Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə4/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   2   3   4   5   6   7   8   9   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 

müəllim və metodistlər məktəblərdə təlim və tərbiyə işinin vəziyyə-
tini yaxşılaşdırmaq və ana dili tədrisinin keyfıyyətini yüksəltməklə 
əlaqədar çıxış etmişdir. 
Sonralar M.Mahmudbəyov, S.Əbdürrəhmanbəyzadə, S.Axund-
zadə, F.Ağazadə, A.Talıbzadə və R.Əfəndizadə birlikdə ―İkinci il‖ 
dərsliyinin nəşrinə nail oldular. 
1909-cu ildə M.Mahmudbəyov və A.Səhhətin birlikdə ―Türk 
dilinin təlimi üçün üçüncü ilə məxsus qiraət kitabı‖, 1911-ci ildə 
M.Mahmudbəyovun ―İmlamız‖ kitabı nəşr edilmişdir. Hər iki ki-
tabda ana dilinin tədrisinə xidmət göstərəcək faydalı mülahizələr 
söylənilmişdir. 1922-ci ildə M.Mahmudbəyovun başçılığı ilə S.Əb-
dürrəhmanzadə, S.Axundzadə, F.Ağazadə, A.Talıbzadə, R.Əfəndi-
zadə ―Yeni türk əlifbası‖ adlı dərslik hazırlamışdır. Sövti üsulla ya-
zılmış bu dərslik ərəb və latın əlifbasının qarşılıqlı surətdə təliminə 
həsr olunmuşdur. Bu kitabda hər iki əlifba ilə əlaqədar dərslər də 
verilmişdir. 
İbtidai məktəbdə ana dili təliminin inkişafında mühüm xidməti 
olanlardan biri də pedaqoji fəaliyyətini ədəbi yaradıcılığı ilə sənət-
karlıqla birləşdirən A.Şaiqdir. Onun ―Dəbistan‖, ―Məktəb‖ və 
―Rəhbər‖ jumallarında uşaqlar üçün nəşr etdirdiyi əsərlər Azərbay-
can pedaqoji fikir tarixinin incilərindən hesab oluna bilər. Onun 
1910-cu ildə yazdığı ―Uşaq gözlüyü‖ əsərindən uzun müddət ibti-
dai məktəblərimizdə əlifba dərsliyi kimi istifadə olunmuşdur. 
İndiyə qədər haqqında bəhs etdiyimiz müəlliflərlə yanaşı bir 
qrup müəllim də dərsliklər yazmaqla məşğul olmuşlar. Ş.M.Qara-
bağinin ―Risleyi-hüruf və xütut‖ (1890); S.Ə.Təbrizinin «Kitabçe-
yi-ədəbiyyə‖ (1893); Ə.Axundzadənin «Xətti təliq və nəstəliq‖ 
(1894); M.H.Rüşdiyyənin ―Vətən dili‖ (1884); M.Ələkbərin ―Ki-
tabipəndi ətfal‖ (1899); M.Şaxtaxtinskinin ―Sövti Şərq Əlifbası‖ 
(1902); M.N.Şirvaninin ―Təftül arifin lisani türki‖ (1902); H.S.Ey-
vazovun ―Üsuli-tədris və təlim-tərbiyə‖ (1906); H.Məmmədlinin 
―Nümuneyi tədris və tərbiyə‖ (1907); M.Qəmərlinski, Nərimanbə-
yov, Şaxtaxtinski, Rəcəbov, Qazıyev, Şərifbəyov, Cəfərbəyovun 
―Ana dili‖ (1911); M.H.Həsənzadənin ―Tamam əlifba‖ (1912); 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə