Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə5/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   2   3   4   5   6   7   8   9   ...   91

 
15 
bəyi,  Fətəli xan Araşlı orduda çərxçibaşı vəzifəsini tuturdu. Qasım 
xan Araşlı süvari dəstədə sərkərdə idi. Hüseynəli xan, Bisütun xan, 
Pero xan və başqaları Nadir şahın yaxınlarından sayılırdı
7
.  
Avşar  eli  müstəqil  xanlıqlar  dönəmində  Urmiyada,  Xəmsədə 
və digər yerlərdə öz özgürlüklərin elan etmişdilər. 
Avşar  eli  Qacarlar  sülaləsi  dönəmində  də  dövlətin  ictimai-
siyasi yaşamında mühüm rol oynamışlar. Rus-İran savaşları zamanı 
səngərlərdə sipər olmuşdular. 
Abbas  mirzə  Qovanlı-Qacar  rusların  üzərinə  hücum  zamanı 
döyüş planı hazırlamışdı. Fransız müəllifi Jan Junior yazır: «Keçən 
gecə döyüş səflərinin düzülməsi planı tərtib olunmuşdu və zabitlər 
bilirdilər  ki,  səhər  Şahsevən  əsgərləri  sağ  cinahda  dayanacaq,  Əb-
dülməliki  tayfası  və  Dəvəli  Qacar  tayfasının  əsgərləri  sol  cinahda 
mövqe  tutacaqlar.  Qoşunun  qəlbində-mərkəzində  Avşar  və  Xocə-
vənd əsgərləri olacaqlar və cəbhənin arxasında süvarilər ehtiyat qis-
mində mövqe tutacaqlar ki, lazım olan hissələrdə onlardan istifadə 
etsinlər. 
Sağ  qolun  komandanlığı  Mustafaqulu  xan  Şahsevənə  və  sol 
qolun komandanlığı Davud xan Dəvəli-Qacara həvalə olundu. 
Abbas  mirzə  də  qəlbdə  komandanlığı  öz  öhdəsinə  götürdü. 
Eyni zamanda bütün cəbhənin komandanı o idi. Allahyar xan Avşar 
Xəmsə cəbhənin qəlbində Abbas mirzəyə kömək edirdi»
8
.  
Bütün  qaynaq  və  kitablar  göstərirlər  ki,  avşarlar  hələ  tarixin 
qədim çağlarında qəhrəmanlıqlarını sübut ediblər. 
 
                                                 
7
  Mirzə  Rəşid  Ədibüşşüara,  Tarixi  Əfşar,  Təbriz,  «Şəfəq»,  1346  hicri  şəmsi, 
səh.86-87. 

J.Junior, Unudulmuş qəhrəmanlar, 2004, səh.259.
 


 
16 
AVŞAR BOYUNUN YURDLARI  
YAYILMA AREALLARI 
 
Avşarlar  hazırda  Azərbaycan,  Əfqanıstan,  İran  və  Türkiyə 
ərazilərində yaşayırlar
9
.  Onlar azərbaycanlıların etnogenezində işti-
rak  etmiş  türkdilli  tayfadır.  Tarixçi-alim  Kərəm  Məmmədov  yazır: 
“Azərbaycanlılar subetnik qruplara ayrılırlar: ayrımlar, avşarlar, ba-
yatlar,  qaradağlılar,  qarapapaqlar,  qaşqaylar,  padarlar,  şahsevənlər 
və başqaları
10
. Əfqanıstanda Əfşar adı ilə bağlı toponimlər mövcud-
dur:  Məs:  Əfşar  Nanəkçi  kənd-Kabulda
11
  Əfşar  xan  kənd-Məzari-
Şərifdə
12
 1936-1937-ci illərdə macar alimi L.Liketi Əfqanıstan əra-
zisində  monqol  dilini  araşdırarkən  Kabul  əyalətində  yaşayan  əfşar-
ların  dili  haqqında  da  material  toplamışdır.  Bu  materialları  analiz 
edən müəllif Əfşar dilinin bir sıra xüsusiyyətlərini üzə çıxarmış və 
onu Azərbaycan dilinin dialektlərindən biri hesab etmişdir.
13
  
Tarixçi F. Sumer avşarlar haqqında mükəmməl bilgi verəndən 
sonra  yazır  ki,  bu  məlumatlardan  da  göründüyu  kimi,  avşarlar 
tariximizdə ən davamlı rol oynamış böyük bir boydur. Bu baxımdan 
heç  bir  oğuz  boyu  onunla  müqayisə  edilə  bilməz.  Burada  avşarlar 
haqqındakı məlumatların xülasəsini vermək yerinə düşərdi. 
1.Rəşidəddinin «Türklərin tarixi» fəslində avşarların hökmdar 
yetirən  5  boydan  biri  olduğu  yazılır.  Buradan  onların  oğuzların 
islamiyyətdən  əvvəlki  tarixlərində  də  ən  mühüm  rollar  oynamış 
boylardan biri olduğu nəticəsi çıxır. 
2.Səlcuqlar  dövründə  öz  fəaliyyətləri  ilə  qaynaqlarda  iz 
buraxmış  3-4  boy  var  ki,  onlardan  biri  də  avşarlardır.  Göründüyü 
                                                 

Аббасов  А.  Некоторые  заметки  об  афшарах  Афганистана  //  Советская 
тюркология, 1975, № 4. С. 72-76. 
10
 Мамедов К.А. Этнография народов Кавказа. Баку: Ганун, 2013, с.240. 
стр.23 
11 
Abbasov Ə.M. Azərbaycan-əfqan ədəbi əlaqələri tarixindən, Bakı, Elm, 1986, 
səh. 75. 
12
 Yenə orada. 
13
  Аббасов  А.  Некоторые  заметки  об  афшарах  Афганистана  //  Советская 
тюркология, 1975, № 4. С. 72-76. 72. 


 
17 
kimi,  əfşarlar  XII  əsrin  ikinci  yarısında  Xuzistanda  və  ona  qonşu 
yerlərdə 40 ildən artıq sürən bir bəylik qurmuşlar. 
3.Avşarlar XVI əsrdə kayı boyundan sonra ikinci olmaq üzrə 
Anadoluda ən  çox  yer adına  sahib  boydur.  Bu  onların Anadolunun 
fəth  edilməsi  və  məskunlaşdırılmasında  ən  mühüm  rol  oynamış 
boylardan biri olduğunu göstərir. 
4.Yazıçıoğlu Əliyə görə, Qaraman oğulları avşarlara mənsub-
dur. Bu, çox mümkündür. 
5.Avşarlar  oynadıqları  böyük  tarixi  rola  baxmayaraq,  XIV 
əsrdə Hələb bölgəsindəki qələbəlik türkmən icmasını meydana gəti-
rən  üç  boydan  biri  idi. XIV  əsrdən  son  dövrlərədək  Anadoluda  və 
İranda fəaliyyət göstərən avşarlardır. Bu avşarlar XIV əsrdə Zülqə-
dərli bəyliyinin qurulmasında (imanlu avşarı), Sisin (Kozan) fəthin-
də və məskunlaşdırılmasında iştirak etmişlər. 
6.XV  əsrdə  avşarlar  ağqoyunluların  fəaliyyətində  də  iştirak 
etmişlər.  Bunun  nəticəsində  onlardan  bir  qismi  İrana  getmişdir. 
Səfəvi dövləti qurulduqda isə Anadoludan  İrana  yeni avşar obaları 
köçdü, beləliklə İranda qüvvətli bir avşar varlığı meydana çıxdı. Bu 
afşarlara mənsub olan Nadir böyük uğurlar qazanaraq Səfəvi haki-
miyyətini öz hakimiyyəti ilə əvəz etdi. Avşarlar öz siyasi hakimiy-
yətlərini  itirdikdən  sonra  da  varlıqlarını  davam  etdirdilər.  Bu  gün 
İrandakı qələbəlik türk ünsürünün mühüm bir qismi avşarların törə-
mələridir. 
7.Anadoludakı  avşarlara  gəlincə,  onlardan  bəzi  obalar  hələ 
XVI əsrdən etibarən burada yerləşməyə başlamışdır. Onların böyük 
hissəsi  XIX  əsrin  ikinci  yarısına  qədər  köçəri  olmuş,  sonra  əsasən 
Kayserinin Pınarbaşı, Sarız və Tomarza qəzalarında yerləşmişlər
14
.  
8.İranda  Fars  əyalətində  (ostanında)  yaşam  sürən  Qaşqay 
elinin tərkibində avşarların bir neçə tayfa-tirəsi var. Qaşqayların far-
simədən,  əmələ  və  böyük  kəşkuli  tayfaları  arasındakı  bulverdi,  av-
şar-kermani,  qırxlı,  imirli,  qasımlı,  əmələ-qasımlı,  arıxlı,  papəti, 
qutlu və qutulu tirələrinin hamısı avşarlardır. 
                                                 
14
 F. Sümer, Oğuzlar, Bakı, səh.  


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə