Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə26/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   22   23   24   25   26   27   28   29   ...   208

Siz məni xəbərdar etmişdiniz ki, həyat yoldaşım buna təəccüblənə bilər. Hə,

deməli, siz onun reaksiyasını düzgün qiymətləndirmədiniz. O, tamamilə

sarsılmışdı. Mən ona dedim ki, gələcəkdə o, buna mütəmadi təzahür kimi bel

bağlaya bilər və artıq iki aydır hər səhər gülümsəməkdə davam edirəm.

Ona münasibətdə məndə baş verən həmin dəyişiklik bu iki ay ərzində bizim

evimizə keçən bütün il ərzində olduğundan çox sevinc gətirmişdir.

İndi işə təbəssümlə yollanıram, liftin qapısındakı oğlanı və qapının ağzındakı

şveysarı xeyirli səhər arzuları ilə salamlayıram. Bilet alanda kassirə

gülümsəyirəm. Fond birjasının qübbəsi altında o adamlara gülümsəyirəm ki,

onlar bu yaxınlara qədər mənim sifətimdə təbəssüm görməmişdilər. Tezliklə

müşahidə etdim ki, hamı cavab olaraq mənə gülümsəməyə başlayıb. Mənim

yanıma şikayət və iradlarla bağlı gələnlərə şən və həvəsləndirici münasibət

göstərməyə başladım. Onları dinləyib gülümsəyirəm və görürəm ki, konfliktləri

yoluna qoymaq qat-qat asanlaşıbdır. Mən bu qənaətə gəlmişəm ki, təbəssümlər

mənə dollar gətirir, hər gün çoxlu dollar.

Mən kontoru başqa bir dəllalla birlikdə saxlayıram. Onun müştərilərindən

biri – xoşsifətli cavan oğlandır. Əldə etdiyim uğurdan qanadlanaraq mən öz yeni

fəlsəfəmi ona agah etdim. Onda o, mənə etiraf elədi ki, mən kontorda birinci dəfə

görünəndə mənim dəhşətli mısmırıqçı olduğumu fikirləşib və mənim barəmdə

rəyini yalnız bu yaxınlarda dəyişib. Həm də əlavə etdi ki, mən gülümsəyəndə

sifətim çox insani ifadə alır.

Öz davranış sistemimdən mən həm də hər cür tənqidçiliyi ləğv etmişəm.

Tənbeh etmək əvəzinə, indi məziyyətləri etiraf etmək və tərif üçün səbəb

tapmağa can atıram. Mən öz arzularımla bağlı söhbətlərə son qoymuşam. İndi

başqa adamın nöqteyi-nəzərini başa düşməyə çalışıram. Bütün bunlar mənim

həyatımda, hərfi mənada, inqilab etmişdir. Mən tamamilə başqa bir adam

olmuşam, bəxtəvər, varlı adam, dostluq və xoşbəxtliklə zəngin olan adam – son

nəticədə dəyərə malik olan”.

Yaddan çıxarmayın, bu məktub işdə bərkdən-boşdan çıxmış və Nyu-York

fond birjasında aksiyaları öz hesabına almaq və satmaqla dolanan

– bu, elə çətin işdir ki, onunla təmasda olan 100 nəfərdən 99-u uğursuzluğa

düçar olur – ağıllı birja dəllalı tərəfindən yazılmışdır.

Siz gülümsəmək istəyi keçirməmisiniz? Bu halda axı sizə nə təklif eləmək

olar? İki şeyi. Birincisi, özünüzü gülümsəməyə məcbur edin. Əgər siz təksinizsə,

hansısa melodiyanı və ya mahnını fitləyin, ya da zümzümə edin.

Elə davranın ki, elə bil bəxtəvərsiniz və bu, sizi xoşbəxtliyə gətirəcəkdir.

Harvard Universitetinin mərhum professoru Uilyam Ceyms bunu belə

əsaslandırmışdı: “Belə təsəvvür olunur ki, əməl hissin ardınca gəlməlidir, lakin

gerçəklikdə əməl və hiss yan-yana gedirlər; hisslə müqayisədə iradənin daha

birbaşa nəzarəti altında olan əməlləri idarə etməklə biz dolayı yolla hissləri idarə

etmək imkanı əldə etmiş oluruq”.

Bu minvalla həyatsevərliliyə doğru ali şüurlu yol, əgər o, bizim tərəfimizdən

itirilmişdirsə – bu özünü ələ almaq və özünü elə danışmağa və hərəkət etməyə

məcbur etməkdir ki, həyatsevərlik elə bil artıq əldə olunmuşdur.

downloaded from KitabYurdu.org



Bu dünyada hamı xoşbəxtlik axtarır və onu tapmağın yalnız bir üsulu, bir

düzgün yolu vardır. Bu – öz düşüncələrinin üzərində nəzarətdir. Xoşbəxtlik xarici

şəraitdən asılı deyil. Bu, daxili şəraitdən asılıdır.

Sizi xoşbəxt və ya bədbəxt edən sizin kim olduğunuz və yaxud harada

olmağınız deyil. Sizi bu cür edən sizin bu haqda nə düşündüyünüzdür. Məsələn,

iki nəfər eyni bir yerdə ola bilər, eyni bir işlə məşğul ola bilər, hər ikisi bərabər

kapitala, cəmiyyətdə bərabər çəkiyə malik ola bilər – bununla belə, onlardan biri

xoşbəxtdir, o biri isə yox. Niyə? Nöqteyi-nəzərlərin fərqli olması səbəbindən. Öz

ölkələrində günün altında külə dönən, Pari-Avenyuda günəmuzd yeddi sentə

qan-tər içində işləyən çinli kulilər arasında mən eyni cür xoşbəxt çox sifət

görmüşəm.

“Yoxdur yaxşı və pis olan heç nə, – demişdi Şekspir, – onu bu cür edən

şüurdur lakin”.

Eyb Linkoln bir dəfə qeyd etmişdi ki, “adamların əksəriyyəti nə dərəcədə

xoşbəxt olmağı qət ediblərsə, o qədər də xoşbəxtdirlər”. O, haqlı idi. Bu

yaxınlarda mən Nyu-Yorkda Lonq-Aylend metro stansiyasının pilləkəniylə

qalxarkən bu həqiqətin canlı illüstrasiyasını görmüşdüm. Düz mənim qabağımda

pilləkənlə otuz-qırx əlil oğlan uşağı əsa və çəliklə yuxarıya dırmaşırdı.

Oğlanlardan birini aparırdılar. Onların gülüşdükləri və şənləndikləri, özlərinə

heyrətli görünənləri onları müşayiət edən kişilərdən biri ilə bölüşdükləri məni

heyran qoydu. Mənim heyrətli baxışıma cavab olaraq həmin kişi dedi: “Uşaq

ömürlük şikəst qaldığını başa düşəndə əvvəl o, bundan sarsılır, lakin, bir qayda

olaraq, öz taleyi ilə barışır və onda xoşbəxt olur, hətta adi uşaqlardan da

xoşbəxt”.

Məndə bu oğlan uşaqlarının qabağında baş əymək istəyi meydana çıxdı.

Onlar mənə heç vaxt yaddan çıxarmayacağım dərs verdilər.

Necə oldusa, bir dəfə mənə Meri Pikfordla axşamı keçirmək nəsib oldu.

Həmin vaxtlarda o, Duqlas Ferbenkslə boşanmağa hazırlaşırdı. Cəmiyyətdə, çox

güman, onun dərin bədbəxtliyə düçar olduğunu və dərddən ağlını itirdiyini zənn

edirdilər. Lakin mən qarşımda nə vaxtsa gördüklərim arasında ən təlatümsüz və

işləri qaydasında olan xanımlardan birini görürdüm. O, xoşbəxtlik və məmnunluq

şüalandırırdı. Onun sirri nədədir? O, bunu 35 səhifəlik balaca bir kitabçada açır

ki, o, sizə, əgər onu oxusanız, ləzzət verə bilər.

Sent Luis Kardinal beysbol komandasının keçmiş üçüncü oyunçusu, hazırda

isə Amerikanın ən uğurlu işbazlarından biri olan Franklin Better mənə

danışmışdı ki, çöhrəsində təbəssüm olan adam, onun müşahidələrinə görə,

həmişə yaxşı qarşılanır. Buna görə də o, həmişə işgüzar adamın kabinetinə

girməzdən əvvəl bir anlıq ayaq saxlayır, sifətində xoşniyyətli təbəssüm

doğurmaq üçün qəlbini nəcib hisslərlə dolduran hadisələri xatırlayır və sonra

sifətində sanki əriyən təbəssümlə içəriyə daxil olur.

Onun inamına görə, bu adi fənd sığorta polislərinin bağlanmasında qazandığı

fenomenal uğurlara çox kömək edir.

Elbert Habbardın müdrik məsləhətini diqqətlə oxuyun, yadda saxlayın –

diqqətlə oxumaq; bundan sonra onu tətbiq etmədən sizə heç nə fayda

gətirməyəcəkdir:

downloaded from KitabYurdu.org




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə