Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə92/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   88   89   90   91   92   93   94   95   ...   113

 
 
könüllülərini    toplayır    və    təlim    keçir),    Sumqayıt    dəstəsi-Sumqayıt    stansiyasından    şimalda,    Şimal   
qrupunun 
ehtiyat qüvvəsi 13-cü və 10-cu alayların arxasında. Cənub qrupu: zirehli qatar-Putada, firqə istehkamı bölüyü - 
Putada, sahilin müdafiəsi qrupu-Ələtdə.
538
 
Avqustun 5-də əsas zərbəni Qurd qapısı istiqamətindən 13-cü alay vurmalı idi. Bunun üçün qüvvənin əsas 
hissəsi    bu   istiqamətə    yönəldilmişdi.    Digər    qüvvələr   tutduqları    sahələrdən   irəliləməli    və    düşmənin   
diqqətini 
yayındırmalı   idilər.   QİO-nun   komandanlığı   ilk   ingilis   dəstəsinin   gəlişindən   və   Sentrokaspi   qüvvələrində   
baş vermiş keyfiyyət dəyişikliyindən xəbər tutmamışdı. 
Avqustun     5-də     səhər    saat     4:25-də     türk-Azərbaycan     hissələri     hücuma     başladılar.    Bayıl     
ətrafındakı 
yüksəkliklər    ələ   keçirildi,   Qurd   qapısı   istiqamətində   hücum   davam   edirdi.   Qoşunlar   irəliləyərkən   
düşmənin telefon xəttinə çıxdılar və tutulan telefon danışıqlarından məlum oldu ki, düşmən düşərgəsində güclü 
çaşqınlıq 
var və onlar əlavə kömək istəyirlər. Şəhərdə çaşqınlıq elə böyük idi ki, xristian əhalisi gəmilərə doğru qaçmağa 
üz tutmuşdu.
539   
Tezliklə Qurd qapısı dağ boyunca keçən düşmənin 1-ci müdafiə xətti tutuldu, lakin düşmən artıq 
2-ci xəttə əlavə qüvvələr yeritməyə müvəffəq olmuşdu. Döyüşün bu mərhələsində məlum 
oldu    ki,    Şimal     qrupunun    mərmi      ehtiyatı      tükənib,    patronları      da    qurtarmaq   
üzrədir.  Mərmilər      olmadığına      görə      toplar      arxaya      daşındı.
540       
Düşmən      tərəf     
bunu      hiss      edib  artilleriya      duellərindən      çəkinmədən      topları      açıq      mövqelərə     
çıxarıb    türk-Azərbaycan  hissələrinə    atəş  açmağa    başladı.    Hətta  şəhərdə  olan   
bolşevik  artilleriyası    da    gəmilərdən  boşaldıldı    və    sahilə    yaxın    meydanların   
birində    quruldu.    Q.Petrov    avtomobillə    Bayıla  getdi,  ön  mövqelərlə  öz  topları 
arasında  simli  rabitə  yaratdı  və  nəticədə  hücuma  qalxan  türk-Azərbaycan       hissələrinə       
dəqiq       atəş       açdı.       Əsas       atəş       pulemyot       mövqelərinə  yönəldilmişdi.   10-cu   
alayın   5   pulemyotu   məhv   edildi,   bir   çoxu   sıradan   çıxarıldı.   13-cu 
alayın     da     pulemyotlarının     bir     
çoxu 
istiqamətindən   atəş   açdılar.   
Bundan 
radələrində    əkshücuma    keçdi.    10-
cu 
sıradan     çıxmışdı.     Üstəlik     hərbi     gəmilər     
Bayıl 
istifadə 
edən 
Sentrokaspi   qüvvələri   saat   
11 
və    13-cü    alaylar    öz    ehtiyat    hissələrini   
döyüşə 
yeritməklə vəziyyəti sabitləşdirməyə, Şimal       qrupunun ehtiyatının gəlməsinə qədər    vaxt 
qazanmağa çalışırdılar. Lakin Mürsəl bəy Şimal qrupunun ehtiyatını döyüşə göndərmədi və 10-cu, sonra isə 13- 
cü    alaylar    geri    çəkildi,    Bayıl    və    Qurd    qapısında    tutduqları    mövqeləri    tərk    etdilər.
541     
5-ci    Qafqaz   
piyada firqəsinin Ərkani-Hərb rəisi Rüşdü bəy qeyd edirdi ki, düşmən özündə qüvvə tapıb əkshücumu davam 
etdirsəydi 
10-cu və 13-cü alayları da daha geriyə ata bilərdi, çünki onun qarşısını almaq üçün yeganə silah süngülər idi - 
döyüş    sursatı    tamamilə    tükənmişdi.
542     
Türk-Azərbaycan    hissələri    dəmir    yolunun    qərbindəki,    Qurd   
qapısı    ilə  üzbəüz    yüksəkliklərdə    möhkəmləndilər.    Saat    17:00-da    Mürsəl    bəy    sona    çatmış    döyüşün   
nəticələri   barəsində Nuru paşaya raport  göndərdi  və raportda döyüşdə ingilislərin iştirak etməsini  bildirdi. Elə 
bu  vaxt  Sentrokaspi  qoşunları      cəbhənin      Biləcəri-Xırdalan      istiqamətinə      hücuma      keçdilər.      Onların   
hücumunu     bir    zirehli     qatar dəstəkləyirdi. Burada düşmən qoşunları Zehni bəyin dəstəsi ilə üzləşdi və geri 
atıldı. 
Avqustun 5-də baş vermiş döyüşdə QİO tərkibindən 9 zabit, 139 əsgər həlak olmuş, 19 zabit, 444 əsgər 
isə    yaralanmışdı.    Qoşunların    istifadə    etdiyi    minik    və    qoşqu    heyvanlarından    43-ü    ölmüş,    32-ci   
yaralanaraq  yararsız  olmuşdu.  500-dən  artıq  tüfəng,  3      ağır    pulemyot    və  yüngül      pulemyotlar      sıradan 
çıxmışdı.  Düşmən  tərəf  2000-ə  yaxın  itki    verdi    (ölü    və  yaralılar).
543   
Kəşfiyyatın  məlumatlarına    görə   
şəhərə    avqustun 5-də 300 ingilis əsgəri gətirilmişdi.
544
 
Avqustun      6-da      mövqelərə      gəlmiş      QİO-nun      Ərkani-Hərb      rəisi      Nazim      bəyə      qoşunların     
sursatının  olmaması,    zabitlərin    çatışmazlığı,    qoşunların    azlığı,    isti    iqlimdə    xəstəliklərin    yayılması   
barədə    məlumat  verildi.
545     
Bütün    bunlar    qoşunların    mənəvi-psixoloji    durumuna    pis    təsir    göstərirdi,   
Bunu   ehtimal   edən   sovet komandanlığı Heybət-Biləcəri xəttinə hücum təşkil etdi, lakin geri atıldı.
546
 
Bilavasitə    Bakı     önündə    dayanan    QİO    qoşunlarının    sayı     3500    nəfəri     ötmürdü.
547       
Mənəvi     
durumu 
yaxşılaşdırmaq   üçün   qoşunlara   komandanlığın   müraciəti   qəbul   edildi.   "Bu   gözəl   könül   qapıcı   şəhəri   
siz  zəbt  etməsəniz  Türkün    və    ordusunun    şərəfini    indi    içində  bulunduğunuz  xəndəklərə  göməcəksiniz...   
Əgər    siz    yaşıl  dənizin    bu    məşhur    şəhərini    zəbt    etməsəniz    Qafqaz    türkləri    və    Türküstan   
müsəlmanlarının    qəlbinə    saplanmış  olacaq  zəhri-  xəncərin  üzərinə  "Eyvah  ki,  Türk  bizə  imdada  gəlmədi" 
cümləsi yazılmış olacaqdır. Qafqaz fəryad edəcək,   Türküstan   ağlayacaqdır...   Ey   türk   əsgəri!   Əgər   sən   bu   
şəhəri   almasan   Bakıda   sənin   üçün   hazırlanan 
538
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.277-278. 
539
Yuceer N. Birinci Dünya savaşında, s.104. 
540
Süleymanov M.S. Azərbaycan Ordusu, s.121. 
541
Большевики в борьбе за победу, с.626. 
542
Süleymanov M.S. Azərbaycan Ordusu, s.280. 
543
Yuceer N. Qafqaz İslam Ordusunun Bakı şəhərini azad etməsi, s.339. 
544
Görüryılmaz M. Türk.Kafkaz İslam Ordusu, s.148. 
545
Süleymanov M.S. Azərbaycan Ordusu, s.122. 
546
Yuceer N. Birinci Dünya savaşında, s.105. 
547
Yenə orada, s.102. 
138 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə