Afaq şixli



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə10/19
tarix01.07.2018
ölçüsü0,85 Mb.
#52564
1   ...   6   7   8   9   10   11   12   13   ...   19

_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
57
 ~ 
 
 
 
             MƏNİM ÜÇÜN 
 
Sözündən doymuram, gəl, söhbət elə
Süzülsün ləbindən bal, mənim üçün! 
Necə darıxmışam, bir bilsən hələ... 
Həsrətdən öcünü al, mənim üçün! 
 
Almasın ayrılıq bizi cənginə, 
Deyənlər desinlər dəngi-dənginə. 
Bürünək dünyanın bahar rənginə
Qırmızı, çəhrayı, al, mənim üçün! 
 
Sındırma sədaqət aynasın, gülüm, 
Qanında məhəbbət qaynasın, gülüm, 
O gözəl barmaqlar oynasın, gülüm, 
Nə olar, bir nəğmə çal, mənim üçün! 
 
Göz açıb-yumunca ötər cavanlıq, 
Düşünmə sonunu - ömür bir anlıq. 
Sevgilim, bu hisslər deyil zamanlıq, 
Bircə gün yanımda qal, mənim üçün! 
 
 


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
58
 ~ 
 
 
 
GÖZLƏRİM 
 
Oyunmu oynayır mənimlə bəxtim, 
Beləmi kor olub, yəni, gözlərim? 
Gündüzüm qısalır, gecəm uzanır, 
Seçməyir dumanı, çəni gözlərim. 
 
Qəlbimi qəm alıb - şən bilirəm mən
Özümü səninlə tən bilirəm mən. 
Hər düşən kölgəni Sən bilirəm mən, 
De, nədən aldadır məni gözlərim? 
 
Payızın qoynuna uzanır yayım... 
Nə gedib, nə qalıb, - nə qədər sayım? 
Yenəmi soyuyub qalacaq payım, 
Elə axtaracaq səni gözlərim? 
 
 
 
 
 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
59
 ~ 
 
 
 
SƏN HEÇ KİMƏ BƏNZƏMƏ! 
 
İnsanlar  çeşid-çeşid... 
Sən heç kimə bənzəmə! 
Çalış - “can” de, “can” eşit, 
Sən heç kimə bənzəmə! 
 
Nurlu ol – çıraq kimi, 
Yanar ol – ocaq kimi, 
İsti ol – qucaq kimi, 
Sən heç kimə bənzəmə! 
 
Gəl, oxşa tellərimi, 
Buraxma əllərimi, 
Puç etmə illərimi, 
Sən heç kimə bənzəmə! 
 
 


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
60
 ~ 
 
 
 
UZAQDAN-UZAĞA  
SEVMƏYƏ NƏ VAR 
 
Uzaqdan-uzağa sevməyə nə var... 
Sevirsən – oduma yana-yana sev! 
Gizlətmə qəlbini, eylə aşikar
Adımı dilində ana-ana sev! 
 
Bütün sərhədləri aşmağı bacar, 
Eşqinə nəğmələr qoşmağı bacar, 
İstəkdən kükrəyib coşmağı bacar, 
Hicranın buzunda dona-dona sev! 
 
Aşiqlər görmüşəm sinəsi dağlı... 
Hökm edə bilməyib ürəyə ağlı. 
Demə: “qəlb evimin qapısı bağlı”, 
Qurban et özünü cana, cana, sev! 
 
 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
61
 ~ 
 
 
 
SEVGİLİN OLURAM 
 
Qəlbinə dəyirəm, görürəm özüm, 
Sonradan könlünü alıram axı! 
İnciyib gedirəm, dönürəm özüm, 
Qolumu boynuna salıram axı! 
 
Birdən od-alovum göylərə çatır, 
Birdən də susuram, fırtınam yatır. 
Dəyişik olmağım fikrini qatır... 
Yenə də sevgilin oluram axı! 
 
Onsuz da hər zaman varam yanında, 
Ürəyim döyünür, sanki, canında. 
Gözüm üzündədir, üzgün anında 
Bir sevgi nəğməsi çalıram axı! 
 
İçimdə min yerə çırpınır dözüm, 
Bəzən acı olur ən şirin sözüm.  
Səni güldürəndə gülürəm özüm, 
Səni küsdürəndə soluram axı! 
 
Sənsiz aydan-ildən uzundur anım, 
Söylə, ayrılığa necə dayanım? 
Bilirəm, sevirsən, sevirsən, canım, 
Mən də sənin üçün ölürəm axı! 
 
 


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
62
 ~ 
 
 
 
               HARDASAN? 
 
Hardasan? 
Yamanca darıxıram mən, 
Ya gəl, ya məni də yanına çağır. 
Yoxsan...  
Yollarına ha baxıram mən... 
Həsrətin hər qəmdən, qüssədən ağır. 
 
Hardasan?  
Yanımda olaydın indi, 
Dunyanı verərdim bircə kəlmənə. 
Bilərdim, ürəyin yenə mənimdi, 
Deyəndə: “sevgilim, yaxın gəl” mənə. 
 
Qara bulud kimi çatılıb qaşım, 
Sən məndən inciyib küsəndən bəri. 
Bircə an qurumur gözümün yaşı 
Bu hicran yelləri əsəndən bəri. 
 
Ürəyim sığmayır köksümə mənim, 
Elə bil ruhum da durub qəsdimə. 
Heç əskik olmayır dumanım, çənim, 
Hər yandan qaranlıq çökür üstümə. 
 
İntizar nə yaman üzür qəlbimi... 
Nəfəsim, həyanım, gülüm, hardasan? 
Qalmışam lap dəli-divanə kimi
Eləcə xəbər ver, bilim, hardasan... 
 
 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
63
 ~ 
 
 
 
                 BAĞIŞLA! 
 
Sevgimə dəyər ver - nə qədər böyük! 
Nədən sevdiyimi sorma, bağışla! 
İnadın olmasın eşqimə bir yük,  
Məni ürəyimdən vurma, bağışla! 
 
Zamanla keçərmiş bütün acılar, 
O günə içimdə bir ümid yanar. 
Unutma, hər kəsin öz qüruru var, 
Gəl, məni bu qədər yorma, bağışla! 
 
Həsrətin ömrümə vurdu naxışlar... 
Gözümdən köksümə yağdı yağışlar. 
Bəlkə də Yaradan məni bağışlar, 
Sən də ümidimi qırma, bağışla! 
 
 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə