Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə17/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   13   14   15   16   17   18   19   20   ...   208

başqa adamların dəyərli keyfiyyətləri barədə fikirləşməyə başlayaq. Onda bizə

bu qədər ucuz və yalançı mədhiyyəçiliyə əl atmaq lazım gəlməyəcəkdir.

Emerson demişdi: “Mənim rastlaşdığım hər bir adam hansısa bir sahədə

məndən üstündür. Və mən bunu ondan öyrənməyə hazıram”.

Əgər bu, Emerson üçün ədalətli idisə, bizimlə sizin üçün min dəfə artıq

ədalətli deyilmi? Yalnız özümüzün kamilliyimiz və istəklərimiz barədə

fikirləşməyimiz yetər. Başqa adamın üstünlüklərini aydınlaşdırmağa çalışaq.

Onda mədhiyyəçiliyə ehtiyac olmayacaqdır. Gəlin başqalarının yaxşı cəhətlərini

sidqi-ürəklə, səmimi surətdə etiraf edək. Başqasını təqdir edəndə ürəkdən edin,

tərifə səxavətli olun. Onda adamlar sizin sözlərinizin qədrini biləcək, onları

yadda saxlayacaq və bütün həyatları boyu təkrar edəcəklər; üstündən illər

keçəndən və siz özünüz həmin sözləri unudandan sonra da təkrar edəcəklər.

Üçüncü fəsil

Kimin bu cür davranmağa qabiliyyəti varsa, bütün dünya onunladır, kimin

qabiliyyəti yoxdursa, təklikdə gedir

Hər yay mən Meynə balıq tutmağa gedirəm. Şəxsən mən özüm qaymağın

içində böyürtkəni çox sevirəm, ancaq aşkar etdim ki, balıqlar hansısa müəmmalı

səbəbdən soxulcana üstünlük verir. Buna görə də mən balıq tutanda özümün yox,

balığın nəyi sevdiyi barədə fikirləşirəm və qarmağa qaymağa batırılmış

böyürtkən yox, soxulcan, yaxud cırcırama taxıb deyirəm: “Bax bunun dadını

bilmək istəməzdinizmi?”

İnsanlarla münasibətlərdə də bu məntiqdən nə üçün istifadə etməyəsən?

Kimsə Lloyd-Corcdan müharibə dövrünün liderlərinin hamısının: Vilsonun,

Orlandonun və Klemansonun

12

çoxdan vəzifədən salındıqları və unudulduqları



bir vaxtda hakimiyyətdə belə uzun müddət qalmağa necə müyəssər olduğunu

soruşanda o məhz bu cür də hərəkət etmişdi. Lloyd-Corc cavab verdi ki,

hakimiyyətin zirvəsində onun duruş gətirməsini bunun ayağına yazmaq lazımdır

ki, o, balığın tələbatını ödəmək üçün qarmağa nə taxmaq lazım olduğunu

fikirləşib tapmağı öyrənibdir

13

.



Bizim nə istədiyimizi danışmaq nəyə lazımdır ki? Bu, uşaqlıqdır. Sadəcə

olaraq, sarsaqlıqdır. Bəli, sizin nə istədiyiniz, əlbəttə, sizin üçün maraqlıdır. Siz

buna həmişə maraq göstərirsiniz. Lakin tək siz belə deyilsiniz. Bu mənada bizim

sonuncumuz da eynilə sizin kimidir: bizim hamımız özümüzün nə istədiyimizlə

maraqlanırıq.

Dünyada başqa adama təsir etməyin bircə üsulu vardır: həmin adamla onun

arzularının predmeti olanlar haqqında danışmaq və buna nail olmağın necə

mümkün olduğunu ona göstərmək.

Siz bunu sabah, kimisə nəyisə etməyə məcbur eləmək istəyəndə yadınıza

salın. Məsələn, siz oğlunuzun siqaret çəkməyini istəmirsinizsə, bunu ona

qadağan etməyin. Ona deməyin ki, siz bunu istəmirsiniz. Əvəzində isə siqaretin

onun beysbol komandasına yolunu necə bağlaya biləcəyini və ya yüz yard

məsafəyə qaçış yarışında onu qələbədən necə məhrum edə biləcəyini əyani

şəkildə izah edin.

Bunu yadda saxlamaq faydalıdır və fərqi yoxdur ki, sizin işiniz uşaqlar,

buzovlar və ya şimpanze ilə bağlıdır. Misal üçün, Ralf Emerson və onun oğlu

günlərin birində buzovları tövləyə salmağa çalışırdılar. Lakin onlar yalnız

downloaded from KitabYurdu.org




özlərinin nə istədikləri barədə düşünərək hamı üçün ümumi olan səhvə yol

vermişdilər. Emerson itələyir, oğlu isə dartırdı. Ancaq buzov da məhz elə onların

elədiyini etdi: buzov yalnız özünün nə istədiyi barədə fikirləşirdi. O, öz möhkəm

ayaqları ilə dirənmişdi və otlaqdan ayrılmaqdan qəti surətdə imtina edirdi.

Evin qulluqçusu – mənşəcə irland olan qadın onların çətinə düşən və-

ziyyətini görürdü. O, kitab və esse yazmağı bacarmırdı, lakin konkret bu halda o,

sağlam təfəkkür sahibi olaraq buzovun fikirlərinin gedişini Emersondan yaxşı

başa düşürdü. Qulluqçu bir ana olaraq, buzovun nə istədiyi ilə bağlı fikirləşərək

barmağını onun ağzına salır, bir az sovurmağa imkan verir və sakitcə çəkib

tövləyə salır.

Bizim dünyaya gəldiyimiz ilk gündən elədiyimiz hər bir hərəkət ona görə

edilmişdir ki, biz nə isə istəyirdik. Və bizim Qırmızı Xaça ianə etdiyimiz yüz

dollarla bağlı hadisə də ona görə belə olmuşdu ki, biz ehtiyacı olanlara yardım

göstərmək, təmənnasız, nəcib və gözəl hərəkət etmək istəmişdik.

Əgər bu cür hərəkət etmək arzusu yüz dolları cibinizdə saxlamaq arzu-

sundan daha zəif olsaydı, siz bunu etməzdiniz. Əlbəttə, ola bilər ki, siz bunu

məcburiyyət qarşısında qalanda etmisiniz, çünki siz bundan imtina etməyə

utanmışdınız və ya əmanətçiniz bunu sizdən xahiş etmişdi. Lakin bir şey

şübhəsizdir: siz ona görə ianə etmisiniz ki, siz bunu istəyirdiniz.

Professor Harri A.Overstrit özünün “İnsan davranışının motivasiyası” elmi-

populyar kitabında yazır: “Bizim hərəkətlərimiz, əsasən, arzularımızdan irəli

gəlir... əgər siz kimisə – bu istər iş yerində, məişət həyatında, məktəbdə və ya

siyasətdə olsun – hərəkətə sövq etmək istəyirsinizsə, təklif olunan ən yaxşı

məsləhət budur ki, hər şeydən əvvəl, həmin adamda hansısa bir güclü arzu

oyadın. Kimin bunu etməyə qabiliyyəti varsa, bütün dünya onunladır. Kimin

qabiliyyəti yoxdursa, təklikdə gedir”.

Ehtiyac içində boğulan şotland oğlan uşağı, saatda iki sent müqabilində

işləməyə başlayan və özündən sonra 365 milyon dollar qoyan Endrü Karnegi

insanlara təsir etməyin yalnız bir yolu olduğunu “həyat məktəbində” hələ erkən

yaşlarında dərk eləmişdi. Bu, adamlarla söhbətdə özünü onların arzuları

dairəsiylə məhdudlaşdırmaqdır. O, məktəbdə vur-tut dörd sinif bitirmişdi, amma

insanlara rəhbərlik etməyi öyrənmişdi.

İllüstrasiya üçün: onun baldızı öz iki oğlu üçün bərk darıxırdı. Onlar bağlı

kollecdə (Yel Universitetində) təhsil alırdılar və başları öz işlərinə elə qarışmışdı

ki, evə çox həvəssiz məktub yazır və analarının yalvarış dolu məktublarına

başdansovdu cavab verirdilər.

Karnegi yüz dollar təklif edərək şərt kəsir ki, o, bu haqda xahiş belə elə-

mədən geri qayıdan məktubla onlardan cavab alacaqdır. Onun şərtini qəbul

edənlər olur. Beləliklə, o, öz qardaşı oğlanlarına qısa məktub yazır və

postskriptumda sözgəlişi bildirir ki, məktubla birlikdə zərfə hər biri üçün beş

dollarlıq əsginaz qoyur.

Özü isə ancaq zərfə pul qoymağı heç ağlına da gətirmir. Cavablar geri qa-

yıdan poçtla gəldi. Məktublarda “əziz Endrü dayıya” diqqətə və ürəkaçıqlığına

görə minnətdarlıq bildirilir və...

Sabah siz kimisə nəsə etməyə inandırmaq istəyəndə, söhbətə başlamazdan

əvvəl susun və fikirləşin: ona bunu eləməyə nə yolla məcbur etmək olar?

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə