Allahi Razi Salan İman



Yüklə 367,03 Kb.
Pdf görüntüsü
səhifə5/16
tarix24.12.2017
ölçüsü367,03 Kb.
#17764
1   2   3   4   5   6   7   8   9   ...   16

18

gəlməkdən qoruyur. Təəssüf ki, biz imanlılar bəzən tələsirik, Allahın 

iradəsi olmayan işləri Allahın iradəsi zənn edib səhvə yol veririk. Bir 

müddət sonra isə yanıldığımızı görürük, amma artıq gec olur.

Şübhə etməyimiz təbiidir, amma biz ömür boyu şübhələrlə yaşamalı 

deyilik. Qərarsızlıq, səbatsızlıq çox pis haldır. Biz şübhələrdən 

keçib sabit imana çatmalıyıq. Bir şübhəniz varsa, Müqəddəs Kitabı 

araşdırın, dua edin, Allahdan cavab alın. İsa Məsihin qulu Yəhuda 

Şübhə edən (qərarsız) adamlara qarşı mərhəmətli olun

[51]


 — 

deyə buyurmuşdur. Allah səmimi olaraq şübhələnən və həqiqəti 

axtaran insanları haqq yola gətirəcək!

Əsas sual budur ki, bizimlə həqiqətən Allah danışır, yoxsa biz 

bunu özümüzdən uydururuq? Çox vaxt biz hisslərimizə qapılırıq, 

yaxud Müqəddəs Kitabda oxuduğumuz müəyyən ayələrin bizə aid 

olduğunu güman edirik. Amma hər kəlam hər adama hər vəziyyətdə 

aid olmur. Belə güman etməkdənsə şübhələnib Allahdan soruşmaq, 

qərarsız qalıb Kəlamı araşdırmaq və ancaq həqiqəti tapıb əmin 

olduqdan sonra hərəkət etmək yaxşıdır.

Gümanına görə hərəkət edərək səhvə yol verən insan çox vaxt 

qürurlu və özündən razı olurlar. Onlar özləri barədə çox yüksək 

fikirdə olurlar, odur ki heç şübhələnməzlər, tez-tez “Allah mənə 

dedi” deyərlər, başqa imanlılardan məsləhət almazlar. Özümüzü 

səhv fikirlərə uymaqdan qorumaq üçün imanlılar cəmiyyətində bir-

birimizə müticəsinə qulaq asmalıyıq.

Yadda saxlayaq ki, imanımız Allaha və Allahın bizə dediyi 

kəlamlara inanmaqdan ibarətdir. Allahın bizə demədiyi fikirlərə 

inanırıqsa, Allahdan nahaq yerə cavab gözləyirik. Özünüzü yoxlayın: 

siz nəyə inanırsınız? Allah sizə bunu deyibmi? Buna yüz faiz 

əminsinizmi? Bəlkə də, şübhələnmək yaxşı olar? İsa suyun üstündə 

durub “Gəl!” — deyə sizi səsləməsə, suyun üstü ilə yeriyəcəyinizi 

zənn etməyin. İsanın onlara bahalı maşın verəcəyini güman edənlər 

nəyə əsasən bunu gözləyirlər? İsanın onları varlı edəcəyinə inananlar 

İncili diqqətlə araşdırıb şübhələnsələr yaxşı olmazmı? Doğrudan 

[51]


  Yəhuda 1:22


19

da, öz gümanına görə nəyinsə olacağına inanan adam İsa Məsihin 

yolunu tutmur. Bu, iman deyildir! İsa Məsih “(Mən) özbaşına bir 

şey etmirəm, ancaq Ata Mənə necə öyrədibsə, o cür danışıram

[52]


 

dedi. İsa Atanın nə dediyini yəqin edəndən sonra qərarlı şəkildə 

hərəkət edərdi. O, “iman” ilə buyurub, Özü üçün bir imarət, at, 

çoxlu pul və sairə yaratmazdı. İsanın yolunu tutmuşuqsa, həyatını 

araşdıraq və Ondan nümunə götürək.

Allahla münasibətimizdə imanın rolu böyükdür. İmanla biz qələbə 

çalırıq, iblisin hakimiyyətini alt-üst edirik. Buna görə də şeytan 

imanımızı yox etmək üçün min yol axtarır. O istəyir ki, biz Müqəddəs 

Kitabı yaxşı bilməyək, Rəbbin iradəsindən xəbərsiz olaq, yaxud onu 

səhv başa düşək. Belə olduqda imanımızın təməli dağılmış olur. O 

bizi Allahın sədaqətindən şübhəyə, imansızlığa sövq etməyə çalışır. 

O bizi öz hisslərimizə inandırmağa cəhd edir. O, imanımızın əməldə 

yox, sözdə olması üçün əlindən gələni edir. Fikirləşin, bəlkə sizin 

üçün də qərarlı şəkildə ayağa durub hərəkət etmək zamanı gəlib.

[52]

  Yəhya 8:28




20

İmanda ilk addımlar

Səmimi tövbə olmayan yerdə iman mümkün deyildir.

Vaxt  yetişib,  Allahın  Padşahlığı  yaxınlaşıb.  Tövbə edin  və 



Müjdəyə inanın

[53]


 — deyə İsa Məsih buyurmuşdur. Həvari Paul 

da “(Mən) həm Yəhudiləri, həm də Yunanları tövbə edib Allaha 



tərəf dönməyə və Rəbbimiz İsaya iman gətirməyə çağırdım

[54]


 — 

demişdir. Tövbə etmədən “iman” edən bir adamın adı imanlı olsa 

da, həyatında bir dəyişiklik yoxdur. Belə adam Allahı deyil, özünü 

sevər, Allahın deyil, özünün iradəsini axtarar. Həqiqi imanlı köhnə 

həyat tərzindən tövbə edər və əsl imana nail olar.

Bu gün çox yerlərdə Müjdəni təbliğ edən vaizlər imsanlara “Sən 

ancaq inan!” — deyirlər. Amma Allah “Tövbə et və inan!” — deyə 

buyurur. “Allah ...indi hər yerdə hamının tövbə etməsini insanlara 



əmr edir

[55]


.

Həm tövbə, həm də iman Allahın ənamıdır. Allah ürəyimizi 

Özünə tərəf döndərəndə biz tövbə edirik. Rəbbimiz Yeremya 

peyğəmbərin dili ilə belə deyir: “Onlara ürək verəcəyəm ki, Mənim 



Rəbb olduğumu bilsinlər...” 

[56]


 İncildə yazılıb ki, “Allahın zəngin 

xeyirxahlığı... səni tövbəyə yönəldir...

[57]


 Bəli, Allah insana tövbəni 

verməsə, insan özü-özlüyündən heç tövbə edə də bilməz. İncildə 

imansızlara həqiqəti danışmağın vacibliyi belə əsaslandırılır: “Bəlkə 

Allah  onlara  tövbəyə  imkan  verəcək.  Beləliklə  həqiqəti  anlaya 

bilərlər

[58]


. Allah tövbəni verər, insan isə qəbul edər və ya etməz. 

Biz “iman vasitəsilə, lütflə

[59]

 xilas olduq. Bu, bizim nailiyyətimiz 



[53]

  Mark 1:15

[54]

  Həvarilərin İşləri 20:21



[55]

  Həvarilərin İşləri 17:30

[56]

  Yeremya 24:7



[57]

  Romalılara 2:4

[58]

  2-ci Timoteyə 2:25



[59]

  Efeslilərə 2:8




21

deyil, Allahın hədiyyəsidir. Ancaq Allahın hədiyyəsini qəbul etmək 

lazımdır!

İmanımız get-gedə artmalıdır. Həvari Paul Salonikdəki imanlılara 

imanınız artıqca artır və hamınızın bir-birinizə olan məhəbbəti 

çoxalır

[60]


  — deyə yazırdı. Biz Allaha yaxınlaşdıqca imanımız 

artır və imanımız artdığı zaman biz daha çox bir-birimizi Məsihin 

məhəbbəti ilə sevirik.

[60]


  2-ci Saloniklilərə 1:3


Yüklə 367,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə