Alqoritm, xassələri və təsvir üsulları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə12/169
tarix29.11.2023
ölçüsü3,74 Mb.
#140128
1   ...   8   9   10   11   12   13   14   15   ...   169
Alqoritmlesdirme-ve-Programlasdirma

İstifadəçinin tipləri
. Proqramçı bəzi məsələlər üçün proqram tərtib edərkən onun 
məzmununa uyğun olaraq yeni tip verilənlərdən istifadə etməli olur. Yeni tiplər isə 
verilənlərin standart tiplərinə əsaslanaraq yaradılır. Yaradılan tiplərə verilənlərin 
sadalanan və interval tipləri deyilir. 
Sadalanan tip verilənlər. 
Pascal dilində məhdud sayda qiymətləri ciddi nizamla təyin 
olunub saymaqla verilən sadalanan tipli verilənlərdən istifadə olunur. Sadalanan tipli 
verilənlərhər birinin adı olan konstantlar siyahısından ibarət nizamlı çoxluq olub 
elementləri dairəvi mötərizələr daxilində bir-birindən vergüllə ayrılmaqla 
verilir.Sadalanan tipli verilənlər proqramın type təsvirlər bölməsində Type və Var açar 
sözlərinin köməyi ilə aşağıdakı şəkildə təsvir olunur. 
Type 
Sad_tipin_adı= (konstantların siyahısı); 
Var 
Sad_tipli_dəyişən:Sad_tipin_adı; 
Sadalanan tipli verilənlər dəyişənlərin təsviri bölməsində belə verilir. 
Var 
Sad_tipli_dəy : (konstantların siyahısı) 
Burada Sad_tip_adı- sadalanan tipin qəbul olunmuş adını 
Konstantların siyahısı- istifadəçi tərəfindən verilən ,bir-birindən “,” ayrılan və dairəvi 
mötərizə içərisində yazılan,maksimum sayı 256 olan konstantları 
Sad_tip_dəy- proqramın icrası zamanı sabitlərin mənsub edildiyi dəyişəni bildirir. 
downloaded from KitabYurdu.org


26 
Məsələn: Type qiymət=(1,2,3,4,5); 
Var X: qiymət; 
Burada qiymət sadalanan tipin adını 1,2,3,4.5 sadalanan konstantları,X isə bu 
konstantlardan istənilən birini ala bilən sadalanan dəyişəni bildirir. 
Qeyd edək ki, type ilə təyin edilməmiş sadalanan tipləri də Var ilə daxil etmək olar. 
Məsələn: Type qiymət-(1,2,3,4,5); 
Var X:qiymət; 
İnterval tipli verilənlər.
Nizamlı çoxluğun məhdud alt çoxluğunu ədədi interval şəklində 
təyin etmək olar . Pascal da belə tipli verilənlər interval tipli verilənlər adlanır və 
proqramın tipləri bölməsində aşağıdakı şəkildə təsvir olunur. 
Type 
Interval_tipin_adı=const1..const2; 
Var 
İnterval_tipli_dəyişənin_adı :interval_tipin_adı; 
Bu tipli dəyişənlər Type açar sözündən istifadə edilmədən də,dəyişənlərin Var 
bölməsində aşağıdakı şəkildə təsvir olunur. 
Var 
Interval_tipli_dəyişən : (const1..const2); 
Burada intervaltipin adı-interval tipə verilmiş şərti ad 
Interval tipli dəyişənin adı-proqram icra edilən zaman sabitlərin mənsub edildiyi dəyişəni
Const1..const2 isə konstantların min və max qiymətləri olub , iki nöqtə ilə ayrılmaqla 
intervalı bildirirvə const1 const2 olmaqla tam,məntiqi,simvol və ya sadalanan tipli 
konstantlar ola bilər. 
Stаndаrt və sаdаlаnаn tiplər birlikdə 
skаlyаr tip
аdlаnır. 
real
tipdən bаşqа iхtiyаri skаlyаr tip üçün yeni – intervаl tip yаrаtmаq olаr. Bu dа 
skаlyаr tipə аiddir. 
Tiplər bölməsində stаndаrt tiplərdən bаşqа, bütün tiplər e’lаn olunmаlıdır. Əgər 
proqrаmdа yаlnız stаndаrt tipli kəmiyyətlərdən istifаdə olunаrsа, e’lаnlаr bölməsinin 
tiplərə аid hissəsi olmur. 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə