Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə96/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   92   93   94   95   96   97   98   99   ...   113

 
 
geri    atıldılar.
579     
Hələ    iyulun    axırlarında    Şollar    su    xətti    türk-Azərbaycan    döyüşçülərinin    nəzarətinə   
keçsə    də,  insanpərvərliklə    seçilən    türk-müsəlman    komandanlığı    şəhər    əhalisinin    əziyyətlərini    nəzərə   
alaraq    su    xəttinə  toxunmamışdı.    Lakin  Sentrokaspi  rəhbərliyi    və    erməni  liderlərinin    öz  siyasi 
ambisiyalarından  başqa  heç  nəyi  düşünmədiyini,      həmçinin      ingilislərin      də      əhalinin      problemlərinə     
biganə      olduğunu      nəzərə      alan      QİO  komandanlığının  əmri  ilə  avqustun  19-da  Bakıya  gedən  Şollar  su 
xətti kəsildi.
580   
Şəhər ayrı-ayrı hovuzlar, kiçik quyulardan çıxarılan su ilə təmin edilməyə başladı. 
Bakı 
ətrafında  düşmənin  istehkamlar    qurmasını  nəzərə  alaraq  hücum  istiqamətlərini 
müəyyənləşdirmək  üçün  İstanbuldan  Osmanlı  Ordusu  Ümumi  Qərargahının  Hərəkət  (əməliyyat)  şöbə 
müdirinin  müavini  minbaşı  Səffət    bəy    və    QİO    komandanlığı    1-ci    şöbə    müdiri    Tofiq    bəy    Bakı   
ətrafına   gəldilər.   Onların   qənaətinə   görə (avqustun   21-də   imzalanan   raporta   əsasən),   Puta-Hacı   Həsən   
xətti    bir    alayla    müdafiə    olunmalı;    Hacı    Həsən-  Biləcəri  xəttinin  2  km  şərqindəki  yol  arasından  qəti 
hücum hazırlanmalı  (Xırdalanın  şimal-şərqindəki  364  və 
311   №-li   təpələri   tutulmaq   şərti   ilə),   hücum   üçün   iki   alay   və   ehtiyat   qüvvə   kimi   bir   alay   istifadə   
edilməli; 
Maştağa   və   Fatmayıda   olan   bir   taboru   Binəqədiyə   çəkməli,   6   süvari   bölüyünü   Balaxanıda   cəm  etməli;   
Qurd 
qapısı  təpəsinin  (763  №-li  təpə)  hündür  olub  yaxşı  qorunduğundan  orada  olan  mövqeləri  aramsız  top  atəşi  ilə 
sıradan çıxarmaq  və  say-seçmə  könüllülər tərəfindən tutmalı; top cəbbəxanasını Qobuya,  Qüdrətli topları  Hacı 
Həsənə cəm etməli.
581
 
QİO    komandanlığı    verilmiş    təkliflərlə    razılaşdı    və    qoşunları    Bakı    ətrafına    hücum    üçün    cəm   
etməyə başladı. 
Avqustun 21-də Gəncəyə gəlmiş Şərq Ordular Qrupunun komandanı Xəlil paşa Azərbaycana əlavə olaraq 
bir firqənin göndəriləcəyini bildirdi. O, QİO komandanlığına irimiqyaslı döyüşlərə girişməməyi, əlavə qüvvələri 
gözləməyi tövsiyə etdi. 
QİO    komandanlığı    311    və    364    №-li    yüksəkliklərə    avqustun    23-də    hücum    etməyi    planlaşdırdı,   
lakin 
avqustun  22-də  bu  plandan  imtina  etməli  oldu.  Avqustun  22-də  Şərq  Ordular  Qrupu  tərkibində  olan  3  alman 
zabiti Bakı ətrafında dayanan QİO qərargahına gəldi. Almaniya tərəfi artıq anlamışdı ki, Rusiya ilə sövdələşmə 
Azərbaycan  və  Türkiyəni  narazı  salıb,  bu  sövdələşmənin  heç  bir  faydası  olmayacaq,  çünki  Ənvər  paşa  Bakını 
azad    etməkdə    israrlıdır.  Vəziyyətə    uyğun    olaraq  hərəkət    etmək  üçün    alman    komandanlığı  "oyunu" 
dəyişdi.    3  alman    zabiti    Bakı    üzərinə    hücumda    türklərlə    və    azərbaycanlılarla    bərabər    alman   
qoşunlarının    iştirak    etmək  imkanlarını    araşdırmalı,    bu    barədə    QİO    komandanlığını    fikirlərini   
öyrənməliydilər.    Avqustun    23-də    türk    və  alman   zabitlərindən   ibarət   qrup   mövqələri   gəzdi,   vəziyyəti   
yerindəcə   öyrəndi.   QİO   komandanlığın   şəhəri   öz  qüvvələri  ilə  tutacağına  əmin  olduğunu  bildirdi.  Alman 
zabitlərinə  şəhərin  tutulması  ilə  bağlı  öz  tövsiyələrini verməkdən  başqa  əlac  qalmadı.  "Alman  planına"  əsasən 
bütün süvari qüvvələr Bakının şərqinə, digər qüvvələr 
isə    Bibi-Heybət-Hacı    Həsən    xəttinə    toplanmalı,    5    alay    Bibi-Heybət-Hacı    Həsən    xəttindən    hücum   
etməli,   bir  tabor  Zabratı  tutmalı  və  Balaxanı,  Sabunçu  arasından,  süvari  hissələr  Hövsan  kəndi  tərəfdən  Zığ 
istiqamətində  irəliləməli,    top    hissələri    üç    qrup    şəklində    toplanıb    ehtiyat    qüvvə    rolunu   
oynamalıdırlar.
582     
Lakin    Nuru    paşa  "alman    planı"    ilə    razılaşmadı.    Nuru    paşa    311    və    364    №-li   
təpələrinin   tutulmasında   israrlı   idi,   çünki   düşmən əlində  olan  bu  təpələrdə  kifayət  qədər  toplar  qurulduqda 
Biləcəri-Xırdalan istiqamətindən şəhərə doğru hücum edən qoşunların qarşısını alardılar.
583
 
Ağdaş süvari bölüyü, 4-cü Ağdaş piyada alayının 1-ci və 2-ci taborları, top taqımı avqustun 23-də Ləki və 
Ucar stansiyalarından qatarla yola salındılar. 1-ci Ağdaş taboru 107-ci türk alayının Salyandakı 2-ci taborunu, 2- 
ci    Ağdaş    taboru    107-ci    türk    alayının    Puta-Ələt    arasındakı    3-cü    taborunu    əvəz    etməli,    top    taqımı   
Putada 
yerləşməli idi. 107-ci türk alayının hissələri isə Bakı istiqamətinə göndərildi.
584
 
Alman zabitləri mövqeləri tərk edən kimi Nuru paşa avqustun 26-da hücumla 311 və 364 №-li təpələrin 
ələ keçirilməsi əmrini verdi. Şərq cəbhəsi komandanının əmrinə əsasən hücum aşağıdakı şəkildə qurulmalı idi: 6 
ədəd   Krup   dağ   topu   (13-cü   alayın   tərkibindən)   364   №-li   təpəni   
atəşə  tutmalı,    38-ci    alayın    hissələri    bu    təpəyə    hücum    etməli   
idi.    Maştağa  dəstəsinin  əsas    qüvvələri    və    29-cu    türk  taboru    311 
№-li    təpəyə    hücum  etməli,    dəstənin    kiçik    qüvvəsi    Masazır    və   
Mürdəlabi    gölləri    arasında  mövqe    tutmalı    idi.    Xırdalan    ətrafına   
gətirilən    rus    topları    Biləcəri    ilə  Yanardağ      ərazisini      nəzarətdə     
saxlamağa     kömək     etməli,     Biləcəridən təpələrə doğru köməyə gələn 
qüvvələrə atəş açmalı, ehtiyac olduqda 364 
№-li təpəni də atəşə tutmalıydı.
585
 
579
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.306. 
580
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.156. 
581
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.307. 
582
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.308-310. 
583
Yuceer N. Qafqaz İslam Ordusunun Bakı şəhərini azad etməsi, s.343. 
584
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.308. 
585
Süleymanov M.S. Azərbaycan Ordusu, s.126-127. 
143 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə