Afaq şixli



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə9/19
tarix01.07.2018
ölçüsü0,85 Mb.
#52564
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
50
 ~ 
 
 
 
SEVGİLİM OLARSANMI? 
 
Məni dünyaya saran
Kədərimi aparan, 
Zülmətlərdən qoparan 
Ümidim olarsanmi? 
 
Dərdlərimi dağıdan, 
Ürəyimi ovudan, 
Qəzəbimi soyudan 
Sirdaşım olarsanmı? 
 
Duyğuların dindiyi, 
Qəlbimin sevindiyi, 
Mələklərin endiyi 
Nağılım olarsanmı? 
 
Yoluma nur çiləyən
Mənə uğur diləyən, 
Gələcəyə səsləyən 
Sabahım olarsanmı? 
 
Dodağımda səslənən, 
Ürəyimdə bəslənən, 
Şəfəqlərlə süslənən 
Sevincim olarsanmı? 
 
Həsrətə sinə gərən, 
Göylərdən ulduz dərən, 
Qəlbini mənə verən 
Sevgilim olarsanmı? 
 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
51
 ~ 
 
 
 
    
                     DEMƏ! 
 
Məndən arzu dilə, deyim - baş üstə! 
Bircə, sevgimizi unudum,  demə! 
Məndən bahar istə, məndən yaz istə, 
Ömrümün qışına qayıdım, demə! 
 
Soruşma halımı, yaşamıram mən... 
Buna biganəsən, bilmirəm nədən. 
Yanıb kül oluram məhəbbətindən, 
Qoy yanım! Qəlbini soyudum, demə! 
 
Nə olar, mənimlə fərəhlən, şad ol! 
Bəxtimə yazılan əbədi ad ol! 
Sən mənə yoldaş ol, qol ol, qanad ol! 
Qəlbimi təklikdə ovudum, demə! 
 
 


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
52
 ~ 
 
 
 
 
 GƏL, GƏLƏ BİLSƏN! 
 
Ürəyim kövrəlib, indi ağlaram... 
Bir dəfə gözümü sil, silə bilsən! 
Dərdimi hamıdan gizli saxlaram, 
Bu dərdi mənimlə böl, bölə bilsən! 
 
Yenə yaz gəlibdir doğma ellərə, 
Qarışa biləydım axan sellərə... 
İnanıb aldanma yalan dillərə, 
Səni sevdiyini bil, bilə bilsən! 
 
Neyləyim, olubdur dünya mənə dar
Tələsən xəzansan, gecikən bahar. 
Bilirəm, qəlbinin min yarası var... 
Bir mənim xətrimə gül, gülə bilsən! 
 
Afaqam, könlümü qoyma gümanlı, 
Fikirlər gah aydın, gah da dumanlı... 
Həsrətmi güclüdür, bizmi zavallı? 
Nə olar, yanıma gəl, gələ bilsən! 
 
 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
53
 ~ 
 
 
 
 
MƏNİ ÇOX SEV! 
 
Məni çox sev! 
Dünya qədər... 
Ondan da çox... 
Qoy bilim ki, bu sevginin ölçüsü yox! 
Məni çox sev! 
Ölümünə... 
Hər şeyini dəyişə bil ömrümüzün bir gününə! 
Məni çox sev! 
Elə çox ki, 
nəsillərə danışılsın Leyli ilə Məcnun kimi. 
Elə çox ki,  
ürəklərə həkk olunsun “Sevgi” adlı qanun kimi. 
Hər addımda, 
hər nəfəsdə  
yalnız məni, məni düşün! 
Elə tələs yanıma ki, sanki bu gün ilk görüşün! 
Qoy, eşqinin hərarəti alov saçsın  
gündən-günə, ildən-ilə! 
Əgər məni sevəcəksən - bax belə sev, yalnız belə! 
Yalnız belə! 
 
 


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
54
 ~ 
 
 
 
 
BİR GÜN GÖRÜŞƏCƏYIK... 
 
Bir gün görüşəcəyik  
bir ədəbi gecədə... 
Gülərək deyəcəksən: - dəyişmisən necə də! 
Mən də gülümsəyəcəm,  
endirəcəm gözümü, 
qəlbimdə oxşayacam o mehriban üzünü... 
Aman Allah, bu da sən –  
necə illik həsrətim! 
Ürək elə çırpınır, 
elə bil, dünənkidir bu məsum məhəbbətim. 
 
Dostlarının yanında mənə əl verəcəksən, 
qəfil görüşümüzə yaman sevinəcəksən... 
Göstərəcəksən mənə övladının şəklini,  
min qürurla, fərəhlə “mənimdir” - deyəcəksən. 
Nə deyim ki, sevgilim? 
Söz tapmıram ki, deyəm... 
Bircə onu bilirəm – mən yenə səninləyəm. 
Susma, danış bir azca,  
söhbətini dinləyim. 
Bu gecəlik yox olsun  
bu mənfur sənsizliyim. 
 
 
 
 
 
 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
55
 ~ 
 
 
 
 
Necə şirin vüsaldır... 
Nə olsun ki, xəyaldır? 
Nə olsun ki, yenə də soyuq otaq, tənha mən...? 
Qopararaq özümü qəm-qüssənin əlindən 
yenə də özlüyümdə səni düşünəcəyəm! 
Yenə arzularımda  
dumanlara bürünüb  
yox olub itəcəyik... 
Amma ki, həyatdı bu... 
Kim bilir, bəlkə bir gün  
elə həqiqətən də  
üz-üzə gələcəyik... 
Sənlə görüşəcəyik... 
 
 
 
 
 
 
 
 


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
56
 ~ 
 
 
 
GÖZLƏRİN Kİ VAR?! 
 
Demə ki, dünyada yoxdu heç nəyim, 
Üzümü görməyə gözlərin ki var?! 
Nisgilli könlümü, həsrət könlümü 
Hərdən ovutmağa sözlərin ki var?! 
 
Əllərin əlimdə, gözün gözümdə, 
Bağlıyam, sevgilim, sənə özüm də! 
Tükənən deyildir, inan, dözüm də, 
Dirənə bilməyə dizlərin ki var?! 
 
Həyatın mənası tox olmaq deyil! 
Fərasət - dövləti çox olmaq deyil! 
Ölmək - bu dünyadan yox olmaq deyil, 
Qəlbimdə qalacaq izlərin ki var?! 
 
 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə