Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə32/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   28   29   30   31   32   33   34   35   ...   64

65 
 
gördüklərini  və  müşahidə  etdiklərini  qələmə  almışdır.  Zabitlərin  əsgərlərdən  ayrı 
yaşamalarına  mənfi  münasibət  bəsləyən  müəllif  kommunist  düşüncəli  şəxs  kimi 
bunun  səbəbini  belə  açıqlayır:  “Cənab  türk  zabitləri  başqa  ruhda  tərbiyələniblər; 
onlar özlərindən “aşağılara” nifrət etməli, bu cür insanlarla heç bir yaxın dostluq və 
qardaşlıq əlaqələrində olmamalıdırlar.” (111.səh.140). 
11  may  1918-ci  ildə  Osmanlıların  nəzarət  etdiyi  Batumdakı  sülh 
danışıqlarında  iştirak  edən  qırx  beş  nəfər  Zaqafqaziya  nümayəndəsindən 
M.Ə.Rəsulzadə və M.H.Hacınski də daxil olmaqla yalnız altısı həlledici səsə malik 
idi.  
13  may  1918-ci  ildə  müsəlman  fraksiyasının  iclasının  qərarı  ilə 
M.Rəsulzadə və M.Hacınski Ottoman imperiyasının Batumidəki nümayəndələri ilə 
danışıqlara  girdikdən  sonra  Türkiyə  ilə  birləşib  güclü  səltənət  yaratmaq  kimi 
ilhaqçılıq ideyasının absurd olduğunu dərk edən Məhəmməd Əmin 25 may 1918-ci 
ildə  Zaqaqfqaziya  Seyminin  müsəlman  fraksiyasının  iclasında  hələ  26  oktyabr 
1917-ci ildə “Müsavat” partiyasının ilk qurultayında irəli  sürülən siyasi platforma 
əsasında  Şah İsmayıl  Xətaidən sonra  iflasa  uğramış tarixi  dövlətçilik  şansını  əldə 
etmək üçün həlledici addım atdı. Lakin Avropa dövlətlərinin Azərbaycan xalqının 
qanı  bahasına  hasil  olunan  neftə  göz  dikmələri  dövlətçiliyimizə  mane  olan 
amillərdən idi. Gərgin beynəlxalq siyasi şəraitdə Almaniyanın öz müttəfiqi Türkiyə 
ilə  belə  ikili  standartlar  üzrə  siyasətlər  aparması  diplomatik  aləmdə  sağlam 
münasibətlərə  kölgə  salan  gözlənilməz  gedişlərə  şərait  yaradırdı.  Mirzə  Bala 
Məmmədzadənin  yazdığı  kimi:  “Almaniya  Bakı  nefti  haqqında  bolşeviklərlə 
sövdələşməyə  girişdi.  Bakının  bitməz-tükənməz  nefti  ilə  Türküstanın  pambığına 
göz  dikən  Almaniya  Qafqazın,  xüsusilə  Azərbaycanın  Türkiyə  nüfuzuna 
keçməsinə mane olmaq istədi. Bu məqsədlə o, Gürcüstanı və Ermənistanı istifadə 
edirdi. Elə bu oyunun təsiri ilə Gürcüstan Qafqaz birliyindən çıxaraq  Almaniyaya 
verdiyi  iqtisadi  imtiyazlar  əvəzində  Türkiyəyə  qarşı  torpaq  bütövlüyünü  qorumaq 
məqsədilə Almaniya himayəsinə girməyi qərara aldı. Almaniya müvəkkili general 
Fon  Losov  25  may  1918-ci  ildə  Zaqafqaziya  sülh  heyətinin  rəisi  Çxenkeliyə 
yazdığı məktubunda “Zaqafqaziya konfederasiyasının parçalanmaq üzrə olduğunu” 
bildirirdi” (57.səh.88). 
26  may  1918-ci  ildə  Seymdən  çıxan  gürcü  deputatların  respublika  elan 
etməsindən  və  Türkiyə  cəbhəsindəki  hərbi  vəziyyətdən  sonra  yaranan  yeni  siyasi 
müstəvi hadisələri daha da tələsdirdi.  
Transqafqaz  Seyminin  buraxılması  ilə  əlaqədar  yaranmış  böhranlı  siyasi 
vəziyyəti  müzakirə  etmək  üçün  Seym  fraksiyaya  daxil  olan  Azərbaycan 
nümayəndələrinin  mayın  27-də  fövqəladə  iclasını  keçirib  yaranmış  vəziyyətin 
ciddiliyini  nəzərə  alaraq  yekdilliklə  Azərbaycanın  idarə  olunması  vəzifəsini  öz 
üzərinə  götürməyi  qərara  aldı  və  özünü  Azərbaycan  Müvəqqəti  Milli  Şurası  elan 


66 
 
etdi. “İttihad”dan başqa bütün partiyaların dəstəyilə M.Ə.Rəsulzadə Milli Şuranın 
sədri seçildi.  
28  may  1918-ci  ildə  saat  on  doqquz  onda  Azərbaycan  Milli  Şurasında 
birləşmiş müsəlman nümayəndələri tərəfindən elan olunan İstiqlal Bəyannaməsi ilə 
Azərbaycan  Demokratik  Cümhuriyyətinin  yaranması  bildirildi.  Qafqaz  türkləri  – 
tatarları kimi tanınan millətin azərbaycanlı adlandırılması, coğrafi məfhum sayılan 
Azərbaycanın  dünyada  ilk  müsəlman  respublikasına  çevrilməsi  iyul  ayında 
osmanlıların Təbriz vilayətini yenidən işğal etməsindən təşvişə düşən rəsmi İranın 
etirazına  səbəb  oldu.  Məhz  bu  səbəbdən  də  milli  respublika  xaricə  göndərilən 
sənədlərdə “Qafqaz Azərbaycanı” terminindən istifadə etməli oldu. 
 
CÜMHURİYYƏT DÖVRÜ 
 
28  may  1918-ci  ildə  Azərbaycan  Demokratik  Cümhuriyyətinin  qurulması 
xalqın  şərəfli  dövlətçilik  təməlinin  qoyulmasında  həlledici  mərhələ  yaratdı. 
Hadisələrin  keyfiyyət  sıçrayışları  ilə  dəyişdiyi  bu  tarixi  məqamda  Rusiyada  baş 
verən sosialist inqilabından sonra imperiyanın dağılması işğal altında olan xalqlara 
müvəqqəti  azadlıq  verməklə  onlara  öz  müqəddəratını  həll  etmək  imkanı  da 
yaratmışdı.  Bu  məqamdan  istifadə  edə  bilməyib  müstəqil  dövlət  qurmayan  zəif 
xalqın  özündən  güclülərdən  asılı  qalması  təbii  idi.  Məhz  müsavatçılar  dövlət 
yaratmaqla  Azərbaycan  ərazisini  yenidən  Rusiyanın  ucqar  əyalətində  qalmaqdan 
və yaxud, Ermənistanla Gürcüstan arasında bölüşdürülməsindən xilas etdilər.  
Azərbaycan  Demokratik  Cümhuriyyətinin  Milli  Şura  və  Milli  Məclis 
qarşısında  məsuliyyət  daşıyan  Müvəqqəti  Hökumətinin  Fətəli  xan  Xoyskinin 
(1875-1920) yaratdığı ilk kabinetində M.Hacınski  xarici işlər naziri, M.Y.Cəfərov 
isə sənaye və ticarət naziri vəzifəsinə təyin olunurlar. Azərbaycan Respublikasının 
müvəqqəti  paytaxtı  olan  Gəncədən  və  Tiflisdən  bir  neçə  xarici  dövlətlərə 
göndərilən rəsmi teleqramlarla hökumət öz işinə başladı. Bu zaman Batumda rəsmi 
danışıqlar  aparmaqla  məşğul  olan  xarici  işlər  naziri  M.Hacınski  İstanbul  radiosu 
vasitəsilə  Azərbaycanın  istiqlalını  əks  etdirən  mətnin  müxtəlif  dillərdə  dünya 
ölkələrinə  yayılması  kimi  vacib  tapşırığın  da  öhdəsindən  gəlmişdi.  Qeyd  etmək 
lazımdır  ki,  Azərbaycanın  müstəqilliyinin  dünyaya  tanıdılması  və  beynəlxalq 
əlaqələrin  formalaşmasında  qardaş  Türkiyənin  –  o  dövrdə  Osmanlı  dövlətinin 
informasiya və diplomatik kanallarının rolu əvəzsiz olmuşdur. 
2  iyun  1918-ci  ildə  Nuru  paşanın  təlimatına  əsasən  “müstəqil  Azərbaycan 
islam dövlətinin xahişinə uyğun olaraq” müsəlmanların bolşeviklərdən xilası üçün 
hərbi  əməliyyata  başlamaq  nəzərdə  tutulsa  da,  bir  sıra  müsavatçıları  ümumi 
düşməndən  gözləyən  təhlükə  qarşısında  Nuru  paşanın  dost  ölkənin  siyasi  işlərinə 
qarışmağına dözümlülük göstərə bilməməsi məsələni uzadırdı.  


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə