Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə37/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   33   34   35   36   37   38   39   40   ...   64

75 
 
1919-cu  il  xarici  işlər  naziri  Xan  Xoyski  general  Tomsonla  görüşdükdə, 
müttəfiqlərin  baş  komandanlığı  tərəfindən  Naxçıvanın  idarəçiliyinin  müvəqqəti 
olaraq  Ermənistan  hökumətinə  verilməsinə  öz  kəskin  etirazını  bildirmiş  və 
Naxçıvan,  Ordubad,  Şərur-Dərələyəzin  qədim  Azərbaycan  torpaqları  olduğunu 
bildirmişdi.  İndi  silah  gücünə  öz  hakimiyyətini  qura  bilməyən  Ermənistan 
hökuməti, Amerika layihəsi üzrə bu ərazilərdə neytral zona yaradılmasına çalışırdı. 
Şübhəsiz  ki,  Amerika  nümayəndəsinin  idarə  edəcəyi  Naxçıvan,  Şərur-Dərələyəz 
qubernatorluğu  gələcəkdə  bu  ərazilərin  Ermənistana  keçməsi  üçün  əlverişli  şərait 
yaratmalı idi.” (28.səh.263). Paris sülh konfransında siyasi-diplomatik fəaliyyətini 
bərpa  edən  Azərbaycan  nümayəndə  heyəti  Ermənistan  və  İranın  torpaq  iddiası 
cəhdlərinə qarşı əsaslı müddəalarla müqavimət göstərdi.  
Sülh  konfransında  ev  sahibi  kimi  nüfuzu  olan  Fransa  Rusiyanın 
bölünməzliyinə  tərəfdarlıq  naminə  bu  ərazidə  yaranmış  respublikaların 
müstəqilliyini tanımaq istəməsə də, 1919-cu ilin iyununda milliyyətcə erməni olan 
İvan  Loriks-Melikovun  rəhbərliyi  ilə  nümayəndələrini  Qafqaza  göndərdi.  Onun 
əmisi qraf Loris-Melikov Ermənistan Respublikasının Parisdəki nümayəndəsi olsa 
da,  vaxtilə  Ə.M.Topçubaşovla  bir  gimnaziyada  oxumuş,  sonradan  Fransa 
vətəndaşlığını qəbul etmiş İvanın Fransanın baş naziri Corc Klemanso ilə yaxınlığı 
da  məlum  idi.  Professor  C.Həsənlinin  yazdığı  kimi:  “Qafqaza  yola  düşməzdən 
əvvəl o, iki dəfə  Ə.M.Topçubaşovun  yanında  olmuş, bir dəfə  də  Əli Mərdan bəy 
M.H.Hacınski  ilə  birlikdə  onun  görüşünə  getmişdi.  Danışıqlar  zamanı  aydın 
olmuşdir  ki,  Loriks-Melikovu  Qafqaza  göndərməkdə  Fransa  hökumətinin  əsas 
məqsədi  bütün  Qafqaz  xalqlarının  daxil  olacağı  Federativ  Respublikanın 
yaranmasının  mümkün  olub-olmaması  baxımından  Qafqazın  siyasi  vəziyyətini 
öyrənməkdir. (28.səh.246). 
1  may  1919-cu  ildə  keçirilən  nümayişdə  bolşeviklər  “Yaşasın  Sovet 
Rusiyası”  şüarı  ilə  siyasi  “səngərdən  çıxaraq”  alovlu  çıxışlarla  özlərinin  əsl 
mövqelərini göstərdilər. Həmin gün Bakı fəhlə komitəsinin rəhbərliyi 6 mayda tətil 
keçirəcəkləri  barədə  elan  verir.  Lakin  yerli  müsəlman  sosilaist  partiyalarının 
dəstəyini  qazanmayan  tətil  cəmi  üç  gün  davam  edir.  A.  Mikoyan  başda  olmaqla 
qırx üç nəfər rəhbərin həbs edilməsi nəticəsində isə 13 mayda tətil uğursuz halda 
başa  çatır.  Həmin  ərəfədə  Azərbaycan  üçün  qırmızı  bolşevik  Rusiyasının 
qızışdırdığı  tətillər  daxildən,  ağqvardiyaçı  general  Denikinin  bölünməz  Rusiya 
uğrunda vuruşan ordusu isə xaricdən ciddi təhlükə törədirdi. Milli deyil, sosial olub 
bolşevik  qurğusu  hesab  edildiyindən  ingilislərin  dəstək  vermədikləri  Dağıstan 
Denikin üçün asan əldə edilən qurbana çevrildi.  
2  iyun  1919-cu  il  “Azərbaycan”  qəzetinin  193-cü  sayındakı  “Şimalımızın 
halı” məqaləsində Üzeyir bəy Hacıbəyov yazırdı: “O Dağıstan ki, onu  fəth etmək 
üçün  qoşunun  qüvvəsilə  Avropanı  qorxudan  rus  çarlığı  otuz  beş  il  vuruşub 


76 
 
çalışmışdı.  O  Dağıstanı  Denikinin  dərədən-təpədən  yığılmış  başı  pozuqları  bir 
gündə  fəth etdilər! Və  bu   fəth sayəsində  Qafqaz cümhuriyyətlərindən biri bir az 
zaman  içində  gözümüz  önündə  məhv  olub  getdi.”  (24.səh.98).  Şimalda  ərazi 
baxımından  bufer  rolunu  oynayan  Dağıstan  Respublikasının  süqutu  nəticəsində 
kiçik də olsa, neftlə zəngin Azərbaycan hələlik ingilislərdən dəstək alan və gözünü 
bu neftə dikmiş Denikinin simasında, işğalçı niyyətli böyük Rusiya ilə üz-üzə qaldı. 
Dağıstan ərazisindəki qədim Azərbaycan şəhəri Dərbəndin tutulması bu gərginliyi 
daha  da  artırdı.  M.H.Hacınskinin  əli  ilə  Paris  sülh  konfransına  təzyiq,  dövlətin 
ingilis  komandanlığına  göndərdiyi  rəsmi  nota,  29  mayda  F.X.Xoyskinin  Tiflisdə 
keçirilən  konfransda  Cənubi  Qafqaz  respublikaları  ilə  bağladığı  həmrəylik 
müqaviləsi müdafiənin ümummilli məsələ olduğunu təsdiqləyirdi.  
14  iyun  1919-cu  ildə  ölkədə  hərbi  vəziyyət  elan  edildikdən  sonra  Cənubi 
Qafqaz  respublikaları  ilə  bağlanmış  birgə  müdafiə  müqaviləsinin  27  iyunda 
parlamentdə  təcili  müzakirəsi  ilə  ingilis  əsgərlərinin  ölkədən  çıxması  məsələsi 
gündəmə gəldi. Özünü kənara çəkən daşnak Ermənistanı son anda Rusiya əleyhinə 
müdafiə blokuna girməyib yenə də ikili oyun oynadı.  
1919-cu  ilin  10  iyulunda  Həştərxan  vilayət  şöbəsinin  müdiri  seçilən 
N.Nərimanov həmin ilin aprelində Leninin təhrikiylə ümum Qafqaz rəhbər partiya 
orqanı olan Qafqaz bürosunun tərkibinə daxil edilir.  
16 iyul 1919-cu ildə N.Nərimanov “Müsavat” respublikasının rəhbəri Nəsib 
bəy  Yusifbəyova  ünvanladığı  məktubunda  Azərbaycanın  gələcək  taleyindən 
narahat  olduğunu  önə  çəkir.  İlk  öncə  Nəsib  bəy  və  onun  silahdaşlarına 
münasibətini açıqlayan müəllif yazır: “Həmfikirlərinizlə birgə siyasi düşmənlərim 
olsanız  da  mən  sizə  çox  ehtiyatla  yanaşmışam.  Millət  və  din  mövqeyində 
durduğunuz  zaman  sizə  geridə  qalmış  insanlar  kimi  baxmışam.  Lakin  eyni 
zamanda anlamışam ki, hamını birdən internasionalist etmək olmaz.  
Mən  həmişə  türklərin  Qafqaza  dəvət  edilmələrini  istəyənlərə  qarşı 
çıxmışam”  (111.səh.202).  “Müsavat”  hakimiyyətinin  Denikinə  müharibə  elan 
etməsinin  əsas  səbəbini  İngiltərədən  fərqli  olaraq  onun  bu  dövləti  rahat 
qoymayacağına əminlikdə görən N.Nərimanov yazır: “Lakin heç şübhəniz olmasın 
ki, Denikini siz yox, Gürcüstanla birlikdə Sovet Rusiyası dağıdacaq.  Kolçaq artıq 
məhv edilmişdir. İndi isə sıra Denikinindir. Sovet Rusiyasının güclü əlləri daha da 
açılacaqdır:  əgər  siz  əvvəlki  tək  kar  və  kor  olub  Versal  sülhündən  sonra  dünya 
miqyasında  baş  verənləri  nə  görüb  nə  də  eşidirsinizsə,  onda  Sovet  Rusiyası  sizin 
üçün  bir  o  qədər  də  təhlükəli  deyil.”  (111.səh.204).  Məktubunda  Qızıl  Ordunun 
möcüzələr yaratdığı bir dövrdə müsavatçıları bütöv bir xalqın  və dövlətin taleyilə 
cinayətkarcasına  zarafat  etməkdə  günahlandıran  müəllif  deyir:  “Qonşularınız  sizə 
gülürlər. Götürək elə Ermənistanı. Daim İngiltərə, indi isə Denikinlə əlaqə saxlayıb 
paralel  olaraq  Moskvaya  öz  casuslarını  göndərərək  sovet  səmtini  qəbul  etdiyini 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə