Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə58/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   54   55   56   57   58   59   60   61   ...   208

Ağ Evdə musiqi gecəsi təşkil etmişdik və orada xanım Taftı və məni birinci

salamlayan həmin ər və onun xanımı oldu, hərçənd indicə o, ölüm ayağında idi”.

Solomon Yurok ABŞ-da, çox güman, bir nömrəli musiqi antrepreneridir. O,

iyirmi il ərzində Aysedora Dunkan, Anna Pavlova kimi dünya şöhrətli artistlərlə

işləmişdi. Cənab Yurok mənə deyirdi ki, ilk dərslərindən birini o, özünün

temperamentli ulduzlarından alıb. Bu dərs ondan ibarət idi ki, onların

xarakterindəki hər bir səciyyəvi cizgiyə münasibətdə şəriklik, şəriklik və bir daha

şəriklik büruzə vermək zəruridir.

Yurok üç il ərzində Fyodr Şalyapinin – Metropoliten-Operanın lojalarında

məftunluq doğuran ən qüdrətli boslardan birinin impressariosu olmuşdu. O

özünü ərköyün uşaq kimi aparırdı. Yurokun öz sözlərinə görə, “Şalyapinlə hər

dəfə olmazın əzablar çəkirəm”.

Məsələn, Şalyapin oxumalı olduğu gün günorta Yuroka zəng edir və bildirir:

“Sol, mən özümü dəhşətli dərəcədə pis hiss edirəm. Mənim boğazım döyülmüş

şnitsel kimidir. Mən bu gün axşam çıxış edə bilmərəm”. Cənab Yurok mübahisə

etməyə başlayır? Əsla yox! O bilir ki, antreprener artistlə bu cür rəftar

etməməlidir. O, dərdəşəriklik hissini başdan-ayağa qədər özünə hopduraraq

əlimyandıda Şalyapinin yanına, hotelə cumur. “Səd heyif! – deyə o şikayət edir. –

Nə böyük məyusluq! Mənim yazıq dostum! Əlbəttə, siz oxuya bilməzsiniz! Mən

indicə kontraktı ləğv edərəm. Doğrudur, bu, sizə bir-iki min dollara başa

gələcəkdir, lakin bu, sizin reputasiyanızla müqayisədə boş şeydir!”

Şalyapin köksünü ötürür və deyir: “Mənə bir az gec baş çəkə bilərsinizmi?

Saat beşdə gəlin. Baxaq mən özümü necə hiss edəcəyəm”. Saat beşdə cənab

Yurok hotelə soxulur və onu dərdəşəriklik dalğalarında batırır. Yenə də kontraktı

ləğv etməkdə təkid edir. Və Şalyapin yenə də köksünü ötürür və deyir: “Bəlkə siz

bir dəfə də gələsiniz? Bir-iki saatdan sonra bəlkə yüngülləşdim?”

Saat 19.30-da oxumağa razı olur, lakin şərt irəli sürür ki, əvvəl cənab Yurok

Metropoliten-Operada səhnəyə çıxmalı və xəbərdar etməlidir ki, Şalyapin bərk

soyuqlayıb, onun səsi bu gün yerində deyil. Cənab Yurok bu şərti yerinə

yetirəcəyini söz verərək yalan danışır. O bilir ki, bu, Şalyapini səhnəyə çıxarmaq

üçün yeganə üsuldur.

Doktor Artur İ.Geyte özünün yazdığı “Tərbiyənin psixologiyası” kitabında

deyir: “İnsan varlığı dərdəşərikliyi ehtirasla arzulayır. Uşaq özünə münasibətdə

qızğın dərdəşəriklik doğurmaq üçün yarasını həvəslə göstərir və ya bilə-bilə əlini

qanadır, yaralayır. Eyni məqsədlə də yaşlılar... öz yaralarını nümayiş etdirirlər,

başlarına gələn bədbəxt hadisələr, düçar olduqları xəstəliklər, xüsusilə də

təfərrüatlı şəkildə məruz qaldıqları cərrahiyyə əməliyyatları haqqında

danışırlar”.

Gerçək və ya təsəvvür olunan bəlalarla bağlı özünün özünə yazığı gəlmək –

bu, az və ya çox dərəcədə hər kəsin keçirdiyi hissdir.

Beləliklə, əgər siz öz nöqteyi-nəzərinizə inandırmaq istəyirsinizsə, 9-cu

qaydadan istifadə edin:

Başqalarının fikirlərinə və arzularına şərik olduğunuzu göstərin.

Onuncu fəsil

Hər kəsin qəlbində

əks-səda tapan çağırış

downloaded from KitabYurdu.org



Mən Missuri ştatının sərhədində, Ceyms Cessin vətənində doğulmuşam və

bir dəfə Cessin Kirnidə yerləşən, indi onun oğlunun yaşadığı fermasına

getmişəm.

Cessin həyat yoldaşı mənə onun qatarları necə qarət etdiyi, banklara necə

basqınlar həyata keçirdiyi, sonra isə qarət etdiyi pulları öz ev-eşiklərini girov

qoyub aldıqları borcları qaytarmaları üçün qonşu fermerlərə payladığını danışdı.

Ceyms Cess qəlbində özünü, görünür, idealist hesab edirdi. Elə lap iki nəsil sonra

hollandiyalı Şults, Krouli – “İki naqan” və Al Kaponenin özlərini idealist hesab

etdikləri kimi. Məsələ bundan ibarətdir ki, rastlaşdığınız hər bir kəs, hətta sizin

güzgüdə gördüyünüz adam da özünə çox dərin hörmətlə yanaşır və özünə gözəl

və təmənnasız şəxsiyyət kimi baxmağı sevir.

C.Pirpont Morqan özünün poetik intermediyalarından birində qeyd etmişdir

ki, hər bir insanda öz hərəkətləri üçün iki səbəb olur: əsl səbəb və gözəl səslənən

səbəb.


İnsan özü əsl olan səbəbi rəhbər tutur hərəkətlərində. Bunu qeyd etməyə

ehtiyac da yoxdur. Lakin biz hamımız qəlbimizdə idealist olaraq öz ayağımıza

nəcib niyyətlər yazmağa üstünlük veririk. Buna görə də, əgər siz adamlara təsir

göstərmək istəyirsinizsə, onların nəcib hisslərinə müraciət edin.

Bu, işgüzar münasibətlərdə həddən ziyadə idealist yanaşma deyilmi? Gəlin

baxaq.


Məsələn, götürək Pensilvaniya ştatı, Qlensldene şəhərində Mitçel-Farel

kompaniyasından olan Hamilton C.Farellə bağlı hadisəni. Ondan mənzil kirayə

götürən sakinlərdən biri nədənsə hirslənmişdi və köçəcəyi ilə hədələyirdi.

Sakinin ayda 55 dollar ödədiyi kirayə haqqında müqavilənin müddəti dörd aydan

sonra bitirdi. Bununla belə, sakin bildirmişdi ki, müqaviləyə baxmayaraq, dərhal

köçəcəkdir.

“Bu ailə məndə bütün qışı yaşamışdı, – deyə cənab Farrel bizim siniflərin

birində danışırdı, – və mən bilirdim ki, mənzili payıza qədər kirayə vermək çox

çətin olacaqdır. Mən 250 dolların cibimdən necə sürüşüb getdiyini artıq gözlərim

önünə gətirirdim. Və mənə inana bilərsiniz ki, bərk hiddətlənmişdim. Həmişəki

üsulla hərəkət edərək mən mütləq bu kirayənişinin üstünə atılar, ondan qanunu

təkrar oxumağı tələb edərdim və onu başa salardım ki, əgər köçərsə, onda mənzil

haqqını tam həcmdə ödəməli olacaq. Mən buna nail ola bilərəm, nail olacağam

da.


Lakin özümdən çıxmaq və tamaşa qurmaq əvəzinə, başqa taktika tətbiq

eləməyi qərara aldım. Buna görə də işə bax belə girişdim: “Cənab Dou, – dedim, –

mən sizi dinlədim və bununla belə, sizin köçmək niyyətində olduğunuza

inanmıram. Mənzilləri uzun illər ərzində kirayə verdiyimdən mən insan təbiəti

ilə bağlı bəzi şeyləri öyrənə bilmişəm və özüm üçün sizin barənizdə ilk növbədə

öz sözünün ağası olan adam rəyi çıxarmışam. Və buna elə əminəm ki, hətta riskə

getməyə də hazıram. Baxın mən nə təklif edirəm. Öz qərarınızı bir neçə günlük

təxirə salın və fikirləşin. Əgər siz mənim yanıma ayın birinə – mənzil haqqını

ödəməli olduğunuz günə qədər gəlsəniz və bildirsəniz ki, hələ də köçmək niyyə-

tindəsiniz, söz verirəm, qərarınızın qəti olduğunu hesab edəcəyəm, sizi öh-

dəliklərinizdən azad edəcəyəm və etiraf etməli olacağam ki, sizinlə bağlı fikrimdə

downloaded from KitabYurdu.org




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə