Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə27/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   23   24   25   26   27   28   29   30   ...   208

“Siz hər dəfə evdən çıxanda qamətinizi dikəldin, başınızı elə yüksək tutun ki,

elə bil ona tac qoyulub; sinədolu nəfəs alın, “günəşin işığını için”, dostlarınızı

təbəssümlə salamlayın və görüşəndə hər bir əli ürəkdən sıxın. Yanlış başa

düşülməkdən qorxmayın və öz bədxahlarınız barədə heç bir an belə düşünməyin.

Öz fikirlərinizi nə etmək istədiyinizin üzərində cəmləyin və onda siz düz

istiqaməti dəyişmədən çatmaq istədiyiniz məqsədə doğru irəliləyəcəksiniz.

Üstündən vaxt keçəndən sonra aşkar edəcəksiniz ki, mərcan

polipləri

17

qabarmanın gələn dalğalarından öz həyatı üçün zəruri olan hər şeyi



tutduqları kimi, siz də öz arzularınızın yerinə yetirilməsi üçün zəruri olan

imkanları qeyri-şüuri surətdə tutmağa başlayırsınız. Öz təxəyyülünüzdə olmaq

istədiyiniz həmin istedadlı, layiqli və faydalı adamın obrazını çəkin və

düşüncənizin dəstəklədiyi obraz saatbasaat və dəqiqəbədəqiqə sizi məhz həmin

şəxsiyyətə dəyişəcəkdir...

Fikir – hər şeydən əvvəldir. Mərdliyin, səmimiliyin və həyatsevərliyin

düzgün psixoloji mövqeyini tutun. Düzgün fikirləşmək – bu yaratmaq deməkdir

artıq. Bütün hər şey arzular vasitəsilə gəlir və səmimi fikirləşən hər bir kəs

müsbət cavab alır. Biz, qəlbimizin düşüncələri nəyin üzərində cəmləşibsə, ona

bənzər oluruq. Mərd olun və başınızı yüksək tutun, elə bilin o, tac gəzdirir. Biz –

tanrıyıq, hələ baramanın içərisində olan və qanadlanmayan tanrı”.

Qoca çinlilərdə ənginliklər qədər müdriklik vardır – bu, bütün dünyaya

məlumdur. Onlarda bir məsəl var ki, biz onu bir kağız zolağına yazmalı və

papağımızın iç üzünə yapışdırıb özümüzlə gəzdirməliyik. Həmin məsəldə deyilir:

“Çöhrəsində təbəssüm olmayan adam dükan açmamalıdır”.

İndi ki söz dükandan düşdü, Frenk İ.Flatçer Oppenger Kollin ənd Kompani

şirkətinin sifarişiylə hazırladığı öz reklam şedevrlərindən birində bizə Çin

fəlsəfəsinin aşağıdakı möhtəşəm nümunəsini təqdim etmişdir:

Yeni ildə təbəssümün bahası.

Onun qiyməti heç nədir, ancaq çox şey yaradır.

O, onu alanları zəngin edir, onu verənləri yoxsul eləmir.

O, bircə an davam edir, onun haqqında xatirə isə bəzən həmişəlik qalır.

Onsuz yaşaya biləcək dövlətli çox deyil və elə yoxsul da çox deyil ki, onun

mərhəmətiylə varlanmamış olsun. O, evdə bəxtəvərlik, işlərdə xoşniyyətlilik ab-

havası yaradır və dostlar üçün parol kimi xidmət göstərir.

O, yorğun adam üçün ilham, naümid olan üçün ümid nuru, başını itirmiş

adam üçün günəş parıltısı və dərdə qarşı ən yaxşı təbii vasitədir.

Bununla belə, onu nə pulla, nə xahiş-minnətlə, nə borca almaq, nə də

oğurlamaq mümkündür. Çünki o özündə ilə elə bir dəyər təcəssüm etdirir ki, saf

ürəklə verilməsə, heç kəsə azacıq da olsa fayda gətirməyəcək.

Əgər ötüb-keçməkdə olan ilin son dəqiqələrində, iş elə gətirsə ki,

satıcılarımızdan nəsə alarkən onların yorğun olduqlarını, sizə təbəssüm bəxş

etməyə belə heyləri olmadığını görsəniz, öz təbəssümlərinizdən birini onlar üçün

qoyub getməyinizi xahiş etmək olarmı?

Bəxş etməyə artıq heç nəyi olmayan adamın təbəssümə ehtiyacı daha

çoxdur.


Beləliklə, əgər adamları özünüzə yaxınlaşdırmaq istəyirsinizsə, qayda 2-də

deyildiyi kimi:

downloaded from KitabYurdu.org



G Ü L Ü M S Ə Y İ N !

Üçüncü fəsil

Əgər siz bunu etmirsinizsə,

xoşagəlməz hallar uzaqda deyil

1898-ci ilin sonlarında Nyu-York ştatının Oklend dairəsində faciəvi hadisə

baş vermişdi. Bir ailədə uşaq ölmüşdü, dəfn elə həmin gün baş tutmalı idi və

qonşular dəfndə iştirak etmək üçün hazırlaşmağa başladılar. Cim Farli tövləyə

getdi ki, atı arabaya qoşsun. Torpaq qarla örtülmüşdü, şaxtalı hava dərini

dişləyirdi. Onun cavan atı bir neçə gün idi ki, arabaya qoşulmurdu. Farli onu

tövlədən həyətə su içirməyə çıxaranda at oynaqlayaraq atılıb-düşməyə başladı və

gözlənilmədən dal ayaqları ilə şıllaq ataraq öz yiyəsini öldürdü. Beləliklə, Stouin

Point adlı balaca kənddə bir dəfnin əvəzinə ikisi baş tutdu. Cim Farli özündən

sonra üç azyaşlı oğlanla dul qadın, həm də bir neçə yüz dollar məbləğində sığorta

qoymuşdu.

O vaxt yaşda hamıdan böyük olan Cimin 10 yaşı vardı. O, kərpic zavoduna

işləməyə getdi – əl arabasında qum daşımaq, onu qəliblərə tökmək, kərpiclərin

günün altında quruması üçün onları bir böyrü üstündən o biri böyrü üstünə

çevirmək kimi işləri gördü. Uşağın yaxşı təhsil almaq üçün heç bir şansı yox idi;

lakin o, irlandlıya xas olan hissiyyatla insanları özünə isinişdirməyi bacarırdı. Bir

müddət sonra isə ictimai fəaliyyət yoluna qədəm qoyaraq özündə insan adlarını

yadda saxlamaqla bağlı, hərfi mənada, fövqəltəbii qabiliyyət inkişaf etdirdi.

O, ali təhsil müəssisəsinin kandarını adlayıb heç vaxt içəri keçməmişdi.

Bununla belə, 45 yaşı üçün dörd kollec onu alimlik dərəcələrinə layiq gördü. O,

Demokratlar Partiyasının Milli Komitəsinin sədri və ABŞ-ın poçt naziri oldu.

Mən bir dəfə Cim Farlidən müsahibə almışdım və ondan uğurunun sirri

haqqında soruşdum. O cavab verdi: “İnadkar əmək”. Buna mən belə cavab

verdim: “Siz zarafat edirsiniz!”

Onda o, öz uğuru ilə bağlı mənim nə fikirləşdiyimlə maraqlandı. Mən dedim:

“Ona görə ki siz on min adama, zənn edirəm, onların hər birinin adını çəkməklə

müraciət edə bilərsiniz”.

“Yox, siz səhv edirsiniz, – deyə o etiraz etdi, – mən adı ilə əlli min adamı

çağıra bilərəm”.

Bununla bağlı yanlışlığa dalmayın. Cənab Farlinin məhz bu qabiliyyəti

Franklin D.Ruzveltə Ağ Evə daxil olmağa kömək etdi.

Gips istehsalı üzrə konsernin sədri qismində səyahət etdiyi üç il ərzində və

şəhər idarəsində işlədiyi illərdə Cim Farli adların yadda saxlanması sistemini

fikirləşib tapmışdı. Başlanğıcda sistem çox sadə idi. Yeni tanışlıq başlamaq lazım

gələndə o, həmin adamın tam adı, onun ailəsinin sayı, məşğuliyyət növü və siyasi

baxışlarının xarakteri haqqında xəbər tuturdu. O, bütün bu faktlardan öz

şüurunda bütöv bir mənzərə yaradırdı və həmin adamla növbəti dəfə, hətta bir

ildən sonra da rastlaşanda asanca onun çiynini şappıldada, onun həyat yoldaşı və

uşaqlarının sağlamlığı ilə maraqlana və evinin arxasındakı bağçada qızılgül

kolunun özünü necə hiss elədiyi ilə bağlı sorğu-suala tuta bilərdi. Onun sonralar

öz işlərində belə uğurlu olması təəccüblü deyil.

1932-ci il prezident seçkilərində Ruzveltin seçkiqabağı kampaniyasından bir

neçə ay əvvəl Cim Farli qərb və şimal-qərb ştatlarının hamısında yaşayan

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə