Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə4/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   2   3   4   5   6   7   8   9   ...   91

 
12 
qarət  etdilər.  Bir  neçə  gündən  sonra  isə  Mirzə  Salmanı  qətlə 
yetirdilər. 
1584-cü  ildə  şah  və  şahzadə  Təbrizə  gəlmişdi.  Burada  qışı 
keçirdilər. Yeni ilin yaz mövsümünə hazırlaşan Qızılbaş ordusunda 
təfriqə  yenidən  alovlandı.  Artıq  böyüyüb  yaşa  dolan  Həmzə  mirzə 
anasının qisasını almağa girişmişdi. 
Əliqulu xan Fəthoğlu-Ustaclı şahzadənin beynini doldurdu ki, 
qorçubaşı  Məhəmmədqulu  xan  Avşar  Məhəmməd  xan  Türkmanla 
bərabər  ananın  öldürülməsində  günahkardır.  Bu  öyrətmədən  sonra 
Həmzə mirzə qorçubaşını hədələməyə başladı. Sarayda olan qarda-
şıoğlu  Cabbarqulu  bəy  şahzadənin  hədəsini  Məhəmmədqulu  xana 
gizlincə  çatdırdı.  Məhəmmədqulu  xan  qaçıb  osmanlılara  qoşuldu. 
Bəzi  qaynaqlarda  Məhəmmədqulu  xanın  adı  Allahqulu  xan, 
bəzilərində isə sadəcə Qulu xan kimi də yazılır. 
Həmzə mirzə Təhmasibqulu sultan Araşlı-Avşarı Məhəmməd-
qulu xanın əvəzinə qorçubaşı təyin etdi. 
1585-ci  ilin  yayında  Osman  paşanın  başçılığı  ilə  Osmanlı 
ordusu Azərbaycana  yürüş etdi. Şah və şahzadə Qarabağda  yaylaq-
da idilər. Çuxur Səd bəylərbəyi Məhəmmədi xan (Toxmaq) Ustaclı 
qərargaha qatıldı. Müdafiə planı hazırlandı.  Bütün əyalətlərə xəbər 
göndərildi.  Bəylərbəyilərin  və  hakimlərin  qoşunları  ilə  birlikdə 
Təbrizə toplanmaları əmr olundu. Türkman və Təkəli elinin əmirləri 
şahın  əmrini  rədd  etdilər.  Həmzə  mirzə  20  min  nəfərlik  ordu  ilə 
Qarabağ  yaylaqlarından  Təbrizə  hərəkət  etdi.  Yolüstü  Qaradağın 
Dizmar  və  Üzümdül  mahallarında  dincəldi.  İlyas  xəlifə  Toxmaqlı-
Ustaclı şah və şahzadəni qonaqladı. 
Məhəmmədi xan (Toxmaq) Ustaclı Təbriz civarında, Sufiyan 
yörəsində  osmanlılarla  üzləşdi.  Öncə  qızılbaşlar  qələbə  qazandılar, 
sonra  osmanlıların  çoxluğu  öz  sözünü  dedi.  Qızılbaş  ordusu  geri 
çəkildi. 
Şahzadə  Həmzə  mirzə  Əliqulu  xan  Ustaclını  özündən  arala-
madığından bəylərbəyilikdən çıxarıb Hüseynqulu sultan Fəthoğlunu 
təyin etmişdi. Təbriz şəhərinin müdafiəsini möhkəmləndirmək işini 
Pir  Qeyb  xan  Ustaclıya  tapşırmışdı.  Osman  paşa  güclü  həmlə  ilə 


 
13 
Təbrizi  aldı.  Pir  Qeyb  xan  və  Hüseynqulu  sultan  şəhərdən  çəkilib 
Qaradağda, Üzümdil mahalında şaha qoşuldular. 
1586-cı  ildə  sarayda  olan  Zülqədər,  Avşar  və  Qacar  ellərinin 
nümayəndələri  şahzadə  Həmzə  mirzənin  tərsliyindən  narazı  olduq-
larını  bildirdilər.  Orduya  birlik  gərək  idi.  Həmzə  mirzənin  güzəştə 
getməsini  dilədilər.  Həmin  ellərin  nümayəndələri  olan  qorçular, 
qvardiyaçılar  qızışdırıcı  Əliqulu  xanın  Təbrizdəki  evini  yağmala-
dılar. Harda ustaclı evi vardısa viran qaldı. 
Həmzə  mirzə  Məhəmmədi  xan  Ustaclını  Təbrizdə  qoyub  sa-
rayı qorumağı tapşırdı. 3 min nəfərlik qoşunla Qəzvinə yola düşdü. 
Türkman qiyamçıları artıq paytaxtı almışdılar. Həmzə mirzə Qəzvi-
nə yaxınlaşdı. Burada Avşar və Bayat elindən ona qoşulanlar oldu. 
Qoşunun sayı 7  minə çıxdı. Qiyamçılar şahzadənin  yaxınlaşmasını 
eşidib, paytaxtdan çıxdılar. 10 min nəfərdən çox olan qiyamçılar şah 
qoşunu ilə savaşda yenildilər. 
1586-cı  ildə  qiyamı  yatıran  şahzadə  Təbrizə  qayıtdı.  Həmzə 
mirzə  yenidən  qoşun  toplamaq  istədi.  Türkman,  Təkəli,  Zülqədər 
ellərinin qırılanı qırılmış, qalanların bir hissəsi osmanlıların tərəfinə 
keçmiş, bir hissəsi isə ölkəyə səpələnmişdi. Avşar elinin nümayən-
dələri, əsasən İsfahan, Yəzd, Kerman və Kuhgiluyə qrupları isə ağ-
saqqalları  Məhəmmədqulu  xana  görə  küskün  idilər.  Xorasandakı 
ustaclılar  və  şamlılar  Həmzə  mirzəni  eşitmək  belə  istəmirdilər. 
Onlar  Abbas  mirzəni  şah  görmək  niyyətində  idilər.  Osmanlılar  isə 
fürsətdən  istifadə  edib,  Azərbaycana  hücumlarını  genişləndir-
mişdilər. 
Həmzə  mirzə  erməni  dəlləyinin  əli  ilə  öldürüldü.  Qızılbaş 
əmirlərinin əsas kütləsi Qəzvin sarayından üz döndərib Abbas mir-
zəni  şah  kimi  irəli  sürən  Xorasan  əmirlərinin  tərəfinə  keçdi.  Ker-
man, Yəzd, İsfahan və Kuhgiluyə avşarları Xorasan qızılbaşlarının 
tərəfinə keçdilər. 
I  Şah  Abbas  Səfəvi  taxta  çıxandan  sonra  dövlət  islahatlarına 
və  yerdəyişmələrə  başladı.  Qızılbaşların  nüfuzu  azaldı.  Avşarlar 
igidlikləri, qəhrəmanlıqları sayəsində bəzi əyalət və vilayətlərin ida-
rəsini əllərində saxladılar. 


 
14 
I  Şah  Abbasın  göstərişi  ilə  İsmayıl  xan  Alplı-Avşar  1589-cu 
ildə Yusif xanı vəzifəsindən kənarlaşdırıb, Vəli xanla birgə Kermanı 
idarə  etməyə  başladılar.  1592-ci  ilədək  Kerman  əyalətinə  başçılıq 
etdi.  I  Şah  Abbas  onu  Kerman  əyaləti  bəylərbəyiliyindən  çıxarıb 
Fərəh vilayətinə hakim göndərdi. 
I Şah Abbas 1595-ci ildə Kuhgiluyə hakimi Həsən xan Əbdül-
lətif bəy oğlu Avşarı qardaşı və oğulları ilə tutduraraq Qəhqəhə qa-
lasına  saldırmışdı.  Qəhqəhə  qalasından  qaçmağa  hazırlaşan  əsir 
osmanlı sərkərdələri Mustafa paşa, Əhməd paşa, Şahqulu bəy, Xalid 
bəy  və  başqaları  qalabəyi  Müzəffər  bəy  Qaradağlını  öldürüb,  bir 
müddət  qalanı  idarə  etdilər.  Həbsdəki  qızılbaşları  incidib,  əziyyət 
verirdilər.  Üsyançılar  qaladan  çıxıb,  getmək  istəyəndə  Həsən  xan 
qardaşı və oğulları ilə birgə onların qabağını kəsib, tərk-silah etdi-
lər. Əl-qollarını sarıyıb  köməyə  gələn mühafizəçilərə verdilər. Xə-
bər  I  Şah  Abbasa  çatanda,  avşarları  zindandan  çıxarıb,  onları  özəl 
qorçuları sırasına daxil etdi. 
Nadir  şah  Qırxlı-Avşarın  hakimiyyəti  dönəmində  avşarlar 
yüksəliş  yoluna qədəm qoydular. Bilik və bacarıqlarını ortalığa qo-
yub, mühim vəzifələr əldə etdilər. 
Bu dönəmdə yüksələnlərdən biri də Əlirza bəy idi. Əlirza bəy 
Hüveyzə  və  Şüştər  bölgələrində  baş  verən  qiyamları  yatırmağa 
ezam edilmişdi. Bura da dədə-baba avşar yurdu olduğundan Əlirza 
bəy müvəffəqiyyət qazana bilmədi. 
Nadir şah Əlirza bəyi xəyanətdə və itaətsizlikdə günahlandırıb 
öldürtdü. 
Nadir şahın hakimiyyəti dönəmində Avşar elinin başçılarının 
hər birisi bir əyalətə və vilayətə hakim təyin edilmişdi. Məhəmməd-
musa  xan  Məhəmmədqasım  xan  oğlu  Qasımlı  Əraq  və  Kaşana, 
Heydərqulu xan Qırxlı Şirvana, Bəhram xan Araşlı Şiraza, Məhəm-
mədqulu  xan  Araşlı  Xorasanın  Səbzivarına,  Mehdi  xan  Həsən xan 
oğlu  Qasımlı  İrəvanın  Qaramehdisinə,  Lütfəli  xan  Kosaəhmədli 
Kermana,  Musa  xan  Əmirli  Taroma,  Saleh  xan  Qırxlı  Xorasanın 
Əbivərdinə,  Əmiraslan  xan  Qırxlı  Azərbaycana,  Aşur  xan  Babalı 
Arasbara təyin olunmuşdular. İbrahim xan Qırxlı Urmiyanın divan-


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə