Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə94/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   90   91   92   93   94   95   96   97   ...   113

 
 
 
 
Binəqədi    yüksəklikləri    və    şərqə,    dəniz    sahilinə    qədər    uzanırdı.    Palçıq    vulkanı    ətraf    ərazilərdən   
hündürdə 
yerləşdiyindən onun müdafiəsi üçün iki erməni taboru, Şimali Stafford alayının kiçik bölməsi, sonralar Bakıya 
gələn    Varvik    və    Uoçester    alaylarının    bölmələri    ayrılmışdı.    İngilis    qoşunlarına    briqada    komandiri   
vəzifəsi   ilə polkovnik Faviel, ön xətt hissələrinə polkovnik Keyvort rəhbərlik edirdilər.
561
 
Sentrokaspi qoşunlarını möhkəmlətmək məqsədi ilə Denstervil mütləq Biçeraxovun qayıtmasını istəyirdi. 
Bunun    üçün    o,    gəmi    ilə    Dərbəndə    tərəf    yollandı,    lakin    Xəzərin    şimal    hissəsində    bolşevik   
gəmilərinin   üstün olması onu Biçeraxovun dəniz yolu ilə Bakıya gətirilməsi planından çəkindirdi.
562
 
Qoşunları    qüvvətləndirmək    üçün    Sentrokaspi    diktaturası    Bakının    qeyri-müsəlman    əhalisini   
sərfəbər etməyə     çalışır,     eyni     zamanda     bolşeviklərdə    olan    silahları     müsadirə    edirdi.    Lakin     
avqustun     10-da    Bakı bolşeviklərinin  partiya  təşkilatı  silahı  qaytarmamaq   və  hakimiyyəti   ələ  keçirmək  üçün 
vətəndaş  müharibəsinə hazırlaşmaq    qərarını    qəbul    etdi.    Bu,    baş    tutmadıqda    şəhəri    tərk    edib 
Həştərxana      keçmək     qərara      alınmışdı.      Avqustun     13-də      19     
gəmiyə yüklənən   bolşeviklər   şəhərdən   qaçmaq   istəyəndə   onlar   hərbi   
gəmilərin 
vasitəsi  ilə  saxlanılmış,  geri  qaytarılmış  və  zorla  tərksilah  edilmişdilər. 
Keçmiş  komissarlar  əksinqilabla  mübarizə  üzrə  fövqəladə  komissiyanın 
istintaqına verildilər.
563 
Əsir ingilis əsgərlərindən biri, ingilislərin sayının 
1500    nəfər    olduğunu    demişdi,    bu    mənada    QİO    komandanlığı   
ingilis  qoşunlarının  sayı  barəsində  məlumatlı  idi.  Həmin  əsgərdən 
öyrənildi  ki,  ingilis    qoşunlarının    sayını    4    min    nəfərə    çatdırmaq   
planlaşdırılır,   lakin 
şəhər   əhalisi   arasında   25-30   minlik   ingilis   qoşunlarının   gələcəyi    barəsində   şaiyələr   yayılır.
564     
Ümumilikdə, 
Bakıda 10-12 min Sentrokaspi qüvvəsi və 1500 ingilis müdafiə olunurdu.
565   
M.Görüryılmaz yazır ki, farslar da 
Osman-lıların   qələbəsini   istəmir   və   4   min   fars   onlara   qarşı   vuruşurdu.
566     
QİO-nun   əsas   zərbə   qüvvəsi   -   
5-ci 
Qafqaz    piyada    diviziyasında    həlak    olanlar,    itkin    və    əsir   
düşənlər,  xəstəlik  və    yaralanmadan  hospitallarda  olanları  çıxmaq 
şərti  ilə  3500  nəfər    döyüşçü    vuruşmaq    iqtidarında    idi.
567   
15-ci   
piyada   diviziyasının  bəzi    hissələri    və    Azərbaycan   hərbi   hissələri   
QİO-nun    tərkibində    idi,  lakin      bu      qüvvələrlə      Bakını      azad     
etmək      çətin      idi.      Sentrokaspi  qoşunlarında      olan      ruh     
düşkünlüyü      ən      kiçik      toqquşmalarda      belə  vahiməyə   çevrilmiş,   
Qaraməryəm   və   Göyçay   döyüşlərinin   xofu   hələ 
də    canlarından    çıxmamışdı.    Qoşunların    çoxsaylı    olması   
təəssüratını yaratmaq üçün QİO komandanlığı cəbhənin müxtəlif 
istiqamətlərindən 
zərbələr   endirir,   türk   mürəttəb   süvari   alayı   və   azərbaycanlı   süvarilərindən   sürətli   reydlər   etmək  üçün   
istifadə 
edirdi. 
Tərəflər    arasında    gedən    kiçik    döyüşlər    əsas    döyüşlər    ərəfəsində    əlverişli    mövqelərin    ələ   
keçirilməsi məqsədi    ilə    aparılırdı.    QİO-nun    komandanlığı    əsasən    Biləcəri,    Yanardağ,    Binəqədi   
istiqamətində    düşməni 
sıxışdırır,    əvəzində    ingilis-Sentrokaspi     qoşunları     mühasirə    halqasını     yarmağa    çalışırdılar.    Avqustun   
6-da 
Xırdalan     istiqamətində     bir     zirehli     qatarın     müşayyəti     ilə     ingilis-Sentrokaspi     qoşunları     irəlilədikdə     
ciddi 
müqavimətlə üzləşmişdilər. 60-cı türk piyada taborunun döyüşçüləri tərəfindən pusqu qurulmuş, zirehli qatarın 
bir  platforması  aşırılaraq  onun   silahları  (bir   ədəd   75  mm-lik  top,   üç  pulemyot,   döyüş   sursatı)   ələ   
keçirildi.
568
 
Avqustun    7-də    yaralıları    daşıyan    qatar    Sentrokaspi    hərbi    gəmiləri    tərəfindən   atəşə    tutuldu.    Bütün   
dünyada üzərində    Qırmızı    Xaç    və    ya    Qırmızı    aypara    olan    nəqliyyat    vasitələri    maneəsiz   
buraxıldığı    halda,    Bakı 
cəbhəsində   Ələt-Puta   arasında   hərbi   gəmilərin   atəşi   ilə   sanitar   qatara   zədələr   vuruldu,   13   yaralı   həlak   
oldu. 
Avqustun 7-si və 8-də Ələt stansiyası Sentrokaspi və ingilis aviasiyası tərəfindən bombalandı, lakin qoşunların 
və sursatın Bakı ətrafına gətirilməsinə bu maneçilik törədə bilmədi.
569
 
Avqustun  9-da  Nuru  paşa  Bakıya  hücuma  hazırlaşmaq  barəsində  əmr  imzaladı.  Əmrə  əsasən  düşmənin 
batareyaları      məhv      edilməli,      kəşfiyyat      vasitəsi      ilə      düşmən      barəsində      ətraflı      məlumat     
toplanmalı,      döyüş  mövqelərini    öyrənməklə    hansı    istiqamətin    hücum    üçün    daha    münasib    olmasını   
müəyyən    etmək,    düşmən  əkshücumlarına    qarşı    ehtiyyat    qüvvə    toplamaq,    son    hücum    üçün    sursat   
və    qüvvələri    cəm    eləmək    nəzərdə tutulmuşdu.
570
 
561
Денстервиль, с.202-203. 
562
Денстервиль, c.220. 
563
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.302. 
564
Yuceer N. Birinci Dünya savaşında, s.109. 
565   
Yenə orada, s.110. 
566
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.154. 
567
Yuceer N. Birinci Dünya savaşmda, s.113. 
568
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.303. 
569
Yenə orada, s.303. 
570
Yenə orada, s.304. 
141 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə