Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə55/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   51   52   53   54   55   56   57   58   ...   208

Polkovnik Edvard M.Hauz Vudro Vilsonun prezidentliyi dövründə ölkənin

daxili və xarici işlərində çox böyük təsirə malik idi.

Vilson məxfi məsləhətlər və tövsiyələr üçün öz kabinetinin üzvlərindənsə

polkovnik Hauza müraciət edirdi.

Prezidentə təsir göstərmək üçün polkovnik hansı metodlardan istifadə

edirdi? Xoşbəxtlikdən, biz bunu polkovnik Hauzun öz sözlərindən bilirik. Hauz öz

sirrini, onun danışdıqlarını “Seterdey İvninq Post” qəzetinin səhifələrində dərc

etdirmiş Artur D.Smitə açmışdı.

“Mən prezidentlə yaxşı tanış olandan sonra başa düşdüm ki, onun diqqətini

hər hansı bir ideyaya cəlb etməyin ən yaxşı üsulu həmin ideyanı yolüstü,

saymazyanalıqla ortaya atmaq, və etmək ki, bu ideya onu maraqlandırsın,

bundan öz ideyası kimi yapışsın. Birinci dəfə bu, təsadüfən baş vermişdi.

Prezidentlə Ağ Evdə görüşəndə ona, mənə belə gəlir ki, prezident tərəfindən

bəyənilməyən müəyyən bir siyasi xətt təklif etdim. Lakin üstündən bir necə gün

keçəndən sonra, prezidentin yanında naharın gedişində fikir verdim ki, o, mənim

ideyamı öz şəxsi ideyası kimi yeridir”.

Düşünürsünüz ki, Hauz onu dayandırdı və dedi: “Bu, sizin ideyanız deyil,

mənimdir?!”

Əlbəttə, yox. Bunu istənilən başqa adam deyərdi, bircə Hauz yox. O, həddən

artıq ağıllı adam idi.

Müəlliflik hüququnun öz adına yazılmayacağı onu narahat etmirdi. Ona

nəticələr lazım idi. Buna görə də o, Vilsonda bu fikri saxladı ki, ideya ona –

Vilsona məxsusdur. Hauz hətta bundan da artığını elədi: o, Vilsonun ideyasını

ictimaiyyət qarşısında təriflədi.

Unutmayaq ki, sabah iş görməli olacağımız adamlar da Vudro Vilson kimi

insani keyfiyyətlərə malikdirlər. Beləliklə, biz polkovnik Hauzun metodundan

istifadə edəcəyik.

Nyu-Brasuikdən olan bir işbaz mənə münasibətdə analoji hərəkət etmiş və

öz məqsədinə nail olmuşdu. Bir dəfə könlümə balıq tutmaq və Brasuik

yaxınlığında baydarkada üzmək düşmüşdü. Mən informasiya üçün turizm

bürosuna müraciət etdim.

Mənim adım və mənim ünvanım, görünür, hansı isə siyahıda qeyd

olunmuşdu və tezliklə çoxlu sayda məktub, broşüra, reklam vərəqləri leysan kimi

üstümə töküldü. Mən başımı itirmişdim və nəyi seçməli olduğumu bilmirdim.

Lakin bu vaxt düşərgələrdən birinin mülkiyyətçisi çox ağıllı bir iş tutdu. O, mənə

onların xidmətlərindən istifadə etmiş Nyu-York sakinlərindən bir neçə nəfərinin

adını və telefon nömrələrini göndərdi və onun düşərgəsində nə gözləyə

biləcəyimi özümün həmin adamlardan soruşmağımı təklif etdi.

Öz heyrətimə rəğmən aşkar etdim ki, göndərilən siyahıda tanışım olan bir

nəfərin də adı var. Mən ona zəng etdim, düşərgə barədə sorğu-suala tutdum və

düşərgəyə gələcəyim tarixi teleqrafla ora göndərdim, yola düşdüm.

Beləcə, əgər siz öz nöqteyi-nəzərinizə inandırmaq istəyirsinizsə, qayda 7-dən

istifadə edin:

Qoy sizin həmsöhbətiniz hiss eləsin ki, ideya onun özünə məxsusdur.

İyirmi beş əsr əvvəl Çin filosofu Lao-Tzı bu kitabın oxucularının bu gün də

istifadə edə biləcəkləri sözləri demişdir:

downloaded from KitabYurdu.org



“Dağların yüzlərlə bulağının çaylara və dənizlərə axıb tökülməsinin səbəbi

budur ki, çaylar və dənizlər dağlardan aşağıda yerləşir. Buna görə də onlar

dağlardan axan suların hamısı üzərində hökmranlıq etmək iqtidarındadır. Eləcə

də insanların üzərində olmağı arzulayan müdrik onlardan aşağıda, insanlardan

qabaqda olmağı arzulayanda onlardan geridə durur. Buna görə onun yeri

insanların üzərində olsa da, onlar bunun ağırlığını hiss eləmir, onun yeri onların

qabağında olsa da, onlar bunun ədalətsiz olduğunu hesab eləmirlər”.

Səkkizinci fəsil

Sizin üçün möcüzələr

yaradacaq formula

Unutmayın ki, başqa adam tamamilə haqsız ola bilər. Lakin o, belə fikir-

ləşmir. Onu mühakimə etməyin. Yalnız ağıllı, istedadlı insanlar, deyə bilərik ki,

yalnız istisna təşkil edən adamlar bunu etməyə çalışırlar.

Hər bir adam müəyyən səbəblərin təsirindən bu və ya başqa cür fikirləşir və

ya hərəkət edir. Həmin gizli səbəbləri aydınlaşdırmağa çalışın və siz onun

davranışlarına və ola da bilsin ki, onun şəxsiyyətinə açar əldə etmiş olacaqsınız.

Özünüzü səmimi surətdə onun yerinə qoymağa çalışın.

Əgər siz özünüzə “Onun dərisində olsaydım, mən necə davranar, özümü necə

hiss edərdim” sualını verərsinizsə, onda siz bolluca vaxt və vəsaitə qənaət etmiş

olacaqsınız, çünki:

“Səbəbi başa düşəndə biz nəticəni inkar etməyə daha az meyilli oluruq”.

“Bir dəqiqəlik dayanın, – deyə Kennet N.Qud özünün “İnsanları təmiz qızıla

necə çevirməli” kitabında yazır, – və öz işlərinizlə bağlı qızğın marağınızı qalan

bütün hər şeylə bağlı çox sərin münasibətinizlə müqayisə edin”.

Yadda saxlayın ki, dünyada hamı məhz elə bu cür hiss edir! Bunu başa

düşdükdə siz Linkoln və Ruzveltlə yanaşı, istənilən vəzifədə, həbsxana rəisi postu

istisna olmaqla, uğur qazanacağınıza yeganə möhkəm əsas əldə etmiş

olacaqsınız. Həmin əsas isə budur: insanlarla münasibətlərdə uğur başqa adamın

nöqteyi-nəzərinə şərikliklə yanaşmaqla müəyyən olunur.

Mən uzun illər ərzində öz vaxtımın, sərbəst vaxtımın böyük hissəsini piyada

və ya atda gəzməklə keçirirdim. Qədim yunanların druidləri

25

kimi mən palıd



ağaclarının qarşısında, deyə bilərəm ki, səcdə edirəm. Odur ki, cavan ağacların və

kolların alovla məhv edilməsi vaxt ötdükcə məni daha çox məyus edirdi.

Yanğınlar ehtiyatsız siqaret çəkənlərin ucbatından baş verirdi. Onların, demək

olar, hamısı parka hindu-hindu oynamağa gələn, sosiska və ya yumurta bişirmək

üçün ağacların altında ocaq qalayan uşaqlara görə baş verirdi. Bəzən alov elə

bərk qızışırdı ki, yanğınsöndürən komanda çağırmaq lazım gəlirdi.

Parkın kənarında asılan plakatda deyilirdi ki, parkda ocaq qalayan hər kəsi

cərimə, yaxud həbsxana gözləyir. Lakin plakat parkın az işıqlandırılan hissəsində

idi və oğlan uşaqlarından çox azı onu görürdü. Parkın mühafizəsi süvari polisə

tapşırılmışdı, lakin o, öz vəzifəsinə o qədər də ciddi yanaşmırdı. Və ocaqlar

yanmaqda davam edirdi.

Bir dəfə mən atı çaparaq polismenin yanına gəldim və dedim ki, alov parkda

çox sürətlə irəliləyir, yanğınsöndürən komandanı çağırmaq lazımdır.

Lakin o, sakitcə etiraz elədi ki, bu, onun işi deyil, çünki yanğın onun

ərazisində baş vermir. Mən naümid vəziyyətdə idim və bundan sonra ictimai

downloaded from KitabYurdu.org




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə