Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi


Bu kitabdan fayda götürməyin doqquz məsləhəti



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə9/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   5   6   7   8   9   10   11   12   ...   208

Bu kitabdan fayda götürməyin doqquz məsləhəti

1. Əgər siz bu kitabdan böyük fayda götürmək istəyirsinizsə, istənilən qayda və

fənddən daha vacib olan bir mütləq və ən əhəmiyyətli şərti nəzərə alın. Bu əsas

şərti yerinə yetirmədən öyrənməklə bağlı min qayda da sizə az fayda

gətirəcəkdir. Lakin əgər siz bu əsas töhfəni “qəbul etmiş” olarsınızsa, onda bu

kitabdan ən böyük faydanı necə götürməklə bağlı hər hansı məsləhəti heç

oxumadan da möcüzəli nəticələrə nail olacaqsınız.

Bəs bu başlıca şərt nədir axı? Budur o: dərin, əməli öyrənmək istəyi,

insanlarla münasibət qurmaq qabiliyyətini artırmağa möhkəm qətiyyət.

Siz özünüzdə belə bir niyyəti necə inkişaf etdirə bilərsiniz? Bu prinsiplərin

sizin üçün nə qədər vacib olduğunu özünüzə daima xatırladın. Öz

təxəyyülünüzdə canlandırın ki, onları mənimsəmək sizə cəmiyyətdə yüksək

mövqeyə və maliyyə uğurlarına doğru sürətlə irəliləməkdə kömək edəcəkdir.

Yenə və yenə özünüzdə təkrar edin: “Mənim populyar olmağım, mənim uğurum

və mənim qazancım mənim insanlarla münasibət qurmaq istedadımdan

əhəmiyyətli dərəcədə asılıdır”.

2. Hər bir fəsli tez oxuyun ki, ondan ilk təsəvvürlərinizi elə bil quş uçan

yüksəklikdən alırsınız. Bu vaxt siz, çox güman ki, sürəti azaltmadan növbəti fəslə

girişmək tamahını hiss edəcəksiniz. Bunu etməyin. Əgər siz bu kitabı əyləncə

xətrinə oxumursunuzsa. Lakin əgər siz bu kitabı insanlarla münasibət qurmaq

məharətinizi artırmaq üçün oxuyursunuzsa, onda qayıdın və həmin fəsli bir dəfə

də diqqətlə oxuyun. Əvvəl-axır bu, sizin vaxtınıza qənaət edəcək və sizə

arzuladığınız nəticələri gətirəcəkdir.

3. Oxuyanda nə haqda oxuduğunuz üzərində fikirləşmək üçün tez-tez

dayanın. Təklif olunan məsləhətləri konkret olaraq harada və nə vaxt tətbiq edə

biləcəyiniz barədə özünüzə sual verin. Bu sayaq mütaliə sizin üçün səhifələri

təqibdən yaxa qurtaran dovşan kimi qaçaraq keçməkdən xeyli faydalı olacaqdır.

4. Əlinizdə qırmızı karandaş, adi karandaş və ya avtoqələm tutaraq oxuyun

və sizə, rəyinizə görə, fayda gətirə biləcək fikirlə qarşılaşanda onun böyründə

qeyd edin. Əgər bu, “dörd ulduzlu”

4

fikirdirsə, hər ifadənin altından xətt çəkin və



yaxud onu dörd ulduzla işarələyin.

Qeyd etmək, altından xətt çəkməklə siz kitabı daha maraqlı və sürətlə təkrar

nəzərdən keçirmək imkanı əldə etmiş olarsınız.

5. Bir nəfər tanıyıram ki, on beş il ərzində iri sığorta şirkətində müdir

vəzifəsində qulluq edirdi. O, öz kompaniyasının bağladığı sığorta müqavilələrinin

hamısını hər ay oxuyurdu. Bəli, o, eyni kontraktları aybaay, ilbəil mütəmadi

surətdə oxuyurdu. Niyə? Ona görə ki həyat təcrübəsi ona bu kontraktların

şərtlərini öz yaddaşında yalnız bu yolla saxlaya biləcəyini öyrətmişdi.

Mən ictimaiyyət qarşısında nitq söyləmək sənəti haqqında kitabın

yazılmasına iki il vaxt sərf etdim və gördüm ki, öz yazdığım kitabda nələr haqda

danışdığımı xatırlamaq üçün vaxtaşırı geri qayıtmalıyam. Bizim necə bir sürətlə

unutqanlığa doğru meyilli olmağımız, sadəcə, heyrətləndiricidir.

Beləliklə, əgər siz bu kitabdan əsl, uzunmüddətli fayda almaq istəyirsinizsə,

onda bir dəfə cidd-cəhdlə qaymağı yığmağınızın bunun üçün kifayət edəcəyini

downloaded from KitabYurdu.org



zənn etməyin. Siz kitabı bir dəfə diqqətlə oxuyandan sonra onu yenidən

nəzərdən keçirmək üçün sizə hər ay bir neçə saat vaxt ayırmaq lazım gələcəkdir.

Qoy o, sizin stolüstü kitabınız olsun. Onu tez-tez səhifələyin. Bunu daima yadda

saxlayın ki, kamilləşmək üçün çox zəngin imkanlar sizin yanınızdadır. Yadda

saxlayın ki, bu prinsiplərin tətbiq olunması vərdişə, qeyri-şüuri əmələ yalnız

nəzəriyyə və praktikanın daimi və enerjili vəhdəti şərtilə çevrilə bilər. Başqa yol

yoxdur.

6. Bernard Şou demişdir: “Əgər siz adamı nəyəsə öyrədirsinizsə, o, bunu heç



vaxt öyrənməyəcəkdir”. Şou haqlı idi. Öyrənmək – fəal prosesdir. Biz əməli işdə

öyrənirik. Əgər siz bu kitabda haqqında danışılan prinsiplərə yiyələnmək

istəyirsinizsə, onları rəhbər tutaraq nə isə edin. Hər bir əlverişli halda bu

qaydaları tətbiq edin. Əgər siz bunları etməyəcəksinizsə, onda onları tezliklə

unudacaqsınız. Yalnız bizim şüurumuzda özünə möhkəm yer etmiş olan biliklər

istifadə olunur.

Ola bilsin ki, siz bu məsləhətlərin hər bir halda tətbiq edilməsinin çətin

olduğu ilə üzləşəcəksiniz. Bunu bilirəm, çünki bu kitabın yazılması prosesində

dəfələrlə əmin olmuşam ki, məsləhət gördüklərimin hamısını tətbiq etmək

çətindir. Məsələn, hirsli olduğunuz məqamda tənqid eləmək başqa adamın

nöqteyi-nəzərini başa düşməyə çalışmaqdan xeyli asandır. Və səhv tapmaq tərifə

layiq olan işi axtarmaqdan dəfələrlə asandır. Öz istədikləriniz haqqında

danışmaq başqalarının istəkləri barədə danışmaqdan qat-qat təbiidir. İndi ki bu

kitabı oxuyursunuz, yadda saxlayın, siz, sadəcə olaraq, informasiya almağa deyil,

həm də xarakterinizin yeni cizgilərinin formalaşmasına çalışırsınız. Bəs necə,

əlbəttə, siz yeni üsulla yaşamağa cəhd edirsiniz. Bu, vaxt, inadkarlıq və gündəlik

əmək tələb edəcəkdir.

Beləliklə, məsləhət üçün bu səhifələrə imkan daxilində tez-tez müraciət edin.

Bu kitaba insan münasibətləriylə bağlı işçi məlumat kitabçası kimi baxın. Siz hər

dəfə, məsələn, övladlarınızın tərbiyəsi, həyat yoldaşınızı müxtəlif məsələlərlə

bağlı baxışlarını öz nəzər-mövqeyinizə çəkmək zərurəti və ya əsəbiləşmiş

müştərini qane etmək kimi bir qədər spesifik problemlərlə üzləşməli olursunuz,

impulsiv hərəkət etməkdən ehtiyat edin. Bu, adətən, səhvlərə aparır. Belə

hallarda bu kitabın səhifələrinə müraciət etməyi və qeyd etdiyiniz paraqrafları

yenidən nəzərdən keçirməyi məsləhət görürəm. Yeni üsulları sınayın və onların

sizə necə möcüzəli nəticələr gətirəcəyini müşahidə edin.

7. Öz həyat yoldaşınız, oğlunuz, yaxud əməkdaşlarınızdan kimsə sizin

müəyyən bir prinsipi pozduğunuzu tutmuş olarsa, on sent və ya bir dollar təklif

edin. Bu qaydaların mənimsənilməsini canlı oyuna çevirin.

8. İri bir bankın prezidenti mənim məzunlarımdan biri ilə söhbətdə

özünükamilləşdirmə üçün istifadə etdiyi sistemin necə yüksək effektli olduğunu

danışmışdı. Bu adam məktəbdə az oxumuşdu, ancaq indi Amerikanın görkəmli

maliyyəçisidir və o etiraf edirdi ki, şəxsi uğuru üçün hər şeydən çox özünün

əldəqayırma sistemini tətbiq etməyinə minnətdardır. Baxın, həmin sistem nədən

ibarətdir? Yaddaşım buna nə qədər imkan verirsə, onu həmin bankirin öz sözləri

ilə ifadə edəcəyəm:

“Uzun illər ərzində mən görüşlərimin qeydlərini aparıram ki, burada hər gün

keçirdiyim işgüzar kontaktlar öz əksini tapsın. Həyat yoldaşım şənbə günləri

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə