Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə4/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   2   3   4   5   6   7   8   9   ...   208

Seçki kampaniyasında 96 namizəd iştirak edirdi. Bülletenlər sayılıb

qurtaranda birinci yerdə duran Qodfri Mayerin adı idi. O az qala bircə axşamın

ərzində öz şəhərinin qırx min sakini arasında ən iri ictimai fiqura çevrildi. O,

çıxışları sayəsində altı həftədə əvvəlki 25 il ərzində olduğundan çox dost qazandı.

Bələdiyyənin üzvü qismində onun istəyi ictimai təşkilatların işinin yax-

şılaşdırılmasına yönəlmişdi, məvacibini isə qoyduğu əmanətə illik min faizli gəlir

kimi qiymətləndirmək olardı.

Üçüncü natiq – ərzaq sənayeçilərinin iri milli assosiasiyasının başçısı – bu

haqda danışdı ki, əvvəllər o, direktorlar şurasının qarşısında öz fikirlərini aydın

ifadə etməyi qətiyyən bacarmayıb.

Lakin Karneginin natiqlik sənəti kursuna yazıldıqdan sonra iki heyrətamiz

hadisə baş verdi. O, tezliklə öz assosiasiyasının prezidenti seçildi. Öz mövqeyinə

uyğun olaraq, Birləşmiş Ştatların bütün bölgələrində iclaslarda çıxış etməli idi.

Onun çıxışlarından hissələr radio ilə verilməyə, ölkənin qəzetlərində və ticarət

jurnallarında çap olunmağa başlandı. Natiqlik sənətini öyrənəndən iki il sonra o,

öz kompaniyasını, onun məhsulunu reklam vasitəsiylə daha yaxşı tanıtdırdı. O,

dinləyicilərə etiraf edirdi ki, əvvəllər aşağı Manhettenin işgüzar dünyasının

tanınmış rəhbərlərindən hansı birinəsə sərbəst surətdə zəng etməkdə tərəddüd

edirmiş. İndi isə nüfuzunun kəskin yüksəlməsi sayəsində həmin adamların özləri

ona zəng vurur və üstəlik də vaxtını aldıqlarına görə üzrxahlıq edirlər.

Danışmaq qabiliyyəti. Bu, məşhurlaşmaq üçün ən qısa yoldur. Bu, adamı

ictimai həyatın ön səhnəsinə çıxarır, ona öz qüvvəsinə əminlik hissi gətirir və

kütlə üzərinə qaldırır. Ürəyəyatımlı nitq üslubu olan kəs, bir qayda olaraq,

özünün gerçək qabiliyyətlərini əhəmiyyətli surətdə üstələyən etimad və nüfuza

sahib olur.

Hazırda yaşlıların təhsil alması hərəkatı bütün ölkədə bərqərar olub və bu

hərəkatda ən gözəçarpan fiqur pedaqoji fəaliyyəti dövründə öz çoxsaylı

şagirdlərinin çıxışlarını dinləmiş, nitqləri tənqidi araşdırmaya məruz qoymuş

Deyl Karnegidir. “İstəyirsiniz inanın, istəyirsiniz yox” jurnalında bu yaxınlarda

yerləşdirilmiş karikaturaya inansaq, Karnegi 150 000 nitqi təhlil etmişdir. Əgər

bu möhtəşəm ədəd sizdə təəssürat yaratmadısa, onda təsəvvür edin ki, Amerika

kəşf olunduğu gündən bu yana Karnegi hər gün bir nitqi təhlil edib. Başqa sözlə,

əgər onun qarşısında nitq söyləyən adamlardan hər biri üç dəqiqə ilə

kifayətlənərdilərsə və əgər onlar bunu bir-birinin ardınca edərdilərsə, onda

onları dinləmək üçün yuxusuz və istirahətsiz bütöv bir il tələb olunardı.

Deyl Karneginin şəxsi, rəngarəng təzadlarla zəngin olan karyerası özündə

insan orijinal ideyaya aludə olanda və entuziazmla alışıb-yananda nələrə nail ola

biləcəyinin heyrətamiz nümunəsini təcəssüm etdirir.

Ən yaxındakı dəmir yolundan on mil məsafə aralıda yerləşən Missuri

fermasında doğulan Deyl on iki yaşına qədər heç vaxt avtomobil görməmişdi.

Lakin bu gün – 46 yaşında o, Honkonqdan tutmuş Hamerferstə qədər planetin ən

ucqar künc-bucaqları ilə qısaca da olsa tanışdır. Bir dəfə isə o, elə yerlərə baş

çəkmişdi ki, ora Şimal qütbünə admiral Bardın Kiçik Amerikadakı mənzil-

qərargahı ilə Cənub qütbü arasındakı məsafədən yaxın idi.

Bir vaxtlar pulla çiyələk yığmağa və turp bostanını saatda beş sentə alaq

etməyə gedən bu missuriyalı oğlan indi iri korporasiyaların inzibati işçilərinə öz

downloaded from KitabYurdu.org



fikirlərini aydın ifadə etmək sənətini öyrətdiyinə görə hər dəqiqəsi üçün bir

dollar alır.

Bu, ev heyvanlarını örüşə aparıb-gətirən, buzovları damğalayan, Cənubi

Dakotanın çöllərində atın belində çəpərlərin, yarğanların üstündən tullanan

keçmiş kovboy sonradan Londona gedərək burada kral həzrətləri Uels

şahzadəsinin himayəsi altında öz işinin metod və nəticələrini nümayiş etdirirdi.

İctimaiyyət qarşısında ilk çıxışlarında tam iflasa uğrayan cavan oğlan

sonralar mənim şəxsi menecerim oldu. Mən öz uğurlarıma görə ən çox Deyl

Karneginin rəhbərliyi altında aldığım hazırlığa borcluyam.

Gənc Karnegi öz təhsili uğrunda mübarizə aparmalı olurdu, çünki çətin başa

gələn bəxtəvərlik, torpaq zəhmətkeşinə nəsib olan bəxtəvərlik Missurinin şimal-

qərb küncündə yerləşən köhnə fermadan aramsız olaraq qaçırdı. Çay ilbəil

məcrasından çıxaraq tarlaları basır və çəmənliklərdən saman tayalarını yuyub-

aparırdı. Piyli donuzlar mövsümbəmövsüm xəstəliklərdən tələf olurdu;

iribuynuzlu heyvanın və qatırın qiyməti düşür, bank krediti bağlayacağı ilə

hədələyirdi.

Karneginin uğursuzluğundan başını itirən ailəsi öz fermasını satdı və Missuri

ştatının Uorenburqdakı Pedaqoji kollecinin yaxınlığında yerləşən fermanı aldı.

Şəhərdə günü bir dollara pansionla birlikdə ev kirayə etmək olardı, lakin gənc

Karnegi özünə belə bir dəbdəbəni rəva görə bilməzdi. O, fermada qaldı və kollecə

qədər olan üç mil yolu hər gün at belində gedirdi. Evdə o, inəkləri sağır və

kerosin lampasının işığında öz latın fellərini gözləri qapanana, başı isə kitabın

üstünə düşənə qədər əzbərləyirdi.

Onda o, gecəyarı öz çarpayısına gəlir, zəngli saatı gecə saat üçə qurur və ölü

kimi yuxuya gedirdi. Atası adi drokcer cinsli donuz saxlayırdı və şaxtalı gecələrdə

çoşqalar isti yerə gətirilməsəydi, donub ölərdilər. Buna görə də gecələr onları

səbətlərə yığır, üstlərini cutdan kisə ilə örtür və mətbəxdə sobanın arxasına

qoyurdular. Öz təbiətlərinə sadiq olan çoşqalar səhər saat üçdə isti səhər

yeməyini tələb edirdi. Saatın zəngi vuranda Deyl öz adyalının altından sürünüb

çıxır, çoşqalar olan səbəti götürür və onları analarının yanına, tövləyə aparırdı.

Orada o, ana donuz çoşqaları yedirib qurtarana qədər gözləyir, sonra isə təzədən

mətbəxdəki sobanın dalına gətirib qoyurdu.

Kollecdə 630 tələbə təhsil alırdı və onlardan yalnız altı nəfəri, Deyl Karnegi

də daxil olmaqla, şəhərdə özlərinə otaq kirayələmək imkanına malik deyildi.

Karnegi onu hər gün fermaya qayıtmağa və inəkləri sağmağa məcbur edən

yoxsulluğundan utanırdı. O, əynindəki dar gödəkcəsinə, qısa şalvarına görə

utanırdı. Özündə sürətlə inkişaf edən natamamlıq kompleksini adlamağa çalışan

Deyl ən qısa müddətdə məşhurlaşmaq və tanınmaq üçün nədə isə fərqlənmək

imkanı arayırdı. O, ətrafına göz gəzdirərək görürdü ki, kollecdə nüfuzlu və diqqət

mərkəzində olan tələbələr əsas etibarilə iki kateqoriyaya bölünürlər; birinə

idmançılar: futbolçular, basketbolçular, digərinə – xüsusi olaraq təşkil olunan

ictimai diskussiyalarda aparılan mübahisələrdə qalib gələn oğlanlar daxil idi.

Özünün atletik imkanlara malik olmadığını başa düşərək Karnegi natiqlik

sahəsində qələbələrə nail olmağı qərara aldı. O, at dördayaq kollecə tərəf

çapanda yəhərin üstündə oturaraq praktika edir, öz nitqlərini inəkləri sağanda

hazırlayır, sonra isə anbarda saman tayasının başına dırmaşaraq, yaponların

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə