Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə88/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   84   85   86   87   88   89   90   91   ...   113

 
 
 
 
stansiyalarını    tutmağa    müvəffəq    oldu.
507   
Mövqelər    tutulduqdan    sonra    Bakıya    nümayəndə    heyəti   
göndərilərək  şəhər    rəhbərliyinə    məktub    təqdim    edildi.    Məktubda    QİO    rəhbərliyi    adından    şəhərin   
döyüşsüz    təslim    edildiyi  halda    ermənilərə    istədikləri    yerə    çıxıb    getmələrinə    əngəl    törədilməyəcəyi   
barəsində    vəd    verilirdi.
508     
Məktub  barəsində    məlumat    alan    Ənvər    paşa    teleqram    göndərərək   
komandanlığın    doğru    hərəkət    etdiyini,    ermənilərin  təhlükəsizliyinə      zəmanət      veriləcəyini      bildirdi.     
Eyni      zamanda      o,      rədd      cavabı      alınarsa,      hücumun      davam  etdirilməsini  tələb  edirdi.  Bakı  uğrunda 
döyüşlərin  ağır  keçəcəyini  anlayan  Şərq  cəbhəsi  komandanlığı  Güzdək  kəndi    ətrafında    ehtiyat    qüvvə   
topladı:    38-ci    alayın    2-ci    piyada    taboru,    azərbaycanlı    süvarilərdən    ibarət    Ləzgi  süvari  alayı,  2  dağ 
topu.
509
 
Döyüşlərdə  düşmən  böyük  itkilər  vermişdi.  Ordunun  ən  etibarlı 
hissəsi    sayılan    Q.Petrovun    dəstəsində    780    nəfərdən    200   
nəfəri    sağ  qalmışdı.
510         
3000      erməni      döyüşçüsü      şəhərə     
qaçıb      gizləndiyindən  Qırmızı    ordu    komandanı    Avetisov    təslim   
olmağı    təklif    etdi.    Bakı bolşevikləri   tərəfdaşlarını   Rusiyadan   bu   
gün-sabah    kömək    gələcəyinə  inandırmaqla  qüvvələri  səfərbər  edib 
müqavimət  göstərməyə  üstünlük  verir,    daşnak,    sağ    eser    və   
menşeviklər    isə    yalnız    ingilislərə    ümid  bəsləyirdilər.     
Bolşeviklərin      sonuncu      dayağı      olan      Petrovun      dəstəsi  müxalif 
qüvvələri itaətə gətirmək gücündə deyildi, ona görə də iyulun 
31-də    Bakı    komissarları    hakimiyyətdən    getmələrini    bəyan   
etdilər.
511
 
Verilən  bəyanatda   məğlu-biyyətin   səbəblərini   avetisovlar   və   amazaspların  qorxaqlığı   ilə   bağlayan   
bolşeviklər 
elə   həmin   avetisovlar   və   amazplarla   əlbir   olub   nə   özlərinin   törətdikləri   cinayətlər,   nə   də   rəqibin   
(QİO-nun) 
mənəvi baxımdan üstün olması və bu üstünlüyü döyüş cəbhələrində nümayiş etdirməsini boyunlarına almadılar. 
Avqustun    1-də    Bakıda    daşnaklar,    sağ    eserlər    və    menşeviklər    "Sentrokaspi    və    sovetlərin   
Müvəqqəti 
İcraiyyə Komitəsi Rəyasət Heyətinin Diktaturası" adlı hökumət təşkil etdilər. Bolşeviklərə sadiq qalan qüvvələr 
(təxminən   3   min   nəfər,   bir   neçə   top   və   zirehli   avtomobillər)   şəhərin   Petrovski   meydanında   düşərgə   
saldılar. Komissarlar  "inqilab  üçün  öz  həyatlarını  xilas  etmək  məqsədi"  ilə  gəmi  vasitəsi  ilə  şəhəri  tərk  etmək 
istədikdə  Sentrokaspi    diktaturasına    tabe    olan    hərbi    gəmilər    bunun    qarşısını    aldılar.    Komissarlar   
həbs    edildi,    lakin  Petrovski    mey-danında    düzülmüş    dəstələrin    silah    işlətmək    hədəsi    Setrokaspi   
Diktaturasını    onları    azadlığa buraxmağa vadar etdi.
512
 
7.9.Birinci Bakı əməliyyatı (1 avqust-5 avqust 1918-ci il) 
Bakıda  hakimiyyət  dəyişsə  də  türk-Azərbaycan  qoşunlarına  qarşı  vuruşan  qüvvələr  yerində  qalmışdı  və 
eyni    məqsədə    qulluq    etmək    üçün    hazır    idi.    M.Süleymanov    haqlı    olaraq    qeyd    edir    ki,    "Bakı    Soveti   
kimi, 
Setrokaspi    Diktaturası    da    Azərbaycan    Xalq    Cümhuriyyətini    tanımır,    Azərbaycan    xalqının    öz   
müqəddəratını müəyyənləşdirmək istəyini heç bir vəchlə qəbul etmir, AXC-nin dəvəti ilə Azərbaycan xalqının 
imdadına çatmış Türk qoşunlarına işğalçı kimi baxırdılar".
513
 
Setrokaspi   Diktaturasının   sərəncamına   keçmiş   hərbi   hissələr   "Döyüşən   Qırmızı   Qafqaz   Ordusu"   
adını  aldı,  əvvəlki  kimi  bu  orduda  da  ermənilər  üstünlük  təşkil  edirdi.  L.Biçeraxova  xəbər  verildi  ki,  o,  yeni 
ordunun komandanı təyin olunub. 
Mürsəl   bəyin   imzaladığı   döyüş   əmrinə   əsasən   avqustun   1-də   Bakı   üzərinə   hücum   
təşkil 
edilməli idi. Şimal qrupu şəhərə daxil olub, küçə döyüşlərində düşməni məğlub etməli, sonra isə 
şəhərdə    asayişi    bərpa    etməli    idi.    Asayişin    qorunması    üçün    13-cü    alayın    bir    taboru   
şəhərin 
müsəlman    hissəsində,    bir    taboru    isə    xristian    hissəsində    dayanmalı,    qalan    qüvvələr   
şəhərdən 
çıxarılmalı  idi.  Cənub  qrupu  Heybət  stansiyası  tərəfdən  şəhərə  hücum  etməli,  dənizdən  təhlükə 
törədən    düşmən    gəmilərin    qarşı    mübarizə    aparmalı    idi.    Güzdək    yaxınlığında    ehtiyat   
qüvvələri  yerləşdirildi:    bir    piyada    taboru    (38-ci    alayın    2-ci    taboru),    Ləzgi    süvari   
alayı,    bir    top    taqımı  (Qüdrətli    dağ  topları).    Şərq    cəbhəsi    komandanı  Mürsəl    bəy  öz 
qərargahı   ilə   Hökməli   kəndində yerləşərək buradan döyüşü idarə etməli idi.
514
 
Əmrin     təhlili     hücum     barədə     qərarın     tələsik     verilməsi     təəssüratını     yaradır.     
Düşmən 
mövqeləri    və    qüvvələri    öyrənilmədən    qoşunlara    hücum    istiqamətləri    göstərilmiş,    əsas   
zərbə 
507
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.252 
508   
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.253. 
509
Süleymanov M.S. Azərbaycan Ordusu, s.116. 
510
Большевики в борьбе за победу, с.616. 
511
Yenə orada, c.617-619. 
512
Süleymanov M.S. Azərbaycan Ordusu, s.116. 
513
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.264. 
514
Yenə orada, s.265. 
134 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə