Allahi Razi Salan İman



Yüklə 367,03 Kb.
Pdf görüntüsü
səhifə3/16
tarix24.12.2017
ölçüsü367,03 Kb.
#17764
1   2   3   4   5   6   7   8   9   ...   16

10

ki, bizi imanda ruhlandıran, Allahın bizə konkret olaraq söylədiyi 

sözlərdir. Biz gündən-günə Allahla ünsiyyətdə ola-ola, Müqəddəs 

Kitabı oxuya-oxuya, eşitdiyimiz və oxuduğumuz sözlər üzərində 

dərindən düşünə-düşünə Allahdan konkret sözlər alır, xəbər eşidirik. 

bu sözlərdən, bu xəbərdən ürəyimizdə iman yaranır.

Beləliklə, Müqəddəs Kitabı oxuyub dərindən düşünməyən insan 

Allahdan xəbər eşitməz və ruhən ölməyə başlayar. Huşə peyğəmbər 

yazmışdır: “Xalqım  biliksizlikdən  məhv  oldu.  Sən  biliyi  rədd 

etdiyin üçün Mən də səni rədd edəcəyəm...

[19]


Demək, iman bilikdən başlayır, lakin biliklə kifayətlənmir. İmanlı 

insan həm Allahın nə dediyini bilir, həm də buna inanır. İki şəxs 

arasındakı münasibətdə qarşılıqlı inam son dərəcə mühümdür. 

Allahla insanlar arasındakı münasibət də qarşılıqlı inama əsaslanır.

Adəmlə Həvvanın günahı məhz Allaha inanmamaqlarında idi. 

Onlar Allahın dediyindən artıq öz müdrikliklərinə güvənmişdilər.

Biz Allaha inanırıq, etimad edirik, əmin oluruq, çünki Allahın 

xasiyyəti tam etimada layiqdir. Allah sadiqdir. Biz Rəbb İsanın adına 

inanırıq, axı İsanın adı, Allahın xasiyyətini yekunlaşdırır. “Onun 

(Allahın) əmri də budur ki, biz Onun Oğlu İsa Məsihin adına 

iman edək və Onun bizə əmr etdiyi kimi bir-birimizi sevək

[20]




Biz Allaha və İsanın adına inanırıq.

Müqəddəs Kitabda Allahın sədaqəti barədə çox yazılmışdır. 

Allah insan deyil ki, yalan söyləsin, bəşər oğlu deyil ki, fikrini 

dəyişdirsin.  Dediyini  həyata  keçirməzmi?  Verdiyi  sözü  yerinə 

yetirməzmi?

[21]


 “Sizi  Oğlu  Rəbbimiz  İsa  Məsihlə  şərik  olmağa 

çağıran  Allah  sadiqdir

[22]


. “Rəbbin  mərhəmətinə  görə  məhv 

olmadıq, çünki mərhəməti tükənməzdir. Hər səhər bunlar təzələnir, 

Sənin sədaqətin böyükdür

[23]


Allah Öz dediyinə sadiqdir.

[19]


  Huşə 4:6

[20]


  1-ci Yəhya 3:23

[21]


  Saylar 23:19

[22]


  1-ci Korinflilərə 1:9

[23]


  Yeremyanın Mərsiyələri 3:22–23


11

“Heç  bir  sözümü  təxirə  salmayacağam,  dediyim  söz  yerinə 



yetəcək” Xudavənd Rəbb belə bəyan edir

[24]


. Bizim əminliyimiz 

hər şeyə qadir Olan Rəbbin sadiqliyinə əsaslanır. İmanımız Allahın 

Özü haqqında bildirdiyi həqiqətlərə, dəyişməz təbiətinə, sadiq 

xasiyyətinə əsaslanır.

Demək, biz Allahın nə dediyini bildikdə və Onun Öz vədlərinə sadiq 

olduğuna inandıqda tam əmin oluruq ki, Allah Öz sözünün üstündə 

duracaq. Bunun nəticəsində biz Allahın buyurduğu kimi hərəkət 

edirik. Bildiyimiz və inandığımız həqiqətlərə görə hərəkət etmiriksə, 

demək ki, imanımız ölüdür. “İman ...əgər yaxşı əməlləri yoxdursa, 

özü-özlüyündə ölüdür. Lakin kimsə belə deyə bilər: «Sənin imanın 

var, mənim də əməllərim». Sən imanını mənə əməlsiz göstər, mən 

də  sənə  imanımı  əməllərimə  əsasən  göstərəcəyəm

[25]


. Həvari 

Yaqub belə əməlsiz imanı iblisin imanına bənzədir: “Sən  Allahın 



bir olduğuna inanırsansa, yaxşı edirsən. Cinlər də buna inanır 

və əsirlər!

[26]


 İbrahimin imanı “onun əməlləri ilə birgə fəaliyyətdə 

idi və ...əməllərə əsasən tamamlanmışdır

[27]


.

İman, itaət və məhəbbət bir-biri ilə bağlıdır. Allaha məhəbbətimiz 

itaətimizdə əks olunur. “Əgər Məni sevirsinizsə, əmrlərimə riayət 

edərsiniz

[28]


. İman etmək və itaət etmək eyni mənada işlənir. “Oğula 

iman  edən  kəs  əbədi  həyata  malikdir,  Oğula  itaət  etməyən  isə 

həyat görməyəcək, lakin Allahın qəzəbi onun üzərində qalır

[29]


İman məhəbbətlə fəal olur

[30]

.

Yekun olaraq qeyd edək ki, imanımız Allahla şəxsi münasibətimizdən 



asılıdır. İman Allahın nə dediyini bilməkdən, Allahın sədaqətinə 

əmin olaraq dediyinə inanmaqdan və Allaha sadiq qalaraq dediyinə 



əməl etməkdən ibarətdir. Əsl imanlı hər gün Allahla ünsiyyətdə 

[24]


  Yezekel 12:28

[25]


  Yaqub 2:17–18

[26]


  Yaqub 2:19

[27]


  Yaqub 2:22

[28]


  Yəhya 14:15

[29]


  Yəhya 4:36

[30]


  Qalatiyalılara 5:6 “Məsih İsada əhəmiyyət kəsb edən nə sünnətlilik, nə də 

sünnətsizlik deyil, məhəbbətlə fəal olan imandır.


12

olar, Müqəddəs Kitabı oxuyar, səhifələrindən Allahın səsini eşidər 

və eşitdiyi sözə əməl edər — Allahın səsinə itaət edər. Yalnız bu cür 

iman etməklə biz Allahın övladı kimi Onunla sıx əlaqədə yaşamağa 

nail ola bilərik.



13

İman, imansızlıq və qorxu

İmanın ziddi imansızlıqdır. İmanın ziddi qorxudur. İsa Yair adında 

bir sinaqoq rəisinə qızı öləndə belə dedi: “Qorxma,  yalnız  iman 



et!  Qızın  xilas  olacaq

[31]


. İsa Qalilieya gölündə qopmuş tufanı 

yatırdıqdan sonra bərk qorxuya düşmüş şagirdlərinə belə dedi: 

Niyə  qorxursunuz?  Hələ  imanınız  yoxdurmu?

[32]


. İncildə 

imanın “məhəbbətlə  fəal  olduğunu

[33]

 oxuyuruq. Məhəbbətdə 



isə “qorxu  yoxdur,  əksinə,  kamil  məhəbbət  qorxunu  qovar

[34]


Beləliklə, gördüyümüz kimi imanın ziddi qorxudur. Əslində, qorxu 

inanmamaqdan əmələ gəlir. Allahın bizi sevdiyinə inanmayanda 

qorxuya düşürük. Allahın bizimlə olduğuna və bizi pis vəziyyətdə 

qoymayacağına inanmadığımız zaman narahatlıq keçirib qorxuruq.

llaha tamamilə güvəniriksə, sədaqətinə əmin oluruqsa, Ona sadiq 

qalırıqsa  — qorxudan azad olaraq Rəbbə ibadət edirik. Vəftizçi 

Yəhyanın atası Zəkəriyyənin peyğəmbərlik etdiyi kimi, Rəbb bizə 

güc verdi ki, “biz  düşmənlərimizin  əlindən  qurtulub  həyatımız 

boyu  qorxmadan  Rəbbin  önündə  müqəddəslik  və  salehliklə 

Ona  ibadət  edək

[35]


. İsa Məsih “ölüm  qorxusuna  görə  ömürləri 

boyu  əsarətdə  olanların  hamısını  azad

[36]


 etmək üçün gəldi. 

Biz qorxudan azad olub imanla yaşamağı öyrənməliyik. Başqa 

yol yoxdur. Çünki “qorxaqların,  imansızların…  aqibəti…  od  və 

kükürdlə yanan göldə olacaq…

[37]


Gördüyümüz kimi, qorxaqların və imansızların aqibəti əbədi 

ölümdür. İmanın ikinci ziddi imansızlıqdır. İbranilərə məktubda 

yazılmışdır: “Buna görə Müqəddəs Ruhun dediyi kimi: «Bu gün 

[31]


  Luka 8:50

[32]


  Mark 4:40

[33]


  Qalatiyalılara 5:6

[34]


  1-ci Yəhya 4:18

[35]


  Luka 1:73–75

[36]


  İbranilərə 2:15

[37]


  Vəhy 21:8


Yüklə 367,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə