Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə19/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   15   16   17   18   19   20   21   22   ...   208

Yuxarıda deyilənlərlə əlaqədar olaraq, bizim reklam materiallarımızı yalnız

bazar günü verilişlərində deyil, həm də dinləyicilər üçün əlverişli olan digər

vaxtlarda da istifadə etməklə, kompaniyamızı sizin ən çox üstünlük verdiyiniz

informasiya verilişləri siyahısına daxil etmək təklifinizin verilməsini xahiş edirik.

(Ən çox üstünlük verilənlərin siyahısı. Həyasızlığa bir bax! Əvvəl siz öz

kompaniyanız haqqında tərifli hekayələrlə mənim cılızlığımı qeyd edirsiniz,

ardınca isə heç bununla bağlı “lütfən” də demədən sizi ən çox üstünlük

verdiyimiz müştərilər siyahısına daxil etməyi xahiş edirsiniz).

Məktubu aldığınız və gəldiyiniz qərar barədə bizi xəbərdar edən cavabınızın

vaxt itirmədən göndərilməsi qarşılıqlı surətdə faydalı olardı. (Sarsaq! Siz mənə

min nüsxədə surəti çıxarılmış – payız xəzəli kimi küləyin hər yana səpələdiyi

məktubunuzu göndərirsiniz və həyasızlığınız da çatır ki, girov qoyulmuş evim,

qızılgüllər və qan təzyiqim başımdan çıxmadığı halda, sizin cındır kağızınızı

aldığımı təsdiq etmək üçün oturum və şəxsi məktub diktə edim, özü də bunu

“vaxt itirmədən” etməliyəm? Siz bu “vaxt itirmədən” ifadəsiylə nə demək

istəyirsiniz? Yoxsa siz bilmirsiniz ki, sizin kimi, mənim də işlərim başımdan aşır

və bilmirsiniz ki, mən, nəhayət, cavab verməzdən əvvəl fikirləşməyi sevirəm. İndi

ki bu mövzuda söhbət açılıb, mənə nə etməli olduğum barədə ağa kimi göstəriş

vermək hüququnu sizə kim verib? Siz deyirsiniz ki, “qarşılıqlı surətdə faydalı”

olacaq. Nəhayət ki, siz mənim faydam barədə də yada salmağa lütf etdiniz. Lakin

bu faydanın nədən ibarət olacağı ilə bağlı siz bir kəlmə də deməmisiniz).

Səmimi-qəlbdən sizin Con Blenk, radio şöbəsinin müdiri.

P.S. Blenkvildə çıxan qəzetdən surəti çıxarılmış informasiya, ola bilsin ki,

sizin üçün maraq kəsb edər və siz, ola bilsin ki, onu öz radiostansiyanızın

verilişlərinə daxil etmək istəyərsiniz”. (Yalnız lap axırda, postskriptumda siz heç

olmasa problemlərimdən birinin həllində mənə kömək edə biləcək nəyi isə

xatırladırsınız. Niyə də siz məhz elə bundan başlamayaydınız? İndi artıq bunun

heç nəyə xeyri yoxdur. Belə bir sərsəmləməni düzüb-qoşmaq qabiliyyəti olan

reklam işçisinin uzunsov beynində hər şey, yəqin ki, qaydasında deyil. “Bizə sizin

qərarınızı bildirəcək” məktub qətiyyən gərək deyil. Sizə lazım olan nə varsa da –

bu, sizin soyuqlamış mədəaltı vəziniz üçün bir damcı yoddur.)

Beləliklə, əgər öz həyatını reklam işinə həsr etmiş və insanları nəyisə almağa

inandırmaq sənətində tanınmış mütəxəssis olan bir adam bu cür məktub yaza

bilərdisə, onda qəssabdan, çörəkbişirəndən, yaxud divar mismarları

hazırlayandan nə gözləmək olar?

Budur, başqa, dəmiryol qovşağının fraxt kontorunun müdiri tərəfindən bizim

kursların dinləyicisi olan cənab Edvard Bermillenə göndərilmiş məktub. Məktub

göndərildiyi adama necə təsir göstərmişdi?

Onu oxuyun, sonra bu haqda sizə danışaram.

“A.Zereqas Sons İnkorporeyted”

23 Frant Strit,Bruklin, Nyu-York

Cənab Edvard Bermillenin diqqətinə!

Bizim yükvurma-yükboşaltma stansiyamız yüklərin əksər hissəsinin günün

ikinci yarısında çatdırılmasıyla bağlı öz işində çətinlik çəkir. Bu, tıxacların

yaranmasını, əlavə iş saatları zərurətini, avtonəqliyyatın boş-boşuna

dayanmasını və bəzi hallarda yüklərin ləngiməsini şərtləndirir. Noyabrın 16-da

downloaded from KitabYurdu.org



biz sizin kompaniyanızdan yük həyətinə saat 16:20 dəqiqədə çatdırılan 510

yerlik yük almışıq.

Biz yüklərin gec göndərilməsinə görə meydana çıxan çətinliklərin aradan

qaldırılması üçün sizdən köməklik xahiş edirik. Biz sizdən xahiş edə bilərikmi ki,

yüklərin vaxtlı-vaxtında yüklənməsi təyin olunan vaxtda göndərilməsi, ya da

yükün bir hissəsinin günün birinci yarısında göndərilməsi üçün səy göstərəsiniz?

İş bu şəkildə qurularsa, sizin üçün üstünlükləriniz o olacaq ki, maşınlarınız

daha sürətlə boşaldılacaq, yüklərinizin sizdən alınan gün göndərilməsinə

zəmanət veriləcəkdir .

Sizə sadiq olan C.B., müdir...”

Minlərlə yorğun, başını itirmiş və məvacibi aşağı olan kommivoyajer bu gün

küçələrdə ayaq döyür. Niyə? Ona görə ki onlar həmişə özlərinin nə istədikləri

barədə düşünürlər və başa düşmürlər ki, nə siz, nə də mən heç nə almaq

istəmirik, əgər bizdə belə bir istək meydana çıxsaydı, onların köməyi olmadan da

alardıq. Biz daim öz problemlərimizin həll olunması ilə məşğuluq. Və əgər

kommivoyajer öz xidmətlərinin və ya mallarının problemlərimizi həll etməyə

necə kömək edə biləcəyini bizə göstərə bilsə, onda onun bizi inandırmağa

ehtiyacı olmayacaqdır. Biz alacağıq. Alıcıya bunu dərk eləmək xoşdur ki, o, nəyisə

reklamın təsiri altında yox, öz mülahizələrini rəhbər tutaraq almışdır.

O da həqiqətdir ki, ticarətlə məşğul olan adamların hamısı şeylərə alıcının

baxış bucağı altında baxmağı bacarmayaraq, bir qayda olaraq, uduzur. Məsələn,

mən Forest-Hilldə, nəhəng Nyu-Yorkun mərkəzindəki şəxsi evlərin kiçik bir

oazisində yaşayıram. Bir dəfə tələsik metro stansiyasına gedəndə tanış, Lonq-

Aylend rayonunda uzun illər daşınmaz əmlakın alış və satışı ilə məşğul olan

maklerlə rastlaşdım.

O, Forest-Hilldi beş barmağı kimi tanıyırdı və mən ötəri olaraq ondan evimin

hansı: metal torlu, yoxsa içiboş kərpicdən tikildiyini soruşdum. O, bunu

bilmədiyini cavab verdi və onun köməyi olmadan da bildiyim və ya “Forest-Hill

Qardens Assosieyşens”ə zəng etməklə öyrənə biləcəyim şeyi məsləhət gördü.

Növbəti gün mən ondan məktub aldım. O, mənə almaq istədiyim informasiyanı

verdimi? O, bunu telefonla altıca saniyə ərzində deyə bilərdi. Lakin o, bunu

etmədi, əvəzində isə yenə xatırlatdı ki, mən bunu sığorta şirkətinə zəng etməklə

öyrənə bilərəm; ardınca da mənə öz əmlakımın sığortasını ona həvalə etməyi

təklif elədi.

O, mənə kömək eləməkdə maraqlı deyildi, onu yalnız öz işləri maraq-

landırırdı.

Mən gərək ona yeniyetmələr üçün olan bir-iki gözəl balaca kitab verəydim:

“Ən yaxşı hədiyyə” və “uğuru bölüşmək”.

Əgər o, bu kitabları oxumuş, onlarda qələmə alınan baxışları özü üçün

aydınlaşdırmış olsaydı, bu, ona mənim əmlakımın sığortasına sifarişdən min qat

artıq fayda gətirmiş olardı.

Peşəkarlara eyni bir səhv xasdır. Bir neçə il əvvəl mən Filadelfiyada bir

tanınmış larinqoloqun geniş kontoruna girdim. Əvvəl boğazıma heç olmasa

yalandan da baxmadan o, məndən nə ilə məşğul olduğumu soruşdu. Mənim

boğazımın halı onu maraqlandırmırdı, onu maraqlandıran mənim pul kisəmin

vəziyyəti idi. Onu qayğılandıran əsas məsələ mənə necə kömək etmək deyil,

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə