Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə34/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   30   31   32   33   34   35   36   37   ...   64

69 
 
Nuru  paşa  ilə  görüşüb  anlaşmaq  istəsə  də,  paşa  özünün  ancaq  əsgər  olduğunu, 
siyasətdən baş çıxarmadığını, bu barədə “siyasi müşaviri” Əhməd bəy Ağaoğlu ilə 
danışmaq lazım gəldiyini söylədiyi üçün heyət onunla görüşmüşdür. Əhməd bəyin 
fikri  isə  belə  aşkar  olmuşdur:  xalq  sizi  istəmir(?).  Komandanlıq  da  sizin  işinizə 
qarışmaq  istəmir.  Öz  qüvvənizə  güvənirsinizsə,  məclisinizi  açın,  hökumətinizi 
qurun,  xalq  sizə  qarşı  üsyan  etsə,  türk  əsgəri  qarışmaz,  çünki  əsgər  buraya 
qardaşlarını  düşməndən  qurtarmaq  üçün  gəlib,  əhaliyə  güllə  atmaq  üçün  yox. 
Müvəkkillər  Əhməd  bəydən  soruşmuşlar  ki,  komandanlıq  hansı  şərtlərlə 
Azərbaycan  hökumətinə  yardım  edə  bilər?  Cavab  almışlar:  Milli  Şura  özünü  ləğv 
etsin.”  (57.səh.99).  Lakin  xarici  işlər  naziri  M.Hacınskinin  söylədiyi  kimi 
hakimiyyətdə  kimlərin  olmasından  asılı  olmayaraq  əslində  rəsmi  Türkiyənin  hər 
zaman  Azərbaycanın  mənafeyini  qoruması  tarixi  həqiqətdir.  İstisna  halları  isə 
yalnız onun siyasi vəziyyətinin olduqca gərgin olduğu məqamlara aiddir.  
19 iyun 1918-ci ildə bolşevik qoşunları ilə vuruşan Qafqaz İslam ordusunun 
tərkibinə daxil olmuş altı yüz nəfər yerli könüllülərə Zəyəm və Dəllərdən iki yüzə 
yaxın kömək gəldi.  23 iyunda hökumətin ölkədə yaratdığı hərbi vəziyyətə əsasən 
elan edilən səfərbərlik hesabına könüllülərin sayı durmadan artırdı. 
RSFSR hökumətinə rəhbərlik edən Leninin mərkəzi hakimiyyətdən qopmuş 
Qafqazı  yenidən  işğal  etməyə  hərbi  imkanı  hələlik  kifayət  etmədiyindən  o,  öz 
məqsədinə  siyasi-diplomatik  yolla  nail  olmaq  istəyirdi.  Türkiyədən  Brest 
müqaviləsinə 
əsasən 
Qafqaz 
İslam 
Ordusunun 
Bakıya 
hücumunun 
dayandırılmasını  tələb  edən  Lenin  paralel  olaraq  1918-ci  ilin  iyun  ayından 
Almaniya  ilə  Bakıdan  alacağı  nefti  bölmək  haqqında  öz  səfiri  vasitəsilə  yarım 
rəsmi danışıqlar aparırdı.  
7  iyul  1918-ci  ildə  Lenin  Saritsında  olan  Stalinə  göndərdiyi  teleqramda 
bildirirdi  ki,  almanların  neftin  müqabilində  Türkiyə  qoşunlarının  Bakıya 
hücumunun  qarşısını  almağa  təminat  verdikləri  barədə  Almaniya  hökumətinin 
Berlindəki  rus  səfirinə  təklifindən  Şaumyanı  xəbərdar  etsin.  Stalin  isə  öz 
növbəsində  məktubunda  bu  informasiyanı  Şaumyana  çatdırmaqla  bərabər, 
Zaqafqaziya  məsələsində  almanları  Gürcüstan,  Ermənistan  və  Azərbaycanın 
Rusiyanın daxili işi kimi rəsmi olaraq tanımağa məcbur etmək barədə də bildirirdi. 
Almaniya  və  Türkiyə  danışıqlarında  gerçəkləşən  bu  məsələ  həmin  ərəfədə 
İstanbulda diplomatik nümayəndə heyətinin başçısı kimi təmsil olunan xarici işlər 
naziri  M.H.Hacınskiyə  M.Ə.Rəsulzadənin  iqtisadi  güzəştlər  haqqındakı 
məktubunda da öz əksini tapırdı.  Bu məktub artıq Azərbaycanın özünün müstəqil 
subyekt  kimi  rəsmi  və  qeyri-rəsmi  beynəlxalq  danışıqlarda  iştirakının 
qanuniləşdiyini  təsdiq  edir.  “Türkiyə,  Azərbaycan  və  Almaniyanın  maraqlarının 
uzlaşdırılması  üçün  zəmin  tapın.  Bu  zəmin  Bakı  nefti  haqqında  iqtisadi 
razılaşmadan  ibarətdir.  Burada  güzəştlərə  getmək  olar”.  (148)  sözləri  Türkiyə  ilə 


70 
 
belə  münasibətlərin emosional deyil, beynəlxalq  hüquq normaları əsasında həyata 
keçirildiyinin ifadəsidir.  
14 iyul 1918-ci ildə “Naxçıvan qəzası haqqında” 1N-li əmr verildi. Əmrdə 
deyilirdi:  “1.  Dəstəsilə  birlikdə  Rusiya  Respublikası  Mərkəzi  hökumətinin 
tabeçiliyinə  keçdiyini rəsmi olaraq bildirən daşnak quldur  dəstələrinin təşkilatçısı 
bədnam  general  Andronik  Uzunyan  Naxçıvanı  zorla  Ermənistana  birləşdirmək 
ideyasını həyata keçirməyə başladı.” 
1918-ci  ildə  bütün  keçmiş  Rusiya  imperiyasında  yaranan  kiçik  dövlətlər 
arasında Azərbaycan bolşeviklərin at oynatdıqları bir məkan idi. Mart hadisələrini 
özlərinin  qələbəsi  sayan  bolşeviklər  həmin  ilin  yayında  artıq  Sovet  Rusiyasının 
diqtəsi ilə bütün ölkəni ələ almaq niyyətini həyata keçirməyə başladılar. 
Qızıl Ordunun  on  üç  minlik  birinci  Qafqaz  korpusunun silahlı ermənilərin 
hesabına  güclənmiş  qoşununun  hücumu  27  iyundan  1  iyula  qədər  Göyçay 
yaxınlığında dörd gün davam edən döyüşdə dayandırıldı. Düşməni qovaraq iyulun 
axırlarında  siyasi  böhrandan  və  maddi  çətinlikdən  dəhşətli  əziyyət  çəkərək  Bakı 
şəhəri ətrafına çıxan Nuru paşanın ordusu müvəffəqiyyət qazanır.  
2  avqust  1918-ci  ildə  Cümhuriyyətin  ən  gərgin  günlərinin  birində 
Hacınskilər ailəsinin yeddinci uşağı Murad dünyaya gəlir.  
4  avqust  1918-ci  ildə  İranda  yerləşən  ingilis  qüvvələrinin  bir  hissəsinin 
Bakının  müdafiəsinə  cəlb olunması  əslində  simvolik  xarakter daşıyırdı.  Çünki bu 
qüvvələr  artıq  Nuru  paşanın  rəhbərliyi  altında  birləşərək  səfərbər  olub  Bakıya  üz 
tutmuş türk-azəri qoşununun qarşısını almaq iqtidarında deyildilər. 
7 avqust 1918-ci ildə İstanbuldakı Azərbaycan nümayəndə heyətinin başçısı 
M.Ə.Rəsulzadə  müharibədə  Almaniya-Türkiyə  blokunun  məğlubiyyətinə  görə 
siyasi  vəziyyətin  dəyişməsindən  narahat  olaraq  M.H.Hacınskiyə  göndərdiyi 
məktubda  Bakının  azad  olunmasının  sürətləndirilməsi  barədə  yazır:  “Nəyin 
bahasına olursa olsun Bakı tezliklə tutulmalıdır. Əks təqdirdə biz baş vermiş fakt 
qarşısında  çətin  vəziyyətdə  qalırıq.  Bakıya  doğru  hərəkət  yalnız  Azərbaycanın 
adından olmalıdır. Onu Azərbaycan hökuməti tutmalıdır. Ayrı cür olarsa çətinliklər 
yarana bilər.” (149). 
1  sentyabr  1918-ci  ildə  artıq  Gürcüstanın  müstəqilliyini  tanıyan  bolşevik 
Rusiyasının  almanlara  vəd  etdikləri  Bakı  neftinin  müəyyən  hissəsi  müqabilində 
onları bu ərazilərə sahib olmaq iddiaları ilə barışmağa razı saldığından xəbər tutan 
M.Ə.Rəsulzadə:  “Necə  olursa-olsun  Bakını  almaq,  almaq  lazımdır”  cümləsində 
“almaq” sözünü təkrar etməklə onun əhəmiyyətini bildirirdi. (150). 
Professor  Cəmil  Həsənovun  yazdığı  kimi:  “Sentyabr  ayının  əvvəllərində 
yaranmış  vəziyyəti  təhlil  edərək  M.Ə.Rəsulzadə  bildirirdi  ki,  son  anlarda 
almanlarda yorğunluq hiss edilir, İstanbulda günbəgün ingilis meyli güclənir. Ona 
görə ingilislərin Bakıda olması vəziyyəti xeyli çətinləşdirirdi” (28.səh.123). 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə