Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə38/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   34   35   36   37   38   39   40   41   ...   64

77 
 
bildirir. Əgər Denikin tezliklə dağıdılsa və Ermənistan öz səmtini elan etsə (bu elə 
belə  də  olacaq)  taleyinizi  təsəvvür  edirsinizmi?”  (111.səh.205).  Məktubunun 
sonunda “Qoy bu sözlərim tarixi sənəd olsun.” (111.səh.206) yazan N.Nərimanov 
qəlbinin Azərbaycanın gələcəyi naminə döyündüyünü yazılı surətdə göstərirdi.  
5  avqust  1919-cu  ildə  Ə.M.Topçubaşovun  sədrliyi,  gürcü  və  dağlı 
nümayəndələrinin də iştirakı ilə birgə müzakirədə kənardan siyasi, həmçinin hərbi 
yardım  olmadan  müstəqilliyin  təhlükəyə  düşəcəyi  yəqinləşdi.  “Müzakirələrin 
gedişində  bir  sıra  təkliflər  irəli  sürüldü.  Əvvəlcə  göstərildi  ki,  Azərbaycan  və 
Gürcüstan  nümayəndələri  Millətlər  Cəmiyyətinə  müraciət  etsin,  mandatı  qəbul 
edən  ölkə  Millətlər  Cəmiyyəti  tərəfindən  qəbul  edilsin.  Sonra  M.H.Hacınski  belə 
bir təklif verdi ki, Azərbaycanın mandatının götürülməsi İngiltərədən xahiş edilsin. 
O, iclasdakı çıxışında göstərdi ki, İngiltərədən başqa bizim heç bir oriyentasiyamız 
yoxdur.” (28.səh.255). 
6  avqust  1919-cu  ildə  Versal  konfransında  İngiltərədən  başqa  heç  bir 
beynəlxalq  dayağı  olmayan  Azərbaycan  dövlət  mandatını  götürməyi  məhz  bu 
ölkədən xahiş etsə də, digər böyük dövlətlər məsələnin baş tutmasına mane oldular. 
Ölkədən  çıxan  ingilislər  əllərində  olan  silah-sursatı  və  hərbi  gəmiləri  qoyub 
getdilər.  Azərbaycanda  olduqları  müddətdə  vaxtlarını  xristian  ailələrilə,  yəni 
erməni,  gürcü  və  ruslarla  tanışlığa  sərf  edən  ingilislər  onlar  üçün  türk 
boyunduruğundan  xilaskarlar  kimi  görünürdülər.  Bu  isə  xristian  qızlarla  ingilis 
zabitləri  arasında  sonsuz  sayda  kəbinlərə  gətirib  çıxartsa  da,  son  nəticədə  onların 
ölkəni tərk etmələrini M.Əsəd bəy belə təsvir edir: “Zabit korpusu üçün bir yataq 
qatarı  tutuldu  ki,  onun  da  son  iki  qatarı  gənc  zabit  arvadları  üçün  nəzərdə 
tutulmuşdu. Əmrə müvafiq olaraq kişilər subay zabitlərlə ön vaqonda getməliydilər. 
Yola düşülən gün arvadların bütün qohum-əqrəbası perrona yığışmışdı. Göz yaşları 
və  vida  diləkləri  ilə  yola  salınan  qadınlar  yataq  qatarının  son  iki  vaqonuna,  ərləri 
isə  ön  vaqonlara  mindilər.  General  vida  nitqi  söylədi.  Fit  çalındı,  qatar  hərəkətə 
gəldi. Bununla böyük şaşqınlıq da gəldi. Bütün qatar, bütün vaqonlar Avropaya üz 
tutdu,  yalnız  o  iki  vaqondan  başqa.  Bunlar  relsə  mıxlanıb  qaldılar,  çünki  cənab 
zabitlərin  gizli  əmrinə  əsasən  onlar  qatara  qoşulmamışdılar.  Biçarə  arvadlar 
qaldıqları  yerdən  tərpənmədilər,  camaat  tərəfindən  lağa  qoyuldular,  abır  və 
hirslərindən neyləyəcəklərini bilmədilər.” (51.səh.185). 
İngilis  ordusunun  Rusiya  ərazilərini,  o  cümlədən  Qafqazı  tərk  etməsi 
rəsmiləşdirildikdən 
sonra  sülh  konfransı  çərçivəsində  görüşlər  keçirən 
nümayəndələrimiz  İtaliya  hökumətinin  bölgəyə  qoşun  göndərməsi  məsələsinin 
müzakirəsinə  qoşuldular.  Lakin  bu  dövrdə  bolşeviklərin  güclənməsi  Denikinin 
vəziyyətini ağırlaşdırmışdı.  
Yusif  Vəzir  Çəmənzəminlinin  həmin  dövrdə  yazdığı  “Xarici  siyasətimiz” 
məqaləsinin  “İngiltərə ilə dostluq” bölməsində göstərdiyi  kimi:  “Bu  gün ingilislər 


78 
 
Qafqazdan  çəkilib  yerinə  italyanlar  da  gəlsə,  yenə  İngiltərə  dostluğundan 
çəkinməməliyik.  Bu  millət  dünya  siyasətində  həmişə  böyük  rollar  oynayıb  və 
oynayacaqdır. Millətlər hüququna riayət etmədə, onların istirahətini təmin etmədə, 
millətləri  tərəqqi  yoluna  gətirmədə  Avropada  birincilik  qazanıbdır.”  (16.səh.33). 
Göründüyü kimi, peşəkar diplomat Yusif Vəzir Çəmənzəminli hələ o zaman siyasi 
aləmdə  ingilis  amilinə  yüksək  qiymət  verirdi.    O  dövrün  vəziyyətini  təhlil  edən 
professor  C.Həsənli  də  həmin  amili  dəstəkləyərək  yazır:  “İtaliyanın  Azərbaycana 
güclü iqtisadi marağı var idi. Lakin o, mandatlığa götürmək istədiyi əraziləri xarici 
təcavüzdən  qorumaq  imkanına  malik  deyildi.  Gələcəkdə  Rusiya  və  Türkiyə  ilə 
qarşılaşmaq  qorxusu  İtaliyanı  belə  bir  addımdan  çəkindirdi.  Azərbaycan 
Respublikası  üçün  İtaliya  mandatlığı  sərfəli  deyildi.  Avropalı  müttəfiqləri 
Qafqazda  marağı  olan  ABŞ-ın  burada  mövqe  tutması  ilə  barışa  bilməzdi.  Bu 
dövrdə  Böyük  Britaniya  yeganə  ölkə  idi  ki,  Qafqaz,  o  cümlədən  Azərbaycan 
mandatını götürməyə hər cür imkanı var idi. Böyük Britaniyanın regiondakı güclü 
hərbi  qüvvələri  xarici  təcavüzdən  müdafiə  olunmaqda,  onun  qüdrətli  iqtisadi 
potensialı, bütün dünyadakı siyasi nüfuzu Azərbaycanın tərəqqisində və taleyində 
əhəmiyyətli rol oynaya bilərdi.” (28.səh.284). 
1919-cu ilin yayında ərazisinin bir qismi işğal altında olan Türkiyənin digər 
hissəsi Müttəfiqlərə arxalanan Sultan VI Mehmedlə başda Mustafa Kamal olmaqla 
gənc  türklərin  müqavimət  hərəkatı  arasında  sanki  bölünmüşdü.  Vəziyyətin 
gərginliyi nəticəsində Mudros sülh sazişindən sonra hərbi kadr hazırlığı ilə məşğul 
olan  müəllim  heyəti  istisna  olmaqla  Osmanlı  qoşunları  Azərbaycandan  çıxmalı 
oldu.  Mustafa  Kamalın  Müttəfiqlərə  qarşı  apardığı  müharibənin  uğurları  isə 
Azərbaycanda da rəğbətlə qarşılanırdı.  
1919-cu ilin əvvəlində ingilislər Batumu tutaraq Dağıstanda Denikinə qarşı 
vuruşan  qüvvələrə  qoşulmuşdular.  Dağlılar  Respublikasının  süqutundan  sonra  öz 
məğlub ordusu ilə Bakıya qayıdan Nuru paşa isə sentyabr ayında burada yarı rəsmi 
nümayəndəlik quraraq artıq kamalçılar hərəkatının Bakının da maliyyə yardımı ilə 
təmin olunmasına çalışırdı. Lakin Azərbaycan hökumətini real şəkildə dəstəkləyən 
ingilislərin  Kamalçılar  hərəkatına  və  Sovet  Rusiyasına  mənfi  münasibəti 
nəticəsində  populyar  olan  Nuru  paşadan  vaz  keçilib  Fuad  Sabitin  vasitəçiliyi 
hesabına  Bakı  hümmətçilərinin  köməkliyi  sayəsində  gizli  bolşevik  təşkilatıyla 
əlaqələr yaradıldı. 
11 sentyabr 1919-cu ildə Nərimanov özünün Şimali Qafqazın və Dağıstanın 
imamı elan etmiş Şeyx Hacı Nəcməddin Qotsinskiyə göndərdiyi məktubunda onun 
“türklərin gəlişini gözləyirik, sonra hamımız bir nəfər kimi çara qarşı qalxacağıq” 
sözlərini  xatırladaraq  yazırdı:  “O  zaman  mən  sizə  kobud  və  tünd  ləzgilərin  dini 
rəhbəri  kimi  baxırdım.  Panislamizm  ideyası  sizi  idarə  edirdi  və  çara  qarşı  çıxıb 
Türkiyə ilə birləşmək istəyiniz mənə aydın idi. Lakin belə oldu ki, siz deyil, məhz 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə