Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə46/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   42   43   44   45   46   47   48   49   ...   208

Pikketin batalyonları meyvə bağından və qarğıdalı sahəsindən sürətli marşla

keçdilər, çəmənliyi və dərəni ötdülər. Bütün bu müddət ərzində artilleriya

onların cərgələrində dəhşətli qırğın törədirdi. Lakin onlar irəliləyirdilər – zəhmli

və qarşısıalınmaz.

Qəfildən qəbiristanlıq divarının arxasından şimallıların gizlənən piyadaları

ayağa qalxdı və yaylım atəş dalınca yaylım atəşlə Pikketin heç nə ilə müdafiə

olunmayan batalyonlarını güllələməyə başladılar. Təpənin zirvəsi vulkan

püskürməsi zamanında olduğu kimi büsbütün alov dənizinə büründü. Bu,

dəhşətli qırğın idi. Beş dəqiqə ərzində Pikketin beş min nəfərindən beşdə dördü,

o cümlədən, tək bircə zabiti salamat qalmaqla, qalanlarının hamısı həlak oldu.

Sağ qalan yeganə zabit salamat olan əsgərləri son döyüşə çağırdı. Daş divarın

üstünə sıçrayıb qalxaraq, o, qılıncının ucunda qaldırdığı komandir kepkasını

yellədə-yellədə qışqırdı: “Onlara poladın iyini dadızdıraq, uşaqlar!” Və onlar

bunu etdilər.

Divarın üstündən tullanaraq onlar öz düşmənlərinin üstünə atılır, onları

süngüləriylə dəlmə-deşik edir və kəllələrini qundaqla dağıdırdılar. Onlar

şimallıları qəbiristanlıq təpəciyindən süpürüb atdılar və onun zirvəsində

cənubun hərbi bayrağını qaldırdılar.

Bu bayraq Gettensberq qəbiristanlığının üzərində yalnız qısa an ərzində

dalğalandı və həmin qısa məqam Konfederasiya qüvvələrinin müvəffə-

qiyyətlərinin ən yüksək nöqtəsi oldu.

Sağ qalan yeganə zabit salamat qalan əsgərləri son döyüşə qaldırdı və

əsgərlər onun arxasınca getdilər, lakin bu hücum sonun başlanğıcı idi. Linin qüv-

vəsi çatışmadı. O, şimallıların müdafiəsini qıra və Vaşinqtona doğru keçib gedə

bilmədi. Və o, bunu dərk edirdi.

Cənub məhkum olunmuşdu.

Baş verəndən Li o qədər sarsılmış və qüssələnmişdi ki, Cənub Ştatları

Konfederasiyasının prezidenti Ceferson Devisə Baş komandan postundan istefa

xahişi ilə müraciət etdi. O “daha cavan və bacarıqlı adamla” əvəz olunmasını

xahiş edirdi. Əgər Li Pikketin bədbəxt yürüşündə və hücumunun sonluğunda

başqa kimi isə ittiham etmək istəsəydi, onda o, özü üçün bir çox alibi tapa bilərdi.

Diviziyanın komandirlərindən bir çoxu onların üzərinə qoyulan vəzifəni

yerinə yetirməmişdi.

Süvarilər piyadaların hücumunu vaxtında dəstəkləmədi.

Filankəs səhv hərəkət etdi, o biri əmri yanlış başa düşdü.

Lakin Li həddən artıq nəcib insan idi, çətin ki, başqalarını ittiham etmiş olay-

dı. Pikketin pərən-pərən salınmış və qana bələnmiş batalyonunun qalıqları

müdafiə oluna-oluna Konfederasiya qoşunlarının yerləşdiyi xəttə çəkiləndə

Robert Li atın belində onların qarşısına çıxdı.

O, əsgərləri qəhrəman kimi salamladı və məğlubiyyət üçün günahın hamısını

öz üzərinə götürdü. Onun özünü mühakimə etməsi qısa və acı qüdrətlə dolu idi.

“Bütün bunlar mənim vicdanımın üzərindədir, – dedi o. – Mən və yalnız mən bu

döyüşü uduzdum”. Belə bir etiraf etmək üçün tələb olunan xarakterə və mərdliyə

malik olan çox az general tapıla bilər.

Əsərləri nə vaxtsa ümumun marağını doğuran ən orijinal ağıllardan biri idi

Elbert Habbard, onun kinayəli mülahizələri isə tez-tez hiddət fırtınası qoparırdı.

downloaded from KitabYurdu.org



Lakin Habbard insanlarla münasibətlərdə nadir rast gəlinən bacarığı sayəsində

öz düşmənlərini çox vaxt dosta çevirirdi.

Məsələn, hansısa bir hiddətlənmiş oxucu məktub yazaraq onun mə-

qalələrindəki filan və filanla qəti surətdə razı olmadığını bildirəndə və sonda

Habbardı filan və filan adlandırıb söyəndə Habbard ona təqribən aşağıda

göstərilənə bənzəyən bir cavab verirdi:

“Bunun üzərində düşündükdən sonra hiss etdim ki, heç özüm də həmin

ifadələrlə tam razılaşmıram. Bu gün yazdığım heç də o demək deyil ki, sabah da

mənim xoşuma gələcək. Bu məsələ ilə bağlı sizin nöqteyi-nəzərinizi bilmək

mənim üçün çox faydalı və xoş idi. Gələn dəfə bizim tərəflərə yolunuz düşəndə

siz mütləq mənə baş çəkməlisiniz və biz sizinlə bu problemin bütün aspektlərini

diqqətlə müzakirə edərik.

Uzaqdan sizin əlinizi bərk-bərk sıxıram və səmimiyyətlə...”

Sizə bu şəkildə münasibət göstərən adama nə deyə bilərsiniz? Beləliklə, biz

haqlı olanda gəlin adamları öz nöqteyi-nəzərimizə yumşaq və ədəb-ərkanla

çəkməyə çalışaq. Biz səhv edəndə isə – bu, kifayət qədər tez-tez baş verəcək,

bircə əgər özümüz özümüzün qarşısında vicdanlıyıqsa – gəlin tez və

səmimiyyətlə öz səhvlərimizi etiraf edək. Bu cür praktika yalnız möcüzəli

nəticələr verməyəcək, həm də istənilən vəziyyətdə özünüz üçün şəxsi nöqteyi-

nəzərinizi müdafiə etmək cəhdləri ilə müqayisədə – istəyirsiniz inanın,

istəyirsiniz yox – yüz qat artıq cəlbedici olacaqsınız.

Köhnə məsəli xatırlayın: “Dalaşmaqla çox şey əldə etməzsən, güzəştə

getməklə isə gözlədiyindən çox şey alarsan”.

Bu nöqteyi-nəzərdən 3-cü qaydanı yadda saxlamaq çox ağıllı tədbir olardı ki,

burada deyilir:

Əgər siz haqlı deyilsinizsə, bunu dərhal və səmimi-qəlbdən etiraf edin.

Dördüncü fəsil

İnsanın dərrakəsinə doğru

ən düzgün yol

Əgər siz əsəbi vəziyyətdə olaraq bir-iki yağlı ifadə işlədərsinizsə, bununla

ürəyinizi boşaldaraq yüngüllük tapmış olarsınız. Bəs sizin həmsöhbətinizin halı

necə olacaq? Ləzzəti o da sizinlə bölüşəcəkdirmi? Döyüşkən tonunuz və

düşməncəsinə münasibətiniz şəraitində sizinlə razılaşmaq ona daha asan

olacaqdırmı? “Əgər siz mənim yanıma düyünlənmiş yumruqlarla gəlsəniz, –

demişdi Vudro Vilson, – mən düşünürəm ki, mənim yumruqlarım da sizinkilər

kimi bərk düyünlənəcəkdir, lakin siz mənim yanıma gələrsinizsə və deyərsinizsə

ki, “Gəlin əyləşək və danışaq, baxışlarımız haçalananda isə nə üçün haçalandığını

və haçalanmanın nədən ibarət olduğunu başa düşək”, onda biz tezliklə aşkar

edəcəyik ki, bir-birimizdən elə də uzaq deyilik, aşkar edəcəyik. Bizim

fikirlərimizin üst-üstə düşdüyü bəndlər daha çoxdur və işdir, razılığa gəlmək

üçün bizim səbrimiz, səmimiliyimiz, istəyimiz bəs edərsə, onda biz razılığa gələ-

cəyik”.


Bu sözlərin nə qədər doğru olduğunu Con D.Rokfeller-oğuldan yaxşı heç kəs

bilmir. 1915-ci ildə Rokfeller Koloradoda ən çox nifrət olunan adam idi. Amerika

sənayesinin tarixində ən qanlı tətillərdən biri iki dəhşətli il ərzində ştatı lərzəyə

gətirmişdi. Qəzəblənmiş, döyüşkən ruhda olan şaxtaçılar Kolorado yanacaq və

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə