Afaq şixli



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə8/19
tarix01.07.2018
ölçüsü0,85 Mb.
#52564
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
43
 ~ 
 
 
 
                    *** 
 
Yığılın başıma, xoş xəyallarım! 
"Onu" bircə anlıq mənə qaytarın! 
Alovlu günəşim, isti baharım, 
Sevgimi, sevdamı yenə qaytarın! 
 
Yığılın qarşıma xatirələrim! 
Ağrılar-acılar tərk etsin məni! 
Sevincli günlərim, dadlı günlərim 
Nurlu sabahlara qərq etsin məni! 
 
 
 
 
 


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
44
 ~ 
 
 
 
MƏNDƏ BİR ÜRƏK VAR... 
 
Məndə bir ürək var - sevən bir ürək
İçindəki sənsən, gəzdirən mənəm. 
Sənin xatirinə qoruyam gərək, 
Könlümü özgəyə verə bilmərəm. 
 
Məndə bir kitab var - sənin yazındır, 
Onu sinəm üstə əzizləyirəm. 
Elə sanıram ki, yadigarındır, 
Hər gün sətir-sətir əzbərləyirəm. 
 
Məndə bir ümid var – ilk bahar kimi, 
Kökləyər könlümü nurlu sabaha. 
Bəlkə bir dost kimi, bəlkə yar kimi 
Ömrümə qaytarar səni bir daha. 
 
Məndə bir sevgi var - mənalı, təmiz, 
Qəlbimdə məşəltək hey yanacaqdır. 
Bir gün bu dünyadan yox olsaq da biz
Sevgimiz əbədi yaşayacaqdır! 
 
 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
45
 ~ 
 
 
 
              SƏN YAŞA! 
 
Əllərimi ətəyindən kəsibsən, 
Dizlərimin taqəti yox yeriyəm. 
Sən mənə yox, özgəsinə nəsibsən, 
Çarəsizəm, yolum yoxdur geriyə. 
 
Çox sevirdim, inanırdım sənə mən, 
Həyatımın mənasıydın, əzizim! 
Elə sözlər qopurdu ki, dilindən... 
Sanki nağıl dünyasıydın, əzizim! 
 
Sən gedəli ürək sönüb..., alışmır... 
Heç bilmirəm, çatacammı sən yaşa?! 
Neyləməli..., qismətimiz barışmır... 
Sən azad ol, sən xoşbəxt ol, sən yaşa! 
 
 


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
46
 ~ 
 
 
 
SƏNƏ DEMƏYƏCƏM 
 
Dünyanın möhnəti mənim olsa da, 
İnadım özümə qənim olsa da, 
Sənsiz ömür sürmək ölüm olsa da, 
Sənə deməyəcəm, yox, deməyəcəm! 
 
Səni ürəyimdə səslədiyimi, 
Eşqini qoruyub bəslədiyimi, 
Hələ də yolunu gözlədiyimi 
Sənə deməyəcəm, yox, deməyəcəm! 
 
Qəlbimi buzlara döndərəcəyəm, 
Nəğməni sükuta göndərəcəyəm, 
İstəyin odunu söndürəcəyəm, 
Sənə deməyəcəm, yox, deməyəcəm! 
 
Üzümdə təbəssüm, gözlərimdə qəm
Həmdəmim olacaq kağızla qələm. 
Səni sevdiyimi bilsə də aləm 
Sənə deməyəcəm, yox, deməyəcəm! 
 
 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
47
 ~ 
 
 
 
     MƏNİ MƏNDƏN ALACAQSAN... 
 
Olanları silib atmaq çoxmu asan? 
Canlanacaq o duyğular zaman-zaman. 
Qarışacaq bir-birinə arzu-güman, 
Bir gün çılğın, bir gün sakit olacaqsan... 
 
Sən eşqimi buz eyləyən bir fəsilsən, 
Baharlarda daha məni axtarma sən. 
Qəlbimdəki yaraları görə bilsən, 
Kövrələcək, bulud kimi dolacaqsan... 
 
Nəvazişlər yada düşər hər nəfəsdə
Bu sevdadan sən də xəstə, mən də xəstə. 
Dərman bilsən - qurban edim canım, istə! 
Əfsus, yenə, yenə mənsiz qalacaqsan... 
 
Düşmən oldu bizə bizim xatirələr... 
Ümid varmı bu acılar keçər, gedər?! 
Ürəyimi geri versən nə fərq edər, 
Bilirəm ki, məni məndən alacaqsan... 
 
 


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
48
 ~ 
 
 
 
                   BƏLALI 
 
Güvənə bilməyə varmı kimsənəm?! 
Sol yanım bəlalı, sağım bəlalı! 
Sinəsi od tutan qəriban mənəm
Aranım bəlalı, dağım bəlalı! 
 
Elə, qəm üstünə köklənir sazım, 
İnada dirənir arzum, murazım. 
Gəlib çıxmaq bilmir baharım, yazım, 
Hər dəmim bəlalı, çağım bəlalı! 
 
Sən demə bu həyat zülümdən zülüm! 
Qoymur ki, doyunca sevinim, gülüm. 
Qönçəykən saralır çiçəyim, gülüm, 
Çəmənim bəlalı, bağım bəlalı! 
 
Dərdimi anlayan sirdaş olaydı! 
Mənə arxa duran qardaş olaydı! 
Vətəndə sinəmə bir daş olaydı! 
Kəfənim bəlalı, ağım bəlalı! 
 
 
 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
49
 ~ 
 
 
 
ZAMANA BURAXMA HİSSLƏRİMİZİ! 
 
Hardasan, ömrümün ən şirin payı? 
Gözlərim yol çəkir o gündən bəri... 
Susubdur aləmin hayı-harayı 
Qəlbimin üsyanı dinəndən bəri... 
 
Hardasan, xəbər ver, məni çağır sən, 
Gələrəm qarşımda min sədd də olsa. 
Səni sevmək üçün doğulmuşam mən, 
İllər aramızda sərhəd də olsa. 
 
Səni çox sevirəm! Deməsəm də, bil! 
Dünyaya sığmayan məhəbbətim var. 
Hər xoşbəxt görünən bəxtəvər deyil... 
Mənim də qəlbimdə bir həsrətim var. 
 
Qoyma acıları dil aça, dinə! 
Hiss et kədərimi, yada sal məni! 
Hardasan, duyğular kövrəlib yenə, 
Gəl, qəmin əlindən götür, al məni! 
 
Eşqini unutma, qəlbində gizlə, 
Həyat sınasa da hər zaman bizi! 
Bu təmiz sevgini qoru, əzizlə, 
Zamana buraxma hisslərimizi! 
 
 
 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə