Aristotel r I t o r I k a birinci kitab Ikinci kitab Üçüncü kitab Baki-2008



Yüklə 12,35 Kb.
Pdf görüntüsü
səhifə26/64
tarix05.12.2017
ölçüsü12,35 Kb.
#14086
1   ...   22   23   24   25   26   27   28   29   ...   64

daxildir).  Biz  həm  də  о  halda  cəsarətli  oluruq  ki,  keçmişdə 
heç  kimi  incitməyəydik,  ya  da  az  adam  incidəydik,  ya  da 
qorxmadığımız  adamları  incidəydik.  Biz  həm  də  ümumiy- 
yətlə tanrılar bizə hamilik edən zaman cəsarətli oluruq və bu 
bir çox  şeydə,  eləcə də  əlamətlərdə və  orakulların fallarında 
ifadə  olunur:  qəzəb  cəsarətb  birləşir,  bizim  haqsız  çıxarıl- 
mağımız və incidilməyimiz haqqmda düşüncəmiz qəzəbi oy- 
adır;  tannları isə biz incidilmişlərin köməkçisi kimı  təsəvvür 
edirik.  Biz həm  də о  zaman  cəsarətli  oluruq ki,  özümüz hü- 
cum edən zaman пэ indi, пэ də sonra heç bir müvəfTəqiyyət- 
sizliyə uğramayacağımızı və ya  əksinə,  həmişə uğur qazana- 
cağımızı hesab edək.
6.  Həyanın  tərifi.  -   Utanılacaq  şey  nədir  və  nəyə 
görə utamlmalıdır?  - İnsanlar kimdm  və пэуэ gö- 
rə  utanırlar?  -   Insanlar  hansı  vəziyyətdə  utanır- 
lar?
Beləliklə,  biz  nəyin  qorxu  və  nəyin  cəsarət  yaratması 
haqqında  danışdıq.  Bundan  sonra  damşacaqlarımızdan  isə 
bizim nədən utandığımız və nədən, kimin qarşısında və han- 
sı vəziyyətdə  həya  (aischyng)  hiss  etmədiyiniz  aydm  olacaq. 
Qoy həya indiki, keçmiş və gələcək pisliklərin -  nəticəsi olan 
şərəfsizlik iizündən çəkilən əzab  və ya pərtlik olsun,  həyasız- 
lıq  isə  eyni  şeyə  müəyyən  mənada  nifrət  və  laqeydlikdir. 
Əgər həya bizim onu müəyyən  etdiyimiz kimidirsə,  onda in­
san  ona  və  ya  onun  diqqət  verdiyi  adamları  utanmalı  kimi 
görünən,  bütün  pisliklərdən  mütləq  utanmalıdır.  Birincisi, 
pis  mənəvi  keyfıyyətlərdən  meydana  çıxan  bütün  hərəkətlər 
belədir.  Məsələn,  qalxanı  atmaq  və  ya  döyüş  meydanından 
qaçmaq, ona görə ki, bu qorxaqlığın nəticəsidir; etibar olun- 
muş  əmanəti  mənimsəmək,  ona  görə  ki,  bu  ədalətsizlikdən 
irəli  gəlir;  lazım  olmayan  adamlar  ilə  lazım  olmayan  yerdə 
və  iazım  olmayan  vaxt  yaxmlaşmaq,  ona  görə  ki,  bu  po- 
zqunluqdan  irəli  gəlir.  Əhəmiyyətsiz  şeylərdən,  kasıblar  və 
ölülər  kimi  müdafiəsizlərdən  mənfəət  ummaq  da  utanmalı
102
olan  şeydir,  “ölünü  də  soymaq”  məsələsi  buradan  yaranıb, 
ona  görə  ki,  bu rüsvayçı  mənfəətpərəstlik  və  xəsislik  nəticə- 
sində  meydana  çıxır.  Pul  ilə  yardım  etmək  imkam  olduğu 
halda yardım etməmok, ya da imkan olduğundan az yardım 
etmək,  eləcə  də  bizdən  daha  az  imkanlı  olan  adamlardan 
yardım almaq,  özü  borc istəmək həddində olan adamlardan 
bore  almaq  və  həmin  adam  borcunu  geri  istəyəcəyi  zaman 
уепэ  ondan  borc istəmək və göründüyü kimi bizdən borc is- 
təməyə gələndən  əksinə borc istəmək  və gözümüz düşən  şeyi 
bizə  versinlər  deyə  tərifləmək  və  məqsədimizə  çatmasaq  da 
tərifı  davam  etdirmək  -   bütün  bunlar  tamahkarlıq  əlaməti 
olaraq utanılacaq şeylərdir.
fnsanları onlann ilzünə  tərifləmək yaltaqlıq əlamətidir; 
yaxşı olanı həddindən çox tərifləmək və pis olanı isə çox ma- 
lalamaq, insanın dərdi üçiin onun öz yanında həddindən çox 
acımaq  və  biitün  belə  olan  şeybr  utanılacaq  şeybrdir,  ona 
görə ki,  hamısı yaltaqlıq əlamətidir.  Utamlacaq şeybrə həm 
də,  bizdən daha qoca və  zərif insanların və  bizdən yaxşı və- 
ziyyətdə olan insanların və ya ümumiyyətb daha zəif insan- 
larm gördüyü  işlərdən qaçmaq da aiddir, ona görə ki,  bütün 
bunlar ərköyünlük və çətinliyə dözməmək əlamətidir.  Başqa- 
sından  kömək  almaq  və  tez-tez  almaq,  eləcə  də  etdiyin  kö- 
məyi başa qaxmaq  da  utanılacaq  şeydir,  ona görə ki,  alçaq- 
lıq əlamatidir.  Daim özündən damşmaq, özünü gözə soxmaq 
və  özgə  malını  özünkü  kimi  qəbmə  vermak  də  utanılacaq 
şeybrdir,  ona görə ki,  bütün  bunlar lovğalıq  əlamətidir.  Bu­
raya həm də  başqa  mənfi  mənəvi  keyfiyyətbrdən irəli gəbn, 
onların  əlaməti  olan  və  onlara  oxşayan  hər  şey  aiddir,  ona 
görə ki, bütün bunlar rüsvayçı və abırsızdır.
Bundan  başqa  hammın,  ya  da  bütün  bizə  bərabər  in~ 
sanların,  ya da onlarm  çox hissəsinin (bərabər deyəndə mən 
eyni  qəbibdən  olanları,  hərnvətənbri,  həmyaşıdları,  ümu- 
miyyətlə  bizimb bərabər şəraitdə olan  hamını  nəzərdə  tutu- 
ram)  malik  olduğu  gözəl  keyfıyyətbrə  qəti  malik  olmamaq 
rüsvayçılıqdır;  hər  halda,  məsəbn,  onlarm  səviyyəsində  təh-
103


silli olmamaq, eləcə də buna bənzər başqa keyfiyyətlərə ma­
lik olmamaq da eyibdir.  Bütün bunlar о zaman daha böyük 
eyib olur ki,  bu nöqsan insanın öz günahı  ucbatmdan olsun, 
əgər,  о,  onunla  əlaqodar  baş  verənbrin,  baş  vermişlərin  və 
baş  verəcəklərin  hansında  isə  özü  təqsirkardırsa,  onda  bu 
birbaşa onun mənəvi cəhətdən naqisliyindən irəli gəlir.
Ikincisi,  utanmaq  hissi  həm də  şərəfsizlik  və rüsvayçı- 
lığa  aparan  bir  şeyi insanların  məhz keçirmiş  olduqları,  ke- 
çirdikbri  və  keçirəcəkləri  zaman  başqa  insanlardan  çəkdik- 
lərinin  nəticəsində  yaranır,  məsələn,  пэ  vaxt  ki,  insanlar  öz 
bədənləri  ilə  xidmət  göstərirbr  və  ya  rüsvayçı  hərəkətlərin 
obyekti  olurlar,  bu  hərəkətbr  isə  ancaq  təhqir  etmək 
üçündilr.  Bu  hərəkətlər  pozğunluqdan  irəli  gəlirsə,  könüllü 
və ya  qeyri-iradi  olmasından  asıh  olmayaraq  onlar  riisvay- 
çıdır;  əgər  onlar  zorakılıq  nəticəsində  baş  veribsə  уепэ  də 
rüsvayçıdır,  ona  görə  ki,  dözmək  və  müdafiə  olunmamaq 
mərdliyin yoxluğu və qorxaqlığı göstərməkdir.
Beləliklə,  insanlar  bütün  bunlardan  və  buna  bənzər 
şeylərdən  utanırlar.  Abırsızlıq  şərəfsizlik haqqmda  təsəvvür 
olduğu üçün və məhz  şərəfsizliyin  nəticəsini deyil,  özünü  nə- 
zərdə  tutduğu  üçün və  bu  zaman  heç  kəsi  öz-özlüyündə  rəy 
(doxa)  deyil,  ancaq  kimin  isə  ifadə  etdiyi  rəy  maraqlandır- 
dığı  üçün,  onda  belə  bir  nəticə  çıxır  ki,  insan  ancaq  sayıb- 
seçdiyi  adamlardan  utamr.  İnsan  ona  hörmət  edən,  özünün 
hörmət etdiyi, heyranlıq predmeti olmaq istədiyi adamlar və 
rəqabət  apardığı  adanüar  -   ümumiyyətlə,  rəybrinə  nifrət 
etmədiyi  adamlar  ib   hesablaşır.  tnsanlar  adlı-sanlı  şeybrin 
sırasmdan  yaxşı  bir  şeyə  sahib  olan  adamlara  və  ya  malik 
olduqlan тйэууэп bir şeyi istədikbri adamlara heyran olur­
lar və özbri də  onların  heyranlıq  predmeti  olmaq istəyirlər, 
məsəbn,  sevgilibr  belə  vəziyyətdə  olurlar,  tnsanlar  özlərinə 
tay  olan  adamlarla  rəqabət  aparırlar,  amma  həqiqəti  bilən 
müdrik  adamların  (qoca  və  savadlı  adamlar  məhz  bebdir) 
rəyinə  qulaq  asırlar.  tnsanlar  daha  çox  başqalarmın  gözü 
qabağmda və aşkar etdikbrindən utanırlar, “utanmaq gözdə
104
olar”  məsəli  məhz buradan yaranıb.  Buna  görə də  biz  daim 
bizimlə olacaq adamlardan və bizə diqqət verən adamlardan 
utanırıq, ona görə ki, həm bu,  həm də digər halda biz bu in- 
sanların  gözbri  qarşısındayıq.  Biz  həm  də  bizimb  eyni  ça- 
tışmamazlıqları  olmayan  adamlardan  da utamrıq,  ona görə 
ki,  beb  insanlarin  bizimb  razılaşmayacağı  aydmdir.  Biz 
həm  də  тйэууэп  səhvi  ctmiş  insanlara  qarşı  mərhəmətli 
davranmayanlardan da utanırıq, çünki,  insan песэ deyərbr, 
özünün etdiyi hərəkətə görə yaxınlarından hesab istəməlidir, 
buradan beb nəticə çıxır ki, insan ancaq özünün etmədiyinin 
hesabını  soruşmalıdır.  Biz  həm  də  gördüyünü  hamıya  yay- 
mağa  adət  etmiş  adamlardan  da  utanınq,  çünki,  hər  hansı 
bir  işdə  пэгзгэ çarpmamaq  və  xəbər  obyekti  olmamaq  eyni 
şeydir.  Adətən  incik,  qisas  üçün  əlverişli  an gözbyən  adam­
lar  və  böhtançılar  baş  verənləri  hamıya  bildirməyə  meyl 
edirbr;  çünki,  onlar  madam  heç  bir  günahı  olmayan  insan­
lara toxunurlar, onda təqsiri olan insanlara daha tez toxuna 
b ib rb r.
Buraya  ham  də  öz  yaxm  adamlarmm  səhvbrindən 
daimi  diqqət  predmeti edən adamlar da  daxildir,  masqaraçı 
adamlar və komik şairbr mshz belədirbr; тйэууэп dərəcədə 
isə  onlar  dedi-qoduçu  və  boşboğazdırlar.  Biz  həm  də  heç 
vaxt rədd cavabı almadığımız adamlardan utanırıq,  ona gö- 
гэ  ki,  beb  insanlar  qarşısında  biz  xüsusi  hörmatə  malik  in­
san  vəziyyətindəyik.  Buna  görə  də  biz  bizə  ilk  dsfə  xahişb 
müraciət  edən  şəxslərdən də  utanırıq,  ona  görə ki,  biz  onla­
rm  gözündə  alçalmaq  üçün  heç  пэ  etməmişik.  Bizimb  təzə- 
likcə dost  olmaq istəyən  insanlar  məhz belədir,  ona  görə  ki, 
onlar  bizim  keyfiyyətlərimizin  эп  yaxşısım  görürbr;  buna 
görə  də  Evripidin  zirakuzlulara18  cavabı  çox  ədalətlidir. 
Ebcə  də  bizim  köhnə  tamşlarımızın  sırasından  olan,  bizim 
haqqımızda pis bir şey bilməyən adamlar da bebdir.
Biz  təkcə  yuxarıda  göstəribn  rüsvayçı  hərəkətbrdən 
deyil,  həm  də  onlarm əlamətbrindən  utanırıq,  məsələn,  tək- 
сэ  zinakarlıqdan  deyil,  həm  də  onun  əlamətbrindən,  təkcə
105


Yüklə 12,35 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə