. 
 
Bir gün elə susaram ki, 
Çox görərəm bir sözü mən! 
Bir gün elə susaram ki, 
Kar olarsan səssizlikdən! 
 
 


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
110
 ~ 
 
 
 
SƏNDƏN GƏLƏN  
HƏR ŞEY GÖZƏL! 
 
Sən - qəlbimin titrək səsi
Sən - ömrümün təranəsi, 
Sən - yaşamaq bəhanəsi... 
Səndən gələn hər şey gözəl! 
 
Məftun edib düz ilqarın, 
Əhdin, andın, etibarın. 
Bu eşq - sənin yadigarın, 
Səndən gələn hər şey gözəl! 
 
Sözlərinə vurulmuşam, 
Həsrətindən qor olmuşam, 
Düşünmə ki, yorulmuşam, 
Səndən gələn hər şey gözəl! 
 
Sən - bir nağıl, sən - bir röya, 
Görəmmədim doya-doya. 
Vüsal qalıb o dünyaya... 
Səndən gələn hər şey gözəl! 
 
Dərd boğazdan, yalan dizdən... 
Nə istəyir həyat bizdən? 
Bir əsər yaz ikimizdən, 
Səndən gələn hər şey gözəl! 
 
 
 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
111
 ~ 
 
 
 
               GECƏDİR... 
 
Gecədir...  
Yadıma düşmüsən yenə... 
Sızlamır amma ki, qəlbim elə bil. 
Deyəsən öyrəşdim sənsizliyinə, 
Daha sevə bilmək əlimdə deyil. 
 
Gecədir...  
Necə də sakit bir gecə... 
Hələ də qar yağır tənha dünyama. 
Sənsə uzaqdasan, axı, de, necə 
Qayıda bilərsən mənim röyama? 
 
Soyuqdur... 
Əllərim üşüyür bir az... 
Silirəm tərləmiş pəncərələri. 
Eşikdə ayazdır, qəlbimdə ayaz,  
Gözlərim yol çəkir bayaqdan bəri. 
 
Yumuram gözümü... 
Bir anlığına 
Səni unutmağa çalışıram mən. 
Bürünüb gecənin qaranlığına, 
Təkliyi sevməyə alışıram mən. 
 
 


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
112
 ~ 
 
 
 
UNUDACAQSAN! 
 
Bir gün unudacaqsan 
unutmaram dediyin məhəbbətli günləri. 
Bir gün unudacaqsan 
o əbədi bildiyin mənli xatirələri. 
 
Bir gün unudacaqsan 
səninlə bir gəzdiyim küçələri, yolları. 
Bir gün unudacaqsan 
ruhumuzu sızladan o titrək xəyalları. 
 
Bir gün unudacaqsan 
mənim sənə yazdığım sevdalı sətirləri. 
Bir gün unudacaqsan 
ikimizin bildiyi söhbətləri, sirləri. 
 
Ötüşdükcə saatlar sən də dəyişəcəksən,  
bir başqa olacaqsan. 
Unutmaram dediyin o bəlalı sevgini  
bir gün UNUDACAQSAN! 
 
 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
113
 ~ 
 
 
 
HİSS EDƏ BİLDİNMİ? 
 
Hiss edə bildinmi nədir məhəbbət? 
Hiss edə bildinmi bu həsrət nədir? 
Bildinmi nə imiş dözüm, dəyanət? 
Bildinmi dünyada xəyanət nədir? 
 
Səbr etmək asanmı? Necəsən indi? 
Qəlbində şübhələr gəzib dolaşır? 
Gözləmək asanmı,  növbə sənindi? 
Deyəsən, kədərin başından aşır? 
 
İntizar yurd salıb köksündə daha
Əlin bir iş tutmur, yoxdur qərarın. 
Sən oyaq çıxırsan indi sabaha, 
Səni isitməyir dövlətin, varın. 
 
Bilirəm! Bu hisslər tanışdır mənə... 
Alış bu sevdadan! Demərəm ki, sön! 
Göz yuma bilsəydim etdiklərinə, 
Söylərdim: "sevirəm, qayıt, geri dön!" 
 
Amma ki, ürəyim dönübdür daşa! 
İtibdir qəlbimin sevgi açarı! 
Harda olursan ol, get, mənsiz yaşa! 
Bir daha gözümə görünmə, barı! 
 
 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə