Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə16/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   12   13   14   15   16   17   18   19   ...   208

Adamları səmimi surətdə və yüksək qiymətləndirmək Rokfellerin rəhbər

kimi uğurunun sirlərindən biri idi. Məsələn, onun tərəf-müqabillərindən biri

Edvard T.Bedford Cənubi Amerikada daşınmaz əmlak almaqla bağlı uğursuz

sövdada sadəlövhlük edəndə və firmaya iki milyon dollar məbləğində ziyan

vuranda D.Rokfellerin onu tənqid etməyə tam haqqı var idi; lakin o bilirdi ki,

Bedford əlindən gələn hər şeyi etmişdi və insidentin davamı olmadı. Ancaq

Rokfellerin əlinə Bedfordu onun investisiya edilmiş pullarının altmış faizini xilas

etdiyinə görə tərifləmək üçün imkan düşəndə o, partnyorunu səmimi surətdə

təbrik etdi. “Bu, möhtəşəmdir, – demişdi Rokfeller, – biz hələ heç vaxt yaxamızı

belə asan qurtara bilməmişdik”.

Ziqfeld – Brodveyin publikasını öz tamaşalarının parıltısı ilə nə vaxtsa

heyran qoymuş ən uğurlu antreprener öz reputasiyasını amerikalı qızı məlahət

çələngi ilə əhatə etmək kimi incə bacarığı sayəsində əldə etmişdi. O, bir neçə dəfə

olmuşdu ki, solğun, heç kimin ikinci dəfə baxmaq üçün özünə əziyyət belə

verməyəcəyi, balaca varlığı seçir və səhnədə onu ovsunlayıcı, sirlərlə və təhriklə

dolu varlığa çevirirdi. O, etirafın və özünəinamın qüvvəsini bilərək həmin

qadınlara münasibətdə tək bircə öz ədəb-ərkanı və diqqətli olması ilə onları öz

gözəlliklərini hiss eləməyə məcbur edirdi. O, praktik adam idi: xorda iştirak

edənlərin əməkhaqqısını həftədə otuz dollardan yüz yetmiş beş dollaradək

qaldırmışdı. O eyni zamanda da cəngavərlik xüsusiyyətlərinə malik idi. Felidə

birinci çıxışı ərəfəsində o, truppanın ulduzlarına teleqram göndərdi və şouda

iştirak edən hər bir xor ifaçısını Amerikadan göndərilmiş qızılgülləriylə, hərfi

mənada, basdırdı.

Bir dəfə mən pəhrizin xeyri ilə bağlı dəbdə olan nəzəriyyənin təsiri altına

düşərək altı gün ərzində qida qəbul etməkdən özümü saxlayırdım. Bu, çətin

deyildi. Altıncı günün sonu üçün mən aclığı ikinci günün sonu ilə müqayisədə

nisbətən az hiss edirdim. Lakin həm mən, həm də siz belə adamları tanıyırsınız

ki, onlar ailəsinin üzvlərini və yaxud öz işçilərini altı gün ərzində ac saxlamış

olsaydılar, özlərini cinayətkar hesab edərdilər. Eyni zamanda da həmin adamlar

onları altı gün, həftə və hətta il ərzində səmimi diqqətdən və qəlbən etiraf

etməkdən məhrum edirlər, halbuki onlar buna, demək olar, qidaya olan qədər

güclü ehtiyac duyurlar.

Alfred Lant “Vienadan olan Riyunon”da birinci rolu oynadığı dövrlərdə bir

dəfə demişdi: “Özünəhörmət hissi üçün qidaya möhtac olduğum qədər heç nəyə

möhtac deyiləm”.

Biz öz uşaqlarımıza, dostlarımıza və işçilərimizə yemək veririk, lakin onların

özünəhörmət hisslərinə nadir hallarda qida veririk. Biz onları enerji istehsalı

üçün rostbiflərlə və kartofla təmin edirik, lakin öz diqqətsizliyimiz üzündən biz

onların yüksək insani dəyər kəsb etdikləriylə bağlı xoş, onların yaddaşında uzun

illər səhər ulduzlarının musiqisi kimi səslənəcək sözü verməyi unuduruq.

Oxucuların bəzisi bu sətirləri oxuyarkən, ola bilsin ki, ədalətli olaraq qeyd

etsinlər: “Köhnə mahnıdır! Yaltaqlanmaq! Yağlamaq! Mədhiyyəçilik! Bu hoqqalar

bizə çoxdan məlumdur. Ağıllı adamlarla iş görəndə bunlar təsir göstərmir”.

Riyakarlıq diqqətli insanlara, əlbəttə, nadir hallarda təsir göstərir. Bu,

yüngüllükdür, saxta və qeyri-səmimidir. Bunu etmək lazım deyil və bu, adətən

edilir. Doğrudur, bəziləri etiraf olunmalarına o qədər həris və yanğılıdırlar ki,

downloaded from KitabYurdu.org



onlar acından ölən və otu, soxulcanı yeməyə hazır olan adam kimi aza da qane

olurlar.


Niyə, məsələn, İdivaninin çoxarvadlıları nikah bazarında belə böyük tələbata

malik idilər? Niyə bu, necə deyərlər, “şahzadələr” ekranın çox məşhur ulduzu

olan iki gözəlçəni, bütün dünyada tanınmış bir primadonnanı və milyonları olan

Barbara Qattonu öz torlarına sala bilmişdilər? Niyə? Onlar buna necə nail

olmuşdular?

“İdivani qardaşlarının qadınlar üçün qarşısıalınmaz məftunediciliyi,

– Adelina Rocers Sent-Coys deyirdi “Liberti” jurnalı üçün yazdığı məqaləsində, –

əsrin ən sirli müəmmalarından biri idi”.

Dünyanın birinci xanımı, kişilərin bilicisi və ən görkəmli aktrisa Pola Neqri

bunu bir dəfə mənə izah etmişdi. O demişdi: “Onlar mədhiyyəçilik sənətinə rast

gəldiyim kişilərdən heç biri kimi yüksək dərəcədə yiyələnməmişdilər. Bizim

realistik və skeptik dövrümüzdə isə bu sənət, demək olar ki, itirilmişdir. Sizi

inandırıram ki, İdivanilərin məftunediciliyinin sirri məhz bunda gizlənir. Mən

bunu bilirəm”.

Hətta kraliça Viktoriya da mədhiyyəyə həssas idi.

Dizraeli etiraf edirdi ki, kraliça ilə ünsiyyətdə o “zilə qalxırdı”. Onun öz

sözlərinə görə, o, “kraliçanı kobud mədhiyyə ilə bolluca tərifləyirdi”. Lakin

Dizraeli nəhəng Britaniya imperiyasını nə vaxtsa idarə etmiş ən incə, fəndgir və

fərasətli adam idi. Öz sferasında o, dahi idi. Onun üçün xoşagəlməz, lakin zəruri

olan iş bizimlə sizin üçün əsla zəruri deyildir. Uzun müddət istifadə olunarsa,

mədhiyyəçilik sizə faydadan çox ziyan gətirmiş olacaq. Mədhiyyə – bu, saxtadır

və əgər siz ondan qəlp pullar kimi çox hallarda istifadə etsəniz, o, sizi nə vaxtsa

mütləq bəlaya salacaqdır.

Yüksək qiymətlə mədhiyyə arasında fərq axı nədədir? Bu, qətiyyən

mürəkkəb deyil. Birinci səmimidir, ikinci yox. Birinci ürəkdən gəlir, ikinci

dilucudur. Birinci həqiqidir, ikinci qəlpdir. Birinci ümumun heyranlığını doğurur,

ikinci ümumun nifrətini.

Bu yaxınlarda mənə Mexiko-Sitidə Çapultepek sarayında general Obreqonun

büstünü görmək nəsib oldu. Büstün altında generalın dünyagörüşünü

səciyyələndirən müdrik sözlər həkk olunmuşdur: “Sizə hücum edən

düşmənlərdən qorxmayın, sizə mədhiyyə deyən dostlardan qorxun”.

Yox! Yox! Və yenə də yox! Mən heç də mədhiyyəçilik etməyi öyrətmirəm.

Mən bundan uzağam. Mən sizə yeni həyat tərzi barədə danışıram və bunu təkrar

eləmək istəyirəm.

Bukengem sarayında Kral V Henrixin kabinetinin divarlarını altı müdriklik

bəzəyirdi. Onlardan birində deyilirdi: “Mənə ucuz tərifləri səpələməməyi və

qəbul etməməyi öyrət”. Mədhiyyəçiliyin mahiyyəti bundadır – ucuz tərif. Bir dəfə

mən mədhiyyəçiliyin tərifini oxumuşdum ki, onu burada qələmə almağa dəyər:

“Mədhiyyəçilik – bu, başqasına onun özü haqqında düşündüyünü deməkdir”.

“Siz hansı dildə danışmış olsanız da, – demişdi Ralf Uold Emerson, – heç vaxt

özünüzün kim olduğunuzdan başqa heç nə deyə bilməyəcəksiniz”.

Hansısa konkret problemlərlə bağlı fikirlər istisna olmaqla, düşüncələrə

dalmaqla məşğul olduğumuz vaxtın 95%-ni biz, adətən, özümüzə həsr edirik.

Beləliklə, müəyyən vaxt ərzində biz özümüz haqqında düşünməyə fasilə verək və

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə