Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə107/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   103   104   105   106   107   108   109   110   ...   208

Cənab Oliver Lodc öz nitqlərində tez-tez pauzalar edirdi – mühüm fikirləri

söyləyəndən həm əvvəl, həm də sonra. O hətta bir cümlədə üç-dörd pauza edirdi,

lakin onları təbii surətdə və şüursuz olaraq edirdi. Yalnız cənab Oliverin natiqlik

fəndlərini öyrənən adam bunu sezə bilərdi.

“Öz susmağınla, – deyirdi Kiplinq, – sən danışacaqsan”.

Susmaq – nitqdə dərrakə ilə istifadə edildiyi hallarda olduğu qədər heç vaxt

qızıl olmur. Bu çox güclü, həddən artıq vacib silahdır ki, ona saymazyana

yanaşasan, öz aramızdır, təzə-təzə natiqliyə başlayanlar ondan istifadə etmirlər.

Holmenin “Döyüşkən nitqlər” kitabından gətirilən hissədə mən natiqin

uğurla pauza edə biləcəyi yerləri qeyd etmişəm. Demirəm ki, bunlar susmaq

lazım gələn YEGANƏ, yaxud bunun üçün ən yaxşı yerlərdir. Mən yalnız bunu

deyirəm ki, bu cür etmək olardı. Pauza üçün yerlər möhkəm və sərt qaydalarla

təyin olunmur. Hər şey çıxışın məzmunundan, natiqin temperamentindən və

əhvali-ruhiyyəsindən asılıdır. Bu gün siz nitqin bir yerində pauza edə bilərsiniz,

sabah isə elə həmin nitqin başqa bir yerində.

Sitatı pauzalarsız oxuyun, sonra isə mənim göstərdiyim pauzaları edərək

oxuyun. Onların nə cür effekt verəcəklərinə baxın.

“Malların satışı – bu, döyüşdür (susun və qoy döyüş ilə bağlı fikir

dinləyicilərin şüurunda özünə yer eləsin) və yalnız döyüşçülər uda bilərlər onu

(susun və bu fikrin yer eləməsinə vaxt verin). Bu şərt bizim xoşumuza gəlməyə

bilər, lakin onu biz yaratmamışıq və biz onu dəyişə bilmərik (pauza). Adına

ticarət deyilən oyuna girəndə mərdliyinizi cəmləyin (pauza). Əgər siz bunu

etməsəniz (pauzanı bir qədər uzadın), siz hər dəfə hədəfdən yana vuracaqsınız

(pauza). Topu ötürməkdən qorxan bir nəfər də indiyədək heç vaxt qol vurmağa

müyəssər olmayıb (susun və fikrinizin özünə yer etməsinə imkan verin). Bunu

yadda saxlayın (susun və yenə də fikrinizin özünə yer etməsinə imkan verin).

Topu bacarıqla oyuna daxil edən və ya onu son zərbəni endirmək üçün ötürən

həmin oyunçu... (bir az çox susun ki, həmin oyunçu haqqında deyəcəyinizə

marağı artırasınız) ürəyində möhkəm qətiyyətlə həmişə qələbəyə doğru gedən

oğlandır”.

Aşağıdakı sitatları sərrast və düşüncə ilə oxuyun. Harada təbii surətdə pauza

etdiyinizi müşahidə edin.

“Amerikanın möhtəşəm səhrası Aydahoda, Nyu-Meksikada və ya Arizonada

yerləşmir. O, orta təxəyyüllü adamın şlyapasının altında yerləşir. Möhtəşəm

Amerika səhrası – natural yox, daha çox əqli səhradır”.

C.S.Noks


“İnsanın bütün bəlalarına çarə olacaq bir əlac yoxdur; buna hər şeydən ən

yaxın olanı aşkarlıqdır”.

Professor Foksuell

“Mənim yarınmalı olduğum iki varlıq mövcuddur – bu, ilahi Tanrı və

Qarfilddir. Mən Qarfildlə burada yaşamalı oluram, ilahi Tanrıyla o dünyada”.

Ceyms A.Qarfild

Belə də baş verə bilər ki, natiq mənim bu fəsildə verdiyim göstərişlərə əməl

edər və bununla belə, bir qucaq səhvə yol verər. O, auditoriya qarşısında şəxsi

söhbətdə olduğu kimi danışa bilər və bu vaxt xoşagəlməz səslə çıxış edər,

downloaded from KitabYurdu.org




qrammatik səhvlər buraxar, yöndəmsiz olar, özünü təhqiredici tərzdə aparar və

yerinə düşməyən bir çox hərəkətə yol verə bilər.

Hər bir adamın gündəlik danışıq manerası bir çox düzəlişlərə möhtacdır. Öz

təbii danışıq maneranızı təkmilləşdirin və sonra da bu metodu tribunaya keçirin.

Xülasə

1. Nitqdə sözlərdən başqa da nə isə var və həmin nə isə mühüm əhəmiyyət



kəsb edir.

Məsələ sizin NƏ dediyinizdə yox, NECƏ dediyinizdədir.

2. Natiqlərin bir çoxu öz dinləyicilərinə saymazyana yanaşır: onların

başlarının üzərindən döşəməyə baxır. Onlar, elə bil ki, özləri ilə danışırlar.

Auditoriya ilə natiq arasında kontakt, qarşılıqlı əlaqə yoxdur. Bu cür davranış

söhbəti öldürür, bu, ictimaiyyət qarşısında edilən çıxışı da öldürür.

3. Yaxşı çıxış – bu, hər şeydən əvvəl, müəyyən dərəcədə nəzərə çarpdırılan

danışıq tonu və sərbəstlikdir. Con Henri Smitin özü ilə necə danışardınızsa,

Birləşmiş xeyriyyəçilik fondunun iclasında elə o cür tonla da danışın. Axı fondun

üzvləri – onlar Con Henri Smitin cəmindən başqa nə isə deyillər.

4. İstənilən adam nitq söyləyə bilər. Əgər siz bunda şübhə edirsinizsə,

özünüz yoxlayın: tanıyıb-bildiyiniz ən cahil adamı vurub yerə sərin və o ayağa

qalxanda, çox güman, nə isə deyəcək, özü də kəkələməsiz-filansız deyəcəkdir. Biz

istəyirik ki, siz eynilə bu cür sərbəstliyə auditoriya qarşısında çıxış edərkən nail

olasınız. Özünüzdə bu keyfiyyəti formalaşdırmaq üçün təcrübə keçmək lazımdır.

Başqalarını təqlid etməyin.

Əgər siz özünüz olduğunuz kimi sərbəst danışırsınızsa, onda dünyada heç

kimə bənzəmirsiniz.

Çıxışa öz individuallığınızı, yalnız sizə xas olan maneranı qatın.

5. Dinləyicilərlə elə danışın ki, sanki onların indicə ayağa qalxacaqlarını və

sizə cavab verəcəklərini gözləyirsiniz. Əgər onlar sual vermiş olsaydılar, sizin

çıxışınız dərhal daha yaxşı olardı. Buna görə də təsəvvür edin ki, kim isə sizə sual

edib və siz ona cavab verirsiniz. Hündürdən deyin: “Siz soruşacaqsınız ki, mən

bunu haradan bilirəm. Mən sizə deyərəm...” Bu cür şeylər tamamilə təbii

görünür; sizin ifadə tərziniz bundan sonra rəsmi olmayacaq, bu, çıxışınıza istilik

gətirəcəkdir.

6. Çıxışınıza qəlbinizin bir parçasını qoyun. Sizə yer üzərində mövcud olan

qaydaların hamısından çox əsl emosional səmimilik kömək edər.

7. Bizim hamımızın ciddi söhbətdə qeyri-şüuri surətdə tətbiq etdiyimiz dörd

fənd mövcuddur. Amma siz ictimaiyyət qarşısında çıxış edərkən onları tətbiq

edirsinizmi? Adamların əksəriyyəti bunu etmir:

a) Siz cümlədə vacib əhəmiyyət kəsb edən sözləri vurğulayırsınızmı və az

əhəmiyyətlilərini onlara tabe edirsinizmi? Siz sözlərin hamısını, o cümlədən də

önlükləri və bağlayıcıları təqribən eyni cür səsləndirirsiniz, yoxsa “MassaÇUsets”

sözünü tələffüz etdiyiniz kimi, cümləni deyərkən nəyə isə vurğu edirsiniz?

b) Sizin səsinizin sədası balaca uşaq danışanda olduğu kimi növbə ilə

yüksələrək və enərək dəyişirmi?

c) Siz nitqinizin tempini elə də böyük əhəmiyyət kəsb etməyən sözləri

sürətlə və vurğulamaq istədiyiniz sözləri tələffüz etmək üçün daha çox vaxt sərf

etməklə dəyişirsinizmi?

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə