Afaq şixli



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə6/19
tarix01.07.2018
ölçüsü0,85 Mb.
#52564
1   2   3   4   5   6   7   8   9   ...   19

_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
30
 ~ 
 
 
 
QOYMA GEDƏM! 
 
Mən gedirəm!  
Duyursanmı, görürsənmi? 
Mən gedirəm! 
Bu kədəri mənlə birgə bölürsənmi? 
Mən gedirəm..., amma necə -  
için-için ağlayaraq... 
Qüruruma arxalanıb 
hönkürtümü ürəyimdə saxlayaraq. 
Sevirsənsə durma belə,  
bu boşluqdan qopar məni. 
Tut əlimdən,  
özün ilə apar məni. 
Qoyma gedəm!  
Sənsə unut inadını! 
Sağalt, canım, bu sevginin sınıb düşmüş qanadını. 
Razı olma səfil kimi  
intəhasız nisgillərdə itəm, azam... 
Razı olma taleyimə həsrət yazam. 
Kəs qarşımı yenə, yenə! 
Sevinc dolu yeni günə  
biz birlikdə basaq qədəm. 
Saxla məni, qoyma gedəm!  
Qoyma gedəm! 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
31
 ~ 
 
MƏNƏ “SEVGİLİM” DEMƏ! 
 
Mənə “sevgilim” demə! 
Sadəcə sevgin olum. 
Kədərli anlarında sığınmaq istədiyin 
ocağın, evin olum. 
Dərdlərini anlayan, 
həm sevən, həm danlayan müdrik həmdəmin olum. 
Sevincin, qəmin olum. 
İstəsən, nur paylayan qızmar günəşin olum. 
Səni bəzən isidən
bəzən yaxıb-yandıran odun-atəşin olum. 
Yaşamağa səsləyən qaynar gənclik həvəsin, 
doğma, əziz nəfəsin, 
nəğməli səsin olum. 
Amma “sevgilim” demə! 
 
Demək, həyat beləymiş... 
Nə qəribə, nə müdhiş! 
Dayanmışam bir daha həyat astanasında, 
illər məni səsləyir. 
Səni isə, qarşıda hələ nələr gözləyir... 
Yanında olmasam da 
bütün olub-keçənlər səninlə olacaqdır. 
Söhbətlərim, sözlərim yadında qalacaqdır. 
Yaşa min bir həvəslə! 
Qəlbində məni çağır, qəlbində məni səslə! 
Heç darılma, qəm yemə! 
Amma, nə deyirsən de
hətta qəlbində belə, 
elə gizlində belə 
mənə “sevgilim” demə! 
Mənə “sevgilim” demə! 


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
32
 ~ 
 
 
 
SƏDASI GƏLMƏYƏN  
NƏĞMƏYƏM DAHA... 
 
Mən sənin qəlbinin keçmiş nəvası, 
Susmuş dodaqların sönük avazı, 
Həyat kitabında köhnə bir yazı, 
Sədası gəlməyən nəğməyəm daha. 
 
Sevgimin sabaha yoxdur gümanı, 
Əriyib şam kimi, qalmayıb canı. 
Nə əhdi yada sal, nə də peymanı, 
Deyib unutduğun kəlməyəm daha. 
 
Əvvəldən günahdı, sevdik bilərək... 
Belədir, nəsihət dinləmir ürək. 
İndi xəyal kimi yox olam gərək, 
Bir də həyatına gəlməyəm daha. 
 
 
 
 
 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
33
 ~ 
 
 
 
 
SƏNİ DÜŞÜNÜRƏM... 
 
Səni çox sevirəm...  
Bunu bilirəm! 
Eşitmək istərəm hər an səsini. 
Hər gecə röyamda sənə gəlirəm
Açaraq xoşbəxtlik pəncərəsini. 
 
Yumuram gözümü - 
Sənsən, yenə sən... 
Xəyalda saçını tumarlayıram. 
Gecə də, gündüz də sən mənimləsən, 
Dilimdə adını təkrarlayıram. 
 
"Sevirəm" yazıram bir ağ kağıza, 
Qoymuram kədəri qəlbimi yenə. 
Soyuq qış günündə sarılıb yaza 
Səni düşünürəm mən dönə-dönə... 
 
 


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
34
 ~ 
 
 
 
GÖZLƏRİNDƏN GÜL DAHA! 
 
Şair dostum Xəyal Rzaya 
 
Əziz dostum, dünya elə gözəldi! 
Bundan belə gözlərindən gül daha! 
Gəl, səbr eylə, bəlkə hər şey düzəldi... 
Bundan belə gözlərindən gül daha! 
 
Gün gələcək, bitəcəkdi qəm-kədər
Xoşbətliyin meyvəsini sən də dər. 
Ətrafa bax, sevənlərin nə qədər... 
Bundan belə gözlərindən gül daha! 
 
İstəyirəm səni bəxtiyar görüm! 
Dostunu şad, düşmənini xar görüm! 
Sağ yanında bir sevimli yar görüm! 
Bundan belə gözlərindən gül daha! 
 
Hər sabahın dünənindən xoş olsun! 
Səadəti çək başına - nuş olsun! 
Gözlərin də qoy sevincdən yaş olsun! 
Bundan belə gözlərindən gül daha! 
 
 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
35
 ~ 
 
 
 
ÇIXIN YADDAŞIMDAN,  
XATIRƏLƏRİM! 
 
Varlığınız yaman incidir məni
Çıxın yaddaşımdan, xatirələrim! 
Çəkilsin başımın dumanı, çəni, 
Çıxın yaddaşımdan, xatirələrim! 
 
Günəşli sabaha qalmayıb güman, 
Sevincim bir ovuc, qəmim bir ümman. 
Kəsməyin yolumu siz zaman-zaman
Çıxın yaddaşımdan, xatirələrim. 
 
O getdi... – bilmədim təbəssüm nədi, 
Yıxıldı qəlbimin sevgi məbədi. 
Siz də onun kimi gedin əbədi! 
Çıxın yaddaşımdan, xatirələrim! 
 
Hər gün ürəyimi basaraq közə, 
Çevirdim sizləri nəğməyə, sözə. 
Gəlmək istəmirəm daha üz-üzə. 
Çıxın yaddaşımdan, xatirələrim! 
 
 
 
 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə