Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə89/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   85   86   87   88   89   90   91   92   ...   113

 
 
 
 
 
istiqaməti   kimi   Qurd   qapısı   və   Qurd   qapısı   ilə   dəniz   arasında   olan   ərazi   nəzərdə   tutulmuşdu.   Halbuki   
məhz 
burada   güclü   müdafiə   xəttləri    yaradılmışdı.   Məhz   burada   relyef    müdafiə   olunan   tərəfin   işini   
asanlaşdırırdı. Əməliyyata   xüsusi   artilleriya   dəstəyi   nəzərdə   tutulmamışdı,   yəni   əvvəlki   kimi   toplar   hərbi   
hissələr   arasında 
bölüşdürülmüşdü.     Yalnız    Heybət-Biləcəri     dəmir     yolunun     şərqində     təpələrdə     düşmənin     3     səhra     
topunun 
mövqeləri müəyyənləşdirilmiş və əməliyyat başladıqda bu batareyanı məhv etmək üçün qüdrətli top batareyası 
ayrılmışdı. Bununla belə top mərmiləri ehtiyatı olduqca az idi. Misal üçün, 38-ci alay avqustun 4-də cəmi 4 top 
mərmisinə malik idi və təbii ki, belə mərmi ehtiyatı ilə döyüşmək olmazdı.
515
 
Sentrokaspi komandanlığının məqsədi ingilislərin şəhərə gəlişinə qədər mövqeləri qoruyub saxlamaq və 
vaxt qazanmaq idi. 
İyulun    31-də    Şərq    Ordular    qrupunun    komandanı    Xəlil    paşa    Batumdan   
Tiflisə gəldi  ki,  qoşunların  təminatında  mövcud  olan  problemləri  şəxsən  öyrənsin  və 
onların həll olunmasına çalışsın.
516
 
Avqustun    1-də    səhər    tezdən    döyüş    başladı    və    qoşunlar    əmrdə   
göstərilmiş  hüdudlardan    irəliləməyə    başladılar.    Тор    atəşi    ilə    Heybət-Biləcəri   
dəmir    yolunun  şərqində    təpələrdə    düşmənin    3    səhra    topu    susduruldu.    13-cü   
alay    şiddətli    döyüşdən  sonra    saat    14:30-da    dənizə    yaxın    olan    763    №-li   
hündürlüyü    tutdu.    Onu    geri    almaq  üçün    düşmən    iri    qüvvələrlə    əkshücuma   
atılır,   lakin   hər   dəfə   geri   oturdulurdu.   13-cü alayın  sol  cinahı  ilə  irəliləyən  10-cu 
alay Qurd qapısı istiqamətində vuruşurdu. Onun 
29-cu  taboru  Sallaxana  və  Qışla  ətrafındakı  yüksəkliklərə  qalxdı  və  şəhərin  2  km-də 
mövqe  tutdu.
517   
Hacıhəsən  kəndini  tutan  60-cı  tabor  dəmir  yolunu  kəsdi.
518   
Düşmənin  zirehli    qatarı    döyüşən    hissələri    atəşlə    dəstəkləmək    imkanını    itirdi.   
Hərbi    gəmilərin  atəşi,    üç    təyyarənin    uçuşları    ilə    dəstəklənməsinə   
baxmayaraq    Sentrokaspi    ordusu  itirdiyi      mövqeləri      geri      qaytara      bilmədi.
519       
Günün     2-ci     yarısına     türk-Azərbaycan 
qüvvələrinin    top    mərmiləri    ehtiyatı    tükəndi,    bu    isə    irəliləməni    çətinləşdirdi.    Bolşeviklərin    hissələri   
şəhərin itirilməsinin  qarşısını almaq  üçün  Sentrokaspi  qüvvələrinə  kömək etdilər.     Petrovun     dəstəsinin     iki     
batareyası Bibiheybət    istiqamətində    13-cü    alayın    mövqelərini,    sonra  isə 
Qurd 
qapısı
 
ətrafında 
10-cu 
alayın  mövqelərini    atəşə   
tutdu.    Mərmi    ehtiyatının    böyük    olması    düşmənə    aramsız    atəş    açmağa    və    bununla    da    türk- 
Azərbaycan    hissələrinin    irəliləməsinin    qarşısını    almağa    imkan    verdi.    Hücumu    gücləndirmək    üçün   
Cənub  qrupunun    qoşunları    zərbə    endirməliydi,    lakin    onlar    Ələt    stansiyasını    ələ    keçirsələr    də   
ləng    irəliləyirdilər.  H.Səlimov    içməli    suyun    gətirilməməsini    bildirir,    bəzi    döyüşçülərin    susuzluqdan   
huşunu   itirməsindən   xəbər 
verirdi.    Səlimov    belə    şəraitdə  Heybət    stansiyası    istiqamətində  irəliləməyin 
vurğulayırdı. Qrupun nisbətən yaxşı vəziyyətdə olan hissəsinin Ələt-Bakı dəmir yolu 
boyunca   irəliləməsi   Sentrokaspi   hərbi   gəmilərinin   həmin   istiqaməti   atəş
 
altında 
mümkünsüz  olduğunu 
və    ona    paralel şose   
yolu 
saxladığından   mümkün 
deyildi.  Texniki  suyun  olmaması  səbəbindən      Cənub  qrupunun  əsas  zərbə  qüvvəsi  olan  və  döyüş  gəmiləri  ilə 
atəş   dueli   aparmağa   qadir   olan   Azərbaycan   zirehli   qatarının 
lokomotivi   işləmədi.
520     
Səlimovun   
göstərdiyi səbəblər    Nuru   paşaya    çatdırıldıqda    o,   hərəkatın    belə    şəraitdə    mümkünsüz    olması    ilə   
razılaşmış,    Hacıqabul 
Nəvai-Muğanlı-Ötəmki     qışlağı-Çarbulaq-Güzdək     məntəqələrindən     keçən     yolun     öyrənilməsini     
tapşırmışdı. 
Axşama yaxın döyüş dayandırılanda qoşunlar aşağıdakı mövqelərdə idi: Cənub qrupu Ələtdə möhkəmləndi, 10- 
cu və 13-cü alaylar Qurd qapısı ilə Hacıhəsən kəndi arasındakı sahədə yerləşdilər. 60-cı piyada taboru Xırdalan 
yaxınlığında,   38-ci   alayın   1-ci   taboru,   mürəttəb   süvari   alayı,   1   səhra   topları   taqımı   Sumqayıt   
stansiyasında, 
ehtiyat qüvvələr olan 38-ci alayın 2-ci taboru və Ləzgi süvari alayı Güzdəkdə idi. Avqustun 1-də axşam Mürsəl 
bəy    Nuru    paşaya    hadisələr    barəsində    raport    göndərdi.    Nuru    paşa    növbəti    hücumu    güclü    top   
atəşindən    sonra  başlamağı  (halbuki  mərmi  ehtiyatı  çox  azdı),  şəhərə  daxil  olduqda  soyğunçuluğa  yol 
verməməyi, dənizdən ola biləcək hücumların qarşısını almağı məsləhət gördü.
521
 
Avqustun  2-də  gecə  başlayan  döyüş  hücumun  davamı  oldu.  60-cı  tabor  irəliləyərək  düşmənin  diqqətini 
özünə cəlb etmək əmrini aldı. Cənub qrupu mütləq Heybət stansiyasını tutmalı idi. Mühasirə halqası daraldıqca 
düşmənin müqaviməti artırdı. Qərb və cənub-qərb istiqamətlərinə əlavə qüvvələr gətirən Sentrokaspi qüvvələri 
əkshücum   cəhdləri   də   edirdilər.   13-cü   alay,   həmçinin   29-cu   və   60-cı   taborlar   düşmənin   əkshücumlarını   
dəf etdilər.    Bu    zaman    Xırdalan-Biləcəri    isti-qamətində    Sentrokaspi    zirehli 
qatarı ilə türk-Azərbaycan topçuları arasında "duel" baş verdi, zirehli qatar 
geri   çəkilməyə    məcbur   oldu.   788   №-li   Qurd   qapısı   təpəsi   
istiqamətində 
515
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.194. 
516
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s. 147. 
517
Süleymanov M.S. Аzərbaycan Ordusu, s. 117. 
518
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s. 336. 
519
Yuceer N. Birinci Dünya savaşında, s. 101-102

520
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.267. 
521
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.143. 
135 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə