Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə57/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   53   54   55   56   57   58   59   60   ...   208

ki, mən onun əri deyiləm!” Ona yazmaq və demək istəyirdim ki, mən coğrafiyada

səhv etmiş olsam da, o özü adi ədəb-ərkan qaydalarında bundan qat-qat ağır

səhvə yol verir. Mənim göndərəcəyim məktub bu cümlə ilə başlamalı idi. Mən

artıq qollarımı çırmalamağa və döyüşməyə hazırlaşırdım. Lakin bunu etmədim.

Özümü saxladım, çünki dərk edirdim ki, qəzəblənmiş istənilən axmaq bu cür

hərəkət edə bilərdi.

Mən axmaqlardan yüksək olmaq istəyirdim. Buna görə də onun düş-

mənçiliyini dostcanlılığa çevirməyə cəhd etməyi qərara aldım. Bu, çağırış idi.

Oynaya biləcəyim hansısa bir oyun kimi idi. Odur ki, özlüyümdə dedim: “Əvvəl-

axır, əgər mən onun yerində olsaydım, onda mən də özümü, çox güman, onun

kimi hiss edərdim”.

Buna görə də onun nöqteyi-nəzərinə şərik olduğumu ifadə etməyi qət

elədim. Filadelfiyaya yolum düşən ilk dəfədəcə telefonla ona zəng etdim. Söhbət

təqribən belə cərəyan edirdi:

Mən: Xanım, bir-iki həftə əvvəl sizin məktubunuzu almışdım. Bunu etdiyiniz

üçün sizə təşəkkürümü bildirmək istəyərdim.

Xanım: (Yaxşı tərbiyə almış, lakin kinayə olmayan səslə) Kiminlə danışmaq

şərəfinə nail olmuşam?

Mən: Biz sizinlə tanış deyilik. Mənim adım Deyl Karnegidir. Bir neçə həftə

əvvəl siz mənim radio ilə Luiza Mey Olkott haqqında çıxışımı dinləmisiniz. Mən

onun Konkordda, Nyu-Gempşir ştatında yaşadığını deməklə bağışlanmaz səhvə

yol vermişəm. Yolverilməz səhvdir, mən bunu etdiyimə görə sizin qarşınızda üzr

diləmək istəyirəm. Vaxt tapıb mənə məktub yazmaq sizin tərəfinizdən böyük

lütfkarlıq idi.

Xanım: O cür yazdığıma görə çox təəssüflənirəm. Mən özümdən çıxmışdım.

Siz yox, mən üzrxahlıq etməliyəm.

Mən: Siz nə danışırsınız?! Siz nə danışırsınız?! Heç bir vəchlə! Mən üzr

istəməliyəm. Heç bir məktəb şagirdi bu cür səhv etməzdi. Həmin verilişdən sonra

ilk bazar günündəcə mən öz üzrxahlığımı bildirdim, indi isə şəxsən sizin

qarşınızda üzr diləmək istəyirəm.

Xanım: Mən Konkordda, Massaçusets ştatında doğulmuşam. Mənim ailəm iki

yüz il ərzində Massaçusetsin işlərində görkəmli rol oynayıb və mən doğma

ştatımla çox fəxr edirəm. Siz xanım Olkottun Nyu-Gempşirdə yaşadığını deyəndə

mən, həqiqətən də, bərk dilxor olmuşdum. Lakin öz məktubuma görə xəcalət

çəkirəm.

Mən: Sizi inandırıram ki, siz mən keçirdiyim dilxorçuluğun heç ondabiri

qədər də dilxor olmamısınız. Səhvim Massaçusetsə heç bir ziyan yetirmədi,

amma o, mənim özümə ziyan vurdu. Sizin mövqeyinizdə olan və sizin kimi

mədəni insanların radioda çıxışla əlaqədar məktub yazmağa vaxt tapması elə

nadir haldır. Əgər siz mənim çıxışlarımda səhvə yol verdiyimi görsəniz, çox

güman ki, yenə də mənə yazacaqsınız.

Xanım: Bilirsinizmi, tənqidimə necə münasibət göstərdiyiniz mənim çox

xoşuma gəlir. Siz, gərək ki, çox mehriban insansınız. Sizinlə daha yaxından tanış

olmağa şad olardım.

Beləcə, üzrxahlığımı bildirərək və onun nöqteyi-nəzərinə şərik olduğumu

ifadə edərək mən buna nail oldum ki, o da üzr istədi, mənim nöqteyi-nəzərimi

downloaded from KitabYurdu.org



başa düşdü. Mən özümü ələ ala bildiyimə və təhqirə lütfkarlıqla cavab verdiyimə

görə məmnunluq hissi keçirdim. Mən məsələni xanıma onun cəhənnəmin qır

qazanına düşməsini arzulamaqla çürüdə bilərdim. Lakin onun mehribanlığını

qazanmaq mənə müqayisəolunmaz dərəcədə çox ləzzət verdi.

Ağ Evin hər bir xozeyini, demək olar, hər gün bəşəriyyətin kəşməkəşli

problemləri ilə üzləşir. Prezident Taft bu mənada istisna deyildi və bədxah

hisslərin acı dadının neytrallaşdırılmasında xoş sözlərin necə böyük qüvvəyə

malik olduğunu öz şəxsi təcrübəsində öyrənmişdi. O, yazdığı “Xidmət göstərən

etika” kitabında pərişan olmuş şöhrətpərəst anacığazın hiddətini necə

yumşaltdığı ilə bağlı kifayət qədər maraqlı nümunə göstərir.

“Vaşinqtonlu, əri məlum siyasi çəkiyə malik olan bir xanım altı ildən çox

müddət ərzində məni mühasirəyə alıb, öz oğlunun müəyyən vəzifəyə təyin

edilməsinə nail olmaq istəyirdi. O çox böyük sayda senator və konqresmenlərin

zəmanətini əldə etmişdi və mənim yanıma onlarla birlikdə gəlmişdi ki, onların nə

dərəcədə təkidli olduqlarına şəxsən özü əmin olsun. Onun nail olmağa çalışdığı

vəzifə texniki kvalifikasiya tələb edirdi. Mən texniki şöbənin zəmanəti ilə bu

vəzifəyə başqa bir şəxsi təyin etdim. Bundan sonra o, mənə qədirbilməməyimlə

bağlı giley dolu və əlimin bir hərəkəti ilə onu bəxtəvər edə biləcəyim halda,

bundan imtina etdiyim barədə məktub göndərdi. Ardınca o şikayətlənirdi ki,

Vaşinqton ştatından olan nümayəndə heyəti konqresdə öz səsini mənim xüsusilə

maraqlı olduğum Billin xeyrinə onun səyləri sayəsində vermişdi və mən ona bax

bu cür təşəkkür etdim.

Siz bu cür məktub alanda ilk növbədə ədəb-ərkan qaydalarını pozan həyasız

müəllifə bacardıqca kəskin cavab vermək barədə fikirləşirsiniz. Lakin əgər daha

ağıllı cavab vermək istəyirsinizsə, öz cavabınızı yazı stolunun siyirməsinə qoyun

və onu qıfıllayın, bir-iki gündən sonra çıxardın – belə məktublar bir-iki gün

gözləyə bilərlər – və onda siz onu göndərməyəcəksiniz. Mən də məhz elə bu cür

hərəkət etdim.

Əyləşdim və mümkün olan qədər nəzakətlə yazdım ki, ananın baş verəndən

nə qədər məyus ola biləcəyini başa düşürəm, lakin həmin vəzifəyə təyinat yalnız

mənim üstünlük verməyimdən asılı deyildi, mən tələb olunan kvalifikasiyası olan

şəxsi seçməli idim. Və buna görə də şöbənin müdirinin zəmanətini qəbul etmək

məcburiyyətində qaldım. Ümidvar olduğumu ifadə etdim ki, onun oğlu indi

tutduğu vəzifədə qarşısına qoyduğu məqsədə nail olacaqdır.

Mənim məktubum onu yumşaltdı və o, mənə əvvəl yazdığına görə üzrxahlıq

etdiyi məktub göndərdi.

Lakin etdiyim təyinat qüvvəyə dərhal minmədi və bir müddətdən sonra

həmin ledinin ərindən – ancaq elə birincinin yazıldığı dəst-xətlə yazılmış –

məktub aldım. Burada bildirilirdi ki, baş verən məyusluqdan meydana çıxan əsəb

sarsıntısı nəticəsində ana yatağa düşmüş və onun mədəsində ağır formada

xərçəng əmələ gəlmişdir. Verdiyim sərəncamı ləğv edib və sizin oğlunuzu təyin

etməklə xanımınızın sağlamlığını bərpa edə bilmərəmmi? Mən bu dəfə onun

ərinə ünvanlanan bir məktub da yazmaq məcburiyyətində qaldım. Məktubda

ümidvar olduğumu bildirdim ki, diaqnoz səhv olacaq, həyat yoldaşının

xəstələnməsi ilə bağlı ona üz vermiş dərdə şərikəm. Bildirdim ki, təyin olunmuş

şəxsi geri çağırmaq qeyri-mümkündür. Məktubu göndərəndən iki gün sonra biz

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə