Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə90/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   86   87   88   89   90   91   92   93   ...   113

 
 
düşmənin    piyadaları    geri    çəkilməyə    başladıqda    Sentrokaspi    ordusunun    komandanlığı    onların   
qarşısına    geri  çəkilənləri  güllələmək  əmrini  almış  süvari  cəza  hissəsi  göndərdi.
522   
Həmçinin  əraziyə  əlavə 
qüvvələr  yeridildi.  Onlarla  mübarizə  aparmaq  üçün  nəzərdə  tutulmuş  QİO-nun  Şimal  qüvvəsinin  topları 
mərmilər olmadığına görə 
susurdu.      Cənub      qrupu      susuzluqdan      əziyyət      çəkməsinə,      zirehli      qatarını      geridə      buraxmasına     
baxmayaraq  düşmənin  müqavimətini  qıra-qıra  Səngəçaladək  irəlilədi.  Burada  körpünün  olmaması  və  düşmən 
müqavimətinin  artması  onun  hərəkətinin  qarşısını  aldı.
523   
Döyüş  zamanı  düşmənin  Bakı-Biləcəri-Xırdalan 
dəmir  yolu  xəttinə parallel olan telefon xətti ələ keçirildi və danışıqlar dinlənməyə başladı. Müəyyən olundu ki, 
banklarda qorunan 
pul   və   qızıl   ehtiyyatları   artıq   gəmilərə   yüklənib.
524   
Axşama   yaxın   döyüş   dayandırıldı,   çünki   türk-
Azərbaycan hissələrinin təkcə mərmi ehtiyatı deyil, hətta patron ehtiyatı da tükənmək üzrəydi. 
Nuru paşaya müraciət olunaraq təcili mərmi və patron, həmçinin yeni qüvvələrin göndərilməsi istənildi. 
Nuru  paşa  öz  növbəsində  15-ci  piyada  firqəsinin  Azərbaycana  göndərilməsini  istədi.  O,  həmçinin,  ingilislərin 
gəlişini    əngəlləmək    üçün    baş    komandanlıqdan    Kiçik    xana    silah    və    sursat    göndərməyi,    Cənubi   
Azərbaycanda  üsyanlar    qaldırmasını    istəyirdi.    O,    bildirirdi    ki,    kəşfiyyatın    məlumatına    görə,   
Bakıdan    Ənzəliyə    7    gəmi  göndərilib   və   onlar   1-2   günə   ingilis   qoşunlarını   Bakıya   gətirəcək.
525     
Bu   
tip    məlumatların    bir    qismi    Bakıda  yaşayan    azərbaycanlılar    tərəfindən    gizlin    çatdırılırdı    (həyatını   
təhlükəyə    ataraq    QİO-nun    komandanlığına  düşmən  barəsində  məlumat  verən  azərbaycanlılardan  yalnız 
birinin  soyadı  məlumdur:  Həsənov).
526   
Nuru  paşa  hücumu    Biləcəri    istiqamətində    aparmağı    təklif    etdi.   
Lakin    Mürsəl    bəy    qoşunların    şəhərə    qərb    tərəfdən  yaxınlaşdığını,  elə  bu  istiqamətdən  də  irəliləmək 
istədiyini  bildirdi.  Qoşunların  Biləcəriyə  göndərilməsi  isə  vaxt  itkisinə    səbəb    olardı.    Biləcəri    ilə    Bakı   
arasında    böyük    məsafənin    olması    düşmənə    burada    əlavə    müdafiə mövqeləri yaratmağa imkan verərdi. 
Onları yarmaq üçün isə ehtiyat qüvvələri yox idi. 
QİO-ya  arxadan  zərbə    vurmaq  üçün  Ağsu    ətrafında  erməni  kəndlərində  gizlənmiş  200  erməni-
bolşevik  döyüşçüsü    dəmir    yoluna    hücum    etmək    istəsə    də,    Ağdaş    könüllülər    taborunun    bir    bölüyü   
Ləki    stansiyasını qorudu, Zaqataladan milli süvari hissə gəldikdən sonra isə düşmən dəstəsi məhv edildi. 
Avqustun   2-də   Azərbaycan   milli   hissələri   Quba   və   Qusarı   düşməndən   azad   etdilər.   Sonra   isə   
Xaçmaz uğrunda döyüş başladı. Burada türk zabiti minbaşı Səbri bəy yerli azərbaycanlılardan 1000 nəfərlik dəstə 
təşkil 
edərək  ona  təlim  keçmiş   və   düşmənə   zərbələr   vurmağa   başlamışdı.   Əsasən  qənimət   kimi   götürülən 
silahlarla silahlanan dəstə Qusara gecə basqını zamanı oranı azad etdikdə 1 bolşevik bölüyünü əsir götürdü və 4 
pulemyot 
ələ keçirdi. Dağıstanda yerli müsəlmanların ağ qvardiyaçılara qarşı müqavimət hərəkatının təşkil edən Osmanlı 
ordusunun 4-cü firqəsinin komandiri Şükrü bəy Qusara gəldi və Qubaya hücum planının hazırlanmasında iştirak 
etdi.    Qeyd    etmək    lazımdır    ki,    albay    Şükrü    bəy    və    albay    Akif    bəy    Dağıstanda    saxlanılan    əsir   
türklərdən   idi. 
İnqilabi   hadisələr   başlayanda   əhali   onları   azad   etdi   və   bu   iki   şəxs   500   nəfərlik   dəstə   toplamağa   
nail   oldu. 
Dəstənin mövcudluğu  və fəaliyyəti barəsində məlumat alan türk Qafqaz cəb-həsinin komandanlığı Şükrü  bəyi 
əsir türklər və yerli əhalidən toplanacaq 4-cü piyada firqəsinin, Akif bəyi isə 1-ci süvari firqəsinin komandirləri 
təyin    etdi.    Onların    Temirxan-Şura    şəhəri    istiqamətində    yürüş    cəhdi    alınmadı    və    onlar    cənuba,   
Azərbaycana doğru hərəkət edib, Biçeraxovu və bolşevikləri Bakı ilə birləşdirən yolu tam kəsmək, regionu azad 
etmək  əmrini  aldılar.
527     
Hadisələri    qabaqlayaraq    deyək    ki,    buradakı    döyüşlər    olduqca    şiddətli    oldu,   
çünki    Sentrokaspi    və  Biçeraxov    qüvvələri    buranı    əllərində    saxlayıb,    Biçeraxovun    əlavə    qüvvələrlə   
Bakıya    məhz    bu    istiqamətdən  gələcəyinə  ümid  edirdilər.  Döyüşlər  avqustun  8-də  düşmənin  məğlub 
edilməsi,  Biçeraxovun  geri  çəkilməsi  və  Xaçmazın    azad    edilməsi    ilə    nəticələndi.    Avqustun    8-də    geri   
çəkilən    Biçeraxov    özünü    sındırmadan    Bakıya  teleqram  vuraraq  Sentrokaspi  liderlərinin  ürəklərini  buz 
kimi  saxlamalarını,  onun  Şimali  Qafqazda  yeni  kazak  qoşunu  yığıb  nəinki  Bakını  azad  edəcəyi,  hətta 
Yelizavetpolu (Gəncəni) tutacağına inanmalarını istəmişdir.
528
 
Avqustun 3-də gecə Bakı ətrafında Sentrokaspi qüvvələri 13-cü alayın və 29-cu taborun mövqelərini top 
və    pulemyot    atəşinə    tutaraq    hücum    xəttinə    çıxdılar.    Xırdalanla    Biləcəri    arasında    düşmən    irəliləmək   
istədi, hücum     başlayandan     sonra     əlavə     olaraq     70-80     nəfərlik,     sonra     isə     300-400     nəfərlik     
dəstələrlə     hücumu gücləndirməyə   çalışdı,   lakin   Şimal   qrupu   bütün   cəhdlərin   qarşısını   aldı   və   düşməni   
itkilərlə   geri   atdı.
529   
Baş komandanlıq qan tökülməsinin qarşısını almaq üçün Mürsəl bəyə Bakı 
əhalisinə    bir    daha    müraciət    edib    silahları    yerə    qoymaq   
təklifində  bulunmağı    tapşırdı.    Erməni    Milli    Şurası    vaxt   
qazanmaq    məqsədi    ilə  QİO-nun    rəhbərliyi    ilə    danışıqlar   
aparmaq    istədiyini    bildirdi,    lakin  onların  məqsədini  başa  düşən 
Mürsəl bəy danışıqlardan imtina etdi və 
522
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.268. 
523
Yuceer N. Qafqaz İslam Ordusunun Bakı şəhərini azad etməsi, s.337. 
524
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.144. 
525
Süleymanov M.S. Azərbaycan Ordusu, s.118. 
526
Yuceer N. Birinci Dünya savaşında, s.102. 
527
Yuceer N. Birinci Dünya savaşında, s.107. 
528
Yenə orada, s.273. 
529
Yenə orada, s.270. 
136 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə