Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə31/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   27   28   29   30   31   32   33   34   ...   208

mövqeyimdə dayandı. O təkcə kostyumun köynəyin yaxalığını batırdığı ilə bağlı

dediklərimin ədalətli olduğunu sübut etmədi, həm də onların mağazasında nə

vaxtsa aşağı keyfiyyətli mal satıldığı ilə bağlı faktı da açıqlandı.

Üçuncüsü, o etiraf etdi ki, meydana çıxan problemin səbəbini bilmir və mənə,

sadəcə olaraq, təklif etdi: “Lütfən, deyin, mən sizin kostyumunuzla bağlı nə

etməliyəm? Mən məhz o cür də hərəkət edəcəyəm”.

Bundan bir neçə dəqiqə əvvəl mən bu lənətə gəlmiş kostyumu qaytarmağa

hazır idim. Lakin indi cavab verdim ki, bircə onun fikrini bilmək istəyirəm – bu,

həqiqətənmi müvəqqəti haldır və bunun öhdəsindən necə gəlmək lazımdır?

O, kostyumu bir həftə də geyinməyimi məsləhət gördü. “Əgər bulamaqda

davam edərsə, gətirərsiniz və biz onu dəyişdirərik, – deyə o vəd etdi, – sizi bu

qədər narahatlığa məruz qoyduğumuza görə son dərəcə təəssüflənirəm”.

Mən mağazadan qane olunmuş halda çıxdım. Kostyum həftənin axırına yaxın

tam qaydasına düşdü və mənim həmin mağazaya inamım bərpa olundu”.

Bu adamın şöbəyə rəhbərlik etməsi heç də qəribə deyil, onun tabeçiliyində

olanlara gəlincə isə, onlar... az qala deyəcəkdim ki, bütün ömürləri boyu elə sıravi

satıcı qalacaqlar. Xeyr, qalmayacaqlar. Çox güman, onları qablaşdırma şöbəsinə

keçirəcəklər ki, burada onlara heç vaxt alıcı ilə kontakta girmək lazım

gəlməyəcək.

Tək bircə səbirli və onların halına yanan, əsəbi tənqidçi kral gürzəsi kimi

üflənib şişənə və öz öldürücü arqumentlər zəhərini töküb qurtarana qədər

dinməyən dinləyicinin olması ilə hətta əbədi şikayətçi və ən hiddətli tənqidçi də

yüz dəfə sakitləşib yumşalacaqdır.

Misal üçün: Nyu-York telefon kompaniyasına bir neçə il əvvəl bəlli oldu ki, o,

bu dünyada “telefonçu qızları” nə vaxtsa lənətləyən müştəri arasında ən kinlisinə

xidmət göstərmək şərəfinə malikdir. O, həqiqətən də, lənətləyirdi. O, lənətə

gəlmiş telefonu kökündən qoparıb tullamaqla hədələyirdi. O, bəzi hesabların

saxta olduğunu bildirərək, onları ödəməkdən imtina edirdi. O, qəzetlərə

məktublar yazırdı. O, İctimai Xidmət Komissiyasını saysız-hesabsız şikayətlərlə

basdırmışdı və telefon kompaniyasına qarşı bir neçə məhkəmə işi başlamışdı.

Nəhayət, kompaniyanın ən məharətli “insident zərərsizləşdiricilərindən” biri

həmin dəlisov sərsəmlə söhbətə göndərildi. “İnsidentlərin zərərsizləşdiricisi”

qoca deyingənə ürəyini boşaltmağa imkan verərək onun hiddətli iradlarını

səbirlə dinlədi. O qulaq asır, “hə” deyir və onun bəlalarına şərik çıxaraq halına

yanırdı.

“O, ildırımtək çaxır və şimşək kimi guruldayırdı, mən isə onu üç saata yaxın

dinlədim, – deyə o, bu hadisə ilə bağlı özü sonralar mənim siniflərimin birində

danışırdı. – Mən onunla dörd dəfə söhbət elədim. Artıq üçüncü söhbətimizdə

mən onun əsasını qoyduğu təşkilatın təsisçi-üzvü oldum. O, təşkilatın adını

Telefon Abonentlərinin Müdafiəsi Assosiasiyası qoymuşdu. Həmin təşkilata daxil

olandan sonra bildim ki, əsası qoyan hesaba alınmasa, bütün dünyada onun

yeganə üzvü mənəm.

Mən bu adamı dinləyir və görüşlərin gedişində onun irəli sürdüyü ittiham-

ların hamısının bütün müddəaları üzrə halına yandığımı və dərdinə şərik

olduğumu ifadə edirdim. Telefon kompaniyasının heç bir nümayəndəsi heç vaxt

downloaded from KitabYurdu.org




onunla bu ruhda söhbət etməmişdi və əvvəl-axır o, mənə, demək olar, dostcasına

münasibət göstərməyə başladı.

Məni onun yanına gətirən əsas məsələ ilk görüşdə heç yada da salınmadı.

İkinci və üçüncü görüşdə, əvəzində isə dördüncü görüşümüzdə mən sualı

birdəfəlik və bütövlükdə həll etməyə müvəffəq oldum. Hesabların hamısı ödəndi

və o, kompaniya ilə münaqişələrinin bütün müddəti ərzində ilk dəfə öz

şikayətlərini geri götürdü”.

Şübhəsiz ki, bu centlmen özünü ictimai hüquqların vicdansız istismardan

müdafiəsinin yükünü üzərinə götürmüş bir cəngavər kimi görürdü. O, mahiyyət

etibarilə özünün əhəmiyyət kəsb etdiyi hissini əldə etməyə can atırdı. O, bunu öz

hiddətini və protestini bildirməklə alırdı.

Lakin kompaniyanın nümayəndəsi ona özünün vacibliyini və əhəmiyyət kəsb

etdiyini hiss eləməyə imkan verən kimi onun özünü qürurlu göstərməsi tüstü

kimi uçub dağıldı.

Bir neçə il əvvəl hiddətlənmiş müştəri səhər vaxtlarında dünyanın ən iri

təchizatçısı olan Detmer yun kompaniyasının əsasını qoyan Culian F.Detmerin

kontorunda dəlisovluq edirdi.

“Bu adam bizə on beş dollar borclu idi, – deyə cənab Detmer mənə danışırdı.

– Müştəri bunu təkzib edirdi, ancaq biz bilirdik ki, o səhv edir. Bizim kredit

şöbəmizdən çox sayda məktub alandan sonra o, Çikaqoya gəldi və təkcə həmin

hesabı ödəməyəcəyini deyil, həm də bundan sonra Detmer yun kompaniyasından

heç bir dollarlıq da mal sifariş etməyəcəyini mənə bildirmək üçün kabinetimə

soxuldu.

Onun demək istədiklərinin hamısını səbirlə dinlədim, hərçənd onun sözünü

kəsmək istəyi məni bərk qıcıqlandırırdı, ancaq mən bunu etmədim, çünki başa

düşürdüm ki, bununla konflikti yalnız dərinləşdirə bilərəm və ona

ürəyindəkilərin hamısını deməyə imkan verdim. O, nəhayət, soyuyanda və nə isə

anlamaq qabiliyyətində olanda sakitcə dedim: “Çikaqoya gəldiyinizə və bütün

bunları mənə danışdığınıza görə sizə təşəkkür etmək istəyirəm. Siz mənə çox

böyük xidmət göstərmiş oldunuz, çünki əgər bizim kredit şöbəmiz sizə

xoşagəlməz hallar yaşatmışdırsa, şöbə bunu bizim başqa yaxşı sifarişçilərimizin

də başına gətirə bilər. Bu isə elə sizinlə bağlı olduğu qədər də kədərli olardı.

İnanın ki, bütün bunları mənə danışmaq sizə nə qədər vacib idisə, bu haqda

sizdən eşitmək – mənə ondan da vacib idi”.

O sanki məndən məhz bu cür sözləri eşidəcəyini gözləyirdi. Düşünürəm ki,

işin bu cür istiqamət almasından o hətta bir az dilxor da olmuşdu, çünki o,

Çikaqoya mənə bir-iki ağır söz deməyə gəlmişdi. Mən isə onunla qurşaq tutmaq

əvəzinə, ona çox sağ ol deyirəm. Mən bu lənətə gəlmiş on beş dolları mühasibat

kitablarından mütləq siləcəyimizə və o barədə unudacağımıza onu əmin etdim;

çünki biz gözəl başa düşürük ki, bu səhvə, çox güman, onun kimi qənaətcil, ələl-

xüsus da təkcə bir hesaba nəzarət edən adam tərəfindən yox, bizim minlərlə

hesabı izləyən klerklərimiz tərəfindən yol verilib. Həm də dedim ki, onun halını

başa düşürəm və əgər onun yerində olsaydım, çox güman, özümü eynilə bu cür

hiss edərdim. Onun bundan sonra bizim xidmətlərimizdən istifadə etməyəcəyi ilə

bağlı sözünə cavab olaraq ona sifarişçiləri yun parça ilə təchiz edən bir neçə

başqa şirkətlə işləməyi də məsləhət gördüm.

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə