Aristotel r I t o r I k a birinci kitab Ikinci kitab Üçüncü kitab Baki-2008



Yüklə 12,35 Kb.
Pdf görüntüsü
səhifə23/64
tarix05.12.2017
ölçüsü12,35 Kb.
#14086
1   ...   19   20   21   22   23   24   25   26   ...   64

qin  vəzifəsi  insanları  e b   bir  hala  gətirməkdir  ki,  bu  halda 
insanlar  qəzəblənsinlər  və  natiq  onları  inandırmalıdır  ki, 
dinbyicilərin  qəzəbləndikbri şeyə rəqiblərin  aidiyyəti var və 
bu rəqiblər məhz qəzəblənməli olduğumuz adamlar kimidir.
3.  “Mərhəmstli  olmaq” anlayışı.  -  İnsanlar kimə  və 
пэуэ görə mərhəmətli olurlar? - insanlar hansı əh- 
vali-ruhiyyədə  mərhəmətli  olurlar?  Natiq bu  ehti- 
rasdan öz məqsədi üçün istifadə etməlidir?
“Qəzəblənmək”  (orgidzesthai)  anlayışı  “mərhəmətli 
olmaq”  (praynesthai)  anlayışına  və  qəzəb  də  mərhəmətə 
(praot6s)  əks  olduğu  üçün,  nəzərdən  keçirmək  lazımdır  ki, 
insanlar  hansı  vəziyyətdə  olanda  mərhəmətli  olurlar,  kimə 
qarşı  mərhəmətli  olurlar  və  nəyin  nəticəsində  mərhəmətli 
olurlar.  “Rəhmə  gəlmək”  anlayışını  qəzəbin  dayandırılması 
və  sakitləşməsi  kimi  müəyyən  edək.  Əgər  insanlar  onlara 
etinasızhq  edən  insanlara  qarşı  qəzəblənirlərsə  (etinasızlıq 
isə  bir  növ  iradi  bir  şeydir)  onda  aydmdır  ki,  insanlar  belə 
bir şey etməyənbrə və ya bunu qeyri-iradi edənlər və ya beb 
görünənlərə  və  həm  də  elədiyinin  əksini  eləmək  istəyənlərə, 
həm  də  bizə  qarşı  eb   bil  özünə  qarşı  münasibət  bəsləyən 
adamlara  -   ona  görə  ki,  heç  kəs  haqqında  fikirbşmirbr  ki, 
o,  özii-özünə  qarşı  etinasızlıq  edir  -   eləcə  də  etiraf edənbrə 
və  peşman  olanlara  (bu  halda  insanlar  ebdikbri  üçün  peş- 
mançılığı  bir  növ mükafat  kimi  alaraq qəzəblərini  soyudur- 
lar) qarşı mərhəmətli olurlar.  Buna sübutu qulların cəzalan- 
dırıldığı  zaman  tapmaq  olar:  biz  эп çox  bizə  etiraz  edən və 
öz  təqsirini  boynuna  almayanları  cəzalandırırıq,  özbrinin 
cəzaya  layiq  olduqlarım  boyun  alanlara  qarşı  isə  daha  qə- 
zəblənirik.  Bunun  səbəbi  odur  ki,  aşkar  olam  inkar  etmək 
həyasızlıqdır,  həyasızlıq isə etinasızlıq və nifrətdir,  ona görə 
ki, biz çox nifrət etdiyimizdən utanmınq. Biz həm də elələri- 
nə  qarşı  mərhəmətli  oluruq  ki,  o,  Özünü  bizə  münasibətdə 
əksiltsin  və  bizə  zidd  olmasm.  Hesab  edirik  ki,  bu  insanlar
90
özbrinin  bizdən  daha  zəif  olduqlarım  etiraf  edirlər,  daha 
zəif etinasızlığa meyl edə bilməz.  Özbrini kiçildən adamlara 
qarşı qəzəbin sönməsini itlərin misalmda da görə bibrik, on­
lar heç vaxt yerə oturanları dişbm irbr.8 Biz həm də, biz cid- 
di  olan  zaman  bizə  ciddi  yanaşanlara  qarşı  münasibətdə 
mərhəmətli oluruq:  bizə elə gəlir ki,  beb insanlar bizim qay- 
ğımıza qalır  və  bizə qarşı  etinasız yanaşmırlar.  Kimlərin  ki, 
bizim  üçün  etdikbri  xidmətinin  əhəmiyyəti  onlarm  bizim 
qarşımızdakı günahmdan çoxdur və kimlər ki, bizi dib tutur 
və bizə yalvarır, biz onlara qarşı mərhəmətli oluruq, ona gö- 
гэ ki, beb insanlar bizdən aşağıdır.  Biz həm də eb insanlara 
qarşı mərhəmətliyik ki,  onlar heç kimə, ya da yaxşı adamla- 
rm  heç  birinə,  ya  da  bizim  kimi  olan  adamlarm  heç  birinə 
qarşı  təkəbbürb,  istehza  və etinasızlıqla  yanaşmırlar.  Ümu- 
miyyətb,  mərhəmətli  əhval-ruhiyyənin  yaranmasma  səbəb 
olan  şeyi  biz  buna  əks  olan  anlayışdan  götürməliyik.  Biz 
qorxduğumuz  və  ya  utandığımız  adamlara  пэ  qədər  ki,  bu 
hissləri hiss  edirik,  qəzəbbnə bilmirik,  ona görə ki,  eyni  za­
manda həm qorxmaq, həm də qəzəblənmək olmaz.  Qəzəbin 
təsiri  altmda  пэ isə etmiş  adamlara  da  biz ya  heç  qəzəblən- 
mirik, ya da az qəzəblənirik, ona görə ki, təsəwürümüzə gö- 
rə  onlar  bunu  etinasızlıq  nəticəsində  etməyiblər.  Çünki,  heç 
kəs qəzəbbnən zaman etinasızlıq  hiss etmir:  etinasızlığa dil- 
xorluq  aid  deyil,  amma  qəzəb  dilxorluqla  birbşib.  Bizə 
hörmətb  yanaşanlara  qarşı  da  biz  mərhəmətli  münasibət 
bəsbyirik.
Aydındır  ki,  vəziyyəti  qəzəbə  əks  olanlar  mərhəmətli- 
dir,  beb vəziyyət isə zarafatı,  gülüşü, bayramı,  səadəti,  uğu- 
ru,  gözü  toxluğu,  ümumiyyətb,  dərd-qəmsiz  vəziyyəti,  tə- 
kəbbürsüz  məmnunluğu  və  sadə  arzuları  müşayiət  edir. 
Mərhəmətli  əhval-ruhiyyə  həm  də  eb   hallarda  meydana  çı- 
xır  ki,  bu  zaman  qəzəb  köhnəlir  və  sakitbşir,  ona  görə  ki, 
zaman qəzəbi soyudur.  Нэг hansı bir şəxsə daha əw əlbr ve- 
rilmiş  cəza  da  başqa  bir  şəxsə  qarşı  yönəldilmiş  daha  güclü 
qəzəbi eyni cür yumşaldır. Məhz buna görə də xalq  Filokra-
91


ta9 qəzəblənən zaman о, ona verilmiş suallara ağıllı cavablar 
vermişdir.  Ondan  soruşmuşdular:  “Nəyə görə sən özünü tə- 
mizə çıxarmırsan?” Cavab:  - “Hələ vaxtı deyil.”  - “Bəs vaxtı 
haçan  olacaq?”  -  “Nə vaxt  görsəm ki,  başqa  adama böhtan 
atırlar”.  Axı,  insanlar  öz  qəzəblərini  başqa  birinin  üstünə 
tökəndə yumşalırlar,  məhz Erqofilin  başına  belə  hadisə gəl- 
mişdi:  baxmayaraq  ki,  insanlar  Kallisfendənsə10  ona  qarşı 
çox qəzəbli idibr, məhz ona bəraət verdilər,  ona görə ki,  bir 
gün  əvvəl  Kallisfeni  ölümə  məhkum  etmişdilər.  Yazığımız 
gəbnlərə, həm də böyük fəlakətlərə məruz qalanlara qarşı da 
mərhəmətli  oluruq,  ona  görə  ki,  bu  fəlakətlər  bizim  onlara 
qəzəb nəticəsində edəcəyimizdən böyükdür; bu halda biz bir 
növ  məmnun  qaldığımızı  fikirbşirik.  Biz  həm  də  о  vaxt 
mərhəmətli oluruq ki, öz fikrimizə görə haqlı deyilik və əda- 
lətli  olaraq  dözürük,  ona  görə  ki,  qəzəb  heç  vaxt  ədalətli 
olana qarşı yönəlmir,  əlimizdəki halda,  bizim fikrimizcə,  biz 
ədalətə  zidd  olaraq  əziyyət  çəkmirik,  qəzəb  isə,  dediyimiz 
kimi,  məhz  bunun  nəticəsində yaranır.  Bunu  nəzərə  alaraq, 
iş ilə cəza verməzdən əvvəl söz ilə cəza vermək lazımdır; belə 
halda,  hətta  cəzalandırılan  qullar  da  az  hiddətlənirlər.  Biz 
fıkirləşəndə  ki,  cəza  alan  şəxs,  bu cəzanı məhz  bizə  görə  və 
məhz  bizə  etdikbrinin  əvəzi  olaraq  çəkdiyni  bilməyəcək, 
onda  bu  halda  qəzəbimiz  yumşalır,  ona  görə  ki,  qəzəb  hər 
hansı bir тйэууэп şəxsə qarşı yönəlmiş olur,  bu da ki,  qəzə- 
bin  tərifindən  aydındır.  Buna  görə  də  şair  ədalətli  olaraq 
demişdir:
Şəhərləri dağıdan Odissey odur.11
Е1э bil ki,  onun rəqibi  пэуэ  görə və kim tərəfindən cə- 
zalandırıldığım  hiss  edənə  qədər  o,  özünü  intiqamı  alınmış 
adam  kimi  hiss  etməyəcəkdi.  Bebliklə,  biz  qəzəbimizi  hiss 
etməyənlərə,  həm də ölülərə  qarşı  qəzəbbnmirik,  bu zaman 
onu  nəzərə alırıq  ki,  onlar  эп dəhşətli  fəlakətə  məruz  qalıb- 
lar  və  ağn  hiss  etməyəcəklər,  ebcə  də  bizim  qəzəbi  də  hiss
92
etməyəcəkbr,  halbuki,  qəzəblənənlər  məhz  bunu  istəyirlər. 
Buna görə də, şair öbn dostuna görə qəzəblənən Axilli sakit- 
bşdirmək üçün Hektor haqqmda yaxşı demişdir:
Axill cansız cəsədi öz qəzəbi ib  təhqir edir.12
Aydındır ki,  öz dinbyicibrini yumşaltmaq  istəyən  na- 
tiqbr öz nitqlərində bu ümumi müddəalara əsaslanaraq çıxış 
etməlidirbr;  bu  yolla  onlar  dinləyicibrdə  lazımi  əhvali- 
ruhiyyə  yarada  bibrlər,  dinbyicibri  qəzəbbndirən  şəxsləri 
isə ya  dəhşətli  adam  kimi,  ya  hörmətə  layiq  adam  kimi,  ya 
daha əvvəl тйэууэп xidmət göstərmiş adam kimi, ya öz ira- 
dəsinə zidd hərəkət etmiş adam kimi, ya da öz hərəkətindən 
çox peşman olmuş adam kimi təqdim edə bibrbr.
4.  “Sevmək" anlayışımn  və  "dost” anlayışımn  tərifı.
-  insanlar kimi və пэуэ görə sevirbr? -  Dostluğun 
növbri  və  dostluğıın  xidmətə  münasibəti.  -  
Düşmənçilik  və  nifrət  anlayışı,  onların  qəzəbə 
münasibəti.  -  Natiq  bu  anlayışlardan  öz  məqsədi 
üçün necə istifadə edə bibr?
Insanlar kimi  sevirbr  və  kimə  nifrət  edirbr  və  niyə?  - 
Bu barədə biz dostluq (philia) və sevgi (philelin) anlayışlarını 
тйэууэп  edəndən  sonra  danışacağıq.  Qoy  sevmək  insanm 
nemət hesab etdiyi  şeybri özü üçün deyil, kimin üçün isə ar- 
zulaması  və  imkan  daxilində  bu  nemətləri  ona  verməyə  səy 
göstərməsi hesab olunsun.  Dost isə sevən və qarşılıqlı olaraq 
sevilən  adamdır.  Bir-birinə qarşı  beb münasibətdə  olduqla- 
rım hiss edən insanlar özbrini dost hesab edirbr.  Madam ki, 
bu  müddəalar  тйэууэп  edilib,  onlar  bizimb  bir  yerdə  se- 
vincimizə  sevinən  və qəmimizə qəmbnən  və bunu  пэуэ görə 
isə  deyil,  bizim özümüzə görə edən  adam  labüd  olaraq  dost
93


Yüklə 12,35 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə