Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə39/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   35   36   37   38   39   40   41   42   ...   64

79 
 
rus fəhlələri çara qarşı çıxaraq sizi də onun zülmündən xilas etdilər.” (111.səh.217). 
Dini  rəhbər  kimi  Nəcməddin  Əfəndidən  xüsusi  siyasi  bilik  və  ağıl  gözləməyən 
N.Nərimanov  “Yaxşı  yadımdadır:  söhbətlərimizin  birində  “Çar  zülmündən  xilas 
olduqdan  sonra  fəaliyyətinizi  necə  düşünürsünüz?”  sualıma  “Bizim  Quran  və 
qılıncımız  var”  cavabını  verdiniz.  Bəs  indi  hanı  sizin  Quran  və  qılıncınız?” 
(111.səh.219)  yazmaqla  onların  daim  istinad  etdikləri  fikir  və  ideyalarının 
verdikləri  vədlər  kimi  boşa  çıxdığını  bildirirdi.  Müəllifin  “Dövlət  dini  işlərə 
qarışmamalıdır.  Bolşeviklər  deyirlər:  hər  bir  xalq  öz  taleyini  müəyyən  etməkdə 
müstəqildir.  Sizə  bundan  artıq  nə  lazımdır?”  sözləri  isə  qaranlıqdan  çıxış  yolunu 
yalnız  Sovet  Rusiyasında  görən  və  öz  fikirlərində  yanılmadığına  əmin  olan  bir 
şəxsin əks mövqedəkiləri də buna inandırmaq istəyini göstərirdi. 
27  oktyabr  1919-cu  ildə  Parisi  tərk  edən  M.Hacınski  oradakı  diplomatik 
çətinliklər  barədə  neçə  illər  sonra  həbsxanada  verdiyi  izahatda  yazırdı:  “Paris 
konfransının  gedişinə  fəal  müdaxilə  edən  ABŞ siyasəti aparıcı  mövqedə  dururdu. 
Amerika  prezidenti  Vilsonun  göndərdiyi  on  dörd  maddədən  ibarət  tələbnamədən 
göründüyü kimi, o, yer kürəsinin xırda parçalara bölünməsini istəmirdi. Görünür ki, 
beynəlxalq iqtisadiyyatı ələ almaq istəyən Amerikanın xarici ticarət siyasətinə belə 
özünün gömrükləri olan çoxsaylı xırda dövlətlər sərf eləmirdi. Xüsusən Avropa ilə 
Asiya  arasındakı  Zaqafqaziya  ölkələri  Amerikanın  bu  siyasəti  qarşısında  əsas 
maneəyə çevrilmişdi.” (160). 
Leninin  “Bütün  ölkələrin  proletarları  birləşin!”  çağırışını  həyata  keçirən 
Rusiya  bolşeviklərinin  vətəndaş  müharibəsindəki  uğurlarından  narahat  olan 
Avropa ölkələri əks tədbirlər görmək zorunda qaldılar.  
22  dekabr  1919-cu  il  tarixli  parlamentin  yüz  doqquzuncu  iclasında: 
“Hökumət elə  olmalıdır ki,  bütün  millətin etimadını qazansın, çətin  vaxtda  bütün 
millət  onun  arxasında  olsun.”  (11.səh.631)  –  deyən  “İttihad”çı  Q.Qarabəyov 
müxalif firqəsinin nəhayət, yeni hökumətin məsuliyətinə şərik olduğunu bildirərək: 
“Hökumətin  çox  parası  çalınmışdır.  Bir  çox  işlər  görülmüşdür,  təcavüzlər,  sui-
istemalar  olmuşdur...”  deyərək  günahkarların  sərt  cəzalandırılmasını  tələb  edirdi. 
Ölkədəki  bahalığın  səbəbini  ixracatın  olmamasında  görən,  çörəyin  qiymətinin  9-
dan  28-30  manata  qədər  qalxdığını  söyləyən  natiq  fəhlə  və  məmurların  tələb 
etdikləri kimi maaşların artırılmasının onların dərdinə çarə olmayacağını bildirirdi.  
24 dekabr 1919-cu ildə Qarabəyovun təklifi ilə daxili işlər naziri vəzifəsində 
də özü çalışan N.Yusifbəylinin  hökumət kabinetində M.H.Hacınskinin daxili işlər 
naziri təyin olunması parlamentdə çoxlarının mənafeyinə toxundu.  
28  dekabr  1919-cu  ildə  parlamentdə  “Müsavat”ın  və  bitərəflər  qrupunun 
liderlərindən  olan  on  iki  nəfərin  F.Xoyskinin  kabinetində  keçirilən  müşavirəsində 
daxili və xarici siyasətin gərginliyi şəratində daxili işlər naziri M.H.Hacınskinin və 
digər sosialist nazirlərin  yerinə kommunistlərə qarşı barışmaz olan şəxslərin təyin 


80 
 
edilməsi  barədə  təklif  verilir.  Bu  toplantıda  ölkədəki  gərginliyi  nəzərə  alaraq 
vəziyyətdən çıxmaq naminə müvəqqəti də olsa parlamenti buraxıb hakimiyyəti bir 
əldə  cəmləmək  və  yalnız  altı  aydan  sonra  yeni  seçkilər  keçirmək  məsələləri  də 
müzakirə olunur. 
Akademik Cəmil Quliyev ADR dövründə siyasi mənzərəni belə təsvir edir: 
““Müsavat”ın  hakimiyyətdə  olduğu  müddətdə  Azərbaycanda  çoxsaylı  partiyalar, 
siyasi  qruplar  və  cərəyanlar,  müxtəlif  ictimai  təşkilatlar,  birliklər  və  cəmiyyətlər 
fəaliyyət göstərirdi. Onlar müxtəlif dillərdə qəzet və jurnallar da nəşr etdirirdilər.” 
(101.səh.119). 
15  yanvar  1920-ci  ildə  Paris  sülh  konfransının  hərbi  ekspert  şurası  Böyük 
Britaniyanın hərbi naziri U.Çörçillin başçılıq etdiyi silahlı   qüvvə 
komandanlığının  da  iştirakı  ilə  Azərbaycana  və  Gürcüstana  hərbi  yardımın 
göstərilməsi məsələsini müzakirə edir.  
19  yanvar  1920-ci  ildə  hökumət  başçılarının  iştirakı  ilə  və  nəhayət, 
Azərbaycan  nümayəndələrinin  tam  heyətlə  təmsil  olunduqları  bir  şəraitdə  Paris 
sülh  konfransının  Ali Şurasının  ADR-i diplomatik aləmdə  tanıması  uğurlu addım 
idi.  
Dolaşıq daxili və xarici amillər sayəsində müstəqil siyasət yürüdə bilməyən 
ADR  Rusiyanın  güclənməkdə  olan  Sovet  rejimi  ilə  neytral  münasibət  qurmağı 
bacarmırdı. Sovet Rusiyasına ixracına ingilislər tərəfindən embarqo qoyulan neftin 
Xəzər  dənizi  vasitəsilə  Həştərxana  qanunsuz  daşınmasına  qarşı  Azərbaycan 
hökuməti heç bir tədbir görə bilmirdi. Çünki gəlirdən məhrum olmaq təhlükəsi ilə 
üzləşən  sahibkarlarla  bərabər, onların  mənafeyinə  xidmət edən  millət  vəkilləri  və 
bolşeviklərin qızışdırdığı tətilçilərlə mübarizə aparmaq olduqca çətin idi.  
Birinci Dünya Müharibəsindən sonra artıq real dayaqlardan məhrum olmuş 
turançılıq ideyasının həyata keçirilməsi üçün döyüşən Nuru paşa  və Ənvər paşanın 
Türkiyəyə  yeni  qələbələr  qazandırmaq  istəkləri  romantik  görünürdü.    Bu  ərəfədə 
Nuru  paşanın  qısa  müddətli  sülh  sazişinə  görə  Osmanlı  qoşunlarını  şimaldan 
təcavüz  gözləyən  Azərbaycanın  ixtiyarına  verməyə  çalışması  isə  qərb 
imperializminə  qarşı  mübarizə  aparan  gənc  türklərin  Sovet  Rusiyası  ilə 
əməkdaşlığı  fonunda  perspektivsiz  sayılırdı.  1919-cu  ilin  iyul-avqust  aylarında 
Ərzurumda  keçirilən Şərq Əyalətlərinin Hüquqlarını Müdafiə  İttifaqının iclasında 
Mustafa  Kamalın  bolşevizmi  milli  hərəkatın  ideologiyası  hesab  etməsə  də,  bu 
ideya  altında  rusların  xarici  müdaxiləçilərə  qarşı  döyüşlərini  qəhrəmanlıq 
adlandırması,  yeni  Türkiyənin  qorunması  naminə  hələ  beynəlxalq  aləmdə 
tanınmayan 
Azərbaycan 
Respublikasının 
mənafeyinin 
az 
əhəmiyyətli 
görünməsinin məntiqi mənzərəsini yaradırdı. Üstəlik Sovet Rusiyasının Türkiyəyə 
hərbi köməyinin Azərbaycan Cümhuriyyətinin ərazisi vasitəsilə həyata keçirilməsi 
fikri  bu  gənc  respublikanın  gələcək  taleyini  indidən  sual  altına  qoyurdu.  Yenicə 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə