Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə8/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   4   5   6   7   8   9   10   11   ...   208

sözləri onun dilinə yad idi. Bu kitabda haqqında söhbət gedən prinsipləri

öyrənəndən sonra həmin sahibkar öz həyat fəlsəfəsini kəskin dəyişdi. Onun

müəssisəsinə indi yeni ruh hopmuşdur: loyallıq, entuziazm və işdə qarşılıqlı

anlaşma ruhu. Üç yüz on dörd nəfər düşmən çevrilib 314 nəfər dost oldu. Öz

uğuru ilə fəxr edən bu adam sinifdə danışırdı: “Əvvəllər mən müəssisədən

keçəndə heç kim məni salamlamırdı. İşçilərim yaxınlaşdığımı görən kimi üzlərini

tələsik başqa tərəfə çevirirdilər. İndi isə onların hamısı mənim dostlarımdır və

hətta keşikçi də məni adımla çağırır”.

Bu sahibkar indi daha çox qazanca və boş vaxta malikdir. Ən vacib olanı

budur ki, indi o həm öz işində, həm də öz evində qat-qat xoşbəxtliyə malikdir.

Saysız-hesabsız tacir bu prinsiplərin istifadə olunması sayəsində öz

mallarının satışını kəskin artırdı. Onların bir çoxu bankda yeni hesablar aça bildi

ki, buna keçmişdə əbəs yerə can atırdılar. İnzibati işçilərə bu praktika həm

nüfuzunun, həm də əməkhaqqısının artmasını gətirib çıxartdı. Bizim kursların

dinləyicisi olan inzibati işçilərdən biri axırıncı təhsil mövsümündə danışırdı ki,

onun məvacibi ildə 5000 dollara qədər yüksəldi və bu, əhəmiyyətli dərəcədə

onun kurslarda mənimsədiyi prinsipləri tətbiq etməyə başlaması sayəsində baş

vermişdir. Filadelfiya Qas Uorsk Kompani şirkətində xidmət edən başqa bir

inzibati işçinin xasiyyətinin çox pis olması və insanlara uğurla rəhbərlik etmək

bacarığının olmaması səbəbindən vəzifəsinin aşağı salınacağı artıq müəyyən

olunmuşdu. Bizim kurslarda təhsil alması onu təkcə vəzifəsinin aşağı

salınmasından xilas etmədi, əksinə, 65 yaş həddinə çatdığı bir vaxtda xidmətdə

irəliləməsinə və məvacibinin artırılmasına gətirdi. Dinləyicilərimizin kursların

başa çatması ilə bağlı verilən banketlərdə iştirak edən həyat yoldaşları mənə

danışırdılar ki, onların ərləri bizim məsləhət gördüyümüz treninqləri tətbiq

etməyə başlayandan sonra onların birgə həyatı qat-qat bəxtəvər olub. Adamlar

qazandıqları nəticələrin necə sürətlə baş verdiyinə və onların nə qədər

əhəmiyyətli olduğuna çox vaxt heyran qalırdılar. Bütün bunlar bir sehr kimi

görünürdü. Bəzi hallarda onlar əldə etdikləri heyrətamiz nailiyyətlər barədə

xəbər vermək üçün mənə evə zəng edirdilər, çünki növbəti kurs məşğələləri baş-

lanana qədər qalan 48 saatı gözləmək iqtidarında olmadıqlarını bildirmək

istəyirdilər.

Bir dəfə bizim dinləyicilərimizdən biri mühazirələri dinləyəndən sonra elə

vəcdə gəldi ki, öz sinfinin digər dinləyiciləri ilə diskussiyaya girişdi və bu,

gecəyarısına qədər çəkdi. Səhər saat üçdə hamı evinə dağılışdı. O isə öz

səhvlərini dərk etməkdən sarsılmışdı, qarşısında yeni və qat-qat zəngin insan

münasibətləri dünyasının açılması perspektivindən o qədər ilhamlanmışdı ki,

sadəcə olaraq, yuxusu ərşə çəkilmişdi. Bütün gecəni və növbəti gün düz gecəyə

qədər onun gözünə yuxu getməmişdi.

Onun işinin adı nə idi? Sadəlövh, ona vəhy gələn hansısa bir ideya ilə bağlı

fövqəladə dərəcədə təsirlənməyə hazır olan kəmsavad individuum idimi? Xeyr.

Heç uzaqdan-uzağa da belə deyil. Bu, bərkdən-boşdan çıxmış, incəsənət

əsərlərinin çox təcrübəli taciri, öz şəhərində böyük nüfuza malik olan, üç dildə

sərbəst danışan və xaricdə iki universitet bitirmiş bir adam idi.

Bu kitab yazılan dövrdə mən əcdadları bir neçə nəsil ərzində Qogentsollerlər

sülaləsinə peşəkar hərbiçi qismində qulluq etmiş bir almandan məktub aldım.

downloaded from KitabYurdu.org



Onun transatlantik laynerin bortunda yazılmış məktubu bizim prinsiplərimizin

praktikada tətbiq olunmasından bəhs edir və bununla bağlı müəllif öz

heyranlığının ifadə olunmasında, demək olar ki, dini qəribəliklərə qədər

pərvazlanır.

Nyu-Yorkun digər köklü sakini – Harvardı bitirmiş, adı Sosial Registrdə

əhəmiyyətli yer tutan, var-dövlətli, iri xalça fabrikinin mülkiyyətçisi olan bir

nəfər bildirirdi ki, o, bizim on dörd həftə ərzində davam edən hazırlıq

metodumuz sayəsində insanlara təsir etmək sənətini kollecdə təhsil aldığı dörd

ildə olduğundan daha yaxşı mənimsəmişdir. Absurddur? Fantastikdir?

Gülüncdür? Siz bu bəyanatı özünüzə xoş olan istənilən epitetlə, aydın məsələdir

ki, təchiz edə bilərsiniz. Mən vur-tut öz tərəfimdən heç bir şərhsiz-filansız sizin

diqqətinizə Harvardın mühafizəkar və işləri uğurlu gedən məzununun

ictimaiyyətə – 1933-cü il fevralın 23-ü, həftənin dördüncü günü axşam Nyu-

Yorkun “Yaxt-Klub”unda toplaşan təxminən 600 nəfərə – ünvanlandırdığı

bəyanatını çatdırıram:

Harvard Universitetinin məşhur professoru Uilyam Ceymsin “necə olmalıyıq”

təlimiylə biz vur-tut yarıyadək oyanmışıq. Biz özümüzün fiziki və əqli

resurslarımızın yalnız cüzi hissəsindən istifadə edirik. Başqa sözlə, insan

individuumu indiyə qədər də özünün minimal imkanları hüdudundan çıxmadan

yaşayır. O, müxtəlif, adətən, necə istifadə edəcəyini bilmədiyi qabiliyyətlərə

malikdir”.

Sizin “adətən, tətbiq edə bilmədiyiniz” qabiliyyətlər?! Bu kitabın yeganə

təyinatı – həmin mürgüləyən və fayda gətirməyən aktivlərinizi inkişaf

etdirməyin, onlardan xeyirlə istifadə etməyin yolunu açmaqda sizə kömək

etməkdir.

Savad Prinston Universitetinin keçmiş rektoru Con C.Hibbenin fikrincə, bu,

“həyati situasiyaları qarşılamaq bacarığıdır”.

Bu kitabın birinci üç fəslini oxuduqdan sonra əgər siz yeni həyati situa-

siyalarla qarşılaşmağa daha yaxşı hazırlıqlı olduğunuzu hiss etməsəniz, onda

mən bu işi onun sizə dəxli olduğu üçün tam uğursuzluq kimi

qiymətləndirəcəyəm.

Çünki “savadın ən möhtəşəm məqsədi bilik yox, əməldir” – Herbert Spenser

demişdi.

Və bu kitab əməl kitabıdır.

Giriş çox uzandı. Nəhayət, məsələnin məğzinə keçək.

Dərhal, lütfən, birinci fəsli açın.

Deyl Karnegi, 1936

Deyl Karnegi adına Natiqlik Sənəti və

İnsan Münasibətləri İnstitutunun rektoru

downloaded from KitabYurdu.org




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə