Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə52/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   48   49   50   51   52   53   54   55   ...   208

kommersiya direktoru və kompaniyanın prezidenti ilə üz-üzə qaldım. Mən ayağa

qalxdım və danışmaq üçün qəhrəmancasına cəhd etdim. Lakin bəlli oldu ki, mən

çətinliklə yalnız civildəyə bilirəm.

Hamı stolun ətrafında əyləşmişdi, buna görə də mən bloknotun vərəqində

yazdım:

“Cənablar, mənim səsim batıb və mən danışa bilmirəm”.



“Sizin yerinizə mən danışacağam”, – dedi prezident. O, mənim parçalarımın

nümunələrini göstərdi və onların müsbət keyfiyyətlərini qeyd etdi. Mənim

malımın üstünlüklərinin canfəşanlıqla müzakirəsi başlandı. Müzakirənin gedişin-

də prezident mənim tərəfimdə çıxış edirdi. Özümün müzakirədə iştirakım yalnız

bundan ibarət idi ki, başımla təsdiq edir və gülümsəyirdim.

Bu, öz-özlüyündə yeganə olan konferensiyanın nəticəsində mən ümumi

qiyməti 1 600 000 dollar təşkil edən yarım milyon yard uzunluğunda parça üçün

kontrakt bağladım – bu, mənim nə vaxtsa aldığım ən iri sifariş idi.

Dəqiq bilirəm ki, səsim o vaxt batmasaydı, mənimlə kontrakt bağ-

lanmayacaqdı, çünki məsələnin bütün təfərrüatları ilə bağlı mənim təsəvvür-

lərim yanlış idi. Beləcə, mən başqasına doyunca danışmağa imkan verməyin nə

qədər sərfəli olduğunu təsadüfən aşkar etdim”.

Elektrik kompaniyasından olan Cozef S.Vebb də eynilə həmin kəşfi etmişdi.

Cənab Vebb Pensilvaniya ştatında, işləri uğurla gedən Hollandiya mənşəli

fermerlərin məskunlaşdıqları kənd təsərrüfatı rayonunda müfəttiş səfərini

yerinə yetirirdi.

“Niyə bu adamlar elektrikdən istifadə etmirlər?” – deyə o, imkanlı fermerin

yanından keçəndə kompaniyanın yerli nümayəndəsindən soruşdu.

“Onlar simicdirlər. Onlara nə isə satmaq qeyri-mümkündür, – deyə

nümayəndə dilxor-dilxor cavab verdi. – Mən buna cəhd etmişəm, amma bir şey

çıxmayıb. Bundan əlavə, onlar kompaniyadan narazıdırlar”.

Bu bəlkə də ümidsiz idi, lakin cənab Vebb, hər halda, bəxtini sınamağı qərara

aldı və fermanın qapısını taqqıldatdı. Qapı lap azacıq aralandı və oradan artıq

yaşlaşmış xanım Drukenbrok boylandı.

“O, kompaniyanın nümayəndəsini görcək, – deyə bu əhvalatı təsvir edən

cənab Vebb mənə danışırdı, – qapını düz bizim sifətimizə çırpıb bağladı. Mən

qapını təkrarən döydüm və qapı yenə də azacıq aralandı. Bu dəfə o, bizim

kompaniyamız haqqında nə fikirləşirdisə, hamısını sifətimizə döşəməyə başladı.

“Xanım Drukenbrok, – dedim mən, – bağışlayın ki, sizi narahat etdik. Ancaq

mən bura sizi elektrikdən istifadə etməyə dilə tutmaq üçün gəlməmişəm. Mən,

sadəcə olaraq, bir az yumurta almaq istəyirəm”.

O, qapını açdı və şübhə ilə bizi nəzərdən keçirdi.

“Mən kohinhinlərin əla cücələrini gördüm və bir düjün təzə yumurta almaq

istəyərdim”.

Qapı bir az da coşdu: “Siz haradan bilirsiniz ki, mənim toyuqlarım kohinhin

cinsidir?” – deyə o, marağını qane etmək üçün soruşdu.

“Mən özüm də toyuq saxlayıram, – cavab verdim, – və etiraf etməliyəm ki,

kohinhin toyuqlarının bundan yaxşılarını heç vaxt görməmişəm”.

“Niyə siz öz toyuqlarınızın yumurtasını istifadə etmirsiniz?” – deyə o, bir

qədər şübhə ilə soruşdu.

downloaded from KitabYurdu.org



“Ona görə ki mənim leqqornlarım ağ yumurta yumurtlayır, evdar qadın

olaraq siz gözəl bilirsiniz ki, piroq hazırlanmasında ağ yumurtalar qəhvəyi

rənglilərlə heç bir müqayisəyə girmir. Mənim həyat yoldaşım isə öz piroqları ilə

fəxr edir”.

Bu vaxt artıq sülhpərvər vəziyyətdə görünən xanım Drukenbrok eyvana

çıxmağa cürət etmişdi. Mən ətrafa göz gəzdirərək fermada yaxşı bir yağ

emaledicinin olduğunu gördüm.

“Bilirsinizmi, xanım Drukenbrok, – deyə mən davam etdim, – mərc qoşmağa

hazıram ki, siz öz toyuqlarınızdan ərinizin yağhazırlayandan qazandığından çox

qazanırsınız”.

Tap-p! Düz nöqtəsinə vurdum. O, eyvandan düşdü. Hə də, əlbəttə, onun

qazancı daha çoxdur. İndicə o, mənə bu barədə danışar. Amma öz uzunqulaq

ərini isə bunu etiraf eləməyə məcbur edə bilmir.

O, bizi öz hininə baxmağa dəvət etdi. Baxış zamanı onun fikirləşib tapdığı bir

neçə xırda təkmilləşdirmələrə diqqət yetirdim və tərifləri yağdıraraq bunları

səmimi-qəlbdən bəyəndiyimi bildirdim. Müəyyən yem növlərini və müəyyən

temperaturlar məsləhət elədim, müxtəlif məsələlərlə bağlı onun məsləhətini

soruşdum. Biz qızğın söhbət edir, təcrübəmizi bölüşürdük.

Nəhayət, o qeyd etdi ki, onun qonşularından bəzisi öz hinlərinə elektrik

çəkib və bu, əla nəticələr verir. O nə etməli olduğu barədə mənim səmimi rəyimi

bilmək istəyir. İki həftədən sonra xanım Drukenbrokun kohinhinləri

məmnunluqla qaqqıldaşır və özlərini elektrik işığında eşələyirdilər. Mən yeni

müştəri əldə etdim, o daha çox yumurta – hamı razı qalmışdı.

Lakin mən – bu əhvalatda ən əsas olan da məhz elə budur – Pensilvaniyadan

olan fermerin həyat yoldaşını elektrikdən istifadə etməyin sərfəli olduğuna heç

vaxt inandıra bilməzdim, əgər ona bu haqda birinci danışmağa imkan

verməsəydim.

Belə adamlara öz malını dürtüşdürə bilməzsən. Qoy onlar özləri onu almaq

istəsinlər”.

“Bu yaxınlarda “Nyu-York Gerald Tribun” qəzetinin səhifəsində böyük

təcrübəsi olan yüksək kvalifikasiyalı mütəxəssisə iş təklif olunması ilə bağlı elan

dərc etdirilmişdi. Çarlz T.Kubelis elana hay verərək göstərilən ünvana cavab

göndərdi. Bir neçə gündən sonra o, söhbətə gəlmək dəvətiylə məktub aldı. O,

söhbətə getməzdən əvvəl arayışlar toplamaq və firmanın başçısı haqqında

bacardıqca çox məlumat öyrənmək üçün Uoll-Stritdə xeyli vaxt keçirdi. Söhbətin

gedişində o qeyd etdi: “Sizin müəssisəniz kimi reputasiyaya malik olan bir yerdə

işləmək mənə fövqəladə dərəcədə xoş olardı. Mən eşitmişəm ki, siz bu işi yazı

stolu olan bir otaq və bir nəfər stenoqrafçı xanımla başlamısınız. Bu, doğrudur?”

İşləri uğurla gedən hər bir işgüzar adam, belə desək, özünün ilk addımlarını

xatırlamağı sevir. Bu adam da istisna təşkil etmirdi. O, cibində cəmi 450 dollar və

başında orijinal ideyası ola-ola bu işə necə başladığı ilə bağlı uzun-uzadı danışdı.

O ruhdan düşməyərək necə çalışdığını, onu lağa qoyanlara necə fikir

vermədiyini, bazar və bayram günlərində də sutkada on iki saat necə işlədiyini,

nəhayət, bütün maneələri adladığını, indi isə Uoll-Stritin iri işbazlarının

hamısının kömək və informasiya üçün ona müraciət etdiklərini danışdı. O, öz

reputasiyası ilə fəxr edirdi və onunla fəxr etməyə haqqı da var idi. O, bütün

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə