Apa-nın İranın ali dini liderinin rəsmi veb səhifəsinə istinadən verdiyi məlumata görə, İran



Yüklə 402,85 Kb.
Pdf görüntüsü
səhifə4/15
tarix26.09.2017
ölçüsü402,85 Kb.
#2241
1   2   3   4   5   6   7   8   9   ...   15

47

329

May 2014

Milli.Az  bildirir  ki,  ayətullah  Sistani  naməhrəm  qadınla  kişi 

arasında canlı həyatda ünsiyyətə dair şər’i məsələlərin virtual aləmdə 

qurulan  ünsiyyətə  də  şamil  oduğunu  bildirib:  “Naməhrəm  kişi  və 

qadın  arasında  yazılı  və  səsli  mesajlaşma  (ünsiyyət  qurma)  yalnız 

canlı həyatda (şəriətə görə) halal olduğu miqdarda caizdir”.



Ayətullah Seyyid Əli Sistani sosial şəbəkələrdə naməhrəmlər 

arasında ünsiyyətin caiz olub-olmaması ilə bağlı suala 

cavab verib

SOSİAL  ŞƏBƏKƏLƏRDƏ  QADINLA  KİŞİNİN  ÜNSİYYƏTİ...

 2013-2014-cü   tədris ilində   peşə təhsili almaq istəyən müsəlman məktəbli qız məktəbə hicabda getmək 

istədiyini bildirib. Onun bu istəyi məktəb rəhbərliyi tərəfindən təmin olunmayıb. Bu səbəbdən həmin şagird 

məhkəməyə müraciət edib.

Bavariya əyalət məhkəməsi iddia ilə bağlı yuxarıda bəhs etdiyimiz qərarını aprelin 25-də çıxarıb. Həmin 

qərarda şagirdin məktəbə hicabla gəlməsinin yasaqlanmasının məktəbli qızın vicdan azadlığına zərər vurmadığı 

vurğulanıb.



Məhkəmə Almaniyanın Bavariya əyalətində qız şagirdin hicabla dərsə girməsinə 

icazə verilməməsi haqqında qərar çıxarıb

ALMANİYADA  MƏHKƏMƏ  ŞAGİRDƏ  DƏRSƏ  HİCABLA  GƏLMƏYİ  YASAQLAYIB 

“Əl-Cəzirə"nin  məlumatında    bildirilir  ki, 

yeni  qanuna  əsasən  prosesin  ilkin  mərhələsin-

dəki qaydalara görə, Ramazan ayında oruc tut-

mayan və cümə namazına qatılmayanlar böyük 

məbləğdə cərimələnəcəklər. Həmin hal təkrarla-

narsa, həbs cəzası nəzərdə tutulur.

Prosesin ikinci mərhələsində şallaq və bədən 

əzalarının kəsilməsi cəzaları tətbiq olunacaq. 3-

cü mərhələdə isə Şəriət qaydalarına uyğun olaraq 

edam cəzaları veriləcək.

Nikahdankənar  cinsi  əlaqə,  ərə  xəyanət, 

Qurani-Kərimin  təhqiri  və  İslamı  tərk  edərək 

başqa  dini  qəbul  etməkdə  suçlanan  Bruney 

vətəndaşları edam olunacaqlar.

Bruney Sultanlığı qanunvericiliyini şəriətə uyğunlaşdırmaqla

 bağlı 3 mərhələdən ibarət planın icrasına başlayıb

BRUNEYDƏ  ŞƏRİƏTƏ  ƏSASLANAN  QANUNVERİCİLİK

Bodo  tayfasına  məxsus  yaraqlılar 32  müsəlmanı   

ittiham edərək, kütləvi halda güllələmişlər. 

qeyri-qanuni olaraq qonşu Banqladeşdən Hindistana 

Yerli hüquq-mühafizə orqanının məlumatına görə, 

keçməkdə  və  onların  torpaqlarını  zəbt  etməkdə 

qətlə yetirilənlərin  8-i qadın, 8-i isə uşaqdır. 

Son 30 ildə Hindistanın Assam ştatında 10 mindən çox insan öldürülüb

ASSAM  ŞTATINDA   MÜSƏLMANLAR  

NÖVBƏTİ  DƏFƏ   QƏTLƏ  YETİRİLİBLƏR 



48

PROZA


PROZA

329 May  2014

Missis  Mellardın  ürəyinin  zəif  olduğunu  hamı  bilirdi,  ərinin  ölüm  xəbəri  ona  mümkün  qədər 

ehtiyatla çatdırılmalıydı. 

Bacısı Jozefina qırıq-qırıq cümlələrlə, üstüörtülü eyhamlarla baş verən hadisədən danışdı. Ərinin 

dostu  Riçardz  da  onların  yanındaydı.  Dəmiryolunda  baş  verən  faciə  xəbəri  qəzetin  redaksiyasına 

çatanda, o da elə oradaymış. Brentli Mellardın adının ölənlərin siyahısında birinci olduğunu görən 

Riçards tam əmin olmaq üçün ikinci teleqramın da gəlməsini gözləmiş və faciə xəbərini ondan əvvəl 

kiminsə  çatdıracağından  ehtiyyat  etdiyi  üçün  dərhal  Mellardların  evinə  tələsmişdi,  axı  o,  necə 

qayğıkeş və diqqətcil olduğunu sübut etməliydi. 

       Missis Mellardın yerində hansı qadın olsaydı, belə xəbəri   eşidərkən yerindəcə donub qalar, 

dəhşətli  itkiyə  inanmaq  istəməzdi.  O  isə  dərhal  bacısının  qollarında  qəfil  və  şiddətli  hönkürtü  ilə 

ağladı. Kədər fırtınası keçəndə isə tək qalmaq istədiyini deyərək, otağına qapandı. Taqətsiz bədənini 

açıq  pəncərənin  qarşısındakı  rahat  və  geniş  kresloya  atdı.  Bədbəxtlik  onun  bütün  vücudunu 

çulğalamışdı və deyəsən, artıq ürəyinə yaxınlaşırdı.

O, evin qarşısındakı açıq bağçadakı ağacların təpələrinin təravətli bahar mehi ilə dalğalandığını 

görürdü. Havada yağışın ləzzətli qoxusu varıydı. Aşağıda küçə ticarətçisi müştəri çağırır, uzaqlarda 

kiminsə oxuduğu mahnının xəfif sədaları eşidilir, damdakı saysız-hesabsız sərçələr çikkildəyirdilər. 

Qərbə baxan pəncərədən bir yerə toplanan və üst-üstə yığılan buludların arasındakı mavi səmanın 

adda-budda parçaları görünürdü. 

Boğazına  yığılan  qəhərin  hərdən  onu  silkələnməyə  vadar  etdiyini  saymasaq,  başını  kreslonun 

söykənəcəyinə dayayıb oturarkən, o tamamilə hərəkətsizdi. Bu an o, gecə ağlayan və yuxusunda da 

hıçqıran uşağa bənzəyirdi. Adətən bu gənc və baxımlı qadının üzündə təmkin, hətta qətiyyət cizgiləri 

olardı,  ancaq  indi  bu  sifətdə  həyat  əlamətləri  yoxdu.  Küt  baxışları  uzaqlara,  mavi  səmanın 

parçalarından birinə zillənmişdi. İfadəsiz gözlərini qırpmadan, eyni nöqtəyə baxırdı. 

O,  yaxınlaşmaqda  olan  hansısa  anlaşılmaz  hissdən  diksinərək,  təlaş  içində  ondan  baş  açmağa 

çalışdı. Nəydi bu? Bilmədi. Narahat, sürüşkən hissi sözlə ifadə etmək çətindi. Ancaq qadın bu hissin 

mavi səmanı, pəncərədəki səsləri, baharın havadakı ətrini və rənglərini yararaq ona doğru şığıdığını 

Məşhur  amerikalı  yazıçı  Keyt  Şopen  həm  də  feminizmin 

banilərindən biri hesab edilir. O, 1850-ci ildə ABŞ-ın Missuri ştatının 

Sent-Luis şəhərində doğulub. 1870-ci ildə Oskar Şopenlə evlənərək, 

Yeni Orlean şəhərinə köçüb və ondan 6 uşağı dünyaya gəlib. 1882-ci 

ildə  əri  vəfat  edəndən  sonra  yazıçı  doğma  şəhərinə  qayıdıb  və 

müntəzəm  surətdə  ədəbi  fəaliyyətlə  məşğul  olub.  Onun  hekayələri, 

məqalələri, esseləri, tərcümələri yerli mətbuatda çap edilib. "Oyanış" 

adlı bir romanın da müəllifi olan Keyt Şopen 1904-cü ildə vəfat edib. 

Yazıçının ədəbi irsinə maraq 20-ci əsrdə qadın hüquqları uğrunda 

hərəkatın  genişlənməsindən  sonra  artıb.  İndi  Keyt  Şopen  ABŞ-da 

feminizmin  banilərindən  biri  və  qısa  hekayələr  ustası  kimi  tanınır. 

Şopenin  Azərbaycan  dilində  sizə  təqdim  etdiyimiz  bu  hekayəsi  ABŞ 

ədəbiyyat tarixinin ən gözəl qısa hekayələrindən biri hesab edilir. 

BİR  GÜNÜN  TARİXÇƏSİ 

(Hekayə)



Keyt Şopen


Yüklə 402,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə