Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə7/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   2   3   4   5   6   7   8   9   10   ...   208

ümid edə bilər. Belə mütəxəssislərə tələbat həmişə var. Lakin texniki biliklərə,

üstəgəl də öz ideyalarını ifadə etmək, insanlara rəhbərliyi öz üzərinə götürmək

və onlarda entuziazm ehtirasını alovlandırmaq istedadına malik olan insan – bu

ən yüksək maaşlı vəzifələrə taleyin özü tərəfindən təyinat alan adamdır.

Con D.Rokfeller öz həyat yolunun zenitində Metyu K.Bruşa danışırdı ki,

insanlarla münasibət qurmaq bacarığı – bu, pulla alınan qənd və ya qəhvə kimi

bir əmtəədir. “Mən bu bacarığa görə, – deyirdi Rokfeller, – bu dünyada başqa hər

cür əmtəəyə nisbətən daha yüksək haqq ödəməyə hazıram”.

Siz lütf edib belə bir halı təsəvvür etməyə çalışmazdınızmı ki, ölkənin təhsil

müəssisələrinin hamısı özündə bu dünyada ən yüksək qiymətləndirilən bacarığın

inkişaf etdirilməsi kurslarını açmaq niyyətinə düşür? Lakin bu məsələ üzrə bizim

ölkəmizdə heç olmasa tək bircə kollecdə oxunan əməlli-başlı mühazirələr kursu

varsa, onda, deməli, o, mənim diqqətimdən yayınıb, hər halda, bu iş üzərində

işimi başa çatdırana qədər belə olub.

Çikaqo Universitetı və Amerika Yaşlılarının Təhsil Assosiasiyası yaşlıların

məhz nəyi öyrənmək istədiklərini müəyyən etmək üçün birgə xüsusi tədqiqat

keçiriblər. Bu tədqiqat 25 000 dollara başa gəlib və iki il çəkib. Bu işin yekun

hissəsi Konnektikud ştatının Merden şəhərində keçirilmişdi. Merden tipik

Amerika şəhəri olaraq götürülmüşdü. Merdenin hər bir yaşlı sakini sorğuya cəlb

olunmuşdu və aşağıda göstərilən xarakterli 156 suala cavab vermişdi: “Sizin

məşğuliyyətiniz və ya peşəniz”, “Sizin təhsiliniz”, “Öz boş vaxtınızı siz necə

keçirirsiniz”, “Sizin gəliriniz nə qədərdir”, “Sizin hobbiniz”, “Sizin arzularınız”,

“Sizin problemləriniz”, “Məktəb illərində hansı fənn sizin üçün ən maraqlı idi” və

sair və ilaxir. Bu tədqiqatın nəticəsində müəyyən olundu ki, yaşlı adamları

maraqlandıran problemlər arasında birinci yerdə duran sağlamlıq, ikincidə isə

insanlardır. İkinci problemlə bağlı onları ilk növbədə maraqlandıran –

insanlardan necə baş açmaq və onlarla anlaşma şəraitində necə yaşamaq,

insanların necə xoşuna gəlmək və onları öz nöqteyi-nəzərinə necə cəlb etmək

məsələsidir.

Tədqiqatı keçirən komissiya Merdendə bu tələbatı qane edə biləcək kurslar

təşkil etməyi qərara aldı. Komissiya bu kurslar üçün tədris vəsaiti qismində

məsləhət bilinməsi mümkün olan kitabların ciddi axtarışını həyata keçirdi. Lakin

buna oxşar heç nə tapa bilmədi. Əvvəl-axır onlar yaşlıların təhsili məsələsində

yararlı ola biləcək hər hansı bir kitabın olub-olmadığı sualı ilə dünyanın nüfuza

malik olan görkəmli adamlarına müraciət edirdilər. Cavabların çoxu da belə

olurdu: “Yox, yaşlı insanların hansı bilikləri axtardıqlarını mən bilmirəm. Onlara

lazım olan belə bir kitab hələ yazılmayıb”.

Təcrübədən bilirəm ki, bunu deyənlər tamamilə haqlı idilər. Belə ki, insan

münasibətləri üzrə praktiki vəsaitin axtarışları ilə mən özüm uzun illər məşğul

olmuşam.


Belə bir kitab mövcud deyildi, mən öz fərdi kurslarımda tədris vəsaiti

qismində istifadə etmək üçün onu yazmağa çalışdım. Və budur – o, sizin

qarşınızdadır. Ümidvaram ki, kitab sizin xoşunuza gələcəkdir.

Kitab üzərində işə hazırlaşarkən mən bu məsələ ilə bağlı tapa bildiyim hər

növ yazını oxuyurdum – Dorti Diksin məqalələrindən, boşanma prosesləri

haqqında qəzet hesabatlarından, “Valideynlər üçün jurnal”dan tutmuş professor

downloaded from KitabYurdu.org



Sverstritin, Alfredar Adlerin və Uilyam Ceymsin əsərlərinə qədər. Bütün bunlara

əlavə olaraq, mən muzdla tədqiqat işi aparmaq təcrübəsi olan mütəxəssis tutdum

ki, o, mənim gözdən qaçıra bildiyim hər şeyi üzə çıxarsın. Mən psixologiya üzrə

elmi işlər cəngəlliyindən keçərək, yüzlərlə jurnal məqalələrində bataraq, bütün

dövrlərin və xalqların görkəmli simalarının başqa insanlarla münasibətləri necə

qurduqlarını təyin etmək üçün saysız-hesabsız bioqrafiyaları oxuya-oxuya

kitabxanalarda il yarım vaxt keçirdim. Biz Yuli Sezardan tutmuş Tomas Edissona

qədər görkəmli insanların hamısının qələmə alınmış tarixi həyat yollarını

oxuduq. Mən hesabladım ki, yalnız təkcə Teodor Ruzveltlə bağlı bizə yüzdən çox

bioqrafik iş oxumaq lazım gəlmişdi. Dost qazanmaq və insanlara təsir göstərmək

üçün ötən əsrlərdə nə vaxtsa və kim tərəfindən isə istifadə olunmuş bir dənə də

olsun qiymətli praktiki ideyanı gözdən qaçırmamaq naminə biz nə vaxta, nə də

xərclərə qənaət edirdik.

Şəxsən mən özüm bir çox uğurlu insanlardan müsahibə almışdım ki, onların

arasında Markoni, Franklin Delano Ruzvelt, Süzen D’Yunq, Klark Qeybl, Meri

Pikford və Martin Cekson kimi dünyaşöhrətli şəxslər var idi. Bu müsahibələrin

gedişində mən onların insan münasibətlərində tətbiq etdikləri texnikanı başa

düşməyə can atırdım.

Mən bütün bu materiallardan qısa hekayə hazırladım və onu “Dostları

qazanmaq və insanlara təsir göstərmək necə olar?” adlandırdım. Mən dedim “qı-

sa”. O, başlanğıcda qısa idi, lakin sonradan o, saatyarımlıq mühazirəyədək

genişləndi. Uzun illər ərzində mən bu hekayəni hər yeni mövsümdə Karnegi

İnstitutunun Nyu-Yorkdakı kurslarının dinləyicilərinin diqqətinə təklif edirdim.

Mən dinləyicilərə mühazirəni oxuyurdum; burada təsvir olunmuş qaydaları

dərhal işgüzar və ictimai münasibətlərdə praktikada sınamağa, sonra isə

eksperimentlər və nail olduğum nəticələr barədə növbəti məşğələlərdə

danışmağa çalışırdım. Doğru deyilmi ki, bu, maraqlı ev tapşırığı idi? Özünü

kamilləşdirmək yanğısı ilə alışan bu adamlar: xanımlar və cənablar yeni tipli

laboratoriyada – yer üzərində nə vaxtsa mövcud olmuş birinci və yeganə insan

münasibətləri laboratoriyasında işləmək perspektivindən vəcdə gəlmişdilər.

Bu kitab uzun illər ərzində, yazıla-yazıla ərsəyə gəlmişdi. O, uşaq böyüyən

kimi böyüyüb, minlərlə yaşlı insanın bu laboratoriyada qoyduğu təcrübədən

inkişaf edib.

Bir neçə il bundan əvvəl biz bundan başladıq ki, poçt açıqcası ölçüsündən

böyük olmayan kartda bir sıra qaydanı çap etdirdik. Növbəti mövsüm üçün biz

artıq daha enli kart çap etdirdik, ardınca – bütöv bir səhifə, sonra – həcminə və

formatına görə eyni olan broşüra silsiləsini. Və indi, on beş illik təcrübədən və

tədqiqatdan sonra bu kitaba gəlib çatdıq.

Bizim burada qələmə aldığımız qaydalar nəzəriyyənin bir hissəsi və ya işçi

hipotezlər deyildir. Onlar sehr kimi təsir göstərir. Bu, gerçək olmayan kimi

səslənir, lakin mən bu prinsiplərin tətbiq olunması ilə bir çox insanın həyatında,

sözün hərfi mənasında, çevriliş baş verdiyini görmüşəm.

İllüstrasiya üçün aşağıdakı əhvalatı göstərim:

Tabeçiliyində 314 nəfər işçisi olan bir sahibkar keçən mövsüm bizim

kurslarımıza qəbul olundu. O, öz işçilərini uzun illər ərzində dümsükləyir, söyür,

bunda nə bir ölçü, nə də hədd gözləyirdi. Lütfkarlıq, təqdir və yaxud da tərif

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə